Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1638/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair”, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı 10 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.240 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 10 iyun 2018-ci il tarixdə, 01 noyabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 29.240 manat məbləğində borc pul almış, bu barədə 10 iyun 2018-ci il tarixdə 32 saylı notariat kontorunda kredit müqaviləsi rəsmiləşdirilmiş və 3M-189 nömrə ilə təsdiq edilmişdir. Müqavilə üzrə tərəflərin hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh pul məbləğini bu günə kimi geri qaytarmamış, üzərinə götürdüyü müqavilə öhdəliyini lazımınca və vaxtında yerinə yetirməmişdir. Cavabdehə bu barədə məlumat verilmiş və xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliyin vaxtında icrası üçün heç bir tədbir görməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.06.2018-ci il tarixdə 32 saylı notariat kontorunda İddiaçı ilə aralarında 17.000 ABŞ dollarının verilməsinə dair bağlanmış kredit müqaviləsinin həm etibarsız hesab edilməsi, həm də ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 10.06.2018-ci il tarixdə 17.000 ABŞ dolları məbləğində olan kredit müqaviləsi bağlamış və həmin müqavilə Bakı şəhəri 32 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Müqavilə notariat kontorunda bağlanmasına baxmayaraq o, cavabdehdən hər hansı bir məbləğdə pul almamış, bağlanmış kredit müqaviləsi həqiqəti əks etdirməmiş, bu müqavilə onun işə götürülməyinin şərti kimi bağlanmışdır. Belə ki, cavabdeh İddiaçı yanında işə düzələrək sonuncuya məxsus yük avtomaşınları ilə mağazalara dondurma paylamışdır, cavabdeh isə gördüyü işin əvəzi olaraq ona 400 manat əmək haqqı və ümümi satış gəlirindən 5 % miqdarında pul verilməli idi. Lakin cavabdeh gördüyü işin müqabilində lazımi qaydada əmək haqqı vermədiyi üçün aralarında mübahisə yaranmış və bundan sonra əsassız olaraq ondan müqavilə üzrə almadığı pulların tələb olunacağı bildirilmişdir. Hesab edir ki, işə düzəlməyinin əsası olan bu müqavilə cavabdeh tərəfindən ləğv edilməli olduğu halda, bu günə kimi ləğv edilməmişdir. Bu hal gələcəkdə ondan əsassız olaraq pul tələb edilməsinə gətirib çıxaracaqdır. O, cavabdeh ilə olan işinə son qoymuş, bundan sonra bu kredit müqaviləsi ləğv edilməli və ya başqa bir razılaşmanı pərdələmək niyyəti ilə bağlandığı üçün etibarsız hesab edilməlidir. Cavabdeh təkcə onunla deyil, başqa şəxslərlə də eyni qaydada belə kredit müqavilələri bağlamışdır və kim onunla işləməkdən imtina edirsə, onu məhkəməyə verib ondan vermədiyi pulu tələb edir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(002)-202/2019 saylı qətnaməsi ilə onunla işləmiş X3 18.430 ABŞ dolları müqavilə bağlanan tarixə məzənnə ilə 31.331 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. X1 Elnur Aftandil oğlu ilə əmək haqqı məsələsində düz gəlməyib işdən çıxandan sonra ondan kredit müqaviləsində göstərilən pulun alınması üçün məhkəməyə müraciət edilmişdir. Həmin qətnamədən X4 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman onlar ərizə ilə müraciət edərək bildirmişlər ki, İddiaçı 21.07.2018-ci il tarixdə X8 ilə 18.430 ABŞ dolları məbləğində, həmin gün, yəni 21.07.2018-ci il tarixdə X10 ilə 18.430 ABŞ dolları məbləğində, 09.06.2018-ci il tarixdə X6 ilə 16.000 ABŞ dolları məbləğində və 10.06.2018-ci il tarixdə Cavabdeh ilə 17.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışdır. Lakin bu müqavilələr üzrə heç kimə borc verilməmişdir. Cavabdeh onu işə götürmək üçün bu kredit müqaviləsinin bağlanmasını şərt kimi qoymuşdur. Belə ki, o, topdan satış məntəqələrindən “Millenium” markalı dondurmaların satışının təşkili üçün cavabdehə məxsus “Uğur” markalı soyuducuların mağazalara verilməsini və dondurma mövsümünün sonunda soyuducuların mağazalardan yığılmasını təşkil etməli idi. Cavabdeh bildirmişdir ki, bu kredit müqaviləsi onun işləməsinin və soyuducuların yığılması üçün qarantiya kimi bağlanmışdır. O, işləmək istəmədiyini bildirdikdə, həmin müqavilə ləğv ediləcəkdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(001)- 8496/19 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(001)-8496/2019 nömrəli mülki iş İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(001)-7312/2019 saylı mülki işlə birlikdə baxılması üçün bir icraata birləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı 10 dekabr 2019cu il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh 10.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.240 manatın alınaraq İddiaçı verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, İddiaçı ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə alınması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi və onun tərəfindən verilmiş iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində iddia ərizəsində göstərilən eyni dəlillərə istinad edilmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirmiş, notarial qaydada bağlanmış 10 iyun 2018-ci il tarixli kredit müqaviləsini əsas mötəbər sübut kimi götürmüşdür. Bağlanmış olan müqavilənin onun iradəsinə zidd olan halları nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.10.2020-ci il tarixli 2(103)- 5468/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7312/2019 saylı 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında olan 01.06.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.02.2021-ci il tarixli 2(102)-1700/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5468/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.05.2021-ci il tarixli 2(103)- 4550/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında olan 10.06.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.11.2021-ci il tarixli 2(102)-5484/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4550/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi İddiaçı iddiasının təmin olunması hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 10.06.2018-ci il tarixdə kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 17.000 ABŞ dolları (dolların həmin günə olan məzənnəsi üzrə 29.240 manat) məbləğində pul borc verir, Cavabdeh 01.11.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” 08.05.2018-ci il tarixli etibarnamənin surətindən (tərəflər etibarnamənin mötəbərliyini mübahisələndirmirlər) görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Mercedes 308 Yük” markalı **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamə 07.05.2022-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” 11.05.2019-cu il tarixli etibarnamənin surətindən (tərəflər etibarnamənin mötəbərliyini mübahisələndirmirlər) görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Mercedes 308D Yük” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamə 31.05.2023-cü il tarixədək qüvvədədir. İş materiallarında surətləri olan “üzləşmə aktları”ndan müəyyən edilir ki, fəaliyyət dövründə işlədiyi bütün mağazalarda müştəriyə satılan mallara və həmin mallara görə "xxxx" MMC-nin xəzinəsinə ödəniləsi pullara dair, həmçinin MMC tərəfindən onun təqdim etdiyi məhsulların satışının uyğun qaydada saxlanılması üçün müvəqqəti istifadəyə verilmiş soyuducuların xarici görünüşü və texniki vəziyyətinə baxış keçirilməsi və təhvil verilməsi barədə cavabdeh işdən azad edildikdən sonra üçtərəfli üzləşmə aktları tərtib edilmişdir. Cavabdeh həmin aktların əsillərinin mağazalarda qaldığını, ona isə surətinin verildiyini bildirmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, "xxxx" MMCnin qanuni təmsilçisi X2r (hazırki iş üzrə iddiaçının qardaşı). Birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış 10 iyun 2018-ci il tarixli borc müqaviləsi etibarlı əqd olmuşdur və iddiaçı Cavabdeh müqavilənin onun tərəfindən aldadılaraq, görünüş üçün bağlandığını, müqavilə üzrə ona pul verilmədiyini bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflər iradə ifadələrini sərbəst surətdə bildirməklə öz aralarında kredit müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 29.240 manat məbləğində pulu borc almış və 01.11.2018-ci il tarixədək həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh borc müqaviləsinin mübahisələndirilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş (MM-nin 354-cü maddəsi) bir illik kəsici müddəti ötürmüşdür. Müqavilənin ləğv edilməsinə dair iddiaya münasibətdə isə məhkəmə hesab etmişdir ki, İddiaçı müqaviləyə əsasən 29.240 manat pulu Cavabdeh vermiş və müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, Cavabdeh isə müqavilənin şərtlərini pozaraq aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək birinci instansiya məhkəməsinin gəldiyi bu nəticələri qismən əsaslı hesab edir. Belə ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən edilir ki, tərəflər arasında 10 iyun 2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır və müqavilənin predmetini 17.000 ABŞ dolları (həmin vaxta olan məzənnə ilə 29.240 manat) təşkil etmişdir. Həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə görə «Borc verən» müqavilə bağlanan günə olan məzənnə ilə 29.240 manat təşkil edən 17.000 ABŞ dolları məbləğində pulu «Borc alana» verməyi, «Borc alan» isə müqavilədə razılaşdırılmış müddətdə, yəni 01.11.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşlər. İddiaçı müqavilənin bağlanması ilə eyni zamanda 17.000 ABŞ dolları məbləğində pulu Cavabdeh verdiyini, sonuncu isə bu pulun ona verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı iddianın qanuni əsasını təşkil edən bu maddənin məzmunundan da göründüyü kimi, kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunun üçün əqdin məzmununa daxil olan hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Belə vəziyyətdə isə pulun borc alana verilməsini sübut etmə yükü onu iddia edən şəxsin, yəni İddiaçı üzərinə düşür. Belə ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı borc məbləğinin onun tərəfindən cavabdehə verilməsini təsdiq edən sübut kimi yalnız onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi”nə istinad etmişdir. Bununla bağlı kollegiya hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin yazılı formada bağlanması yalnız tərəflərin Mülki Məcəllənin 740.2-ci maddəsinə riayət etmələri kimi qiymətləndirilməlidir, həmin müqavilənin notarial qayda təsdiq edilməsi isə özü-özlüyündə bu müqavilənin predmetini təşkil edən pul məbləğinin borc verən tərəfindən borc alana verilməsi anlamına gəlmir, bu hal işin ayrıca sübut edilməli olan halıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, həmin müqavilə notarial qaydada bağlansa da, həmin məbləğ notariusun depozit hesabı vasitəsilə ödənilməmişdir. Doğrudur, hazırkı müqavilə bağlanan zaman, yəni 10.06.2018-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlanan zaman borc məbləğinin notariusun depozit hesabı vasitəsilə ödənilməli olmasını zəruri edən norma olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata bu barədə müvafiq dəyişiklik 11.06.2018-ci ildən qüvvəyə minmişdir. Buna baxmayaraq kollegiya hesab edir ki, mülki qanunvericilikdə borc müqaviləsinin sadə yazılı formada bağlanma imkanı nəzərdə tutulduğu halda, iddiaçının bu müqaviləni hüquqi nəticə etibarı ilə sadə yazılı formadan fərqlənməyən notarial qaydada bağlanmasında maraqlı olması müqavilə tərəfi kimi onun gələcəkdə yarana biləcək mübahisənin həlli zamanı daha mötəbər hesab edilə bilən notarial təsdiq edilmiş müqaviləyə istinad edə bilməsi kimi məqsədlər güddüyünü göstərir. Belə olduğu təqdirdə müqavilə bağlanarkən borc məbləğinin borcluya təqdim edilməsinə dair müqavilədə hər hansı qeydin aparılmaması, yaxud pulun depozit hesabı ilə ödənilməməsi tərəflərin münasibətləri baxımından başa düşülən deyil. İddiaçı həmin müqavilə üzrə nəzərdə tutulan borc məbləğinin Cavabdeh verilməsini təsdiq edən başqa hər hansı sübuta (müqavilədə pulun verilməsini təsdiq edən qeyd, qəbz və s.) istinad etməmişdir. Cavabdeh isə həmin pul məbləğinin ona təqdim edilmədiyini bildirmişdir. Notariat orqanı tərəfindən təqdim edilmiş notariat işinin surətindən görünür ki, müqavilə üzrə borc məbləği notariusun depozit hesabı ilə verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə 17.000 ABŞ dolları pul məbləğinin həmin müqavilə bağlanarkən cavabdehə təhvil verilməsi halı sübuta yetirilmiş hesab edilə bilməz. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Bununla yanaşı, məhkəmə kollegiası tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsinə dair iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, işə baxmış məhkəmə həmin mübahisəli müqavilə bağlanarkən mülki qanunvericiliyin tələblərinə riayət olunması və onun etibarsız sayılması üçün əsasların olmaması, habelə iddiaçı Cavabdeh həmin müqavilənin etibarsızlığını mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş kəsici müddəti ötürməsi, müqavilənin qüvvədə olma müddətinin bitməsi və bu səbəbdən pretenziya qaydasına riayət edilib-edilməməsinin araşdırılmasına zərurətin olmaması kimi hallara istinad etməklə iddianı rədd etmiş və bununla düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına və qanunvericiliyin sadalanan normalarına əsasən hesab edir ki, tərəflər arasında kredit müqaviləsi imzalandıqdan sonra onun şərtlərinə əməl edilməməsi, o cümlədən müqavilə üzrə borc məbləğinin borc alana verilməsinin sübuta yetməməsi bu müqavilənin etibarsız hesab edilməsinə əsas vermir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə 29.240 manat pulun tutulmasına dair iddiası ilə bağlı işin hallarını düzgün müəyyən etməmiş, bu hissədə maddi və prosessual normaların tətbiqində səhvə yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında mübahisələndirilən qətnaməni yoxlayaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddianı rədd etməsi düzgün olsa da, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə 29.240 manat pulun tutulmasına dair iddiasını təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə 29.240 manat pulun tutulmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli, 2(001)-7312/2019 nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1638/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1638/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver