Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1629/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh İddiaçı1 və onun nümayəndəsi və vəkili X16, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsindən həmin iş üzrə iddiaçı və cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə: İddiaçı1 Cavabdeh1 qarşı “borcun qaytarılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Almaniya Respublikasında yaşayarkən iddiaçı şəxsdən aldığı və onun tərəfindən ödənilmiş 1.427.364 (bir milyon dörd yüz iyirmi yeddi min üç yüz altmış dörd) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İkinci mülki iş üzrə: İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh2ndən cəmi 5.511.983 (beş milyon beş yüz on bir min doqquz yüz səksən üç) manat, Cavabdeh1 8.252.479 (səkkiz milyon iki yüz əlli iki min dörd yüz yetmiş doqquz) manat olmaqla, cəmi 13.764.462 (on üç milyon yeddi yüz altmış dörd min dörd yüz altmış iki) manat məbləğində borcun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(005)- 2664/2020 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. Birləşmiş iş üzrə: İddiaçı2 cavabdeh İddiaçı1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və Cavabdeh1 arasında 21 saylı dövlət notariat kontorunda bağlanan 17 dekabr 2011-ci il tarixli razılaşma müqaviləsinin etibarsız, hesab olunmasına, həmin razılaşmadan irəli gələn hüquqi nəticələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri: Həmin qətnamədən narazı qalan İddiaçı2 apellyasiya şikayəti vermiş və şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh İddiaçı1 ilə 13 may 1997-ci il tarixdə birgə nikaha daxil olub. Bu nikahdan oğlu 1996-ci il təvvəlüdlü X10, 1999-cu il təvvəlüdlü qızı X11, 2002-ci il təvvəllüdlü qızı X13, 2011-ci il təvəllüdlü oğlu X14 doğulmuşdur. 25 avqust 2021-ci il tarixdə əldə etdiyi (Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(005)-421/2020 saylı qətnaməsinindən ona məlum olmuşdur ki, 17 dekabr 2011 -ci il tarixdə 21 saylı dövlət notarial kontorunda yoldaşı İddiaçı1 öz qardaşı Cavabdeh1 ilə müqavilə bağlayaraq Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanda yerləşən mağaza və Füzuli 79 ünvanda yerləşən zirzəmi İddiaçı1 verilərək rəsmiləşmişdir. ünvan 3 ünvanda məhlədəki “Kaspian” TM-dəki 36 saylı mağaza, Nobel prospekti 23 ünvanda “A.M.A.Y" TM dəki 7 saylı mağaza və ünvan 4 ünvanda yerləşən yeni tikili Cavabdeh2 binadakı obyekt Cavabdeh1 verilərək rəsmiləşmişdir. Qeyd edir ki, həmin əmlaklar birgə nikah dövründə əldə edilmiş, əmlaklar Cavabdeh1 adına rəsmiləşdirilərkən onun razılığı alınmamışdır. Rayon məhkəməsi hazırkı iddia tələbini MM-in 354-cü maddəsinə əsaslanaraq bir illik iddia müddəti tətbiq etməklə təmin etməməkdə haqlı olmamışdır. Çünki o, əri ilə uzun müddətdir ayrı yaşayır, əri faktiki nikahda olduğu ailəsi ilə başqa ünvanda yaşayır. Buna görə də, ərinin məhkəmə mübahisələrindən, onun razılığı olmadan birgə nikah dövründə əldə etdikləri əmlaklara dair müqavilə bağlamasından xəbəri ola bilməzdi. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən, həmçinin cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir, məhkəmə işi kifayət qədər araşdırmamışdır. O, iddiaçı ilə birgə nikah dövründə əldə etdiyi əmlaklar barədə iddiaçının razılığı olmadan sərəncam vermişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1986/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh İddiaçı1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin İddiaçı1 Cavabdeh1 qarşı “borcun qaytarılması və sair” tələbinə dair və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1629/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh1 qarşı “borcun qaytarılması və sair” tələbinə dair və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1629/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh1 qarşı “borcun qaytarılması və sair” tələbinə dair və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işin İddiaçı2 cavabdeh İddiaçı1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair mülki işdən ayrılması qərara alınmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və iddiaçının və cavabdehin şikayətini müdafiə edərək göstərdi ki, tərəflər rəsmi nikahda olsalar da, mübahisələndirilən xx.xx.2011-ci il tarixli qardaşlar Rövşənlə elşənin arasında razılaşmanın bağlanmasında iddiçının razılığı alınmamışdır, halbuki qanuna görə bu razılıq olmalı idi, rayon məhkəməsi iddianı rədd edərkən ancaq müddətə istinad etmişdir, baxmayaraq ki, iddiaçının əri Rövşənlə münasibətləri uzun müddətdir ki, pozulmuşdur, əri işləri barədə onun heç bir məlumatı olmamışdır, çünki onlar ayrı yaşamışlar, indi də ayrı yaşayırlar, iddiaçı həmin razılaşmadan yalnız 25 avqust 2021-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020 ci iltarixli qətnaməsindən xəbər tutmuş və müddəti ötürmədən də məhkəməyə müraciət etmişdir, rayon məhkəməsi cavabdehin, eləcə də üçüncü şəxsin iştirakını təmin etmədən, tələm-tələsik qətnamə qəbul etmiş, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, odur ki şikayərlərin təmin edilərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək və iddiaçının apellyasiya şikayəti ilə də razılaşaraq şikayətlərin əsaslı olduğunu bildirdi və təmin edilməsini xahiş etdi və göstərdi ki, həqiqətən də o, iddiaçı ilə rəsmi nikahdadır, lakin başqa qadınla başqa ünvanda yaşayır, həmin razılaşmanın bağlanmasından iddiaçının məlumatı olmamışdır, o, bu barədə iddiaçıya heç bir məlumat verməmişdir, rayon məhkəməsi bu halları nəzərə almamış, onun və qardaşı Elşənin iştirakını təmin etməmiş, o, hazırda iddianı qəbul edir, bu səbəbdən də şikayətlərin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili A.Qazıyeva apellyasiya şikayətini müdafiə edərək və iddiaçının apellyasiya şikayəti ilə də razılaşaraq şikayətlərin əsaslı olduğunu bildirdi və təmin edilməsini xahiş etdi və göstərdi ki, iddiaçı ilə cavabdehin rəsmi nikahda olmasına baxmayaraq, cavabdeh xx.xx.2011-ci il tartixində qardaşı Elşənlə razılaşma müqaviləsi bağlayarkən iddiaçının razılığını almamış, iddiaçının həmin müqavilədən məlumatı olmamış, tərəflər rəsmi nikahda olsalar da onların münasibətlərinin olmaması, cavabdehin başqa ailəsi olması səbəbindən ayrı yaşamasınə qardaşı Elşən də yaxşı bilir, həmin müqavilənin bağlanması ilə iddiaçının hüquqları pozulmuşdur, rayon məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır, maddi və prossesual hüquq normalarını pozmuşdur, müddətin tətbiqində səhvə yol vermiş, eləcə də rayon məhkəməsi nə cavabdehin, nə də üçüncü şəxsin iştirakını təmin etməmişdir, hazırda cavabdeh iddia ilə razıdır və onu qəbul edir, odur ki, şikayətlərin təmin olunaraq iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında izahat verən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətləri ilə razılaşmayaraq, bildirdi ki, hazırkı iddia tələbi əsassız və uydurmadır, məqsəd iki qardaş arasında olan əmlak mübahisəsi ilə bağlı qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018- ci il tarixli qətnaməsi ilə Rövşənin qardaşı Elşənə ödəməli olduğu 1.564.070 manat pulun icrasına hər vəclə mane olmaqdır, həmin qətnamə uzun müddətdir ki, borclu olan Rövşən tərəfindən qərəzli olaraq icra olunmur, hazırda həmin icraat çərçivəsində Rövşənə məxsus bir sıra əmləklər harrac vasitəsi ilə Elşənə verilmişdir, Rövşən özü bununla bağlı çoxsaylı iddialar vermiş, o cümlədən də həmin müqaviləni mübahisələndirmiş, nəticə əldə edə bilmədiyindən arvadının adından bu uydurma iddianı ortaya atmış və özü də bildirir ki, həmin iddia ilə razıdır, bunula da iddianın məqsədi aydın olur, rayon məhkəməsi düzgün qənaətə gəlmişdir, mübahisələndirilən müqavilədən on ildən artıq vaxt keçib, bu müddət ərzində tərəflər arasında saysızhesabsız məhkəmə mübahisələri olub, başlıcası isə həmin müqqavilə bağlanarkən iddiaçının razılığı tələb olunmurdu, çünki həmin müqavilə ilə tərəflər hər hansı daşınmaz əmlak barəsində sərəncam verilməmişdir, sadəcə olaraq şərikli biznesi olan qardaşlar həmin razılaşma ilə mövcud faktı təsdiqləmişlər, yəni həmin ana kimi kimin adına nə əmlak varsa, onun da adına qlmasını bildirmişlər, bu isə heç bir halda iddiaçının hüququnu pozmur. Bu səbəbdən, apellyasiya şikayətlərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətlərinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətlərinə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı Apelyasiya Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(103)-8400/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-24/2018 saylı qətnaməsi ilk iddianın tam təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddia qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli 2(103)-3441/2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və ünvan 5 ünvanlarında yerləşən 212.137 ədəd- 35.077 çeşid, 3128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni 1564.070 manat məbləğində pul cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(102)-2225/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 və cavabdeh İddiaçı1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmamışdır. Cavabdeh1 ilə İddiaçı1 arasında xx.xx.2011 -ci il tarixdə bağlanmış razılaşmanın surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011 -ci il tarixdə bağlanmış Razılaşma müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı ilə cavabdeh razılığa gəlirlər ki, illər boyu fəaliyyətləri nəticəsində Bakı şəhərində qazandıqları aşağıda göstərilən ticarət obyektləri belə bölünsün: Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanında yerləşən mağaza və Füzuli Prospekti 19 ünvanında yerləşən zirzəmi İddiaçı1 verilərək adına sənədləşdirilsin. F.X.Xoyski küçəsi, ev 85 ünvanda yerləşən mağaza, F.X.Xoyski küçəsi, 887-ci məhəllə, “Kaspian” TM-dəki 36 saylı mağaza, Bakı şəhəri, Nobel prospekti 23 ünvanında “A.M.A.Y” TM-dəki 7 saylı mağaza və ünvan 4 ünvanında tikilən Cavabdeh2 binasındakı obyekt iddiaçıya verilərək sənədləşdirilsin. Qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə İddiaçı1 Cavabdeh1 adına yazılmış "Svit Haus” binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsini həyata keçirsin. Qardaşlar birgə fəaliyyəti davam etdirərək alış-verişdən vəsaiti (gəliri) birgə fəaliyyətdən kənar məqsədlərə sərfi yalnız hər ikisinin razılığı əsasında həyata keçirilə bilər. Cavabdeh1 və İddiaçı1 yuxarıda qeyd edilən şərtlərlə və bölgü ilə razı olurlar və onların şərtsiz yerinə yetirildiyi halda bir-birinə qarşı heç bir iddia təqdim etməyəcəklər. Hər hansı gözlənilməz hadisə baş verərsə, hər iki tərəf bərabər payda məsuliyyət daşıyır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna alınmış xx.xx.2021 -ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında yerləşən qeyri-yaşayış sahələri, ünvan 9, mənzil 9, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ünvan 11il 79, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 7, mənzil 16 haqqında məlumatın və sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında yerləşən 29.5kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı1 adına 000785 nömrəli 29.11,2006-cı il tarixli şəhadətnamə verilmişdi və həmin şəhadətnamə əsasında İddiaçı1 11,09.2009-cu il tarixdə çıxarış almışdır, hazırda da mülkiyyətindədir; Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında yerləşən 186.2kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı1 adına 000666 nömrəli 21.01 2002ci il tarixli şəhadətnamə verilmişdi və həmin şəhadətnamə əsasında İddiaçı1 xx.xx.2009-cu il tarixdə çıxarış almışdır, hazırda da mülkiyyətindədir; Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 39, 9 saylı mənzil ilkin olaraq xx.xx.1997-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. 3 saylı DNK-nın xx.xx.1998-ci il tarixli 3MA-47 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri, Nəsimi rayonu, ünvan 10 ünvanında edəşən qeyri-yaşayış sahəsinə dair X3 adına 000299 nömrəli xx.xx.2006-cı il tarixli şəhadətnamə verilmişdir. 9 saylı DNK-nın xx.xx.2009-cu il tarixli 4Ə-1/163 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 20, 79 saylı mənzil (yeni qaydalarla AZ 1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 46, M4, m2) ilkin olaraq xx.xx.1990-cı il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nın xx.xx.1990-cı il tarixli D-10- 1339 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın xx.xx.2000-ci il tarixli 3MA-38 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir. 2 saylı DNKnın xx.xx.2002-ci il tarixli 4Ə/1-134 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir. 29 saylı DNK-nın xx.xx.2015-ci il tarixli 4Ə-125 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7, 16 saylı mənzil ilkin olaraq ilkin olaraq xx.xx.2001-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. 3 saylı DNK-nın xx.xx.2001 -ci il tarixli 4Ə/03-374 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir. 46 saylı DNK-da təsdiqlənmiş xx.xx.2007-ci il tarixli 4Ə/743 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Z.C.Babayeva mənzili X12 bağışlamışdır. 3 saylı DNK-nın xx.xx.2008-ci il tarixli 4Ə-01- 58 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsini həmin iş üzrə iddiaçı və cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, istənilən mülki mübahisənin düzgün həlli iddia tələbinin qanuni əsasının düzgün müəyyən olunmasından asılıdır. İddiaçı2 cavabdeh İddiaçı1 arvadıdır, o hazırda Cavabdeh1 ilə İddiaçı1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış razılaşmanı mübahisələndirir. İddiaçı bildirir ki, 25.08. 2021-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin 2(005)- 421/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən ona məlum olmuşdur ki, cavabdeh İddiaçı1lə birgə nikah dövründə əldə edilmiş əmlaklar barəsində 17 dekabr 2011 -ci il tarixdə “Razılaşma” olmuşdur. Həmin razılaşmadan onun məlumatı olmamış, hər hansı razılığı alınmadan rəsmiləşdirilmiş, bu səbəbdən də həmin əqd etibarsız hesab edilməlidir. Araşdırmalarla müəyyən olunmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-24/2018 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə İddiaçı1 Cavabdeh1 qarşı “payın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinin təmin edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(103)-8400/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-24/2018 saylı qətnaməsi ilk iddianın tam təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddia qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli 2(103)-3441 /2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və ünvan 5 ünvanlarında yerləşən 212.137 ədəd- 35.077 çeşid, 3128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni 1564.070 manat məbləğində pul cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(102)- 2225/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 və cavabdeh İddiaçı1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmamışdır. İddiaçının hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 225.6-cı 337.1., və 354.2-ci maddələri təşkil edir. Rayon məhkəməsi iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir(maddə 337.1.). Həmin Məcəllənin Məcəllənin 354-cü maddəsi etibarsız əqdlər üzrə müddətləri tənzimləyir. MM-in 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanıltmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, MM-nin 354-cü maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti olmayıb, kəsici müddətdir və mülki hüququn həyata keçirilməsi yalnız həmin müddət daxilində mümkündür. Başqa sözlə, həmin müddətin keçməsi hüququn özünün xitamına səbəb olur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından qeyd etdiyi kimi 2021-ci il tarixdən məlumatlı olması barədə iddia tələbinin dəlili kimi istinad etdiyi hal inandırıcı deyildir. Belə ki, mülki iş materiallarında olan məhkəmə aktlarından da göründüyü kimi hazırkı iş üzrə cavabdeh İddiaçı1lə üçüncü şəxs Cavabdeh1 arasında uzunmüddətli məhkəmə mübahisələri olmuşdur. Həmin məhkəmə mübahisələrinin əsas araşdırılmış sübut və dəlili hazırki iş üzrə mübahisələndirilən əqd olmuşdur. Bu baxımdan qanunverici maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları “bildiyi və ya bilməli olduğu gündən” ifadəsini işlətməklə, nəinki bildiyi, o cümlədən bilməli olması tələbini qoymuşdur. Bu baxımdan Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Qanunvericiliyin tələbinə əsasən, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilərdi. İddiaçı iddia edir ki, mübahisəli razılaşmadan Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən məlumatlı olmuşdur. İddia müddətindən fərqli olaraq kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Belə olan təqdirdə mülki iş materiallarından göründüyü kimi, İddiaçı2 mübahisəli “razılaşma” müqaviləsindən daha əvvəllər məlumatı olsa da, həmin müqaviləni yalnız xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdi. Məhkəmə kollegiyası rayon məhkəməsinin əqdlərin etibarsızlığı və kəsici müddətlərlə bağlı göstərdiyi xüsusatların mövcud qanunvericiliyin tələblərinə uyğun olduğunu qeyd edir. Bunula belə, Məhkəmə kollegiyası İddiaçı2 hazırkı iddia tələbi və rayon məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdehin şikayətlərinin dəlilləri ilə ilə bağlı olaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Yuxarıda da qeyd olunduğu kimi, İddiaçı2 haızrkı tələbində cavabdeh əri İddiaçı1lə üçüncü şəxs Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixində bağlanmış “razılaşma müqaviləsi”ni etibarsızlığını irəli sürür və əsas kimi cavabdehlə nikahda olmasına baxmayaraq həmin müqavilə bağlanarkən yazılı razılığının alınmadığına istinad edir.İddiaçının bu tələbinin qanuni əsasını MM-in 225.6-cı maddəsi təşkil edir. Həmin maddədə təsbit olunmuşdur ki, daşınmaz əmlaka birgə hüququ olan ərin(arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab olunur. İddiaçının mübahisələndirdiyi xx.xx.2011-ci il tarixli müqavilədən də bəlli olur ki, iddiaçının əri İddiaçı1 həmin müqavilə üzrə qeydə alınmış hər hansı daşınmaz əmlakı ilə bağlı sərəncam verməmişdir. Aparılmış araşdırmaları zamanı da iddiaçı tərəf, elə onunla razılaşan cavabdeh tərəf də, məhz həmin müqavilə əsasında iddiaçının cavabdehlə birgə nikah dövründə əldə etmiş olduqları və qeydə alınmış hər hansı daşınmaz əmlakın Cavabdeh1 mülkiyyətinə verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Demək ki, iddiaçının əri İddiaçı1 ticarət şəriki olan qardaşı Cavabdeh1 arasında birgə fəaliyyətin nəticələrinə dair 17.12. 2011-ci ildə bağlamış olduğu müqavilnin (cavabdehlə nikahda olması əsasına görə) etibarsız hesab olunmasına dair hazırkı tələbi MM-in 225.6-cı maddəsinin dispozitiv şərtlərinə uyğun gəlmir. Demək ki, iddiaçının tələbi əsaslı deyildir. Bundan başqa, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçən hazırkı tələbi prossesual baxımdan da keçərli olmamışdır.. Belə ki, İddiaçı2 iddia ərizəsindən göründüyü kimi, o, müqavilənin etibarsızlığına dair tələb irəli sürmüşdür və eyni zamanda da müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2011-ci il tarixli müqavilə ikitərəfili müqavilədir, həmin müqavilə iddiaçının əri İddiaçı1lə ərinin qardaşı Cavabdeh1 arasında bağlanmışdır. Bunula belə, İddiaçı2 ərizəsindən görünür ki, o, müqavilənin etibarsızlığına dair təlbində yalnız müqavilənin bir tərəfini, əri İddiaçı1 qarşı tələb yönəltmiş, müqavilənin digər tərəfi olan E.Mişiyerə qarşı tələb irəli sürməmiş, onu cavabdeh kimi göstərməmişdir(bax, iş/v. 5). MPM-in 50.3-cü maddəsinə görə isə yalnız tələbin yönəldiyi səxs(lər) cavabdeh hesab olunur.İddiaçı tərəf bu ciddi, nəticəyə təsir edən, pozuntunu sonrakı mərhələlərdə də aradan qaldırmamışdır. MPM-in 149.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Cavabdehlərin dairəsini müəyyən etmək isə müstəsna olaraq iddiaçının ixtiyarındadır. Apellyasiya şikayətlərinin digər dəlili isə ondan ibarət olmuşdur ki, rayon məhkəməsi işə cavabdeh və üçüncü səxsin iştirkı olmadan baxmışdır. Mülki işin materiallarından məlum olur ki, hazırkı iddia ərizəsi rayon məhkəməsi tərəfindən iddiaçı, cavabdeh və üçüncü şəxslərə hər dəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, üçüncü şəxs 21 saylı notariat ofisi hər dəfə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, digər üçüncü şəxs Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında bildirdi ki, onların məlumatı omuş, həmin məhkəmədə eyni vaxtda onların bir neçə mübahisəsi olmuş, onlar, açığı, yorulmuşlar bu uydurma iddialardan, ona görə də iclaslara getməmişlər, məhkəmə iclasında həm iddiaçını nümayəndəsi və vəkili, həm cavabdeh və onun nümayəndəsi və vəkili də bildirmişlər ki, onlar eyni vaxtda rayon məhkəməsinin binasında olmuşlar, iddiaçının nümayəndəsi məhkəmə iclas zalına keçmiş, lakin cavabdeh və onun vəkili buna imkan tapmamış və məhkəmə tez bir zamanda işə baxıb yekunlaşdırmışdır. Halbuki 30. 11.2021-ci il tarixli məhkəmə iclas protokolundan məlum olur ki, sədrlik edənin məlumat verilmiş lakin gəlməmiş, səbəbləri barədə məlumat verməmiş cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin mümkünlüyünü iddiaçının vəkili ilə müzakirə etmiş, iddiaçının nümayəndəsi və vəkili cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin mükün olduğunu bildirmişdir(bax, i/v. 100). Demək ki, apellyatorların bu dəlili də əsassız olmuşdur. Həm iddiaçının, həm də cavabdehin başqa bir dəlili isə ondan ibarət olmuşdur ki, hazırda cavabdeh iddia ilə razıdır və onu qəbul edir. Cavabdeh apellyasiya şikayətində iddianı qəbul etdiyin qeyd etmişdir, o və nümayəndəsi və vəkili eyni mövqeyi məhkəm iclaslarında da səsləndirmişlər. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıların qeyd olunmasını zəruri heasb edir. Belə ki, MPM-in 52.2-ci maddəsininə əsasən cavabdeh yazılı ərizə verməklə iddianı tam və ya qismən etiraf etmək hüququnq malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsində isə təsbit olunmuşdur ki, ...iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə olan hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 1191.4-cü maddəsində də eyni tələb nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdehin iddianı etiraf etməsini qəbul oluna bilməz, çünki belə hərəkət müqavilənin digər tərəfi olan və hazırkı iddiada üçüncü şəxs olan Cavabdeh1 hüquq və qanunla qorunan mənafelərini pozur, ona görə ki, həmin müqaviləyə əsaslanan və onun xeyrinə qüvvədə və icra mərhələsində olan məhkəmə aktları mövcuddur. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası iddiaçı və cavabehin apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla birlikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, rayon məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Prosessual qanunun tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM maddə 77.1). Məhkəm kollegiyası xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə məcburi olan tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onların verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçı və cavabdehin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilən dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1629/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1629/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver