Məhkəmə qərarları › İş №2(103)-1607/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1607/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1607/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və X4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ilkin iddiasına, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh4 və qeyrilərinin cavabdeh İddiaçı QSC-yə qarşı “aylıq faizlərin qanunsuz hesab edilməsi və yenidən hesablanması, zaminlik və ipoteka müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2019 saylı, 30 iyul 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə isə iddiaçılar Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və X5 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 02R000029920 saylı kredit razılaşması üzrə 58510.86 ABŞ dolları məbləğində kredit borcu, 9889.17 ABŞ dolları məbləğində faiz borcu və 18722.63 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 87122 ABŞ dolları 66 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi ev 20, mənzil 14ə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və onun satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi ev 20, mənzil 14-ə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, X6, Cavabdeh1 istifadə hüququnun itirilməsinə, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh4 və qeyriləri cavabdeh İddiaçı QSCyə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013cü il noyabrın 08-də bağlanmış kredit razılaşması üzrə faizlərin aylıq tutulması qanunsuz sayılmasını və yenidən hesablama apararaq, faizlərin ilin sonunda tutulması vəzifəsinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulmasını; 8 noyabr 2013-cü il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış eyni tarixli zaminlik müqavilələri və ipoteka müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsindəki 20 saylı evin 14-cü mənzilin ipoteka ilə yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2019 saylı, 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə qarşılıqlı iddia tələbləri təmin edilməmiş, ilkin iddia tələbləri isə qismən təmin edilərək, Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış 08.11.2013-cü il tarixli 02L000011062 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit xətti müqaviləsi və kredit razılaşması üzrə üzrə 58143,22 ABŞ dolları məbləğində əsas borc, 18253,52 ABŞ dolları məbləğində faiz borcu, 4434 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 80830,74 ABŞ dolları məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, həmçinin tələbin Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsində yerləşən 20 saylı evin 14 saylı mənzilinə yönəldilsin, həmin daşınmaz əmlak ilkin satış qiyməti 72 000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğin cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsində yerləşən 20 saylı evin 14 saylı mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, X6, Cavabdeh1 mənzili könüllü tərk etmədikləri halda həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 90%, yəni 27 manatının cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan 10 %, yəni 03 manatın İddiaçı QSC-yə aid edilməsi, qddia qismən təmin edildiyindən, 120 manat ekspertiza xərcinin 90%, yəni 108 manatının cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1, qalan 12 manatının İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə isə iddiaçılar Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdilər. Hazırda iddiaçı tərəfindən məhkəməyə müraciət olunaraq cavabdehlərin banka olan borcu tam olaraq ödənildiyindən iddiadan imtina olunduğunu, imtinanın qəbul edərək iş üzrə icraata xitam verilməsi, məhkəmə xərclərinin ilkin iddia üzrə cavabdehlərə aid olunması barədə qərardad qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehlərin və qarşılıqlı iddia üzrə iddiaçılarnın nümayəndəsi-vəkili də ərizə təqdim edərək qarşılıqlı iddiadan imtina etdiyini və icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, cavabdehlərin (qarşılıqlı iddiaçıların) nümayəndəsi-vəkilinin bildirdiyinə əsasən müəyyən olunmuşdur ki, iş üzrə cavadehlərdən (həmçinin, qarşılıqlı iddiaçı) olan Cavabdeh2 19.12.2020-ci il tarixdə ölmüşdür. Cavabdehlərin (qarşılıqlı iddiaçıların) nümayəndəsi-vəkili iş üzrə digər cavabdehlərin mərhumun yaxın qohumları, yəni övladları və həyat yoldaşı olduğunu və ölənin prosessual hüquq varisi qismində cəlb olunmalarının xahiş etdiyini nəzərə alaraq məhkəmə kollegiyası iş üzrə cavabdeh (həmçinin, qarşılıqlı iddiaçı) olan şəxslərin iş üzrə cavabdeh olmuş Cavabdeh2 prosessual hüquq varisləri qismində cəlb etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələblərindən imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat ekspertiza xərcinin 90%, yəni 108 manat cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və X3, qalan 12 manat İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli; ilkin iddia ərizəsinin, qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı QSC tərəfindən verilmiş ilkin iddiadan, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi-vəkili tərəfindən verilmiş qarşılıqlı iddiadan imtinaları qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2019 saylı, 30 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat ekspertiza xərcinin 90%, yəni 108 (yüz səkkiz) manat cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və X3, qalan 12 (on iki) manat İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin; ilkin iddia ərizəsinin, qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar