Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1624/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(004)- 3079/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Səlimova Könül Baba qızının mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abdullazə Fuad Mehman oğlu tərəfindən ona vurulmuş 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilərək, Cavabdeh 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iş üzrə cavabdeh Abdullazadə. Fuad Mehman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmışdır. Daha sonra qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edərək bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsindən ötrü qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə şikayətlə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3079/2023 saylı qərardadının ləğv edilməsini və Cavabdeh və onun vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş və ötürülmüş prosessual müddət bərpa edilmişdir. Bundan sonra iddiaçı həmin qərardaddan şikayət vermişdir. Hakim Toğrul Axundov şikayətə baxılan müddətdə məzuniyyətdə olduğundan digər hakim xx.xx.2023-cü il tarixli qərardadı ləğv edərək prosessual müddətin bərpa olunması haqqında ərizəni təmin etməmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixində Yasamal rayon Məhkəməsinin inzibati binasında rəsmi qaydada, təkrar məhkəmə aktı almağa görə dövlət rüsumu ödəmədən qəbzə imza atmaqla almış və şikayət etmə müddətini həmin tarixdən hesabladığından, məhkəmələrdə mülki işlər üzrə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq yeni formalaşdığından, cavabdehin elektron kabinetə daxil olmaq və sənədləri elektron imzalamaq üçün lazım olan ASAN-imza və Elektron imzası olmadığından, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab oluna bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(004)-3079/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından, görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə iş üzrə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Odur ki, cavabdehin nümayəndəsi və vəkilinin ərizəsində istinad etdiyi hallar iş materiallarında olan sənədlərlə təkzib olunduğundan, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzürlü hesab hesab edilə bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsi haqlı mövqedə olmuşdur. Belə ki, iddiaçı qətnamədən şikayət vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəb olmadan ötürərək apellyasiya şikayəti vermişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, belə olan halda buraxılmış prosessual müddətin bərpa olunması əsaslı ola bilməz.. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qərardadın çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cañete de Goñi İspaniyaya qarşı” işi üzrə qərarının 36-cı paraqrafında qeyd edilir ki, apelyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, hüquqi müəyyənlik prinsipi, qanuna itaətin və hüquqi intizamın təmin olunması məqsədilə qanuni qüvvəyə minməsindən sonra qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin olunması qanuni və əsaslı hesab edilə bilməz. Şikayətin əsas dəlili kimi cavabdehin “Elektron məhkəmə” sistemində elektron kabinetinin olmasından xəbərsiz olmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Elektron məhkəmə” sistemində fiziki şəxslərə aid “elektron kabinet”in yaradılması üçün fərdi məlumatlar (şəxsiyyəti təsdiq edən sənəddə əks olunan məlumatlar) daxil edilməli və təsdiq edilməlidir. Odur ki, qeyd olunan məlumatların üçüncü şəxs tərəfindən şəxsin məlumatı olmadan yaradılması mümkün deyil. Həmçinin, fərdi məlumatların ələ keçirilməklə qərəzli şəkildə kabinetin yaradılmasını təsdiq edən hər hansı sübut təqdim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(004)-3079/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(004)- 3079/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1624/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1624/2024
05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver