Məhkəmə qərarları › İş №2(103)-164/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-164/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-164/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu, İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların cavabdehdən alınaraq təhvil verilməsi, mövcud olmadıqda isə qiymətləndirmə rəyinə əsasən ümumilikdə onların dəyərini təşkil edən 75250 manat pulun və iş üzrə ödənilmiş 315,75 manat dövlət rüsumunun Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə iddiası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, tərəflər arasında təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyaların, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, dövlət rüsumunun 157 manat 85 qəpik hissədə iddiaçıya, 157 manat 90 qəpik hissədə cavabdehə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Hər iki tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC və Cavabdeh verilmiş apellyasiya şikayətləri qəbul olunmamış hesab edilmiş və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2623/2023 saylı işi üzrə, 15 .03.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Mülki Kollegiyasının icraat zamanı Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixində məktubla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə daxil olması əsası ilə mülki işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə və müddətin bərpası barədə ərizəyə baxılıb hüquqi qiymət verilməsi üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə mülki işin baxışdan çıxarılaraq cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə və müddətin bərpası barədə ərizəyə baxılıb hüquqi qiymət verilməsi mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 384.0.6-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məcəllənin 402.2.5ci maddəsinə əsasən, Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qərardadından kassasiya şikayəti verilə bilər. Kollegiya hesab edir ki, iş üzrə Cavabdeh şikayətinin müddət və məzmun tələblərinə riayət edilməsinə (mümkünlüyünə) səlahiyyət həddində qiymət verilməsi üçün iddiaçının apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2024 saylı işi üzrə xx.xx.2023-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Cavabdeh apellyasiya şikayətinin və müddətin bərpası ərizəsinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar