Məhkəmə qərarları › İş №2(103)-1606/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1606/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1606/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5577/2011 saylı, xx xxxxxxx 2011-ci il tarixli qətnaməsindən Cavabdeh nümayənəsi və vəkili X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun alınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edərək sonuncudan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ filialına olan 11593 ABŞ dolları kredit borcunun, 1100 ABŞ dolları faiz borcunun və 1264 ABŞ dolları dəbbə pulunun, ümumilikdə 13957 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulmasına, tutmanın borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan “Volksvagen Passat” minik markalı **-CG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2008-ci il, ban nömrəsi WVWZZZ3CZ8P10745, mühərrik nömrəsi BZB040575 olan, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitindən borcalanm “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ filialına olan borcunun ödənilməsinə, əgər girov qoyulmuş avtomobilin açıq bazarda və ya hərracdan satışı nəticəsində əldə edilmiş vəsaitdən borcun bağlanması üçün yetərli olmadıqda qalan məbləği cavabdehin digər əmlakına yönəldilməsi - barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 2160 nömrəli kredit müqaviləsinə əsasən avtomobil almaq məqsədilə sonuncuya illik kreditdən istifadə haqqı 28 % ödəmək şərti ilə 24 ay müddətinə 18000 (on səkkiz min) ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən borcaian bank qarşısında öhdəlikləri yerinə yetirmədikdə və ya hər hansı bir şərti pozulduqda verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən borcaian ssuda hesabında qalıq əmələ gəldiyi gündən bir ay sonradan başlayaraq hər ayın 08-dən gec olmayaraq, banka kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəlində” göstərilən əsas borca aid olan məbləği və bundan əlavə ssuda hesabının qalığına hesablanmış faizlər ödənilir. Kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən kredit məbləğinin və faizlərin ödənilmə vaxtı gecikdirildiyi halda borcalan kreditora hər gecikdirilmiş gün üçün borc məbləğinin illik 60 % miqdarında müamilə ödəyir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmiş, dəfələrlə ona zənglər olunub xəbərdarlıq məktubu göndərilsə də, borclu tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir tədbir görməmiş, borcun ödənilməsinə təşəbbüs belə göstərməmişdir. Cavabdeh xx xxxxx 2011-ci il tarixə banka kredit və faiz borcundan cəmi 10010 (on min on) ABŞ dolları məbləğində ödəniş etmişdir. Bundan 6408 (altı min dörd yüz səkkiz) ABŞ dolları kreditin qalıq məbləğindən, 3602 (üç min altı yüz iki) ABŞ dolları hesablanmış faiz məbləğindən silinmişdir. Cavabdehin xx xxxxxx 2011-ci il tarixə banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə və dəbbə pulu ilə birlikdə 13957 ( on üç min doqquz yüz əlli yeddi) ABŞ dolları təşkil edir. Bundan 11593 ( on bir min beş yüz doxsan üç ) ABŞ dolları kredit borcu, 1100 (bir min bir yüz ) ABŞ dolları faiz borcu və 1264 ( bir min iki yüz altmış dörd ) ABŞ dolları dəbbə pulu təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5577/2011 saylı, xx xxxxxxx 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun alınmasına dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 11593 (on bir min beş yüz doxsan üç) ABŞ dolları kredit borcu, 1100 (bir min bir yüz) ABŞ dolları faiz borcu və 264 (iki yüz altmış dörd) ABŞ dolları dəbbə pulu ödəniş gününə manatın məzənnəsinə müvafiq olaraq və ödənilmiş 20 manat dövlət rüsumundan 18 manat 56 qəpik alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə Qaradağ filialına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayənəsi və vəkili X5 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddiaçının iddiasının rədd edilməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni predmet eyni tərəflər və eyni əsaslar üzrə iddiaçının Yasamal rayon məhkəməsinə xx xxxxxx 2011-ci il tarixində ərizəsi məhkəməyə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsi əsasında hakim Tahir İsmayılovun icraatında işə baxılmış və xx xxxxxxx 2011-ci il tarixində 2(004)-5577/2011 saylı qətnamə ilə iddiaçının iddiası təmin olunmuşdur. Cavabdehin həmin işin məhkəmənin icraatında olmasından xəbəri olmamış və işin nəticəsində çıxarılmış qətnamədən məlumatlı olmamışdır. Son günlərə qədər heç bu narahatçılıq yaşamamışdır. Lakin hazırda icra şöbəsindən kredit borcunun ödənilməsi ilə bağlı məlumat daxil olmuş, bunun əsasında dərhal məhkəməyə müraciət edərək iş materialları ilə tanış olmuşlar. Məlum olmayan şəxs tərəfindən Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixində 2(004)-5577/2011 saylı qətnaməsindən ona məlum olmayan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Verilmiş apellyasiya şikayətində guya cavabdehin nümayəndəsi olan şəxs tərəfindən qətnamə qəbul edilmişdir. Halbuki, iş materiİİarında nümayəndəyə verilmiş etbarnamə də mövcud deyildir və bununla da kifayətlənməyərək qətnamənin qəbul edilməsinə dair saxtalaşdırılmış xəbərnamə də mövcuddur. Qeyd olunanlar, məhkəmənin. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 265.4-cü maddəsinə əsasən, işə baxarkən; tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməsi üçün əsasdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-5577/2011 saylı qətnaməsinin surətini məhkəmənin dəftərxanasına mürciət edərək almaq istədikdə isə imtina verilmiş, səbəb olaraq göstərilmişdir ki, guya məhkəmə qətnaməsi cavabdehin imzası ilə rəsmi şəkildə qəbul edilmişdir. Lakin bir daha vurğulanır ki, qətnamə rəsmi şəkildə cavabdehin yaşadığı ünvana göndərilməmiş, eyni zmanda qətnamənin guya ki cavabdehin özü tərəfindən poçt xəbərnaməsinə imza edərək alması halı mövcud olmamışdır. Saxta xəbərnanmə hazırlayanlar cavabdehin adından verilmiş apellyasiya şikayətində cavadehi təmsil edən nümayəndənin adından saxta etibarnamə hazırlayaraq iş materiallarına əlavə etməyi unutmuşdur. Onu da qeyd edə ki, cavabdehin qeydiyyatda olduğu bina sökülmüşdür. İş materiallarından da görünür ki, əlavə olunan sənədlər siyahısında iddia ərizəsinin əsli deyil, ksero surəti əlavə olunmuş və imza səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, “xxxx” ASC-nin Qaradağ filialının müdiri X2 bankın idarə heyətinin sədri S.Ə.Əkbərov tərəfindən verilmiş etibarnamənin müddəti xx xxxxxx 2011-ci il tarixədək olmasına baxmayaraq iddia xx xxxxxx 2011-ci ildə məhkəməyə daxil olmuş, iş materiallarındakı iddia ərizəsində səlahiyyətinin olmamasına baxmayaraq iddia ərizəsini imzalamışdır. Filial müdirinin səlahiyyətinin olmadığına məhkəmə yəqin edirik ki, öz maraqlarına xidmət etdiyi üçün göz yummuşdur. Cavabdehin izahatı alınsa da verdiyi izahat məhkəmədə dəyişdirilmiş, qətnaməyə yerləşdirilmiş izahat tamamən təhrif olunmuşdur. İş materillarında, Bank tərəfindən iddianın təmini tədbirinin tətbiq edilməsinə dair cavabdehə məxsus VOLKSWAGEN PASSAT minik markalı, ** CG *** dövlət qeydiyyat nişanlı mühərrik- BZB040575, BAN WWWZZZ3CZ8P107845, ağ rəngli, 2008-ci il buraxılışlı avtomobilin üzərinə həbs qoyularaq cərimə meydançasında saxlanılmasına dair məhkəmədən qəradad qəbul edilməsi xahiş olunsa da belə bir qərardad da mövcud deyildir. Bundan əlavə bank tərəfindən guya girov qoyulmuş əmlak kimi təqdim olunan “Toyota Camry” markalı avtomobil isə cavabdehin nə istifadəsində nə də ki mülkiyyətində olmamışdır. Bunu bankın sorğusu əsasında Baş Dövlət Yol Polisi idarəsinin soğruya verdiyi cavabda da görmək mümkündür və əgər belə bir avtomobilin alğı-satqısı ilə bağlı hər hansı bir müqavilə bağlanmalıydısa bu zaman həmin avtomobillə bağlı hüquqi prosedur Baş Dövlət Yol Polisi idarəsi sistemdə qeydiyyata alınmış olmalı idi. Digər tərəfdən bankın tərtib etidiyi kassa məxaric orderinə əsasən guya cavabdehə 17.440 ABŞ dolları verilmişdir. Lakin həmin kassa məxaric orderindəki imza cavabdehə məxsus olmamış və bank tərəfindən saxtalaşdırılmışdır. Cavabdeh ümumiyyətlə avtomobil götürmək niyyəti ilə nə bankdan pul götürmüş nə də ki, hər hansı avtomobili həmin pul müqabilində girov qoymuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, həmçinin kasasiya instansiya məhkəməsinin rəsi göstərişlərini nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən baxılan iş üzrə əhəmiyyətli prosessual pozuntuya yol verildiyindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalı və qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5577/2011 saylı, xx xxxxxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun alınması tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2010-cu il tarixli, 2160 saylı kredit müqaviləsindən müəyyən edilir ki, iddiaçı (“Kreditor”) cavabdehə (“Borcalana”) avtomobil almaq məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixə cavabdehin Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə və dəbbə pulu ilə birlikdə 13957 (on üç min doqquz yüz əlli yeddi) ABŞ dollar təşkil edir. Bundan 11593 (on bir min beş yüz doxsan üç) ABŞ dollar kredit borcu, 1100 (bir min bir yüz) ABŞ dolları faiz borcu və 1264 ( bir min iki yüz altmış dörd) ABŞ dollar dəbbə pulu təşkil edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (maddə 73.4). İddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Hazırkı iş üzrə “xxxx” ASC-nin “Qaradağ” filialının müdiri X1 “xxxx” ASC adından iddia qaldırmaq hüququ olmamışdır. Belə ki, iş materialında olan xx.xx.2010-cu il tarixli etibarnamədən görünür ki, “xxxx” ASC bu etibarnamə ilə “Qaradağ” filialının müdiri X2 filialın fəaliyyəti ilə əlaqəar yaranan mübahisələrlə bağlı Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında Bankın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi, yəni mülki və inzibati işlərdə onun hüquqlarını və qanuni maraqlarını qorumaq, iddia ərizələri və ərizələr vermək, onları imzalamaq, iddia tələblərdən tam və ya qismən imtina etmək, iddianı təmin etmək, iddianın predmetini və ya əsasını dəyişdirmək, barışıq sazişi bağlamaq, məhkəmə aktlarından şikayət vermək və imzalamaq, qət olumuş əmlakı və ya pul məbləğini almaq, eyni zamanda məhkəmə qərarlarından apelyasiya və kasasiya qaydasında şikayəti imzalamaq və təqdim etmə üzrə bütün hərəkətləri etmək və səlahiyyətləri başqa şəxs vermək və.s hüquqular vermiş olsa da, etibarnamə xx.xx.2010-cu il tarixdə verilmiş və xx xxxxxx 2011-ci il tarixinədək qüvvədə olmuşdur. “xxxx” ASC-nin “Qaradağ” filialının müdiri X3 isə məhkəməyə xx xxxxxx 2011-ci ildə müraciət etmişdir. Göründüyü kimi, “xxxx” ASC-nin “Qaradağ” filialının müdiri X3 iddia tələbi ilə məhkəməyə müraciət edərəkən səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (maddə 149.1). İddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir (maddə 150.0.3). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Prosessual qanunvericiliyin sadalanan tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi “xxxx” ASC-ni məhkəmədə təmsil etmək səlahiyyətinə malik olmayan “xxxx” ASC-nin “Qaradağ” filialının müdiri X1 adından qaldırmış iddia ərizəsini icraata götürmüş və həmin ərizə əsasında işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5577/2011 saylı, xx xxxxxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun alınması tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.3, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh nümayənəsi və vəkili X4 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5577/2011 saylı, xx xxxxxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun alınması tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar