Məhkəmə qərarları › İş №2(103)-1628/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1628/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1628/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bir icraatda birləşdirilmiş İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və icarə haqqının tutulması” və iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Açar sözlər: müqavilənin ləğvi, icarə haqqının tutulması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı, eyni zamanda Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bir icraatda birləşdirilmiş İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi, icarə haqqının tutulması” və iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-207/2024 nömrəli qətnaməsindən iddiaçı, eyni zamanda cavabdeh İddiaçı və iddiaçı, eyni zamanda Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1.669,4 kv.m olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən həmin əmlakı 5 il müddətinə icarəyə verməyi, icarəçi isə restoran kimi istifadə edəcəyi sahəni təmiz, səliqəli saxlamağı, icarəyə verəndən əvvəlcədən icazə almadan orada əlavə tikinti aparmamağı və başqa dəyişikliklər etməməyi, təhlükəsizlik texnikası, yanğından mühafizə qaydalarına, sanitar gigiyenik normalara əməl etməyi, icarə müqaviləsinin qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətində martın 1-dən başlayaraq hər ayın 05-dən gec olmayaraq 1.500 manat, 2-ci və ondan sonrakı illərdə 2.000 manat icarə haqqı ödəməyi, hər ay kommunal xidmətləri, təmir və istismar xərclərini və vergi qanunvericiliyinə uyğun ödəmə mənbəyində vergini tutmağı və dövlət büdcəsinə ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinin şərtinə görə icarə obyektində icarədarın əlavə tikdiyi tikililər və quraşdırılmış əsas vəsaitləri müqaviləyə xitam verildiyi zaman icarədar həmin əlavə tikililəri və qurğuları sökmək və özü ilə aparmaq hüququna malik deyil. O halda mümkündür ki, əlavə tikdiyi tikililər və quraşdırılmış əsas vəsaitləri sökən zaman obyektə dəymiş ziyan köhnə vəziyyətinə gətirərək ödənilsin və təmir olunsun. İcarə obyektində icarədarın öz avadanlıqlarını müqaviləyə xitam verildiyi zaman dəyəri icarəyə verən tərəfindən ödənilmədikdə icarəçi özü ilə aparmaq hüququna malikdir.

3. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əlavə və dəyişiklər edilməsi ilə bağlı İddiaçı (onun əvəzinə X13) və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Sazişə əsasən tərəflər icarə müqaviləsinin 4-cü bəndinin dəyişilməsi barədə razılığa gəlmişlər. Həmin dəyişikliyə görə icarəçi 1-ci il üçün 4.000 manat, 2-ci və 3-cü illərdə 5.000 manat, 4-cü il üçün 6.000 manat, 5-ci və ondan sonrakı illərdə 7.000 manat icarə haqqı ödəyəcəkdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin MTT(001)-210/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin predmeti olan, ünvan 2 ünvanında yerləşən obyektə daxil olmaqla ondan istifadə etməsinə maneçilik törədilməsi İddiaçı qadağan edilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin MTT(001)-227/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan 76 adda olan əşyaların həmin sahədən çıxarılması Cavabdeh və X11 qadağan edilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(001)- 47/2022 saylı qərardadına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (Han Garden restoran adı altında fəaliyyət göstərən iaşə obyekti) Cavabdeh və digər şəxslərin istifadəsi qadağan edilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-5184/2022 saylı mülki işə əsasən Cavabdeh İddiaçı qarşı “müqaviləyə əlavə və dəyişkliklərin edilməsinə dair sazişin etibasız hesab edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və hazırki iddiaya etirazın dəlilləri ilə eyni olan əsaslarla xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əlavə və dəyişiklər edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli Sazişin etibarsızlığını tələb etmişdir. Həmin mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinin və ona dəyişiklik edilməsi barədə sazişin” ləğv edilməsi, ödənilməmiş 141.000 manat icarə haqqının, dəymiş ziyana görə 15.000 manat, əldən çıxmış fayda kimi 29.200 manat, qiymətləndirmə xidmətinə ödənilmiş 700 manat, dövlət rüsumunun əvəzi kimi ödəniliş 430 manat məbləğində pulun cavabdehdən tutulması, cavabdehin ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qarşılıqlı iddia vermişdir. Həmin iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qətnamə ilə Cavabdeh ilk iddiası rədd edilmiş, xx.xx.2022ci il tarixli qərardadla isə İddiaçı qarşılıqlı iddia pretenziya qaydasına əməl edilmədiyinə görə baxılmamış saxlanılmışdır.

8. İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə məktub göndərərək, 3 iş günü ərzində yaranmış 146.000 manat icarə haqqı borcunu ödəməsi, əks halda icarə müqaviləsinin və əlavə sazişin ləğv olunması, icarə müqaviləsi müddətinin sonuna icarə haqqının və.s zərərin tutulması, icarə obyektindən çıxarılma barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin xx.xx.2024-cü il tarixli, 9/10167 saylı ekspert rəyinə əsasən ekspert baxışına təqdim olunan 71 adda əşyanın istifadə olunması nəzərə alınmaqla hazırki vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri 109.934 manat, təqdim olunmayan 11 adda əşyanın nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 16.200 manatdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin xx.xx.2024-cü il tarixli, 9/6651 saylı “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” Məlumata əsasən məhkəmənin kompleks tikintitexniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardadının icrası qaydasında tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmiş, lakin tədqiqat obyekti iş materiallarında göstərilən ilkin vəziyyətdə olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı Cavabdeh qarşı iddia və tələbin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” və onun əlavəsi olan xx.xx.2019-cu il tarixli, 3M64 reyestr nömrə ilə qeydiyyat aparılan “İcarə müqaviləsi”nə Əlavə və Dəyişikliklər edilməsi barədə Sazişin ləğv edilməsi və icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqından qalmış 230.000 manat pulun, 5 il üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 57.500 manat pul vəsaitinin, ödənilmiş 577 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə və həmin müqaviləyə əlavəyə istinad edərək onunla əsaslandırmışdır ki, Cavabdeh bügünə kimi 1) 2019-cu il üçün ödənilməli olan 44.000 manat icarə haqqından cəmi 23.000 manat ödəmiş və 21.000 manat ödənilməmiş icarə borcu qalmış, 2) 2020-ci il üçün ümumi ödəniləcək olan 60.000 manat icarə haqqından 12.000 manat ödəmiş, 48.000 manat ödənilməmiş icarə haqqı borcu qalmış, 3) 2021-ci il üçün ümumi ödəniləcək olan 60.000 manat icarə haqqından 27.000 manat ödəmiş, 33.000 manat ödənilməmiş icarə haqqı borcu qalmış, 2022-ci il üçün ümumi ödəniləcək olan 72.000 manat icarə haqqından, 28.000 manat icarə haqqı ödəmiş, 44.000 manat ödənilməmiş icarə haqqı borcu qalmış və 5) 2023-cü il üçün ümumi ödəniləcək olan 84.000 manat icarə haqqından, həmin il üçün aprel ayının sonuna kimi icarə haqqı ödəməmiş, və bu il üçün də 84.000 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. Hazırda cavabdehin icarə müqviləsinin bitmə müddətinə 230.000 manat icarə haqqı borcu qalmışdır ki, dəfələrlə şifahi və rəsmi xəbərdar edilməsinə baxmayaraq borcunu ödəməmişdir. O, cavabdehə rəsmi şəkildə də xx.xx.2022-ci ildə xəbərdarlıq məktubu göndərək ödənilməmiş icarə haqqı borcunun tam şəkildə ödəmədiyi halda icarə müqaviləsinin və əlavə sazişin ləğv olunması, icarə müqaviləsi üzrə (icarə müqaviləsinin bitmə tarixinə) ödəməli olduğu icarə haqqının tam tələb edilməsi, əlavə olaraq əldən çıxmış faydaya və əlavə çıxmış digər xərclərin (məhkəmə, icra və s.) cavabdehdən tutularaq ona ödənilməsi, eyni zamanda da icarə obyektinin boşaldılıb ona təhvil verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirilmişdir. Lakin cavabdeh bugünə kimi hər hansı addım atmamış və icarə haqqını ödəməkdən qəsdən yayınmışdır.

13. Bundan sonra iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən “Han Garden” restoranın əsaslı təmirinə sərf etdiyi zəruri məsrəflərin əvəzi olaraq 360.000 manat, ona vurulmuş maddi zərər qismində 57.640 manat və mənəvi zərər qismində 30.000 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanında yerləşən obyekti 5 il müddətinə icarəyə götürmüşdür. O, 1 il müddətinə hər ay 1.500 manat, 2-ci və ondan sonrakı müddətlərdə 2.000 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Obyekti icarəyə götürdüyü zaman həmin obyekt iaşə obyekti-restoran kimi əvvəllər istifadə edilmiş olsa da, ona icarəyə verildiyi dövrdə istifadəyə yararsız idi və obyektin əsaslı təmirə ehtiyacı var idi. İcarə müqaviləsi bağlandıqdan və obyekt təhvil verildikdən sonra obyekti əsaslı təmir eləməyə başlamış, müasir tələblərə cavab verməsi üçün 360.000 manat vəsait xərcləmişdir. Obyekti bütün avadanlıqla təchiz etmiş və həmin obyektdə “Han Garden” restoranı adı altında fəaliyyət göstərməyə başlamışdır. Lakin 2022-ci ilin aprel ayında cavabdeh ona xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sazişi təqdim edərək, onun bu sazişi imzaladığını bildirmiş və ondan hər ay üçün 7.000 manat icarə haqqı ödəməyi tələb etmişdir. O, həmin sazişin saxta olmasını bildirdikə, cavabdeh icarə haqqını ödəmədiyi təqdirdə onu obyektə buraxmayacağını bildirmişdir. 2022-ci iyul ayının sonlarında cavabdeh axşam vaxtı həmin obyektin qapısını zəncirlə bağlayıb, qapının qarşısında avtomobil saxlayaraq, onun obyektə daxil olmağına maneçilik törətmişdir. Bundan sonra o, icarə müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə sazişin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmişdir. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək icarə müqaviləsinin və ona əlavə edilməsi barədə sazişin ləğv edilməsi, ödənilməmiş 141.000 manat icarə haqqının, dəymiş ziyana görə 15.000 manat, əldən çıxmış fayda kimi 29.200 manat, qiymətləndirmə xidmətinə ödənilmiş 700 manat, dövlət rüsumunun əvəzi kimi 430 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaları məhkəmədə baxılan zaman o, həmin obyektdən qanuni surətdə istifadə etmiş, sifarişlər götürmüş banketlər, toylar təşkil etmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(001)-47/2022 saylı qərardadı ilə obyektdən onun və digər şəxslərin istifadəsi qadağan edilmişdir. Qərardad icraya yönəldilmiş və onun istifadəsi qadağan edilmişdir. Bunun nəticəsində obyektə daxil ola bilməmiş, götürdüyü sifarişi icra edə bilməmişdir. Lakin soyuducuya giriş-çıxışa qadağa qoyulmamışdır, çünki orada ərzaq məhsulları var idi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmiş, müqavilənin ləğvi və icarə haqqı və digər pul məbləğlərinin ödənilməsi barədə qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Həmin qətnamə və qərardaddan tərəflər şikayət vermədiyindən qanuni qüvvəyə minmişdir. Bundan sonra da cavabdeh onu obyektə buraxmamış, elektrik enerjisini xətdən ayıraraq obyektin zirzəmisində olan soyuducudan istifadəsinin qarşısını almış, ona külli miqdarda ziyan vurmuşdur. O, cavabdehdən ümumlikdə 422.640 manat pul tələb edir, bundan 1) 360.000 manat restoranın yaxşılaşdırılmasına xərclənən vəsait, 2) Götürdüyü sifarişləri icra etmək üçün başqa restoranlara ödədiyi 25.000 manat maddi zərər, 3) elektrik enerjisinin kəsilməsi nəticəsində xarab olmuş məhsullara görə 25.500 manat maddi zərər, 4) fəaliyyət göstərmədiyi halda, ödəməyə məcbur olduğu ödənişlər qismində 7.140 manat maddi zərər, 5) Mənəvi zərərə görə 30.000 manat. Obyektdə sanitar gigiyenik qaydalara cavab verən mətbəx, ayrıca kabinalar, restoran fəaliyyəti göstərilməsi üçün bütün müasir avadanlıqlar təchiz etmiş və buna görə 360.000 manat pul xərcləmişdir. Hazırda həmin avadanlıqların çıxardılması da mümkün olmadığına görə o, həmin vəsaiti tələb edir. İcarə müqaviləsi ləğv edilmədən onun restorana daxil olmağına qadağa qoyulduğu üçün onun götürdüyü toy təşkil etməli olduğu sifarişləri başqa restoranda etdiyinə görə, yəni sifarişçilərdən aldığı pulun üzərinə 25.000 manat əlavə edərək başqa restoranlara verdiyi üçün dəymiş zərər. 3-cü tələblə bağlı bildirir ki, onların soyuducuda 500 manat dəyərində ərzaq məhsulu, 25.000 manat dəyərində “Hollandiya” qızıl gülü var idi. 2022-ci ilin sonlarında bayramla əlaqədar soyuducudan gülləri götürmək istədikdə isə soyuducunun işləməməsini, elektrik enerjisinin kəsilməsini və nəticədə güllərin və ərzaq məhsulların məhv olmasını görmüşdür. 4-cü tələblə bağlı bildirir ki, fəaliyyət göstərmədiyi halda məcburi sosial sığorta ödənişləri üçün 3.500 manat, kommunal xidmətlər üçün 1.000 manat, vergiyə 840 manat, reklam üçün 1.000 manat, işıqlandırma dekoru üçün 800 manat olmaqla, ümumilikdə 7.140 manat məbləğində əlavə xərclərə məruz qalmışdır. 5-cu tələblə bağlı bildirir ki, bütün bu hallara görə mənəvi sarsıntı keçirmiş və ona mənəvi zərər vurulmuşdur.

15. Cavabdeh İddiaçı iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyekti daim istifadədə və tam yararlı vəziyyətdə olmuş, təmirə ehtiyacı olmamış və iddiaçının icarəsinə verildiyi gündən cəmi 1 gün əvvələ kimi obyekt restoran kimi də fəaliyyət göstərmişdir. İcarəyə götürülmüş obyektdə əvvəllərdən sanitar gigiyenik qaydalara cavab verən mətbəx, ayrıca kabinalar mövcud olmuşdur və bütün müasir avadanlıqlarla təchiz edilmişdir ki, iddiaçının bu tələbləri əsassızdır. Digər tərəfdən, iddiaçının təmirə sərf etdiyini iddia etdiyi 36.000 manat məbləğ icarə haqqı borcuna bərabərdir. Bu məbləğdə təmirin də hər hansı icarəçi tərəfindən həyata keçirilməsi inandırıcı deyil. Bundan əlavə, təmir olmuş olsa belə, icarə müqaviləsinin 5-ci bəndinə əsasən təmirə sərf olunmuş məbləğ ondan tələb edilə bilməz. Digər tərəfdən, iddiaçı əgər aldığı sifarişə görə 25.000 manat ziyana düşdüyünü iddia edirsə, əksinə icarə haqqını ödəyib icarəyə götürdüyü obyektdə məclis təşkil edib xeyir götürərdi və icarəyə verənin icarə haqqını tələb etməsi ilə bağlı məhkəməyə müraciət etməsinə görə məsuliyyəti ola bilməz. Bundan əlavə guya elektrik enerjisindən xəttin ayrılmasına görə 25.500 manat ziyana düşməsi barədə tələb də əsassızdır. Belə ki, əgər həqiqətən də obyektdə tez xarab olan malları var idisə, məhkəmə tərəfindən istifadələrinə qadağa qoyulan zaman məhsulların çıxarılması barədə vəsatət verə bilər və ziyandan yan keçə bilərdilər. Burda da onların məsuliyyəti yoxdur. Sosial və kommunal ödənişlərlə bağlı tələb də əsassızdır. Belə ki, müqaviləyə əsasən icarəçinin iş fəaliyyəti üçün çəkdiyi, çəkməli olduğu xərclər, o cümlədən bütün kommunal xidmətlər, təmir və istismar xərcləri, vergi ödənişləri, dövlət büdcəsi ödənişləri özünə aiddir. Mənəvi zərərlə bağlı isə hər hansı sübut təqdim etməmişdir.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1502/2023 saylı qərardadı ilə mülki işləə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

17. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisəli ünvanda yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, hazırki vəziyyətdə qeyri-yaşayış sahəsinin bir hissəsi market kimi istifadə olunur, kabinetlər olan hissəsi isə tamamilə sökülərək yenidən təmirdədir.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 207/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, icarə borcuna görə 128.000 manat, icranın gecikdirilməsinə 3.360 manat olmaqla, cəmi 131.360 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın təmin edilmiş hissəsinə münasibətdə 265 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddiasının qismən təmin edilməsi, 138.634 manat məbləğində vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın təmin edilmiş hissəsinə münasibətdə 230 manat dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, ekspertiza tədqiqatının dəyəri qismində 50 manat vəsaitin iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim X19).

19. Məhkəmə birinci iddianı qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Hansı ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi və ona dəyişiklik edilməsi barədə sazişə əsasən icarəçi ünvan 1 ünvanında yerləşən obyekti 5 il müddətinə icarəyə götürmüş və mart ayının 1-dən ödəməyə başlamaqla 1-ci il hər ay üçün 4.000 manat, 2-ci və 3-cü illərdə hər ay üçün 5.000 manat, 4-cü ildə hər ay üçün 6.000 manat, 5-ci ildə hər ay üçün 7.000 manat icarə haqqı ödəməli idi. Lakin icarəçinin icarə haqqını ödəmədiyinə görə icarəyə verən müqavilədən birtərəfli imtina etmiş, müqavilənin ləğv edilməsi və yaranmış icarə borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etsə də, iddiası baxılmamış saxlanılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icarəçinin icarə obyektindən istifadəsi qadağan edilmiş və həmin vaxtdan icarə obyekti icarəyə verənin (mülkiyyətçinin) sahiblik və istifadəsinə qayıtmışdır. Bundan əlavə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, icarəçi icarə obyektindən çıxarılana kimi cəmi 90.000 manat icarə haqqı ödəmişdir. İcarəçi 2019-cu ilin fevral ayı daxil olmaqla (mart ayından ödəməyə başlamaqla) 2019-cu il üçün 44.000 manat, 2020-ci il üçün 60.000 manat, 2021-ci il üçün 60.000 manat, 2022-ci ilin oktyabr ayınadək 9 ay üçün (avqust-sentyabr aylarından icarəçinin icarə obyektindən istifadəsi ilə bağlı maneələr başlamışdır, oktyabr ayından isə tamamilə istifadəsi qadağan edilmişdir) 54.000 manat olmaqla, ümumilikdə 218.000 manat ödəməli olsa da, cəmi 90.000 manat ödəniş etmişdir. İcarəçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və müqavilənin şərtini pozmuşdur. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, icarəyə verən müqavilədən imtina etməklə icarə haqqına görə yaranmış 128.000 manat borcu icarəçidən tələb etməkdə haqlıdır. Cavabdehin bu hissədə etirazının dəlillərini məhkəmə bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu üçün əsassız hesab etmişdir.

20. Məhkəmə əldən çıxmış fayda qismində illik 5 faizlə tələb edilən məbləğə aid hissədə də iddanı qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər, xüsusi olaraq icarəyə verən faktiki olaraq öhdəliyin hissə-hissə icrası ilə bağlı mövcud vəziyyətlə razılaşmış, müqavilə üzrə ödənilən məbləğləri əvvəlki borclardan ardıcıllıqla silinmə qaydasında münasibətlərini davam etdirmişlər. Bu səbəbdən də borclunun icranı gecikdirməsi kreditorun müqavilədən imtina etdiyi, yəni xx.xx.2022-ci il tarixdən başlanmalı və məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixə olan 189 gün gecikmə gününə münasibətdə yaranmış borc tələbi əsaslı hesab edilməlidir. Belə olan halda, borcludan icranı gecikdirməsi nəticəsi gecikdirilmiş vaxt üçün illik 5 faizlə tutulmalı olan məbləğ 3.360 (128.000x5% : 360 x 189) manat məbləğində müəyyən edilməli və Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən iddiaçıya ödənilməlidir.

21. Məhkəmə birinci iddia üzrə xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” və onun əlavəsi olan xx.xx.2019-cu il tarixli, 3M64 reyestr nömrə ilə qeydiyyat aparılan “İcarə müqaviləsi”nə Əlavə və Dəyişikliklər edilməsi barədə Sazişin ləğv edilməsi tələbinə münasibətdə qeyd etmişdr ki, kreditor müqavilədən imtina edərək və bunu müqavilənin digər tərəfinə bildirərək müqavilə üzrə yaranmış borcu tələb etdiyindən artıq tərəflər arasında olan müqavilənin ləğv edilməklə xitam verildiyi hüquqi nəticəsi yaranmışdır və bunun üçün ayrıca məhkəmə qərarının qəbul edilməsinə zərurət yoxdur.

22. Məhkəmə ikinci iddia üzrə tikinti-təmirə xərclənən vəsaitin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş şəkillərdən, dindirilmiş şahid ifadələrindən müəyyən edilmişdir ki, icarəçi icarə müqaviləsi bağlanandan sonra icarə obyektində tikinti-təmir işləri görmüş, avadanlıqlar quraşdırmış, restoran fəaliyyəti ilə bağlı əşyalar almışdır. Sonradan icarəyə verən icarəçinin müqavilə üzrə öhdəliyini icra etməməsinə əsaslanaraq, müqavilədən imtina etmiş və icarəçinin icarə obyektinə daxil olmasını qadağan etmiş və keçən müddət ərzində icarəçinin yaxşılaşdırmalarının dəyərini ödəməmiş, ayrıla bilən qurğularını, əşyalarını qaytarmamışdır. Cavabdehin bu hissədə etiraz olaraq bildirdikləri, yəni icarə obyektinin əvvəllər də restoran kimi fəaliyyət göstərməsi və iddiaçı tərəfindən hər hansı təmir tikinti işləri aparılmaması barədə mülahizələri tədqiq edilmiş sübutlarla təkzib edilir. Belə ki, icarə obyektinin əvvəllər “Qızıl Gül” restoranı olaraq fəaliyyət göstərməsi işin mübahisəsiz halı olsa da, onun əvvəlki vəziyyətinə dair şəkilləri ilə sonrakı vəziyyəti barədə şəkillərinin vizual olaraq müqayisəsi icarə obyektində əsaslı olaraq təmir işlərinin aparıldığını təsdiq edir. Bundan əlavə dindirilən şahidlərin ifadələrinin mötəbərliliyini istisna edən hal məhkəmə tədqiqatı zamanı müəyyən edilməmişdir, əksinə şahidlər işin faktiki hallarına uyğun gələn, bir-birini tamamlayan ifadələr verməklə mübahisələndirilən məsələlər barədə obyektiv qənaət formalaşdırmışlar. Bundan əlavə məhkəmə cavabdehin icarəçinin şəxsən tikinti-təmirə vəsait xərcləmədiyi, hətta hər hansı vəsait xərclənmişsə belə, bunun X15 tərəfindən edildiyi barədə etirazının dəlillərini əsassız hesab etmişdir. Çünki həmin məsələ öz təsdiqini tapsa belə, işin mahiyyəti üzrə həlli istiqamətində hər hansı əhəmiyyət kəsb etmir. Hansı ki, icarəyə verən məhz icarə müqaviləsinə əsaslanaraq icarəçidən icarə haqqı tələb edir və icarəçi də məhz həmin əsasla icarə obyektində apardığı yaxşılaşdırmalarının, quraşdırdığı avadanıqlarının, icarəyə verəndə qalan əşyalarının dəyərini tələb edir. Həmin vəsaitin əslində kimə məxsus olması icarə müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinə təsir etmir. Bununla belə, məhkəmə iddiaçının təmir-tikinti, quraşdırma, tamamlama işlərinə, bir sözlə icarə obyektinin yaxşılaşdırılması və fəaliyyət göstərməsi üçün çəkdiyi xərclərə görə tələbini qismən əsaslı hesab edir. Belə ki, məhkəmə tərəfindən iş materiallarında olan, digər işdə İddiaçı nümayəndəsi tərəfindən təqdim edilən "xxxx" MMCnin mütəxəssis rəyinin əsasında ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən təmir xərcləri istisna olmaqla icarə obyektinin yaxşılaşdırması üçün 126.134 manat vəsait xərcləndiyi müəyyən edilmişdir. Hansı ki, bura həm avadanlıqlar, həm də restoran fəaliyyəti üçün gərəkli olan əşyalar aiddir və qeyd edilən mütəxəssis rəyində həmin əşyalar sadalanmışdır. Bu hissədə məhkəmə cavabdehin mütəxəssis rəyi almaqdakı məqsədləri barədə etirazının dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh tərəf həmin qiymətləndirməni məhz müvəqqəti təminat tədbiri verilən zaman əmlakın siyahıya alınması ilə bağlı apardıqlarını bildirsələr də, lakin müvəqqəti təminat tədbiri barədə ərizə ümumiyyətlə icarə obyektindən istifadənin qadağan edilməsi ilə bağlı olmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5184/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı qarşılıqlı tələblərindən biri Cavabdeh əşyaları ilə birlikdə icarə obyektindən çıxarılması olmuşdur və həmin iş üzrə İddiaçı nümayəndəsi X5 məhz həmin tələbə aid hissədə sözügedən mütəxəssis rəyinə istinad etmişdir. Odur ki, məhkəmə qeyd edilən mütəxəssis rəyi əsasında aparılan ekspertiza tədqiqatı ilə müəyyən edilən məbləği əsaslı hesab etmişdir. Bununla belə, məhkəmə şahid ifadələrinə əsasən icarəçı tərəfindən təmirə vəsait xərcləndiyinin müəyyən edildiyini, ekspert rəyində təmirə nə qədər vəsait xərcəndiyinin göstərilmədiyini, mövcud vəziyyətdə həmin məsələ barədə tədqiqat aparılmasının mümkün olmadığını nəzərə alaraq hesab etmişdir ki, təmirə xərclənən vəsaitin miqdarı 2022-ci ilin iyun ayında tərtib edilən, ilkin vəziyyəti əks etdirən "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən müəyyən edilməlidir. Hansı ki, İddiaçı sıfarişi əsasında tərtib edilən həmin mütəxəssis rəyində təmirə 12.500 manat xərcləndiyi göstərilmişdir. Beləliklə, məhkəmə icarəçinin yaxşılaşdırma və avadanlıqlara görə çəkdiyi xərcin 138.634 (126.134+12.500) manat olduğu qənaətinə gəlmişdir. Cavabdehin bu hissədə etirazının dəlili ondan ibarətdir ki, müqavilədə bunun əksini təsbit edən şərt vardır və icarəyə verənin həmin tikinti təmir işlərindən xəbəri olmamışdır. Lakin müqavilənin şərtlərinə nəzər yetirdikdə müəyyən edilir ki, icarəçinin öz yaxşılaşdırmalarını əvvəlki vəziyyəti bərpa etməklə sökmək hüququ, avadanlıqlarını isə dəyəri ödənilmədikdə özü ilə aparmaq hüququ vardır. Bundan əlavə icarəyə verənin icarə obyektində 1 il təmir tikinti işlərinin aparılmasından məlumatsız olması inandırıcı deyildir. Hansı ki, həmin tikinti işləri gözlə görülən hissələrdə, öz də əsaslı şəkildə yenidən qurulmaqla aparılmışdır. Bundan əlavə icarə müqaviləsinin bağlandığı ilk ildən icarəçinin borcu yaransa da, tərəflərin bu barədə yerində müzakirə aparmış olmamaları da inandırıcı deyildir.

23. Məhkəmə vurulmuş maddi zərərin əvəzi qismində 57.640 manat və mənəvi zərər qismində 30.000 manat pul məbləğinin cavabdehdən tutulması ilə bağlı iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı vurulmuş maddi zərərlə bağlı istinad etdiyi hallara dair, o cümlədən hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim etməmiş və işin halları ilə isə bu fakt müəyyən edilməmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, 445ci, 680-681-ci, 697-ci, 700-cü, 704-cü, “İcarə Haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən iddiaçı, eyni zamanda cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, onun qismən ləğv edilməsini, birinci iş üzrə iddianın tam təmin olunması və ikinci iş üzrə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış obyekti (restoran) daim istifadədə və tam yararlı vəziyyətə olmuş, təmirə ehtiyacı olmamış və cavabdehə icarəyə verildiyi gündən cəmi 1 gün əvvələ kimi obyekti restoran kimi də fəaliyyət göstərmişdir. İcarəyə götürülmüş obyetdə əvvəllərdən sanitar gigyenik qaydarına cavab verən mətbəx, ayrıca kabinalar mövcud olmuşdur və bütün müasir avadanlıqlara təchiz edilmişdir. Bundan əlavə qarşı tərəf tələb etdiyi və ona məxsus olduğunu iddia etdiyi əşyaların hansı əşyalardan ibarət olmasını bugünə kimi qeyd etməmiş və həmin əşyaların onlara məxsus olduğuna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa, icarəyə götürülmüş obyektdə yalnız öz zövqlərinə uyğun dizayn olaraq içəridə olan əşyaların yerdəyişməsi olmuşdur ki, hətta bunu da icarəyə verəndən razılıq almamışdır. Cavabdeh tərəfindən dəvət edilən bəzi şahidlər iddiaçı Cavabdeh orda işçi kimi işlədiyini və pul vəsaitinin X15 tərəfindən verildiyini onun işlər gördürdüyünü, digər şahidlərdə pul vəsaitinin X9 mərhum oğlu tərəfindən verildiyini qeyd etmişlər. Bir şahid belə Cavabdeh təmir üçün pul aldıqlarına dair ifadə verməmişlər. Hətta şahid X15 belə ifadəsində obyekti götürdüyünü və 300-400.000 manat pul xərclədiyini bildirir. Məhkəməyə təqdim edilən şahidlərdən başqa qarşı tərəf təmir işlərinin görülməsinə dair mötəbər sübut təqdim edə bilməmişlər. Hətta əgər cavabdeh icarə obyektində cüzi də olsa, daşına bilməyən öz istəklərinə uyğun icarəyə verəndən razılıq almadan hər hansı yaxşılaşdırma işləri aparsa, həmin sahə əvəzi ödənilmədən icarəyə verənin mülkiyyəti sayılır. Hətta bu barədə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2-ci bəndində açıq-aydın qeydlər aparılmış və razılaşaraq iradə ifadəsi ilə müqavilə imzalanmışdır. Təqdim edilmiş rəy 2(001)-5184/2022 saylı iş üzrə verilmiş təminat tədbiri ərizəsi üzrə cavabdehin istifadəsi və icarə obyektindən kənara çıxarılması qadağan edilməsi məqsədilə olmuşdur. Buna səbəb də birləşdirilən iddia üzrə iddiaçının icarə obyektində olan icarəyə verənin əşyalarının gələcək aqibəti necə olacağından irəli gəlmişdir və icarə obyektində olan bütün əşyaların istifadəsinə qadağa qoyulmuşdur. Bu da o demək deyildir ki, rəydə qadağan edilən əşyalar birləşdirilən iddia üzrə iddiaçıya məxsus əşyalardır. Həmçinin, 2(001)-5184/2022 saylı iş üzrə İddiaçı tərəfindən verimiş iddia üzrə cavabdehin əşyaları ilə birlikdə icarə obyektindən çıxarılması qeyd edilsə də, iddia ərizəsində rəydə göstərilən əşyaların cavabdehə aid olması, hətta adları belə qeyd edilməmişdir. Çünki iddia ərizəsində əşyaları ilə birlikdə çıxarılması qeyd edilmişdir ki, onun əşyası varsa, aparsın. Ona görə rəy verilməmişdir ki, icarə obyektində olan bütün əşyalar ona məxsusdur. Hətta birinci instansiya məhkəməsi rəydə qeyd edilən əşyaların iddiaçıya məxsusluğunu birinci sübut edilməsini əsaslandırmalı idi, daha sonra sübuta yetirilmiş əşyaların mövcudluğu araşdırılmalı, mövcuddursa əşyanın özünün geri qayatarılmasına, bu mümkün olmasa dəyərinin tutulması qənaətinə gəlməli idi. Lakin bunu etməmişdir. Birinci instansiya məhkəməsində də icraat dövründə birləşmiş iş üzrə iddiaçı qeyd edilən əşyaların ona məxsus olmasını sübut edən dəlil gətirə bilməmiş, iddia ərizəsində hansı əşyalarının olmasını qeyd edə bilməmiş, yalnız təqdim edilmiş rəyə əsaslanaraq qeyd edilənlərin onlara məxsusluğu qənaətinə gəlmişdir. Halbuki qarşı tərəfin qeyd etdiyi elə əşyalardır ki, onların sənədi və zəmanət talonları belə olur. Yalnız əsaslandığı ilkin iddiaçının özü tərəfindən əşyalarının cavabdeh tərəfindən məhf edilməsinin qarşısının alınması üçün məhv edilərsə, hansı əşyaların və qiymətinin dəyərləndirilmısi üçün lazım ola biləcəyi ehtimalı ilə verilmiş təminat tədbiri üzrə təqdim edilmiş rəyə əsaslanır. Yaxşılaşdırmanın hüquqi nəticəsi də icarə müqaviləsində qeyd edilmişdir. Bu səbəbdən də həmin hissədə də iddia təmin edilməməlidir. İş materialında da icarəyə götürənin əgər yaxşılaşdırma aparmışdırsa, yaxşılaşdırma aparmasının razılıq əsasında etməsini və icarəyəverəni bu barədə xəbərdarlıq etməsini təsdiq edən sübut təqdim edilməmişdir. Bundan əlavə əsassız olaraq məhkəmə əldən çıxmış faydanı icarə haqqının hissə-hissə ödənilməsinin müqavilə tələbi olduğunu qeyd edərək müqavilədən imtinadan iddianın verilməsi gününə olan müddətə hesablamışdır.

27. Qətnamədən iddiaçı, eyni zamanda Cavabdeh apellyasiya şikayəti verərək, onun qismən ləğv edilməsi, iddiasının tam təmin edilməsi, qarşı tərəfin iddiasının tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. İddiaçı, eyni zamanda Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 2 il müddətinə ictimai iaşə obyekti kimi restoranın fəlaiyyətinə qadağa qoyulmuş, bu dövrdə o, fəaliyyət göstərməmişdir. Məhz 2020-ci ildə COVİD-19 virusunun yayılması ilə əlaqədar bütün ölkə miqyasında karantin elan edildiyindən və bununla əlaqədar heç bir ictimai iaşə müəssisələrinin fəaliyyətinə icazə olmadığına görə o, icarə obyektində fəaliyyət göstərə bilməmiş, bu üzdən fəaliyyət göstərmədiyi zamanlarda icarə haqqını ödəməmişdir. Məhz bu səbəbdən İddiaçı ödənilməli olan icarə haqqının 128.000 manat hissəsi ödənilməmişdir. Məhkəmə bu halı xüsusi ilə nəzərə almalı olduğu halda bunu nəzərə almamış, bu üzdən düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə heç bir tutarlı səbəb olmadan "xxxx" MMC-nin mütəxəssis rəyi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininin xx.xx.2024-cü il tarixli, 9/10167 saylı ekspert rəyi arasında olan ziddiyətə baxmayaraq həmin ekspert rəyinin bir hissəsini onun iddiasının təmin edilməsi üçün əsas hesab etmişdir. Halbuki, məhz tərəflər arasında icarə haqqı üzrə mübahisə yarandığı ərəfədə cavabdeh İddiaçı tərəfindən "xxxx" MMC-nin mütəxəssis rəyi alınmış, cavabdeh bu yolla icarə obyektinin təmirinə və avadanlıqların alınmasına görə onun tərəfindən 360.000 manat məbləğində pul vəsaitinin xərclənməməsini sübut etməyə çalışmışdır. Belə ki, İddiaçı ondan icarə müqaviləsinin ləğv edilərək obyekti ona təhvil verilməsini tələb etmiş, Cavabdeh obyektin təmirinə və avadanlıqların alınmasına görə 360.000 manat xərclədiyini və bu məbləğin qaytarıldığı təqdirdə obyekti təhvil verə biləcəyini bildirmişdir. Bundan sonra isə İddiaçı tərəfindən "xxxx" MMC-nin mütəxəssis rəyi alınmış və bu yolla iddiaçı ona həmin obyektə cəmi 261.155 manat xərclədiyni sübut etməyə çalışmışdır. Bu səbəbdən, məhkəmə onun icarə obyektinin təmirinə və avadanlıqların alınmasına çəkdiyi xərcin sübutu kimi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinad etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

30. Məhkəmə iclasında iddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək və qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin, birinci iş üzrə iddia ərizəsinin və qarşı tərəfin iddiasına qarşı etirazın məzmununa uyğun izahat vermiş, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

31. Məhkəmə iclasında iddiaçı, eyni zamanda Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək və qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin və birinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

32. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər; 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri; 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir; 681-ci maddəsinə əsasən kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır. Yaşayış otağı kirayəçisinin qurğunu götürmək hüququnu istisna edən razılaşmanın qüvvəsi yoxdur; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. “İcarə Haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.3-cü maddəsinə əsasən əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. İcarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur4 9.5-ci maddəsinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin; 9.6-cı maddəsinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir; 9.7-ci maddəsinə icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Hazırkı apellyasiya şikayətləri ilə qətnamə hər iki iddia tələbinin təmin edilən və edilməyən hissələrində mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə icarə haqqı borcunun (tutulan və rədd edilən), habelə icranın gecikdirilməsinə görə pulun tutulması ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, qətnamə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilməlidir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixdən İddiaçı (bundan sonra birinci tərəf) mülkiyyətindədir. xx.xx.2019-cu il tarixdə notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən birinci tərəf həmin qeyriyaşayış sahəsini icarə əsasında 5 il müddətinə Cavabdeh (bundan sonra ikinci tərəf) istifadəsinə vermişdir. Həmin müqaviləyə əsasən ikinci tərəf martın 1-dən başlayaraq hər ayın 05-dən gec olmayaraq 1.500 manat, 2-ci və ondan sonrakı illərdə 2.000 manat icarə haqqı ödəməyi, hər ay kommunal xidmətləri, təmir və istismar xərclərini və vergi qanunvericiliyinə uyğun ödəmə mənbəyində vergini tutmağı və dövlət büdcəsinə ödəməyi öhdəsinə götürmüşdür. Sonradan həmin müqaviləyə əlavə və dəyişiklər edilməsi ilə bağlı tərəflər arasında saziş bağlanmış və həmin sazişə əsasən icarə haqqının məbləği ilə bağlı hissədə müqaviləyə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən tərəflər icarə haqqının məbləğinin 1-ci il üçün 4.000 manat, 2-ci və 3-cü illər üçün 5.000 manat, 4-cü il üçün 6.000 manat, 5-ci və ondan sonrakı illərdə 7.000 manat olması ilə bağlı razılığa gəlmişdirlər.

42. Hazırda birinci tərəf icarə müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə istinad edərək ikinci tərəflə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin və həmin müqaviləyə əlavə və dəyişiklilər edilməsi barəsində sazişin ləğv edilməsini, ödənilməli olan, lakin ödənilməmiş 230.000 manat məbləğində icarə haqqının, 5 il üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 57.500 manat pul vəsaitinin, ödənilmiş 577 manat dövlət rüsumunun ikinci tərəfdən alınıb ona verilməsini tələb edir. İkinci tərəf isə icarə müqaviləsinə əlavədən xəbərsiz olduğunu bildirir və müqavilədəki imzanın ona məxsus olmaması mövqeyindən çıxış edir.

43. İkinci tərəf isə mübahisəli qeyri-yaşayış sahəsinin əsaslı təmirinə sərf etdiyi zəruri məsrəflərin əvəzi olaraq 360.000 manat, ona vurulmuş maddi zərər qismində 57.640 manat və mənəvi zərər qismində 30.000 manat pul məbləğinin birinci tərəfdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İkinci tərəf bununla bağlı mübahisəli ünvanda yerləşən əmlakı restoran kimi fəaliyyətə başlamazdan əvvəl əsaslı təmir etdirdiyinə, qarşı tərəfin müvvəqqəti təminat tədbiri kimi həmin əmlakdan istifadəsinə qadağa qoyulması səbəbi ilə götürdüyü sifarişləri icra edə bilməməsinə, elektrik enerjisinin kəsilməsi nəticəsində soyuduca olan ərzaqların və “Hollandiya qızıl güllərinin” xarab olmasına, əmlakın bağlı qaldığı müddətdə məcburi sosial, vergi və kommunal ödənişlərin edilməsinə istinad edir. Birinci tərəf həmin tələblərlə razılaşmır, əmlakın icarə müqaviləsi bağlandığı tarixdən bir gün əvvələ qədər sahənin restoran kimi fəaliyyət göstərdiyinə, təmirli şəkildə icarəçiyə təhvil verildiyinə və sanitar-gigiyenik tələblərə cavab verən mətbəx avadanlıqlarının olduğuna istinad edir və aralarında bağlanmış müqavilənin 5-ci bəndinə əsasən ödənilmiş kommunal və vergi ödənişlərinə görə onun heç bir məsuliyyət daşımamasını bildirir.

44. Məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin və ona əlavə və dəyişikliklər edilməsi barədə sazişin ləğv edilməsi tələbinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, birinci tərəf xx.xx.2022-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərərək icarə müqaviləsinin və əlavə sazişin ləğv edilməsi ilə bağlı iradə ifadəsini bildirmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında sərgilənən hüquqi mövqeyə əsasən isə birinci tərəfin müqavilənin birtərəfli qaydada ləğvi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bununla bağlı ayrıca məhkəmə aktının çıxarılmasına da zərurət qalmır.

45. Məhkəmə kollegiyası ödənilməli olan, lakin ödənilməmiş icarə haqqına münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi ilə bağlı birinci tərəf əmlakın icarə müqaviləsinin müddətinin bitməsinə 6 ay qalmış ona təhvil verildiyini bildirir və bu vaxta kimi də ödənilməmiş icarə haqqının ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış əlavə sazişə əsasən Cavabdeh 2019-cu ildə hər ay üçün 4.000 manat (mart ayının 1-dən ödəmək şərti ilə), 2020-ci və 2021-ci illərdə hər ay üçün 5.000 manat, 2022-ci ildə hər ay üçün 6.000 manat, 2023-cü ildə hər ay üçün 7.000 manat icarə haqqı ödəməli idi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X8, birinci tərəfin nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə tərtib olunmuş akta əsasən mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfə təhvil verilmişdir.

46. Məhkəmə kollegiyası icarə müqaviləsinin, ona əlavə və dəyişikliklər edilməsi barədə sazişin şərtlərini, müqavilə üzrə 90.000 icarə haqqının ödənilməsinin işin mübahisəsiz halını təşkil etdiyini və mübahisəli sahənin xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil verildiyini nəzərə alaraq hesab edir ki, ikinci tərəfdən birinci tərəfin xeyrinə ödənilməli olan, lakin ödənilməmiş icarə haqqı kimi (2019-cu ilin 11 ayı (fevral ayı daxil olmaqla mart ayından ödəməyə başlamaqla) üçün 44.000 manat + 2020-ci il üçün 60.000 manat + 2021-ci il üçün 60.000 manat + 2022-ci il üçün 72.000 manat + 2023-cü ilin 23 iyun tarixinədək, 5 ay 22 gün üçün 40.130 = 276.130) – 90.000 manat (ödənilmiş icarə haqqı) = 186.130 manat) məbləğində pul tutulmalıdır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməli, iddia həmin hissədə 186.130 manat məbləğinin tutulması ilə bağlı qismən təmin edilməlidir.

47. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, ikinci tərəf birinci tərəfə qarşı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin və ona əlavə və dəyişikliklər edilməsi barədə sazişin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5184/2022 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamə də hazırki iş üzrə predusial əhəmiyyət daşıdığından ikinci tərəfin icarə haqqının dəyişdirilməsi ilə bağlı müqaviləyə əlavədən xəbərsiz olması, imzanın saxtalaşdırılması ilə bağlı dəlilləri hazırki icraat çərçivəsində hüquqi mahiyyət kəsb etmir və məhkəmə kollegiyası həmin dəlillərə ayrıca qiymət verilməsinə zərurət görmür.

48. Məhkəmə kollegiyası ölkə ərazisində Covid-19 virusunun yayılması ilə əlaqədar elan edilmiş karantin rejimi dövründə ictimai iaşə müəssisəsi kimi restoranın fəaliyyət göstərmədiyi və həmin dövr üzrə ödənilməli icarə haqqı məbləğində bu halın nəzərə alınması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, bu halın qeyd-şərt kimi nəzərə alınması ilə müqavilədə hər hansı müddəa nəzərdə tutulmamış, tərəflər arasında da sonradan da bununla bağlı hər hansı şifahi və yazılı razılaşma olmamışdır. Halbuki, ikinci tərəf həmin vaxt, hətta sonrakı dövrdə bununla bağlı müqaviləyə müvafiq dəyişikliklərin edilməsi təklifi ilə birinci tərəfə müraciət edə bilərdi. Bu hal tərəflərin izahatları ilə də öz təsdiqini tapır. Hər bir halda həmin müddət ərzində mübahisəli qeyri-yaşayış sahəsi ikinci tərəfin sahiblik və istifadəsində qalmış və onun özünün də qeyd etdiyi kimi həmin əmlakın daxilində onun əşyaları olmuş və cavabdeh ondan faydalanmaqda davam etmişdir (soyuducuda ərzaq məhsullarının saxlanması və s.). Digər tərəfdən ikinci tərəf həm 2020ci, həm də 2021-ci illərdə qismən olsa da, icarə haqqı ödəmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ikinci tərəfin bu qəbildən olan dəlilləri əsassızdır və təmin edilə bilməz.

49. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisənin, o cümlədən onların biri-birinə qarşı irəli sürdükləri tələblərin mahiyyətini nəzərə alıb, belə qənaətə gəlir ki, əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə birinci tərəfin iddiasının qismən təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, mövcud vəziyyətdə ikinci tərəfdən birinci tərəfin xeyrinə bu tələb üzrə hər hansı məbləğ tutula bilməz. İkinci tərəfin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslıdır və təmin edilməlidir. Qətnamə əldən çıxmış fayda (illik 5 %) qismində ikinci tərəfdən birinci tərəfin xeyrinə pulun tutulması hissəsində ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir.

50. Məhkəmə kollegiyası mübahisəli sahədə aparılmış yaxşılaşdırma işlərinin dəyərinin ödənilməsinə münasibətdə qeyd edir ki, ikinci tərəfin istinad etdiyi təmirin mahiyyət etibarı ilə zəruriliyi, o cümlədən bu təmir olmadan onun iaşə obyekti kimi istifadə edilməsinin mümkün olmaması sübuta yetirilməmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə əsas verir ki, ikinci tərəf (icarəçi) əmlakı öz kommersiya məqsədləri üçün sahədən tələbata uyğun fayda götürmək məqsədilə təmir etdirmiş və buna müvafiq olaraq da kosmetik və dizayn olaraq dəyişikliklər etmişdir ki, bu da heç bir halda birinci tərəfin (icarəyəverənin) icarə münasibətlərinə xitam verildikdən sonra həmin xərcin ödənilməsi ilə bağlı öhdəliyinin olması mənasını daşıya bilməz. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci maddəsinə əsasən qeyri-yaşayış sahəsində aparılmış təmir xərclərinin qarşılamaq öhdəliyi icarəçiyə aid edilmişdir. İş materiallarında olan mütəxəssis və ekspert rəylərində təmir xərci qismində göstərilən məbləğ də (12.500 manat) bu təmirin əsaslı olduğunu istisna edir.

51. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, həmin əmlakın qiymətləndirilməsi üçün işə birinci instansiya məhkəməsində baxılarkən kompleks məhkəmə-tikinti texniki və əmtəəşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tədqiqat obyekti iş materiallarında göstərilən ilkin vəziyyətdə olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahədə yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, əmlakın birinci mərtəbəsi “Neptun” market olaraq fəaliyyət göstərir, kabinetlər olan hissəsi isə tamamilə sökülərək yenidən təmirdədir. Bununla belə, ikinci tərəfin təmirinin nəticəsindən də birinci tərəf faydalanmamışdır.

52. Məhkəmə kollegiyası 50-52-ci bəndlərdə göstərilənləri, ikinci tərəfin əmlakda aparılmış təmir işlərinin əhəmiyyətli yaxşılaşdırma hesab olunmasını sübuta yetirə bilməməsini, icarəyə verənin isə qətiyyətlə qeyri-yaşayış sahəsinin ona icarəyə veriləndən bir gün əvvələ kimi restoran kimi fəaliyyət göstərməsi (ikinci tərəf özü də bu halı etiraf edir) ilə bağlı mövqeyini, hazırda da həmin sahənin tam yeni əsaslarla fəaliyyət göstərməsi və bununla bağlı yenidən təmin etdirilməsi səbəbindən qiymətləndirilməsinin qeyri-mümkün hesab edilməsini nəzərə alaraq qeyd edir ki, həmin hissədə ikinci tərəfin bu barədə tələbi və bu tələbə uyğun olaraq apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin edilməməlidir.

53. Məhkəmə kollegiyası 50-53-cü bəndlərdə sərgilədiyi hüquqi mövqeyini nəzərə alıb, birinci tərəfin apellyasiya şikayətinin dəlillərini təmir pulu kimi göstərilən 12.500 manat pulun tutulmasının əsassız olması ilə bağlı hissədə əsaslı hesab edir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi bu məbləği birinci tərəfdən ikinci tərəfin xeyrinə tutmaqda haqlı olmamışdır. Bu səbəbdən həmin məbləğ birinci tərəfdən ikinci tərəfin xeyrinə tutulan ümumi məbləğdən çıxılmalı (138.634 – 12.500 = 126.134) və bu hissədə qətnamə dəyişdirilməlidir.

54. Məhkəmə kollegiyası mübahisəli qeyri-yaşayış sahəsində yerləşən avadanlıqların dəyərinin qaytarılmasına münasibətdə qeyd etdir ki, bu əşyaların qiymətləndirilməsi üçün "xxxx" MMC-nin mütəxəssis rəyinin əsasında birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ümumilikdə 82 adda əmlakının dəyərinin 126.134 manat (109.934 +16.200) olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu hissədə birinci tərəfin dəlillərini qəbul etməyərək qeyd edir ki, o da ikinci tərəfə qarşı əşyaları ilə birlikdə qeyri-yaşayış sahəsindən çıxarılma tələbini irəli sürmüş və dolayısı ilə bu hal ikinci tərəfin həmin əmlakda əşyalarının olmasının təsdiqi kimi çıxış edir. Digər tərəfdən birinci tərəf öz mövqeyinə uyğun olaraq iddia üzrə tələb edilən əşyalar barədə də məlumat verə bilmir, öz iddiasına uyğun olaraq çıxarılmasını tələb etdiyi əşyaları hər hansı formada dəqiqləşdirmir.

55. Məhkəmə kollegiyası ikinci tərəfin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi məhz onun vəsatəti əsasında məhkəmə-əmtəəşünaslıq ekspertiza təyin etmişdir. Hazırda da həmin ekspert rəyinin mötəbər hesab edilməməsi ilə bağlı ikinci tərəf hər hansı sübut təqdim edə bilmir. Başqa sözlə, ekspert rəyinin ikinci tərəfin mənafeyinə uyğun olmaması, habelə əvvəlki mütəxəssis rəyində müəyyən edilmiş qiymətlərin ekspert rəyindən yüksək olması, onun mötəbər hesab edilməməsi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli ekspert rəyini əsas götürməklə mübahisəli qeyri-yaşayış sahəsində yerləşən avadanlıqların dəyəri ilə bağlı mövqeyi ilə razılaşır və ikinci tərəfin bu qəbildən olan dəlillərini əsassız hesab edir.

56. Məhkəmə kollegiyası ikinci tərəfin iddiası üzrə irəli sürülmüş “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə münasibətdə qeyd edir ki, bu hallarla bağlı sübutetmə yükü məhz bu tərəfin özünün üzərinə düşür. Lakin ikinci tərəf birinci tərəfin təqsirli hərəkətləri nəticəsində ona hər hansı maddi və mənəvi zərər vurulmasını sübut edə bilməmiş, ümumiyyətlə bu tələblərinin əsaslı olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası öz növbəsində birinci instansiya məhkəməsinin bu tələblər üzrə hüquqi mövqeyini (yanaşmasını) əsaslı və məzmun etibarı ilə yetərli hesab edir və ikinci tərəfin bu tələblər üzrə apellyasiya şikayətinin dəlillərinin əsassız olması ilə bağlı hər hansı əlavə əsaslandırmanın aparılmasını zəruri hesab etmir. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur.

57. Məhkəmə kollegiyası ödənilmiş dövlət rüsumunun əvəzi kimi tutulmalı məbləğə münasibətdə qeyd edir ki, iddiaların təmin edilmiş hisssəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ikinci tərəfdən birinci tərəfin xeyrinə 476,13 manat, birinci tərəfdən ikinci tərəfin xeyrinə isə 416,13 manat məbləğində pul tutulmalıdır.

58. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, apellyasiya şikayətləri qismən təmil edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi icarə haqqı borcunun (tutulan və rədd edilən), habelə icranın gecikdirilməsinə görə pulun tutulması (cəmi 131.360 manat) ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçı, eyni zamanda cavabdeh İddiaçı iddiası həmin hissədə qismən təmin edilməli, icarə borcuna görə 186.130 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 476,13 manat məbləğində hissəsinin əvəzi iddiaçı, eyni zamanda Cavabdeh tutularaq iddiaçı, eyni zamanda cavabdeh İddiaçı ödənilməli, iddia “icranın gecikdirilməsinə görə pulun tutulması (illik 5%)” hissəsində rədd edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçı, eyni zamanda cavabdeh İddiaçı, eyni zamanda Cavabdeh xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilməli, iddiaçı, eyni zamanda cavabdeh İddiaçı, eyni zamanda Cavabdeh xeyrinə 126.134 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 416,13 manat məbləğində hissəsinin əvəzi tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı, eyni zamanda cavabdeh İddiaçı və iddiaçı, eyni zamanda cavabdeh X10 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi icarə haqqı borcu (tutulan və rədd edilən), habelə icranın gecikdirilməsinə görə pulun tutulması (cəmi 131.360 manat) ilə bağlı hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı, eyni zamanda cavabdeh İddiaçı iddiası həmin hissədə qismən təmin edilsin. İcarə borcuna görə 186.130 (bir yüz səksən altı min bir yüz otuz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 476,13 (dörd yüz yetmiş altı manat, on üç qəpik) manat məbləğində hissəsinin əvəzi iddiaçı, eyni zamanda Cavabdeh tutularaq iddiaçı, eyni zamanda cavabdeh İddiaçı ödənilsin. İddia “icranın gecikdirilməsinə görə pulun tutulması (illik 5%)” hissəsində rədd edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçı, eyni zamanda cavabdeh İddiaçı, eyni zamanda Cavabdeh xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilsin. İddiaçı, eyni zamanda cavabdeh İddiaçı, eyni zamanda Cavabdeh xeyrinə 126.134 (bir yüz iyirmi altı min bir yüz otuz dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 416,13 (dörd yüz on altı manat, on üç qəpik) manat məbləğində hissəsinin əvəzi tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar