Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1592/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci tarixli 2(004)- 4283/2020 nömrəli qətnaməsindən iddiaçı “İddiaçı” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2012-ci il tarixində 14 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və lazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbləri pozularaq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışlar. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz ətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır, həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan isfadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 853,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1054,80 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 284,40 manat; xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında 473,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 291,60 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 275,50 manat olmaqla, cəmi 5273,90 manat məbləğində iddiaçıya maddi ziyanın dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, cavabdehin yuxarıda göstərilən borc məbləğlərindən əlavə olaraq 2020-ci ilin may və iyun ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 3,20; 18,30 və 7,20 manat məbləğində debitor borcları da yaranmışdır. Cavabdehin yuxarıda göstərilən borc məbləğlərindən əlavə olaraq 2012-ci ilin may ayından 2016-cı ilin sentyabr ayına kimi iddiaçı “İddiaçı İB”-yə ödənilməmiş 883,90 manat məbləğində qalıq borcu da mövcud olmuşdur. Nəticədə cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq borclarla birlikdə ümumi olaraq 6186,50 manat təşkil etməkdədir. Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə sonuncu ödəniş 2016-cı ilin mart ayında 22 manat məbləğində aparılmışdır. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 6186,50 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 6.216,50 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 4283/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1324 (bir min üç yüz iyirmi dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına (kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; İddiaçı İB; VÖEN**********; İBANAZ50İBAZ********************) ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 78.59% yəni 23 (iyirmi üç) manat 58 (əlli səkkiz) qəpik məbləği iddiaçıya aid edilməsi, qalan 21.41% yəni 6 (altı) manat 42 (qırx iki) qəpik məbləğində pul vəsaitinin Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı “İddiaçı” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-4283/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edərək “İddiaçı” İB-nin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir: Belə ki, Cavabdeh yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək təbii qazın verilməsi dayandırılmış, bu səbəbdəndə itirilmiş qazın dəyərinə görə 6186,50 hesablanaraq abonentdən tələb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, “İddiaçı” İstehsalat Birliyi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci bəndinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxx 2003-cü il tarixli 3N-1İ qərarının 22-ci bəndində bildirilir ki, məhkəmələr dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərək dövlət əmlakının süni sürətdə müflisləşdirməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol verməsinlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən (mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar) məhkəmə mübahisələri Azərbaycan Respublikası Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həll olunur. Məhkəmələr tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdikləri qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Əlavə olaraq qeyd edir ki, Yasamal rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək müddəti ötürülməmişdir. MPM-nin 360-cı maddəsinin tələblərinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan iddiaçı «İddiaçı» İB ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə 14 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. 4.3cü bəndində isə istismar edilən 1 ədəd PQ-4 model qaz qurğusu quraşdırılmışdır. İş materiallarındakı Cavabdeh adına olan **********00000 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 6186.50 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, ******* saylı akt; xx.xx.2018-ci il tarixli, ******* saylı akt; xx.xx.2018-ci il tarixli, ******* saylı akt; xx.xx.2018-ci il tarixli, ******* saylı akt; xx.xx.2018-ci il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2019cu il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı akt; xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh ünvanında quraşdırılmış qaz sayğacının abonent tərəfindən açılaraq birbaşa qoşulması, sayğacdan kənar xətt vasitəsilə təbii qzdan istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə onun iddiaçı təşkilata 6186.50 manat borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 6186.50 manat məbləğində borc cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X2nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə kollegiyası həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iddiaçı tərəf istehlakçının qaz sayğacına müdaxilələr etməsini və paylayıcıya zərər verməsini ilk olaraq xx.xx.2017-ci il tarixdən aşkar edilməsinə və buna dair aktlar tərtib edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş aktlarda xx.xx.2017ci il tarixə aid cavabdeh tərəfindən təbii X2nın pozulması haqqında akt mövcud olsa da, həmin akt cavabdeh tərəfindən imzalanmamış, iddiaçı tərəfindən isə aktın mötəbərliyinə dair sübutlar təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan və özündə qanunsuz qoşulmanı təsdiq edən fotoşəkillərdən görünür ki, həmin şəkillərdə əsk olunmuş sayğac Smart tipli sayğacdır. Birinci instansiya məhkəməsi araşdırılması zamanı isə sözü gedən sayğacın cavabdehin ünvanına 2018-ci il tarixdə quraşdırılması müəyyən edilmişdir. İşin bu halları istər tərəflərin etiraf edici izahatları, istərsə də, iş materiallarında olan abonentə aid hesabdan çıxarışla təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli akta tənqidi yanaşaraq, mötəbər sübut kimi qəbul etmir. İş materiallarında olan digər aktlardan görünür ki, həmin aktlar, fərdi yaşayış evinə smart sayğac quraşdırıldıqdan sonra tərtib edilməklə, məhkəməyə sübut qismində təqdim edilmiş və özündə qanunsuz qoşulmanı təsdiq edən fotoşəkillərdə əks olunmuş smart tipli sayğacın quraşdırıldığı dövrü əhatə edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçə tərəfindən vurulmuş zərərin məbləği təbii X2nın pozulması haqqında aktlara əsasən cavabdehin istifadəsində olmuş samovar, dəmir soba və dörd gözlü pilitə avadanlıqlarına uyğun olaraq hesablansa da, işin halları ilə cavabdehin istifadəsində yalnız 1 ədəd 4 gözlü pilitəsinin olması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 14 saylı müqavilədən görünür ki, həmin müqavilənin 4.3-cü bəndinə əsasən cavabdehin fərdi yaşayış evində istismar edilən 1 ədəd PQ-4 model qaz qurğusu quraşdırılmışdır. İddiaçı cavabdehin istifadəsində samovar və dəmir sobanın olmasını iddia etsə də, məhkəməyə bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 2012-ci ilin may ayından 2016-cı ilin sentyabr ayına kimi qalıq borcu üzrə 883.90 manat məbləğində borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbi bu hissədə cavabdeh tərəfindən də birinci instansiya məhkəməsinin iclasında etiraf edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istehlakçıdan, yəni cavabdehdən xx.xx.2018ci – xx.xx.2020-cu il tarixləri üçün tutulmalı məbləğ, cavabdehə aid abonent saldosunda əks olunmuş və cavabdeh tərəfindən mütəmadi olaraq son iki il (2014-2015-ci illər) ərzində il boyu davamlı edilmiş ödənişlər nəzərə alınmaqla, hər aya görə ortalama ağlabatan məbləğ kimi 17.54 manat olmalıdır. Məhkəmə istehlakçının yaşadığı mənzilin sahəsini, istifadə etdiyi qaz cihazını nəzərə alaraq hər aya görə 17.54 manat ağlabatan məbləğ, ümumilikdə 25 ay 4 gün (25 ay x17.50 manat + 2.35 (4 günlük) manat=440.85 manat) üçün 440.85 manat məbləğinin tutulmasını ədalətli hesab edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1324 (bir min üç yüz iyirmi dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 4283/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1592/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1592/2021
18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver