Məhkəmə qərarları › İş №2(103)-1626/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1626/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1626/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, X1, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, X1 cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdehna qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4735/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcunun olmamasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2009-cu il tarixdə “xxxx” ASC-nin Nəsimi filialından kredit müqaviləsi əsasında illik 24% olmaqla, 18 ay müddətinə biznes məqsədi ilə 53.300 (əlli üç min üç yüz) ABŞ dolları pul krediti götürmüş və borcun təminatı olaraq ünvan 1 ünvanda 1 mərtəbəli binada yerləşən 2 otaqlı, 24,4 kv.m yaşayış sahəsindən ibarət olan 20 nömrəli mənzil xx xxxxxx 2009-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. “xxxx” ASC-nin Nəsimi filialı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və 6 saylı DNK-na xx xxxxxx 2009-cu il tarixdə məktub ünvanlayaraq İddiaçı kredit müqaviləsi üzrə borc məbləğinin 42.960 manat əsas, faiz üzrə 2298 manat, cəmi borcun 45.258 manat təşkil etdiyini bildirmiş və həmin məbləğ xx xxxxxx 2009-cu il tarixli 1 saylı ödəniş tapşırığına əsasən “xxxx” ASC-nin Nəsimi filialına ödənilmişdir. “xxxx” ASC iddiaçıya qarşı borc və ya borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan “xxxx” ASC-nin xeyrinə 296,87 ABŞ dolları əsas, 249,07 ABŞ dolları faiz, 159,91 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 705,85 ABŞ dolları pulun milli manat ekvivalentində və 30 manat dövlət rüsumunun əvəzinin tutulması, borcun iddiaçıya məxsus olan və ünvan 1ndə yerləşən 1 mərtəbəli binada yerləşən 2 otaqlı 24,4 kv.m yaşayış sahəsindən ibarət olan 20 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi və iddiaçının həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(011)- 4770/2013 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin iddiaçıya qarşı borc və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianın rədd edilməsini xahiş edərək, «xxxx» ASC-nin Nəsimi filialı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı Ərazi İdarəsinə və 6 saylı DNK-na ünvanladığı məktubuna əsasən verilmiş kredit borcu üzrə borc məbləğinin 42.960 manat, faiz üzrə borc məbləği 2.298 manat, cəmi borc 45.258 manat təşkil etdiyini və qeyd olunanlar nəzərə alınaraq Bank qarşısında ipotekaya qoyulmuş mülkiyyət hüququ ilə ona məxsus olan xx.xx.2008-ci il qeydiyyat tarixli və Bakı şəhəri 8-ci Dairəvi küçəsində yerləşən 20 nömrəli 1 mərtəbəli binada yerləşən 24,4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilin satılaraq onun kredit üzrə borcunun Bakı şəhəri 6 saylı DNK-nın depozit hesabına ona sonradan geriyə qaytarmamaq şərtilə qoyulmasına etiraz etmədən, eyni zamanda sonradan depozit hesabında olan məbləğin «xxxx» ASC-nin Nəsimi filialına ödənilməsini xahiş etmişdir. xx xxxxxx 2009-cu il tarixli 1 saylı ödəniş tapşırığına əsasən «xxxx» ASC-nin Nəsimi filialına 45.258 manat pul ödənilmişdir. İddiaçı banka olan borcunu ipoteka predmeti olan mənzili sataraq ödəməklə bank qarşısında öhdəliyini tam icra etmişdir. Xətai rayon məhkəməsinin qətnaməsi ilə iddia əsassız hesab edilərək təmin edilməmişdir. "xxxx” ASC-nin Nəsimi filialı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və 6 saylı DNK-na ünvanlanmış 02-1 1/12 saylı, xx xxxxxx 2009-cu il tarixli məktubda qeyd edilmişdir ki, verilmiş kredit borcu üzrə borc məbləği 42.960 manat, faiz üzrə borc məbləği 2.298 manat, cəmi borc 45.258 manat təşkil edir və qeyd olunanlar nəzərə alınaraq Bank qarşısında ipotekaya qoyulmuş mülkiyyət hüququ ilə İddiaçı məxsus olan xx.xx.2008-ci il qeydiyyat tarixli və Bakı şəhəri 8-ci Dairəvi küçəsində 20 nömrəli 1 mərtəbəli binada yerləşən 24 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil satılaraq, İddiaçı kredit üzrə borcunun Bakı şəhəri 6 saylı DNK-nin depozit hesabına ona sonradan geriyə qaytarmamaq şərtilə qoyulmasına etiraz etmədən, eyni zamanda sonradan depozit hesabında olan məbləğin “xxxx” ASC-nin Nəsimi filialına ödənilməsi xahiş edilmişdir. xx xxxxxx 2009-cu il tarixli, 1 saylı ödəniş tapşırığına əsasən «xxxx» ASC-nin Nəsimi filialına 45.258 manat pul ödənilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı hazırda heç bir bankdan kredit borcu götürə bilmir. Belə ki, hazırda bank sistemində iddiaçının adına borc görünür. Göstərilənlərə əsasən İddiaçı “xxxx” ASC-yə borcunun olmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4735/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə “xxxx” ASC-yə borcunun olmaması müəyyən edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4735/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka olan borcu tam şəkildə ödənilməmişdir. Belə ki, məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən də görünür ki, müvafiq kredit müqaviləsi üzrə İddiaçı banka 148.43 ABŞ dolları əsas, müqavilə müddətinin sonuna hesablanmış 945,23 ABŞ dolları faiz, 238,80 ABŞ dolları məbləğində cərimə və 70,80 ABŞ dolları məbləğində beş faizlik borc olmaqla, cəmi 1403,26 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə bu kimi halları nəzərə almadan qərar vermiş və bankın mənafeyinə zərər vurmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əlavə edilmiş Ləğv prosesində olan xxxx ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanlamış olduğu xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, borcunun olmaması barədə sənədin verilməsi ilə bağlı sonuncunun müraciətinə Bank tərəfindən rədd cavabı verilmiş və bu zaman Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4770/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Fondun üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmadığı bildirilmişdir. İş materiallarında olan sənədlərlə və tərəflərin verdikləri izahatlarla müəyyən edilir ki, “xxxx" ASC-nin İddiaçı qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən “xxxx” ASC-nin xeyrinə 296,87 ABŞ dolları əsas, 249,07 ABŞ dolları faiz, 159,91 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 705,85 ABŞ dolları pulun tutulmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4770/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh İddiaçı tərəfindən borc ödənilmişdir və kredit müqaviləsinə əsasən öhdəlik onun tərəfindən icra edildiyindən iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı, sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Göründüyü kimi hazırki iş üzrə İddiaçı ilə “xxxx" ASC arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan kredit müqaviləsinə (borca) artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Eyni zamanda Mülki Məcəllənin 528-ci maddəsində göstərilmişdir ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər arasında 2009-cu ildə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı tərəfindən kreditor qarşısında öhdəlikləri tam yerinə yetirilmişdir və onun həmin müqavilə üzrə borcu qalmamışdır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏT ETDİ: Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4735/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar