Məhkəmə qərarları › İş №2(103)-1640/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1640/2022

30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1640/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və “X3” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 84/2019 saylı, 10 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və “X3” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 17 avqust 2015-ci il tarixli kredit müqaviləsi və 12 may 2016-cı il tarixli əlavə saziş üzrə banka 443.039 ABŞ dolları məbləğində əsas, 83.882,12 ABŞ dolları məbləğində faiz, 23.152,65 ABŞ dolları məbləğində cərimə, cəmi 550.073,77 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın “X3” MMCyə məxsus Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan ümumi sahəsi 10.688,32 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin binanın açıq hərracda satılması və borcun həmin qeyri-yaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, “X3” MMC-yə məxsus Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan ümumi sahəsi 10.688,32 kv.m olan qeyriyaşayış binasına istifadə hüquqlarının itirilmiş hesab ediməsi, həmin müəssisənin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 17 avqust tarixli, 122/0-USD nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMC İddiaçı ASC-dən illik 12% olmaqla 30 ay müddətinə cavabdehin xx.xx.2010-cu il 368/0-AZN saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin bağlanması şərti ilə 443.039 ABŞ dolları məbləğində kredit verilmişdir. 12 may 2016-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 478.217,44 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, “X3” MMC-yə məxsus Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan ümumi sahəsi 10.688,32 kv.m. olan qeyi-yaşayış binası 2016-cı il 31 may tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, Cavabdeh2 ilə ZM-122/0-USD saylı, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 14 may 2016-cı tarixli əlavə sazişə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, "xxxx" MMC borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(001)-84/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 17 avqust 2015-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 12 may 2016-cı il tarixli əlavə saziş üzrə cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada 443.039 ABŞ dolları məbləğində əsas, 71.271,24 ABŞ dolları məbləğində faiz, 10.000 ABŞ dolları məbləğində cərimə, cəmi 524.310,24 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın 17 avqust 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində “X3” MMC tərəfindən ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq- Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan ümumi sahəsi 10.688,32 kv.m olan qeyri-yaşayış sahəsinə (əmlak kompleksi kimi müəssisəyə) yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana –“X3” MMC-yə qaytarılması, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin 598.500 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmiş, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 140 manat hissəsi Cavabdeh2, 5 manat hissəsinin isə ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq dövlət gəlirlərinə alınması müəyyən edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir. İddiaçı tərəfin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə faiz və cərimə borcunun qismən təmin edilməsi hissəsində əsassızdır. Cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol verdiyindən müqavilənin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Cavabdeh2 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, borclu "xxxx" MMC tərəfindən borcun müəyyən hissəsi ödənilmiş, qalan hissə isə iqtisadi durğunluq səbəbindən ödənilməmiş saxlanılmışdır. Borclu maliyyə vəziyyəti barədə banka məlumat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Məhkəmənin istinad etdiyi "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılarkən, onların iştirakı təmin edilməmiş, ümumiyyətlə mütəxəssislər həmin ərazidə olmamışlar. Həmin qeyri-yaşayış sahəsi boş bina deyil, 240 nəfərə yaxın işçisi olan Kərpic zavodundan ibarət və minimum dəyəri 5.000.000 manatdan artıq olan istehsalat sahəsidir. Dəfələrlə aşağı qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-166/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-84/2019 saylı iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsi faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada tutulmalı olan faiz borcunun 83.882,12 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) müəyyən edilməsi, Yevlax rayonu, Gülövşə kəndi, Xaldan- Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan ümumi sahəsi 10.688,32 kv.m olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisəyə) ilkin satış qiymətinin 1.954.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş və qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Ali Məhkəmənin 2(102)-5664/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2021-ci il tarixli, 2(103)-166/2021 nömrəli qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman tərəflər İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 mülki işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: « 2.1. Bu Sazişin 1.1.1 -ci bəndində göstərilən öhdəliyin icrası məqsədilə “Şəfəq İnşaat" MMC və Cavabdeh2 tərəfindən ödənilmiş 55.882,35 ABŞ dolları məbləğində vəsaitin 10.000 ABŞ dolları cərimə borcuna və 45.882.35 ABŞ dolları faiz borcuna silinməsini nəzərə alaraq, "xxxx" MMC və Cavabdeh2 443.039 ABŞ dolları əsas borc, 38.000 ABŞ dolları faiz borcu olduğunu və həmin məbləğin Mərkəzi Bankın müəyyən etdiyi 1.70 AZN məzənnə ilə konvertasiya olunaraq 753.166,30 manat əsas borc, 64.600 manat faiz borcu məbləğində müəyyən edilməsini Tərəflər təsdiq edirlər. 2.2. Bu Sazişin 1.1.2-ci bəndində göstərilən öhdəliyin icrası məqsədilə Cavabdeh2 tərəfindən ödənilmiş 18.235,31 ABŞ dolları məbləğində vəsaitin faiz və cərimələrdən silinməsinin və həmin məbləğin məhkəmə qərarı ilə müəyyən edilmiş 38.012,03 ABŞ dolları əsas borcdan silinməsini, yerdə qalan 19.776,72 ABŞ dolları əsas borc, 5.925,40 ABŞ dolları faiz borcunu Mərkəzi Bankın müəyyən etdiyi 1.70 AZN məzənnə ilə konvertasiya edilərək 33.620 manat əsas borc, 10.073 manat faiz borcu məbləğində müəyyən edilməsini Tərəflər təsdiq edirlər. 2.3. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.1 və 2.2-ci bəndlərində ABŞ dollarında olan hər iki borc məbləği 753.166,30 manat əsas borc, 64.600 manat faiz borcu, o cümlədən 33.620 manat əsas borc, 10.073 manat faiz borcu məbləğində tanınır və sonrakı hesablaşmalar bu məbləğlərdən irəli gələrək Azərbaycan manatı (AZN) ilə müəyyən olunur. 2.4. "xxxx" MMC bu Sazişin 1.1.1, 1.1.2 və 1.1,3-cü bəndlərində göstərilən öhdəliyin təminatı qismində ünvan 1 ünvanında yerləşən 8.1985 ha torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi: **********37, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2022) LPO "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsi öhdəliyini öz üzərinə götürür. Həmin əmlakın "xxxx" MMC-nin 0630/22/FS saylı xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən likvid qiyməti 700.000 manat dəyərində, "xxxx" MMC-nin UNİ/A 05-635/22 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən 1.639.700 manat dəyərində qiymətləndirildiyini nəzərə alaraq Tərəflər həmin əmlakın 700.000 (yeddi yüz min) manat dəyərində müəyyən edilməsi barədə razılığa gəldiklərini təsdiq edirlər. 2.5. "Prime Brick” (“X3" MMC-nin hüquqi vajjsi)_MMC bu Sazişin 1.1.1, 1.1.2 və 1.1.3cü bəndlərində göstərilən öhdəliyin təminatı qismində Yevlax rayonu, Gülövşə kəndi, Xaldan- Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadədə olan ümumi sahəsi 10.688.32 kv.m. olan qeyri-yaşayış binasının LPO İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi öhdəliyini öz üzərinə götürür. Həmin əmlakın "xxxx" MMC-nin 1682/Dqsaylı xx.xx.2016-cı il tarixli qiymətləndirmə rəyinə əsasən 1.800.000 manatdəyərində, "xxxx" MMC-nin 156/E saylı xx.xx.2019-cu il tarixli rəyinə əsasən 598.500 manat dəyərində, "xxxx" MMC-nin 14.01 2020ci il tarixli rəyinə əsasən 3.000.000 manat dəyərində, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən 3.000.000 manat dəyərində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən 07 aprel 2021-ci il tarixli arayışına əsasən 2.300.000 manat dəyərində, “MBA LTD" MMC-nin xx.xx.2021 -ci il tarixli rəyinə əsasən 1.954.000 manat dəyərində qiymətləndirildiyini nəzərə alaraq Tərəflər həmin əmlakın 1.954.000 (bir milyon doqquz yüz əlli dörd min) manat dəyərində müəyyən edilməsi barədə razılığa gəldiklərini təsdiq edirlər. 2.6. Bu Sazişin 2.4 və 2.5-ci bəndləri icra edildikdən sonra bu Sazişin 2.7 və 2.8-ci bəndlərinin icraedilməsi məqsədilə "xxxx" MMC-nin müraciəti əsasında Şirvan şəhəri, Şimal sənaye qovşağı ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (beton hazırlayıcı qurğu kompleksi) ipotekadan azad edilməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. 2.7. Bu Sazişin 2.1 -ci bəndində göstərilən 753.166,30 manat əsas borc məbləğindən ən azı 110.000 manat ödənişin 01.01,2023-cü il tarixədək ödənilməsi öhdəliyini "xxxx" MMC və Cavabdeh2 öz üzərlərinə götürürlər. 2.8. Bu Sazişin 1.1.3-cü bəndində göstərilən 115.985,71 manat faiz borcu məbləğindən ən azı 40.000 manat ödənişin 01.01 2023-cü il tarixədək ödənilməsi öhdəliyini "xxxx" MMC və Cavabdeh2 öz üzərlərinə götürürlər. 2.9. Bu Sazişin 2.7-cı bəndində göstərilən 110.000 manat əsas borcun ödənişi icra edildikdən sonra yerdə qalan 643.166,30 manat məbləğində əsas borcun 2 il müddətinə rüblük qrafik tərtib edilərək, 2023-ci ilin ən geci 3-cü rübündən başlayaraq, hər rüb 80.395,79 manat ödənilməsinə möhlət verilməsini Tərəflər təsdiq edirlər. Hər rüb ödəniləcək məbləğin hər hansı ardıcıllıqla 2 dəfə ardıcıl icra edilməməsi Sazişin bu bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir. 2.10.Bu Sazişin 2.8-ci bəndi “Şəfəq inşaat" MMC və Cavabdeh2 tərəfindən icra edildikdən sonra bu Sazişin 1.1.3-cü bəndində göstərilən 115.985,71 manat faiz borcu, 88.774,72 manat (ümumilikdə 204.760,43) vaxtı keçmiş faiz borcundan qalıq qalan 75.985,71 manat faiz borcu və 88.774,72 manat (ümumilikdə 164.760,43) faiz borcu güzəşt edilərək silinməsini və həmin məbləğin hec bir halda tələb olunmayacagı öhdəliyini Ləğvedici öz üzərinə götürür. 2.11. Bu Sazişin 2.9-cu bəndi “Şəfəq inşaat" MMC və Cavabdeh2 tərəfindən qismən icra edildikdən sonra qalıq qalan əsas borc 350.000 manat təşkil etdikdə Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadədə olan ümumi sahəsi 10.688,32 kv.m. olan qeyri-yaşayış binasının ipotekadan azad olunması öhdəliyini Ləğvedici öz üzərinə götürür. 2.12.Bu Sazişin 2.2-ci bəndində göstərilən 33.620 manat əsas borc məbləğinə 2 il müddətinə rüblük qrafik tərtib edilərək, 2023-ci ilin ən geci 3-cü rübündən başlayaraq, hər rüb 4.202.50 manat ödənilməsinə möhlət verilməsini Tərəflər təsdiq edirlər. Hər rüb ödəniləcək məbləğin hər hansı ardıcıllıqla 2 dəfə lazımınca icra edilməməsi Sazişin bu bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir. 2.13.Bu Sazişin 2.1 və 2.2-cu bəndlərində manatla göstərilən əsas borc məbləğləri tam ödənildikdən sonra X1 digər faiz və cərimə borclarına güzəşt edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. 2.14.Tərəflər razılaşır ki, bu Sazişin 2.7 və 2.9-cu bəndlərində göstərilən şərtlər "Şəfəq İnşaat” MMC və Cavabdeh2 tərəfindən pozulduqda və icra edilmədikdə bu Sazişin 2.3-cü bəndində göstərilən 753.166,30 manat əsas borc, 64.600 manat faiz borcu, cəmi 817.766,30 manat borcdan qalıq məbləğin tutulması və tutmanın "xxxx" ("X3" MMC-nin hüquqi varisi) MMC-yə məxsus olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq- Zaqatala avtomobil yolunun sol tərəfində istifadədə olan ümumi sahəsi 10.688,32 kv.m. olan qeyri-yaşayış binasına (ilkin satış qiyməti - 1.954.000 manat) və ünvan 1 ünvanında yerləşən 8.1985 ha torpaq sahəsinə (ilkin satış qiyməti – 700.000 manat) yönəldilərək açıq hərracdan satılmasına, əmlaklar satıldıqdan sonra ipoteka qoyanlar tərəfindən ipoteka predmeti olan əmlakların ən geci üç ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin Ləğvediciyə ödənilməsinə etiraz etmirlər. 2.15.Tərəflər razılaşır ki, bu Sazişin 2.8-ci bəndində göstərilən şərtlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən pozulduqda və icra edilmədikdə bu Sazişin 1.1.3-cü bəndində göstərilən 115.985,71 manat faiz borcu, 88.774,72 manat vaxtı keçmiş faiz borcu, cəmi 204.760,43 manat faiz borcundan qalıq məbləğin tutulması və tutmanın "xxxx" ("X3” MMCnin hüquqi varisi) MMC-yə məxsus olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq- Zaqatala avtomobil yolunun sol tərəfində istifadədə olan ümumi sahəsi 10.688.32 kv.m. olan qeyri-yaşayış binasına (ilkin satış qiyməti - 1.954.000 manat) və ünvan 1 ünvanında yerləşən 8.1985 ha torpaq sahəsinə (ilkin satış qiyməti - 700.000 manat) yönəldilərək açıq hərracdan satılmasına, əmlaklar satıldıqdan sonra ipoteka qoyanlar tərəfindən ipoteka predmeti olan əmlakların ən geci üç ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin Ləğvediciyə ödənilməsinə etiraz etmirlər. 2.16.Tərəflər razılaşır ki, bu Sazişin 2.12-ci bəndindı göstərilən şərtlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən pozulduqda və icra edilmədikdə bu Sazişin 2.2-ci bəndində göstərilən 33.620 manat əsas borc, 10.073 manat faiz borcu, cəmi 43.693 manat borcdan qalıq məbləğin tutulması və tutmanın “Prime Brick" (“X3" MMC-nin hüquqi varisi) MMC-yə məxsus olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadədə olan ümumi sahəsi 10.688,32 kv.m. olan qeyri-yaşayış binasına (ilkin satış qiyməti - 1.954.000 manat) və ünvan 1 ünvanında yerləşən 8.1985 ha torpaq sahəsinə (ilkin satış qiyməti - 700.000 manat) yönəldilərək açıq hərracdan satılmasına, əmlaklar satıldıqdan sonra ipoteka qoyanlar tərəfindən ipoteka predmeti olan əmlakların ən geci üç ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin Ləğvediciyə ödənilməsinə etiraz etmirlər. 2.17.Bu Sazişin 2.14, 2.15, 2.16-ci bəndinə uyğun olaraq açıq hərracda satılmasından əldə olunan vəsaitdən borcların tam tutulmasından sonra qalan vəsait (məbləğ) "Prime Brick” MMC-nin hesablaşma hesabına ödənilir. 2.18.Tərəflər razılığa gəlir ki, bu Saziş üzrə hər bir maddə icra edildikdən sonra gələcəkdə mübahisə predmeti olmayacaq və tərəflər bir-birinə icra olunan maddələr üzrə heç bir iddia və tələblər qaldırmayacaq.». Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi və vəkili Ələkbərov amiq Ələkbər oğlu barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 84/2019 saylı, 10 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin halları məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: « 2.1. Bu Sazişin 1.1.1 -ci bəndində göstərilən öhdəliyin icrası məqsədilə “Şəfəq İnşaat" MMC və Cavabdeh2 tərəfindən ödənilmiş 55.882,35 ABŞ dolları məbləğində vəsaitin 10.000 ABŞ dolları cərimə borcuna və 45.882.35 ABŞ dolları faiz borcuna silinməsini nəzərə alaraq, "xxxx" MMC və Cavabdeh2 443.039 ABŞ dolları əsas borc, 38.000 ABŞ dolları faiz borcu olduğunu və həmin məbləğin Mərkəzi Bankın müəyyən etdiyi 1.70 AZN məzənnə ilə konvertasiya olunaraq 753.166,30 manat əsas borc, 64.600 manat faiz borcu məbləğində müəyyən edilməsini Tərəflər təsdiq edirlər. 2.2. Bu Sazişin 1.1.2-ci bəndində göstərilən öhdəliyin icrası məqsədilə Cavabdeh2 tərəfindən ödənilmiş 18.235,31 ABŞ dolları məbləğində vəsaitin faiz və cərimələrdən silinməsinin və həmin məbləğin məhkəmə qərarı ilə müəyyən edilmiş 38.012,03 ABŞ dolları əsas borcdan silinməsini, yerdə qalan 19.776,72 ABŞ dolları əsas borc, 5.925,40 ABŞ dolları faiz borcunu Mərkəzi Bankın müəyyən etdiyi 1.70 AZN məzənnə ilə konvertasiya edilərək 33.620 manat əsas borc, 10.073 manat faiz borcu məbləğində müəyyən edilməsini Tərəflər təsdiq edirlər. 2.3. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.1 və 2.2-ci bəndlərində ABŞ dollarında olan hər iki borc məbləği 753.166,30 manat əsas borc, 64.600 manat faiz borcu, o cümlədən 33.620 manat əsas borc, 10.073 manat faiz borcu məbləğində tanınır və sonrakı hesablaşmalar bu məbləğlərdən irəli gələrək Azərbaycan manatı (AZN) ilə müəyyən olunur. 2.4. "xxxx" MMC bu Sazişin 1.1.1, 1.1.2 və 1.1,3-cü bəndlərində göstərilən öhdəliyin təminatı qismində ünvan 1 ünvanında yerləşən 8.1985 ha torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi: **********37, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2022) LPO "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsi öhdəliyini öz üzərinə götürür. Həmin əmlakın "xxxx" MMC-nin 0630/22/FS saylı xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən likvid qiyməti 700.000 manat dəyərində, "xxxx" MMC-nin UNİ/A 05-635/22 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən 1.639.700 manat dəyərində qiymətləndirildiyini nəzərə alaraq Tərəflər həmin əmlakın 700.000 (yeddi yüz min) manat dəyərində müəyyən edilməsi barədə razılığa gəldiklərini təsdiq edirlər. 2.5. "Prime Brick” (“X3" MMC-nin hüquqi vajjsi)_MMC bu Sazişin 1.1.1, 1.1.2 və 1.1.3cü bəndlərində göstərilən öhdəliyin təminatı qismində Yevlax rayonu, Gülövşə kəndi, Xaldan- Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadədə olan ümumi sahəsi 10.688.32 kv.m. olan qeyri-yaşayış binasının LPO İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi öhdəliyini öz üzərinə götürür. Həmin əmlakın "xxxx" MMC-nin 1682/Dqsaylı xx.xx.2016-cı il tarixli qiymətləndirmə rəyinə əsasən 1.800.000 manatdəyərində, "xxxx" MMC-nin 156/E saylı xx.xx.2019-cu il tarixli rəyinə əsasən 598.500 manat dəyərində, "xxxx" MMC-nin 14.01 2020ci il tarixli rəyinə əsasən 3.000.000 manat dəyərində, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən 3.000.000 manat dəyərində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən 07 aprel 2021-ci il tarixli arayışına əsasən 2.300.000 manat dəyərində, “MBA LTD" MMC-nin xx.xx.2021 -ci il tarixli rəyinə əsasən 1.954.000 manat dəyərində qiymətləndirildiyini nəzərə alaraq Tərəflər həmin əmlakın 1.954.000 (bir milyon doqquz yüz əlli dörd min) manat dəyərində müəyyən edilməsi barədə razılığa gəldiklərini təsdiq edirlər. 2.6. Bu Sazişin 2.4 və 2.5-ci bəndləri icra edildikdən sonra bu Sazişin 2.7 və 2.8-ci bəndlərinin icraedilməsi məqsədilə "xxxx" MMC-nin müraciəti əsasında Şirvan şəhəri, Şimal sənaye qovşağı ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (beton hazırlayıcı qurğu kompleksi) ipotekadan azad edilməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. 2.7. Bu Sazişin 2.1 -ci bəndində göstərilən 753.166,30 manat əsas borc məbləğindən ən azı 110.000 manat ödənişin 01.01,2023-cü il tarixədək ödənilməsi öhdəliyini "xxxx" MMC və Cavabdeh2 öz üzərlərinə götürürlər. 2.8. Bu Sazişin 1.1.3-cü bəndində göstərilən 115.985,71 manat faiz borcu məbləğindən ən azı 40.000 manat ödənişin 01.01 2023-cü il tarixədək ödənilməsi öhdəliyini "xxxx" MMC və Cavabdeh2 öz üzərlərinə götürürlər. 2.9. Bu Sazişin 2.7-cı bəndində göstərilən 110.000 manat əsas borcun ödənişi icra edildikdən sonra yerdə qalan 643.166,30 manat məbləğində əsas borcun 2 il müddətinə rüblük qrafik tərtib edilərək, 2023-ci ilin ən geci 3-cü rübündən başlayaraq, hər rüb 80.395,79 manat ödənilməsinə möhlət verilməsini Tərəflər təsdiq edirlər. Hər rüb ödəniləcək məbləğin hər hansı ardıcıllıqla 2 dəfə ardıcıl icra edilməməsi Sazişin bu bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir. 2.10.Bu Sazişin 2.8-ci bəndi “Şəfəq inşaat" MMC və Cavabdeh2 tərəfindən icra edildikdən sonra bu Sazişin 1.1.3-cü bəndində göstərilən 115.985,71 manat faiz borcu, 88.774,72 manat (ümumilikdə 204.760,43) vaxtı keçmiş faiz borcundan qalıq qalan 75.985,71 manat faiz borcu və 88.774,72 manat (ümumilikdə 164.760,43) faiz borcu güzəşt edilərək silinməsini və həmin məbləğin hec bir halda tələb olunmayacagı öhdəliyini Ləğvedici öz üzərinə götürür. 2.11. Bu Sazişin 2.9-cu bəndi “Şəfəq inşaat" MMC və Cavabdeh2 tərəfindən qismən icra edildikdən sonra qalıq qalan əsas borc 350.000 manat təşkil etdikdə Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadədə olan ümumi sahəsi 10.688,32 kv.m. olan qeyri-yaşayış binasının ipotekadan azad olunması öhdəliyini Ləğvedici öz üzərinə götürür. 2.12.Bu Sazişin 2.2-ci bəndində göstərilən 33.620 manat əsas borc məbləğinə 2 il müddətinə rüblük qrafik tərtib edilərək, 2023-ci ilin ən geci 3-cü rübündən başlayaraq, hər rüb 4.202.50 manat ödənilməsinə möhlət verilməsini Tərəflər təsdiq edirlər. Hər rüb ödəniləcək məbləğin hər hansı ardıcıllıqla 2 dəfə lazımınca icra edilməməsi Sazişin bu bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir. 2.13.Bu Sazişin 2.1 və 2.2-cu bəndlərində manatla göstərilən əsas borc məbləğləri tam ödənildikdən sonra X1 digər faiz və cərimə borclarına güzəşt edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. 2.14.Tərəflər razılaşır ki, bu Sazişin 2.7 və 2.9-cu bəndlərində göstərilən şərtlər "Şəfəq İnşaat” MMC və Cavabdeh2 tərəfindən pozulduqda və icra edilmədikdə bu Sazişin 2.3-cü bəndində göstərilən 753.166,30 manat əsas borc, 64.600 manat faiz borcu, cəmi 817.766,30 manat borcdan qalıq məbləğin tutulması və tutmanın "xxxx" ("X3" MMC- nin hüquqi varisi) MMC-yə məxsus olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq- Zaqatala avtomobil yolunun sol tərəfində istifadədə olan ümumi sahəsi 10.688,32 kv.m. olan qeyri-yaşayış binasına (ilkin satış qiyməti - 1.954.000 manat) və ünvan 1 ünvanında yerləşən 8.1985 ha torpaq sahəsinə (ilkin satış qiyməti – 700.000 manat) yönəldilərək açıq hərracdan satılmasına, əmlaklar satıldıqdan sonra ipoteka qoyanlar tərəfindən ipoteka predmeti olan əmlakların ən geci üç ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin Ləğvediciyə ödənilməsinə etiraz etmirlər. 2.15.Tərəflər razılaşır ki, bu Sazişin 2.8-ci bəndində göstərilən şərtlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən pozulduqda və icra edilmədikdə bu Sazişin 1.1.3-cü bəndində göstərilən 115.985,71 manat faiz borcu, 88.774,72 manat vaxtı keçmiş faiz borcu, cəmi 204.760,43 manat faiz borcundan qalıq məbləğin tutulması və tutmanın "xxxx" ("X3” MMCnin hüquqi varisi) MMC-yə məxsus olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq- Zaqatala avtomobil yolunun sol tərəfində istifadədə olan ümumi sahəsi 10.688.32 kv.m. olan qeyri-yaşayış binasına (ilkin satış qiyməti - 1.954.000 manat) və ünvan 1 ünvanında yerləşən 8.1985 ha torpaq sahəsinə (ilkin satış qiyməti - 700.000 manat) yönəldilərək açıq hərracdan satılmasına, əmlaklar satıldıqdan sonra ipoteka qoyanlar tərəfindən ipoteka predmeti olan əmlakların ən geci üç ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin Ləğvediciyə ödənilməsinə etiraz etmirlər. 2.16.Tərəflər razılaşır ki, bu Sazişin 2.12-ci bəndindı göstərilən şərtlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən pozulduqda və icra edilmədikdə bu Sazişin 2.2-ci bəndində göstərilən 33.620 manat əsas borc, 10.073 manat faiz borcu, cəmi 43.693 manat borcdan qalıq məbləğin tutulması və tutmanın “Prime Brick" (“X3" MMC-nin hüquqi varisi) MMC-yə məxsus olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadədə olan ümumi sahəsi 10.688,32 kv.m. olan qeyri-yaşayış binasına (ilkin satış qiyməti - 1.954.000 manat) və ünvan 1 ünvanında yerləşən 8.1985 ha torpaq sahəsinə (ilkin satış qiyməti - 700.000 manat) yönəldilərək açıq hərracdan satılmasına, əmlaklar satıldıqdan sonra ipoteka qoyanlar tərəfindən ipoteka predmeti olan əmlakların ən geci üç ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin Ləğvediciyə ödənilməsinə etiraz etmirlər. 2.17.Bu Sazişin 2.14, 2.15, 2.16-ci bəndinə uyğun olaraq açıq hərracda satılmasından əldə olunan vəsaitdən borcların tam tutulmasından sonra qalan vəsait (məbləğ) "Prime Brick” MMC-nin hesablaşma hesabına ödənilir. 2.18.Tərəflər razılığa gəlir ki, bu Saziş üzrə hər bir maddə icra edildikdən sonra gələcəkdə mübahisə predmeti olmayacaq və tərəflər bir-birinə icra olunan maddələr üzrə heç bir iddia və tələblər qaldırmayacaq.». Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 84/2019 saylı, 10 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar