Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1619/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-155/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı BOKT ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 iyun 2020-ci il tarixli, 2020/00148-01 nömrəli istehlak kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 59100 manat məbləğində qalıq, ona hesablanmış 43202,10 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 42020,10 manat məbləğində dəbbə pulu, cəmi 144322,20 manat borcun, ekspertiza təhqiqatının dəyəri kimi ödənilmiş 700 manat pulun, təkrar ekspertiza təhqiqatının dəyəri kimi ödənilmiş 400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzil və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına irəli sürülmüş pul tələbinin İddiaçı BOKT ASC-yə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2020-ci il tarixli, 2020/00148-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 59.100 manat əsas borc, 43.202,10 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 103.302,10 manat məbləğində borc, təkrar ekspertiza tədqiqatının dəyəri olaraq 400 manat məbləğində pul vəsaiti və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzil və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilməsi, mənzillərin açıq hərracda satılması, mənzilin ilkin satış qiyməti 124.000 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh verilməsi, mənzilin açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin mövcud borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh tutulması, mənzilin açıq hərracda satılmasından sonra həmin mənzilin 1 ay ərzində boşaldılması, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellayasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və şikayətin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-155/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-155/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1619/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1619/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver