Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1596/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1914/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı onun ünvan 1 ünvanından olan mənzilindən çıxarılması, son kirayə haqqını ödədiyi 2018-ci ilin sentyabr ayından iş üzrə yekun məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 AZN olmaqla, kirayə haqqı hesablanaraq ödənilməsi, həmçinin bu günə qədər mənzilindən qanunsuz istifadə nəticəsində ona vurmuş olduğu mənəvi ziyana görə 10.000 manat məbləğin, həmçinin 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1914/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi ev 44, 6 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamədən ilkin İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi təqdim edilmiş iddia tələbi üzrə iş üçün əhəmiyyətli olan, qəbul ediləcək qərarın hüquqi əsaslığına və iddiaçının hüquqi vəziyyərtinə bir-başa təsir edən araşdırılmalı olan hallara əhəmiyyət vermədən, mənzildə qeydiyyatda olsa da qeyd olunan mənzildə cavabdehin günahı ucbatından yaşamaması, iddiaçının təqdim etdiyi iddia tələbinin yanlışlıqlarla ifadə olunmasını və s. halları araşdırmadan qəbul edilmiş yekun qərarının əsası kimi qəbul edərək cavabdehin mövqeyinə tam uyğun qərar qəbul etmişdir. Lakin məhkəməyə iddia ərizəsi ilə bildirilmişdir ki, Bakı şəh., Nərimanov ray., S. Rəhman küç.ev 44. 6 saylı mənzil ’’sosial ev" kimi əldə edilməsi üçün “xxxx” ASC-dən girov qoyulmaqla götürülmüş kredit hesabına xx.xx.2012-ci il tarixli, İK018/2012 müqavilə əsasında X1 onun adına alınmış, mülkiyyət hüquqlarını, DƏDRX-də MA seriyalı, ******* №-li çıxarışa uyğun olaraq qeydiyyata alınmışdır. Həmin ərəfədə o, X2 birgə nikahda olmuş, qeyd olunan əmlak onların birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunur. Bir müddət ipoteka kreditini ödəsə də, işlə bağlı problemlər yarandığından, kreditin ödənişində problemlərin aradan qaldırılması məqsədilə, “çıxış yolu” kimi ona təklif olunan şərtlə, yəni, zəmanət məqsədilə “görüntü üçün” bağlanmış, lakin gələcəkdə hüquqlarından məhrum olmayacağı və krediti bağlamaq üçün götürdüyü vəsaiti hissə-hissə bağlamaq şərti ilə, həyat yoldaşının xəbəri olmadan, ona pul vermiş Cavabdehla həmin Bakı şəh., Nərimanov ray., S. Rəhman küç. ev 44. 6 saylı mənzilə dair 51 Salı DNK-da AN-1 seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan başqa, həmin pulun qaytarılması üçün o, həyat yoldaşından əlavə olaraq, bank kreditinin bağlanması “adı ilə” 17000 (on yeddi min) AZN pul almışdı. Cavabdeh ona verdiyi pulun artıq 2/3 hissəsinə yaxın qismi qaytarılmışdır. Lakin buna baxmayaraq, sonradan ona bəlli olduğu kimi Cavabdeh verdiyi vədi yerinə yetirmədən, Nərimanov rayonu, S. Rəhman küç, ev 44, m. 6 saylı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmişdir. Halbuki, onun məhkəmə iclasında iştirakı təmin edilsə idi məsələnin hüquqi vəziyyətinə birbaşa təsir edən xüsusatları təqdim edilməsinə də şərait yaranardı. İddiaçı əmlakı gizli ələ keçirmək niyyətinə hüquqi don geyindirmək məqsədilə cavabdehdən savayı digər şəxslərin də mübahisəli mənzilə hüquqlarının olmasını göstərməmiş, məhkəmə işin mahiyyəti üzrə həlli zamanı bu arqumentlərin olub-olmamasını vacib hesab etməmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil1 şikayətin təmin olunmamasını xahiş etmişdir. İş üzrə ilkin İddiaçı Bakı Apellyasiya Məhkəməsinə teleqramla müraciət edərək müalicəsini davam etdirdiyinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin müraciətində göstərdiyinə dair sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 44, 6 nömrəli mənzili alqı-satqı müqaviləsi ilə Cavabdeh satmış, qeyd olunan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması səbəbindən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas hesab edir və iddianın təmin edilməsini xahiş edir. Alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. ünvan 1 Cavabdeh mülkiyyətinə keçmişdir. Mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçdiyi zaman hər hansı hüquqi əsas olmadan cavabdehin sahibliyində və istifadəsində olmuş və hazırda da cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı Cavabdeh mülkiyyətində ünvan 1-nın boşaldılmasından imtina edir. İddiaçı qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu bildirir və bu səbəbdən mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasını tələb edir. Göründüyü kimi, mübahisəli yaşayış sahəsi Cavabdeh mülkiyyətində olmasına baxmayaraq, cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, qarşılıqlı iddiaçı həmin yaşayış sahəsini cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh əmlakı boşaltmaqdan imtina etmişdir. ünvan 1 hər hansı hər hansı hüquqi əsas, o cümlədən qarşılıql iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Qarşlıqlı iddia üzrə iddiaçının «kirayə haqqının ödənilməsi» tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh İddiaçı ilə hər ay 300 AZN olmaqla, kirayə vermək barədə razılaşmasını göstərsə də, bu barədə tərəflər arasında müqavilə mövcud deyil. Bu baxımdan, qarşılıqlı iddiaçının İddiaçı alqı-satqı müqaviləsi bağlandığı zamandan yəni xx xxxxxx 2018-ci il tarixindən evindən istifadə edərək, kirayə haqqını da ödəmədiyini, nəticə də onun öz evindən fayda götürmək hüququ pozulması əsası ilə irəli sürdüyü tələbi əsassızdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin tamamilə ləğv edilməsi və yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini göstərsə də, şikayətin dəlillərindən görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə yoxlanılmalıdır. Hazırki iş üzrə, ilk iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsinin isə faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İkincisi, iddiaçı mübahisə predmeti olan mənzilin keçmiş əri ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunduğunu göstərsə də bu cür iddia irəli sürməklə keçmiş ərinin mənafeyi baxımından hansı subyektiv hüquqa malik olduğunu isə açıqlamır. Başqa sözlə keçmiş ərinin onun mənafeyi baxımından belə bir iddia qaldırmaq üçün iddiaçıya hansısa səlahiyyət verdiyi də işdən görünmür. Üçüncüsü, iddiaçı mübahisəli mənzilə dair cavabdehlə alqı-satqı müqaviləsini kredit ödəməsilə bağlı problemləri yarandığı üçün həyat yoldaşınının xəbəri olmadan(şikayətdən aydın olmur ki, iddiaçı həyat yoldaşı dedikdə kimi nəzərdə tutur, çünki keçmiş ərindən 2012-ci ildə boşandığı iş materialları ilə təsdiq olunur) “çıxış yolu” kimi, yəni “görüntü üçün” cavabdehdən pul aldığı üçün bağlandığını və artıq həmin pulun da üçdə iki hissəsini qaytardığı göstərsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əgər bəyan etdiyi həqiqidirsə, onda heç olmasa cavabdehə qaytardığını bəyan etdiyi pula dair də məhkəməyə hansısa sübut təqdim edə bilərdi. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. O, isə nəinki sübut təqdim edə bilmir, nədənsə nə birinci, nədə apellyasiya instansiyası məhkəməsində iştirak edərək iddiasının əsaslı, özünün isə haqlı olduğunu məhkəmədə sübuta yetirmək istəməmişdir. Bu halın özü də ona dəlalət edir ki, iddiaçı bu vasitələrlə hansısa məlum olmayan məqsədləri üçün hüquqdan sui-istifadə edərək əsassız iddialar irəli sürür. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlk İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1914/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1596/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1596/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver