Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1593/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun silinməsi və s." tələbinə iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar X7, X3, İddiaçı, X8 cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin 2(006)-202/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçılar X7, X3, X8, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi, arayışların verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)- 202/2023 saylı mülki işdən iddiaçı X1 cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi, arayışların verilməsi və s. tələbinə dair, iddiaçı X4 cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s tələbi”nə dair, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi, arayışların verilməsi və s. tələbləri ayrılaraq ayrıca icraatda baxılması barədə qərardad qəbul edilmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində istehlak krediti verilmişdir. Əslində həmin kreditlər "xxxx" ASC-nin "Santexquraşdırma" darəsinin digər işçilərinin adına rəsmiləşdirilmiş kreditlər faktiki olaraq onlara verilməmiş və idarənin tikdiyi obyektin maliyyələşdirilməsinə sərf edilmişdir. Ona görə də, kredit borclarından cüzi hissələr idarənin rəhbərləri tərəfindən ödənilmiş, təxminən 90%-dən artığı isə ödənilməmiş qalmışdır. Bankın rəhbərliyi də vəziyyəti bildiyi üçün uzun müddət kreditlərin ödənilməsini tələb etməmişdir. Yanlız kredit müqavilələri üzrə icra müddətləri və iddia müddətləri keçdikdən sonra, 2018-ci ildə kreditlərin ödənilməsi üçün məhkəmə mübahisələri açılmışdır. Kredit müqavilələri üzrə borcun və faizlərin ödənilməsi üçün məhkəmələrə verilmiş iddialar iddia müddətininin ötməsi əsası ilə təmin edilməmişdir. Belə ki, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2018ci il tarixli 2(007)-3027/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə də iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli 2(102)-2068/19 saylı Qərarı ilə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)- 11793/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kredit alan həmin şəxslərə qarşı heç bir iddiası təmin edilməmişdir və bankın ləğvedicisinin kredit borclarını geri tələb etmək imkanı qalmamışıdr. Həmin borclar faktiki olaraq ümidsiz borca çevrilmişdir və onların borc siyahısında saxlanmasının heç bir faydası və mənası yoxdur. Bununla belə, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu yekun məhkəmə qərarlarının qəbul edilməsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hazırki iddiaçıların hesabından həmin borcları silmir və onların adları Mərkəzi Kredit Reyestrindən çıxarılmır.Cavabdeh bu hərəkətsizliyi ilə faktiki olaraq iddiaçıların mülki dövriyyənin subyekti kimi hüquqlarını məhdudlaşdırır. Nəinki iddiaçılara, hətta onların ailə üzvlərinə banklar tərəfindən heç bir kredit verilmir. İddiaçılar öz maddi ehtiyaclarını ödəmək üçün banklardan kreditlər almaq istədikdə, onların adları borclu və problemli şəxs kimi Azərbaycan Kredit Bürosu MMC-nin Mərkəzi Kredit reyestrində olduğu üçün kredit ala bilmirlər və öz ehtiyaclarını təmin edə bilmirlər. İddiaçılara aid tələblər üzrə nəinki müddət keçmişdir, hətta bu vəziyyət məhkəmə qərarları ilə təsdiqlənmişdir. İddiaçılar hazırki işdəki cavabdeh qarşısında heç bir öhdəlik daşımırlar. Onların adlarının borclular siyahısında saxlanılması hüquqlarını əsassız məhdudlaşdırır. Bu səbəbdən də onların adları borclular siyahısından çıxarılmalıdır və bu barədə cavabdeh tərəfindən Azərbaycan Kredit Bürosu MMC-yə arayış verilməlidir.29 mart 2022-ci il tarixdə iddiaçılar onların adına olan borclarının silinməsi, borclarının olmaması və borc məbləğinin Mərkəzi Kredit Reyestrindən silinməsinə dair göstəriş verilməsini xahiş etmişlər.Əmanətlərin Sığortalanması Fondunun aprel-may aylarında iddiaçıların ərizələrinə verdiyi müvafiq cavab məktubları ilə borcların silinməsi barədə fondun üzərinə öhdəlik qoyulmadığını bildirmişdir. Cavabdeh nəzərə almayıbdır ki, həmin iddialar məhkəmələrə onun tərəfindən verilmişdir. İddiaların təmin edilməməsi isə hazırki işdəki iddiaçıların onun qarşısında ödhəliklərinin qalmamasının məhkəmə tərədindən təsdiqidir.Cavabdehin qarşısında öhdəkiləri qalmayan şəxslərin adlarının borclular siyahısında saxlanması qanunsuzluq və özbaşınalıq olmaqla, onların hüquqlarını pozur.
4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən hesablanmış bütün borcun silinməsinin ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, İddiaçı adının Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən çıxarılması üçün 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (Mərkəzi Banka) göndərilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:
6. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, iddia ərizəsindən görünür ki, LPO Cavabdeh2 ASC ilə İddiaçıkif oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi 160 manat məbləğində əsas borcu, 3.616,62 manat məbləğində faiz borcu vardır. İş materiallarında X9 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin olmamasını təsdiq edən heç bir bank sənədi yoxdur. İddiaçı borcunun olmaması barədə ödəniş və kassa sənədləri ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. İş materiallarından göründüyü kimi iddiaçı borcun olmaması barədə mülazilərini bildirsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3027/2018 saylı qətnaməsini faktiki olaraq məhkəməyə borcun olmamasını subut kimi təqdim etmişdir. Həmin məhkəmə qətnaməsinə istinad edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi iddia ərizəsini təmin etmiş, əslində isə silinməsi üçün göstərdiyi məbləğ faktiki olaraq borcun olmasını sübut edir. Lakin iddiaçı sübut etmə yükünü məhkəmə üzərinə qoymuş, məhkəmə işə lazımi araşdırmı tam aparmadan yekun məhkəmə aktı qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-4053/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləğinin onu ödəmiş şəxsin özünə aid edilməsi qərara alınmışdır.
9. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4065/2023 nömrəli iş üzrə 21 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər – İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X.Əliyev apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia təmin olunmamasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli çıxarışda İddiaçı aktiv öhdəlikləri üzrə kreditin məbləğinin 4.600,00 manat, kreditin qalığ məbləği 4.100,00 manat, faiz məbləğinin isə 9.783,92 manat olduğu qeyd olunmuşdur.
14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli çıxarışda İddiaçı aktiv öhdəlikləri üzrə kreditin məbləğinin 4.700,00 manat, kreditin qalığ məbləği 160,00 manat, faiz məbləğinin isə 3.616,62 manat olduğu qeyd olunmuşdur.
15. Cavabdeh2 ASC-nin Binəqədi filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, İddiaçı kredit və ona hesablanmış faiz borcunu tam ödədiyi üçün bank qarşısında heç bir öhdəliyi qalmamışdır.
16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3027/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh2 ASC-nin cavabdeh İddiaçı qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiası iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3027/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnaməsinin qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2068/2019 saylı Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11793/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə bank tərəfindən 4700 (üç min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3027/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-3027/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini qət etmişdir. Ali Məhkəmə xx.xx.2019-cu il tarixli 2(102)-2068/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsini qüvvədə saxlamışdır. Sözügedən məhkəmə qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
20. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 X2:
21. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir.
24. Maddə 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
27. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
28. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
29. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir.
30. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.
31. Maddə 550 tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
32. Maddə 551. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə , bütün tələblər on il ( adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
33. Maddə 551.2. aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir:
34. Maddə 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;
35. Maddə 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər;
36. 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri;
37. 551.2.4.məhkəmə qərarına əsasən əmələ hələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir.Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair » 15 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5- ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətlərinin tətbiq edilməsi qərara alınmışdır.
39. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
41. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir
42. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
43. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “Kredit büroları haqqında” Qanun
45. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 10-cu və 27-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında kredit bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin, məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir.
46. Maddə 2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır: ... 2.0.10. mərkəzləşdirilmiş kredit reyestri - Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank) yaradılan mərkəzləşdirilmiş kredit reyestri; ... Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
52. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
54. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
55. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
56. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
58. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
59. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
61. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
62. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
63. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
64. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
66. Kollegiya qeyd edir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
67. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlərlə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında olan şərtlər daxilində olduğundan razılaşaraq onları nəzərə alır.
68. Apellyasiya məhkəməsinin bundan əvvəlki qərarını ləğv etmiş Ali Məhkəməsi Mülki kollegiyası qərarında qeyd edir ki, “işin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ASC həmin müqavilə üzrə 160 manat əsas borc, 47,63 manat faiz borcu, 74,85 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu və 3389,75 manat dəbbə pulu olmaqla, cəmi 3672,23 manat pulun İddiaçı tutulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Həmin iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı bəhs olunan kredit müqaviləsi üzrə öhdəliyini tam icra etmişdir. Məhkəmə bu nəticəyə gələrkən kreditor tərəfindən İddiaçı təqdim edilmiş 38/2 saylı, xx.xx.2016-c il tarixli arayışa istinad etmişdir. Həmin arayışda göstərilmişdir ki, İddiaçı kredit və ona hesablanmış faizləri tam ödədiyi üçün bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli 2(102)-2068/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
69. Bəhs olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə məlumatın kredit reyestrinə daxil edilməməsi, iddiaçı üçün mənfi hüquqi nəticə doğurur. Belə ki, bankçılıq praktikasında maliyyə xidmətlərindən istifadə etmək üçün müraciət etmiş şəxslərin maliyyə intizamı, bundan əvvəlki kredit münasibətlərində məsuliyyətliyi və s. hallar kredit reyestrində olan məlumatlar əsasında qiymətləndirilir. Bu baxımdan, iddiaçının qeyd olunan kredit müqaviləsi üzrə borcu tam ödəmədiyi barədə kredit reyestrində olan məlumatlar, onun maliyyə xidmətlərinə çıxışını məhdudlaşdırır. Bəhs olunan kredit müqaviləsi üzrə borcun tam ödənildiyi kreditorun özünün verdiyi məlumatlar əsasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyinə görə, müqavilə üzrə borcun qalmaması barədə məlumatların reyestrə daxil edilməsi barədə iddiaçının tələbi əsaslıdır.
70. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 60-cı maddəsində əsasən bankın ləğvetmə prosesi ərzində hüquqi şəxs kimi hüquq qabiliyyətinin tam həcmdə saxlandığı, 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılması barədə mövqeyi ilə razılaşır, lakin işə baxmış məhkəmə bu əsasla (banka qarşı deyil, ləğvediciyə qarşı iddia verməklə əsl olmayan cavabdehə qarşı tələb irəli sürülməsi) qətnamənin ləğvini kifayət qədər əsaslandırmamışdır.
71. Belə ki, apelyasiya şikayətinin dəlillərində, baxılan iş üzrə Fondun cavabdeh olmadığı, tələbin ona cavab verməli olan şəxsə qarşı verilmədiyi barədə dəlil irəli sürülməmişdir. Həmçinin birinci instansiya məhkəməsində də cavabdeh tərəfindən verilmiş tələb üzrə cavabdehlik daşımadığı barədə etiraz verilməmişdir.
72. Bu cür əsaslandırma ona görə zəruri idi ki, iddia ərizəsində cavabdeh qismində Fond göstərilməsinə baxmayaraq, həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiyası məhkəməsində cavabdeh tərəfin təmsilçisi kimi çıxış etmiş nümayəndə, Fondun təsdiqlədiyi etibarnamə əsasında Bankın adından çıxış etmişdir. Apelyasiya şikayətinin “apelyasiya şikayətini verən şəxs” bölməsində də həm bank, həm də Fond qeyd edilmişdir. İşin bu prosessual vəziyyəti ona dəlalət edir ki, qətnamədən irəli gələn vəzifənin icrası ilə bağlı həm Fond, həm də Bank birgə hərəkət etmişdir.
73. Həmçinin nəzərə alınmalıdır ki, ləğvedici olaraq Fondun səlahiyyətləri “Banklar haqqında” Qanunun 71-ci maddəsində əksini tapmışdır. Həmin səlahiyyətlərə cari bankın idarə olunması üzrə bütün səlahiyyətlər (71.7.1), aralıq balansının tərtib edilməsi, habelə bankın aktivlərinin idarə edilməsi (71.7.2), bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirməsi (71.7.9) kimi səlahiyyətlər də aiddir.
74. “Bankların və xarici bankların yerli filiallarının məcburi ləğvinə dair Təlimat”ın 10.1-ci maddəsinə görə, ləğvedici məcburi ləğv olunan bankın aktiv və öhdəliklərinin inventarizasiyasını aparır və yoxlamanın nəticəsinə uyğun akt tərtib edir. Bankın aktivləri nağd pul vəsaitlərindən, hüquqi və fiziki şəxslərə verilmiş borclardan, ... ibarətdir.”
75. Məhkəmə kollegiyası qeyd edir ki, ləğv prosesində olan Bank ilə İddiaçı arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırkı iddianın predmeti olan kredit müqaviləsinə artıq hüquqi qiymət verilmiş və belə qənaətə gəlinmişdir ki, 29 iyul 2011-ci il tarixli 135 saylı kredit müqaviləsi üzrə cavabdehin (İddiaçı) iddiaçı (ləğv prosesində olan Cavabdeh2 ASC) qarşısında öhdəliyi qalmamışdır. Eyni zamanda, qeyd olunan qətnamədə bankın xx.xx.2016-ci il tarixli arayışına da hüquqi qiymət verilmiş və həmin arayış iddianın rədd edilməsi üçün mötəbər sübut kimi çıxış etmişdir.
76. Qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Hazırkı işdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur.
77. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində “tələb” dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.
78. İddia tələbinin iddiaçı tərəfindən əsası kimi öhdəliyə müddətin keçməsi ilə xitam verilməsini qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddiaçının cavabdehə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə heç bir öhdəliyinin mövcud olmadığı müəyyən edilmişdir.
79. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianın sonuncu hissəsi ilə bağlı hesab etmişdir ki, mülki işin materiallarında olan reyestr məlumatlarına əsasən 29 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə (öhdəliyə xitam verilmiş) iddiaçının aktiv olan ödəniş cədvəli üzrə adı siyahıda mövcud olduğundan iddia tələbi onun adının Mərkəzi Kredit Reyestrindən çıxarılması üçün borcun olmaması barədə arayışın Mərkəzi Kredit Reyestrinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməlidir.
80. Beləliklə də, Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlillərini hazırkı iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlərlə birlikdə tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur, rayon məhkəməsi iş üzrə maddi və prosessual qanunvericiliyin tətbiqində səhvə yol verməmiş, düzgün nəticəyə gəlmişdir.
81. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
82. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
84. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
85. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.