Məhkəmə qərarları › İş №2(103)-1610/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1610/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1610/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4405/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 5 ümumi sahəsi 63,3 m2 , yaşayış sahəsi 14 m2 , yardımçı sahəsi 49,3 m2 olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə İddiaçı satılan tam hissəsinin əvəzi olaraq 51000 manat ödəməyi öhdəsinə götürür.

2. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-189/22 nömrəli ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 28, mənzil 1 ünvanının 14 dekabr 2022-ci il tarixinə bazar dəyəri: 146000 manat, 2019-cu ilin noyabr ayı tarixinə bazar dəyəri 134500 manat təşkil edir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-664/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2018/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predməti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

6. Şahid4, Şahid1, Şahid5, X17, Şahid3, X7 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2019-cu il tarixli ərizələrəə əsasən müəyyən olunur ki, İddiaçı məxsus olan ünvan 2i rayonu, Xətai pr., ev 28 mənzil ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirlər. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbləri olmayacaq.

7. X1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 36A, mənzil 28-də qeydiyyatda olan Cavabdeh notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 51000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubun əsasında Bakı şəhəri, Xətai pr., ev 28, mənzil 1-də qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan **********00001AZM54№-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

8. Cavabdeh tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə, 4Ə-1314 reyestr nömrəsi ilə ünvan 3 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqavilləsi adına rəsmiləşdirilmişdir və həmin əmlakın elektron çıxarışın və texniki pasportun 15 gün müddətinə alınması üçün DƏDRXin müvafiq ərazi dairəsinə müqavilənin elektron formada ötürülməsini xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı "pulun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250000 manat məbləğində maddi ziyanın və 540 manat dövlət rüsumu olmaqla, ümumilikdə 250540 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 28, mənzil 1-i alqı-satqısı barədə 27 noyabr 2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. həmin müqavilədə ona qarşı edilən hədə-qorxular və təzyiqlər nəticəsində bağlanmışdır. Çox qəribədir ki, o bu müqavilənin bağlanmasına məcbur edilməyinə baxmayaraq, eyni zamanda mənzilin dəyəri baxımından da aldadılmışdır. Belə ki, hal-hazırda mülkiyyətində olan və yaşadığı bu mənzilin real bazar dəyəri 250 min manata yaxındır. İşin hallarından da görünür ki, onun mülkiyyətində olan bu mənzil Bakının mərkəzi ərazisində olmaqla, mənzillərin və torpaq sahələrinin 1 sotunun real bazar qiyməti 200000 manatdan artıqdır. Əlavə olaraq, bu torpaq sahəsində olan yaşayış evinin də olduğunu nəzərə alsaq, onun necə aldandığını başa düşmək olar. İşin hallarından da görünür ki, aralarında bağlanmış müqaviləyə görə həmin bu daşınmaz əmlakın alqı-satqısına görə cavabdeh guya ki, ona 51000 manat pul ödəmişdir. Lakin əslində o ona 1 manat da olsun pul ödəməmişdir. Sadəcə oğlunun ona borcu olduğu üçün o ona və ailəsinə xəsarət yetirəcəyi və işgəncələr verəcəyi ilə hədələyərək belə bir müqavilənin bağlanmasına nail olmuşdur. Lakin onun bu fərdi yaşayış evini cavabdehə ümumiyyətlə satmaq fikri olmayıb və həmin mənzilə görə də ona cavabdeh tərəfindən 1 manat da olsun pul ödənməmişdir. O, aralarında bağlanmış bu alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün cavabdehə təklif göndərsə də, onun tərəfindən heç bir cavab almamışdır. Ona görə də o həmin bu alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən iddiası təmin edilməmişdir. Eyni zamanda, bu iddiadan əvvəl həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə də məhkəməyə müraciət etmişdir. Lakin həmin iddiası da təmin edilməmişdir. Bu alqı-satqı müqaviləsi ləğv edilməsə də, o, faktiki olaraq bu evin alqı-satqısına görə bir manat da olsun pul almamışdır. Yəni o, mülkiyyətçi kimi aldadılaraq əmlakından məhrum olmuşdur. Bunun nəticəsində də ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi həmin bu mübahisə predmeti olan mənzilin hazırki real bazar qiyməti 250000 manatdır. O, Cavabdeh ona qarşı törətdiyi bu cinayət əməli ilə əlaqədar həm Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə, həm də AR Baş Prokurorluğuna müraciət etmişdir. Bildirir ki, həmin bu alqı-satqı müqaviləsinin bağlanmasına o, məcbur edilərkən oğlu X17 ilə cavabdeh arasında pul mübahisəsi gedirdi və Ramin həmin pulu ödəyə bilmədiyi üçün cavabdeh və onun oğlu onların ailə üzvlərini ölümlə təhdid edərək bu müqavilənin bağlanmasına nail olmuşdur. Həmin cinayət işinin gedişi zamanı X9 şahid kimi ifadə vermiş və həmin şahid ifadəsində də oğlu Raminin borcuna görə onun mülkiyyətində olan bu mənzilin alqı-satqı müqaviləsinin bağlanmasına məcbur edildiyini göstərmişdir. Yəni işin halları da bir daha sübut edir ki, bu mənzilin alqısatqısı ilə əlaqədar ona heç bir pul vəsaiti ödənməmişdir.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz verilərək onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında eyni predmet üzrə qüvvəyə minmiş məhkəmə aktları var. İddiaçı formal olaraq iddi tələbini dəyişsə də, faktiki olaraq eyni mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bunun əsası kimi mülkiyyətində olan əmlaka dair cavabdehlə bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. İddiaçı bildirir ki, cavabdeh tərəfindən ona pul vəsaiti ödənilməmişdir. "xxxx" ASCnin 6 saylı şöbəsinə xx.xx.2019-cu il tarixli ünvanladığı məktubdan görünür ki, ünvan 48-də qeydiyyatda olan Cavabdeh notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 51000 manat məbləğində pul **********00001AZM54 nömrəli depozit hesabına köçürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8645/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdehlər İddiaçı, Şahid4, Şahid1, Şahid5, X13, X4, X8, X5, X10, X12, Xəyalə Həsənovaya, Şahid3 Şahin qızına qarşı “evin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(006)-1680/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi və vəkili X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “əqdin əhəmiyyətsiz hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmənin gəldiyi nəticəyə əsasən beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 63,3 m2 olan tam mülkiyyət üzrə ona məxsus hissəsini 51000 manata Cavabdeh mülkiyyətinə verilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Qüvvədə olan məhkəmə aktları ilə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üznuni hesab edilmişdir və həmin əqddə qeyd olunanlar mübahisə predmeti ola bilməz. O cümlədən əmlakın dəyəri ilə bağlı iddiaçının irəli sürdüyü fikirlərin heç bir hüquqi əsası yoxdur və təbii ki, heç bir sübutla da təsdiq olunmur. İndiyə kimi keçirilmiş məhkəmə proseslərinin heç birində əmlakın dəyəri ilə bağlı iddiaçı tərəfindən mövqe bildirilmədiyi halda, 5 ildən sonra əmlakın dəyərinin aşağı olması ilə bağlı iddia tələbinin irəli sürülməsi, yalnız əvvəlki məhkəmə aktlarının icrasını ləngitmək niyyəti daşıyır. Qeyd etdiyi kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanuni hesab edildiyindən, müqavilədə təsbit olunmuş əmlakın dəyəridə mübahisələndirilə bilməz. Faktiki olaraq iddiaçı tərəfindən müqavilə mübahisələndirilir, bu isə qüvvəyə minmiş məhkəmə aktları ilə mümkünsüz olduğundan, həmçinin müqavilənin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət belə buraxılmışdır. Hesab edir ki, iddiaçının belə bir iddia tələbini irəli sürməsi üçün subyektiv hüququ yoxdur.

12. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4405/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim X11).

13. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, hazırki iş üzrə cavabdeh iddiaçıya biletlərin alınması xidmətini göstərmiş, iddiaçı və onun ailə üzvləri üçün “X28” Şirkətinin həyata keçirdiyi Bakı-İstanbul-Bakı reysinə biletləri almışdır. Biletlərin dəyərini təşkil edən məbləğ cavabdehin göstərdiyi xidmət haqqı da daxil olmaqla "xxxx" MMC-nin hesabına ödənilmişdir. Sonradan isə həmin biletlərin dəyərinin müəyyən nisbətini təşkil edən məbləğ iddiaçıya qaytarılmışdır. Biletlərin dəyəri 4-ü 385,45 manat, 2-si 375,44 manat və 1-i isə 44,51 manat təşkil etmişdir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya ödənilməli olan məbləğ müvafiq qaydada "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ödənildiyi üçün hazırda iddiaçı bütövlükdə məbləğin qaytarılmamış hissəsini təşkil edən məbləğ olaraq hesab etdiyi 1400 manat pulun tutulması tələbini əsassız olaraq ona biletlərin alınmasında vasitəçilik edən şirkətdən tutulması tələbini irəli sürmüşdür. İddiaçı və cavabdeh arasında olan hüquqi münasibətlər iddiaçının sifarişi əsasında cavabdehin online şəkildə aviaşirkətin biletlərinin alınmasından ibarət olmuşdur. Cavabdeh hüquqi şəxs aviaşirkətdən biletləri alaraq üzərinə düşən vəzifəni icra etmiş və cavabdehin fəaliyyəti bu xidmətin həyata keçirilməsi ilə məhdudlaşmışdır. Bundan sonrakı mərhələdə baş vermiş hər hansı qarşısıalınmaz qüvvənin təsirinə görə iddiaçının həmin biletlərdən istifadə etməməsində cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Hazırda biletlərin alınmasını həyata keçirmiş və həyata keçirdiyi fəaliyyətə görə xidmət haqqı almış vasitəçidən aviaşirkətin hesabına ödənilmiş bütün bilet haqqının tələb edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə bir daha nəzərə çatdırır ki, iddiaçı tərəfindən 2330 manat məbləğində pul cavabdehin hesabına ödənilsə də, cavabdeh həmin vəsait əsasında iddiaçının sifarişinə əsasən uçuş biletləri əldə etmişdir. Həmin uçuş biletlərinin qaytarılmayan biletlər olması Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunur. Hazırda qaytarılmayan biletlərə görə tam məbləğin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassızdır və buna dair iddia təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 386-cı, 1096-cı maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 77.1-ci, 82-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, şahid kimi ifadə vermiş X2 ifadəsinin surətini məhkəməyə təqdim etsə də, məhkəmə əsassız olaraq onu sübut kimi qəbul etməmişdir. Eyni zamanda məhkəmə zalında birbaşa bu alqı-satqı müqaviləsinin şahidi olmuş şəxslər ifadə vermiş və ifadələrində bu alqı-satqı müqaviləsinin hədə-qorxu və təzyiqlər nəticəsində bağlandığnı, həmçinin bu müqaviləyə görə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini bildirmişlər, lakin şahid ifadələri də məhkəmə tərəfindən sübut kimi qəbul olunmamışdır. Bununla da məhkəmə tərəfindən AR MPM-nin 76-cı maddəsinin tələbləri pozulmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

e) Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Hazırki işin faktiki hallarına əsasən iddiaçı və cavabdeh arasında 27 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın alqı satqı müqaviləsi bağlanmış, müqavilədə daşınmaz əmlakın qiyməti 51000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən əvvəlcə sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia qaldırılsa da, lakin iddiası təmin edilməmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçının alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı iddia tələbi də təmin edilməmiş və sözügedən məhkəmə qətnaməsi də qanuni qüvvəsini almışdır. Hazırda isə iddiaçı həmin müqavilənin 51000 manat məbləğdə bağlanmasını razılaşdırılsa da, lakin həmin məbləğin həqiqəti əks etdirmədiyi, mənzilin həqiqi dəyərinin 250000 manat olmasını iddia edərək, cavabdeh tərəfindən ona heç bir məbləğin ödənilmədiyini, beləliklə ona 250000 manat məbləğində maddi zərər dəydiyini iddia edir. Cavabdeh isə iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin ləğvi və etibarsızlığı ilə bağlı verdiyi ayrı-ayrı iddia tələblərinin təmin olunmadığı, həmin məhkəmə qərarlarının qanuni qüvvəsini aldığını, buna görə də hazırda iddiaçının iddia tələbinin əsassız olduğunu bildirir.

27. İddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin məhkəmə qaydasında da etibarlı əqd olunması öz təsdiqini tapmasına baxmayaraq iddiaçı həm iddia ərizəsində müqavilənin etibarsız olmasına istinad edərək ona maddi ziyan vurulduğunu qeyd etmiş, həmçinin məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində izahat vermiş şəxslər də öz ifadələrində müqavilənin etibarsızlığı halına istinad etmişlər. Belə olan halda iddiaçı tərəfindən zərərin mövcudluğu faktını və zərərlə nəticə arasında səbəbli əlaqəni sübut edə bilməmişdir.

28. Başqa sözlə, iddiaçı və cavabdeh arasında olan hüquqi münasibətlər iddiaçının alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakının cavabdehə satılmasından ibarət olmuşdur. Cavabdeh daşınmaz əmlakı 51000 manata alaraq üzərinə düşən vəzifəni icra etmiş və həmin alqı-satqı müqaviləsinin öhdəliklərinin icrasında cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir.

29. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin əhəmiyyətsiz (etibarsız) əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Qüvvədə olan məhkəmə aktları ilə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanuni hesab edilmişdir və həmin əqddə qeyd olunanlar mübahisə predmeti ola bilməz. Bu səbəbdən mənzilin həqiqi dəyəri kimi qeyd etdiyi 250000 manat pul məbləğini tələb etməkdə iddiaçının iddia tələbi əsaslı olmamışdır.

30. Kollegiya qeyd edir ki, eyni zamanda iddiaçının iddia tələbinin əsassız olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də təsdiq olunmuşdur. Belə ki, müqavilənin etibarsızlığı ilə bağlı məsələyə baxarkən bu hallar araşdırılmış və müqavilənin etibarsızlığına səbəb olacaq halların olmamasına qanuni qüvvəsini almış məhkəmə aktı ilə artıq qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar isə hazırki iş üzrə yenidən sübut edilməsinə və mübahisələndirilməsinə yol verilmir.

31. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və yuxarıda qeyd edilənlərə əsasən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4405/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar