Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1622/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(001)-539/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəktaşi X4 Aqil Kainat oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə qaydada avtomobilə dəymiş ziyana görə 23687,65 manat məbləğində pul, sağlamlığa dəymiş ziyana görə 1000 manat məbləğində pul və 164,06 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 05 fevral 2023-cü il tarixdə, saat 23:30 radələrində idarə etdiyi “Mercedes Benz” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə hərəkətdə olarkən sağ tərəfdən Ə.Rəcəbli küçəsindən hərəkətdə olan “Mitsubishi Pajero” minik markalı, **-ZO-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinərək Binəqədi rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşdur. Hadisə vaxtı Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etsə də, avtomobilin mülkiyyətçisi Cavabdeh2 avtomobildə olmuşdur. Hadisədən sonra Cavabdeh1 avtomobilə dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan ödəniş etməkdən imtina etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 10 may2023- cü il tarixli akta əsasən İddiaçı avtomobilinə dəymiş ziyan ümumilikdə 28687,65 manat məbləğində qiymətləndirilmiş və avtomobil tam olaraq təmir edilmişdir. Dəymiş ziyanın 5000 manat hissəsi “Atasığorta” sığorta şirkəti tərəfindən ödənilmiş, qalanziyan isə cavabdehlər tərəfindən ödənilməli olduğu halda ödənilməmişdir. Eyni zamanda baş vermiş yolnəqliyyat hadisəsi zamanı İddiaçı xəsarət alaraq müalicə olunmuş və bir müddət işləyə bilməmişdir. Onun müalicəsinə təxminən 1000 manat vəsait sərf olunmuşdur. Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyindən baş vermiş hadisə nəticəsində vurulmuş ziyana görə onunla birlikdə avtomobilin mülkiyyətçisi Cavabdeh2 da, məsuliyyət daşımalıdır. xx.xx.2024-cü il tarixdə daha sonra isə xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia ərizəsinə əlavə ərizəsi təqdim edərək bildirmişdir ki, ekspert rəyindən və avtomobilin satılmasından sonra iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada avtomobilə dəymiş ziyana görə 23633 manat məbləğində pul, sağlamlığa dəymiş ziyana görə 1000 manat məbləğində pul, avtomobilin dəyərinin azalması nəticəsində dəymiş ziyana görə 8000 manat pul və 264,06 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(001)-539/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, vurulmuş maddi ziyan kimi 19633 manat məbləğində, o cümlədən də avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla avtomobilin itirilmiş əmtəə dəyərinin əvəzində 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi ödənilmiş 148 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, apellyasiya şikayəti üçün 93,9 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “X5” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50% ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan cəmi məbləğ 32633 manat təşkil edir. Bu halda iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 187,89 manat (120+22633x0,3/100=187,89) olduğundan, apellyasiya şikayətinə görə ”X5” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən 187,89 manatın 50%-i yəni 93,9 manat dövət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 83 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(001)-539/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 363.1.2, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(001)-539/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1622/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1622/2025
03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver