Məhkəmə qərarları › İş №2(103)-1604/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1604/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1604/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: öhdəliyin icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(009)-935/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı X3 Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 90003335 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 24 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İddiaçı X3 Nəsimi filialı ilə Cavabdeh2 arasında bağlanmış 90003335/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. 90003335/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 "xxxx" ASC qarşısında kredit borcu öhdəlikləri üzrə zamin durmuşdur. xx.xx.2024-cü il tarixli, **********287 nömrəli maliyyə arayışından aydın olur ki, Cavabdeh1 20 fevral 2024-cü il tarixə banka 4427 manat əsas, 3490,11 manat faiz, 3072,39 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 632.57 faiz borcu yaranmışdır. Kredit hesabı üzrə ödəniş qrafikinə əsasən Cavabdeh1 borcu üzrə ödəniş 03 sentyabr 2014-cü il tarixdən başlamalı, 03 sentyabr 2017-cı il tarixdə bitməli idi. Kredit müqaviləsinə və zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən kredit Restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4843.62 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Zamin Cavabdeh2 əlavə sazişi imzalamaqla 90003335 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit hesabı üzrə ödəniş qrafikinə əsasən Cavabdeh1 borcu üzrə ödəniş 19 may 2017-ci il tarixdən başlamalı, 19 aprel 2021-ci il tarixdə bitirməli idi. Pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/854 nömrəli, 25 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 90003335 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə dair xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişdə “Zamin” qrafasında imza və “Müqavilə ilə tanış oldum, etiraz etmirəm” yazıları - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2025-ci il tarixli 9/2129 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 90003335 saylı kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli, 01 saylı əlavənin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 18%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan faiz və əsas borcu 7.032,45 manat məbləğində və xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan faiz, əldən çıxmış fayda və əsas borcu 7.637,39 manat məbləğində müəyyən edilir. xx.xx.2021-ci il il tarixə: əsas borc üzrə - 4.265,97 manat, faiz borcu üzrə - 2.766,48 manat (illik 18%-lə). xx.xx.2024-cü il il tarixə: əsas borc üzrə 4.265,97 manat, faiz borcu üzrə 2.766,48 manat (illik 18%-lə), əldən çıxmış fayda borcu 604,94 manat (illik 5%-lə). Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 90003335 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş Cavabdeh1 bank hesabından çıxarış məlumatlarına əsasən borclanan tərəfindən ödənilmiş vəsaitdən borcverən tərəfindən cərimə ilə bağlı tutulmalar olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4427 manat əsas, 3490,11 manat faiz, 3072,39 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 632,57 manat faiz borcu və 124,87 manat ödənilmiş dövlət rüsumunun, cəmi 11622,07 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 90003335 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 90003335/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4843.62 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 11622,07 manat təşkil edir. Bundan 4427 manat əsas, 3490,11 manat faiz, 3072,39 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 632,57 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, əsas borcla razı olduğunu, faiz və cərimə tələbi hissəsini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, əsas borcla razı olduğunu, faiz və cərimə tələbi hissəsini qəbul etmədiyini bildirmişdir. Bakı şəhəri şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, e-2(009)- 935/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4427 (dörd min dörd yüz iyirmi yeddi manat) əsas, 3490,11 (üç min dörd yüz doxsan manat on bir qəpik) faiz, 581 (beş yüz səksən bir) manat cərimə borcu, kredit müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 632,57 (altı yüz riuz iki manat əlli yeddi qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 124,87 (yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X1, kod 210005, VÖEN:**********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 90003335 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 24 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 90003335/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4843.62 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18 % ödənilməli idi. Beləliklə, cavabdehlərin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri üçün onlaprdan müştərək qaydada 4427 manat əsas, 3490,11 manat faiz borcu tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, müqavilə öhdəlikləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə onlardan müştərək qaydada 4427 manat əsas, 3490,11 manat faiz, kredit müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 632,57 manat faiz borcunun bankın xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3072.39 manat məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab etmişdir. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 581 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2, 367.3, 385.1, 399.1, 399.3, 399.4, 442, 443.1, 443.2, 445, 445.7, 448.1, 462, 467, 472.1, 472.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-cı maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, e-2(009)- 935/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4427 manat əsas, 3490,11 manat faiz, 3072,39 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanmış 632,57 manat faiz borcu və 124,87 manat ödənilmiş dövlət rüsumunun, cəmi 11622,07 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-935/2024 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4427 (dörd min dörd yüz iyirmi yeddi manat) əsas, 3490,11 (üç min dörd yüz doxsan manat on bir qəpik) faiz, 581 (beş yüz səksən bir) manat cərimə borcu, kredit müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 632,57 (altı yüz riuz iki manat əlli yeddi qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 124,87 (yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat dövlət rüsumu tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-935/2024 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə əldə etmişdir. Hazırda iddianın faiz borcu hissəsini mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi o, əsas borc hissəsini qəbul etmişdir, faiz borcu hissəsini qəbul etməmişdir. Hesab edir ki, faiz borcu şişirdilmiş və bank faiz borcunu öz maraqları çərçivəsində öz xeyrinə hesablamışdır. Hesab edir ki, məhkəmə qətnamə çıxararkən bankın təqdim etdiyi faiz borcunu əsas tutmamalı, bank tərəfindən göstərilən borc məbləğlərinin düzgünlüyünə əmin olmaq üçün ekspertiza təyin etməlidir. Faiz borcuna məhkəmə iclasında izahatında etiraz etmişdir. Məhkəmə onun faiz borcunu qəbul etməməsini nəzərə alaraq öz təşəbbüsü ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edə bilərdi. Lakin məhkəmə ekspertiza təyin etmədi. Məhkəmə mühasibatlıq ekspertizası keçirmək əvəzinə, işi yekunlaşdırmağı üstün tutmuşdur. Bütün bu olanlar bir daha onu deməyə əsas verir ki, məhkəmə işə formal yanaşmış, formal qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, e-2(009)-935/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Hikmət Həsənli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, e- 2(009)-935/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin olunan iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, 2014-cü ildə onlar 10.000 manat məbləğində kredit götürmüṣ, həmin məbləğin 5.000 manatdan çox hissəsi ödənilmiṣdir. Cədvəldən də məlum olduğu kimi edilən ödəniṣlərin əvvəlindən etibarən faizə tutulmalar aparılır, beləliklə, 3.000 manatdan çox məbləğdə faiz olmaqla toplamda 9.000 manat civarında ödəniṣlər etmiṣlər. Birinci instansiya məhkəməsində qarṣı tərəf iṣtirak etmədiyindən onlar öz tələblərini deyə bilməmișlər. 2017-ci ildə Mahmud müəllimin səhhətində ciddi problemlər yaranmış, bununla bağlı sənədləri vardır. Bankın ləğv olunma məsələsi gündəmə gələndə onlara ödənişləri edin sonra çekləri verəcəklərini dediklərindən onlar bu təkliflə razılaşmamışlar. Sonradan məlum olmuşdur ki, vəsaitlər mənimsənilmişdir. Bu proseslər nəticəsində gecikmələr yaranmışdır. Hazırda onlar əsas məbləğlə razılaṣırlar, lakin faiz məbləğinin ṣiṣirdildiyini hesab edirlər. 4.400 manatlıq əsas məbləğ və həmin məbləğin müvafiq dönəm üçün hesablanan faizini aylara bölünməsini istəyirlər. Bundan sonra ödənişləri edə biləcəklər. Mahmud müəllim pensiyaçıdır, o da bu iṣ üzrə zamindir. O, da ödənişlərin aparılmasına köməklik edəcəkdir. Kredit götürüləndə o, LPO "xxxx" ASC-də işləmiş, Mahmud müəllimlə münasibəti olduğundan kredit üçün müraciət edəndə əmək haqqı ilə bağlı problem yarandığı üçün o, zamin durmuşdur ki, Mahmud kredit götürə bilsin. Müqavilə müddəti 2021-ci ilə qədər uzadılmışdır. Pandemiya, onun iṣlərində yaranan problemlər, 2016-cı ildən bank sektorundan ayrılması çətinliklər yaratmışdır. 4.400 manat əsas məbləğ və gecikən dönəm üçün mövcud olan, yəni kredit götürüləndən bank bağlanana kimi hesablanan faiz məbləğini ödəməyə hazırdır. 19 aprel 2017-ci ildən sonra olan ödəniṣlə bağlı, yəni yeni açılan cəvəl onlarda yoxdur. Hesablanan faiz və dəbbə çox yüksəkdir ona görə həmin məbləğlə razılaṣmırlar. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı LPO "xxxx" ASC-yə və Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı LPO "xxxx" ASC-in nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirilsə də, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan əsas borc, faiz borcları və cərimənin miqdarı hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə - 4.265,97 manat, faiz borcu üzrə - 2.766,48 manat, cərimə üzrə - 100 manat, müqavilə müddəti bitdikdən sonra hesablanan 5% üzrə - 604,94 manat olmaqla cəmi 7737,39 manat tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, müqavilə şərtlərini pozan birgə borclular olan cavabdehlər iddiaçıya borclarının olmasını inkar etməsələr də, borcun məbləğinin düzgün hesablanmadığını iddia edirlər. İddiaçı isə cavabdehlərdən tələb etdiyi faizləri müqavilə müddəti bitdiyi dövrdən sonrada hesablayaraq birgə borclulardan tələb edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanması üçün iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixli, 90003335 saylı kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli, 01 saylı əlavənin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 18%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh1 banka olan əsas borcu 4.265,97 manat, xx.xx.2021-ci il tarixə (müqavilənin bitdiyi tarix) faiz borcu 2.766,48 manat (illik 18%-lə), müqavilə bitdikdən sonra əldən çıxmış faydaya görə hesablanan faiz borcu 604,94 manat (illik 5%-lə) təşkil edir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, birgə borclular olan cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş öhdəliklərinin qalması barədə düzgün nəticəyə gəlsə də, tutulmalı olan əsas, faiz (müqavilə müddəti və müqavilə müddəti bitdikdən sonrakı dövr üzrə) borclarının miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir. Daha sonra cərimənin məbləğini müəyyən edərkən də, birinci instansiya məhkəməsi cavabdehlərin borcuna görə cərimənin tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gəlsə də, cərimənin miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Tədqiq olunan sübutlardan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə müddəti birmiş kredit müqaviləsi üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(009)-935/2024 nömrəli qətnaməsi tutulmalı olan əsas borc, faiz borcları və cərimənin miqdarı hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə - 4.265,97 manat, faiz borcu üzrə - 2.766,48 manat, cərimə üzrə - 100 manat, müqavilə müddəti bitdikdən sonra hesablanan 5% üzrə - 604,94 manat olmaqla cəmi 7737,39 manat tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(009)-935/2024 nömrəli qətnaməsi tutulmalı olan əsas borc, faiz borcları və cərimənin miqdarı hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə - 4.265,97 manat, faiz borcu üzrə - 2.766,48 manat, cərimə üzrə - 100 manat, müqavilə müddəti bitdikdən sonra hesablanan 5% üzrə - 604,94 manat olmaqla cəmi 7737,39 manat tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 200 manat Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar