Məhkəmə qərarları › İş №2(103)-1641/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1641/2021

05.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1641/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı Cəlal qızı və cavabdehin nümayəndəsi və vəkili X10 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "alimentin artırılması və uşaqlara görə əlavə xərclərdə iştirak etməsi" tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiacı və ilkin iddia üzrə cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və uşaqlara görə əlavə xərclərdə iştirak etməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan övladları - xx xxxxx 2006-cı il təvəllüdlü X13, xx xxxx 2007-ci il təvəllüdlü X11 və xx xxxxxx 2013-cü il təvəllüdlü X2 üçün cavabdehdən üç uşağın hər biri üçün 170 manat olmaqla, cəmi 510 manat alimentin tutulması, həmçinin uşaqların göz və sümük əzələləri ilə bağlı müalicə olunmaları üçün -hər ay 200 manat, uşaqların əlavə müəllim yanına hazırlıq üçün getmələrinə görə-hər ay 250 manat, uşaqların azyaşlı olduqları üçün qeyd olunan yerlərə getmələri üçün sürücü xidmətindən istifadə etmələri ilə bağlı- hər ay 200 manat, ümumilikdə hər ay 650 manat olmaqla 2019-cu il oktyabr ayından başlayaraq, faktiki çəkilmiş əlavə xərclər, eləcə də qeyd olunan hallarla bağlı gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərxx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, xx xxxxx 2006-cı il təvəllüdlü X13, xx xxxx 2007-ci il təvəllüdlü X11 və xx xxxxxx 2013-cü il təvəllüdlü X14 iddiaçının yanında saxlanılmaqla, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşağa görə 108 (yüz səkkiz) manat olmaqla, cəmi 324 manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan övladları- xx xxxxx 2006-cı il təvəllüdlü X13, xx xxxx 2007-ci il təvəllüdlü X11 və xx xxxxxx 2013-cü il təvəllüdlü X2 ücün cavabdehdən üç uşağın hər biri üçün 170 manat olmaqla, cəmi 510 manat aliment tutulmaqla iddiaçıya ödənilməlidir.Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx xxxxxxx 2015- ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşağa görə 108 (yüz səkkiz) manat olmaqla, cəmi 324 manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilsə də, cavabdeh qeyd olunan alimenti 2019-cu ilin oktyabr ayından başlayaraq, iddiaçıya ödəmir, bunun səbəbini soruşduqda ona hər ay artıqlaması ilə ödənişlərin etməsini, buna görə bundan sonra hələ iki ilədək aliment borcunu ödəmiş olduğunu bildirərək alimenti ödəməkdən imtina edir. Lakin aliment borcunun qabaqcadan, o cümlədən iki illik müddətə ödənilməsi barədə cavabdehlə hər hansı razılaşma olmamışdır. Halbuki, Cavabdeh tərəfindən hər ay iddiaçıya aliment borcundan əlavə ödənişlər edilsə də, həmin ödənişlər uşaqlara görə əlavə xərclərdə iştirak etməklə bağlı edilmişdir.Belə ki, cavabdeh iddiaçıya onun tərəfindən əlavə ödənişlər edilmək şərti ilə uşaqların müalicəsi üçün, o cümlədən hər üç uşağın gözləri və sümük əzələ sistemində problemləri olduğu üçün hər il üç dəfədən az olmayaraq, müalicə olunmaları, həmçinin dərsdən əlavə müəllim yanına getmələri, musiqi məktəbinə getmələri, həmçinin sürücü xidmətindən istifadə etmələrini təklif etmiş, iddiaçı da aliment ödənişlərindən başqa, həmin əlavə xərclərdə onun iştirak etməsinə görə qeyd olunan xidmətləri cavabdehin hesabına uşaqlar üçün həyata keçirmişdir.Digər tərəfdən, cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddiaya dair Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsindən göründüyü kimi iddiaçının hazırki iddiasında qeyd etdiyi halları təsdiq edən izahat verərək uşaqlara 324 manat aliment, əlavə olaraq onların təhsili üçün hər ay 250 manat, məktəbə aparılması üçün sürücüyə 200 manat pul ödəməsini bildirmişdir.Lakin, cavabdehə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia qaldırdıqdan sonra cavabdeh bununla iddiaçını cəzalandırmaq üçün nəinki əlavə xərclər, hətta uşaqların saxlanması üçün ödəməli olduğu aliment borcunu ödəməkdən boyun qaçırır. Hər üç uşağın göz və sümük əzələləri ilə bağlı müalicə olunmaları üçün -hər ay 200 manat, uşaqların əlavə müəllim yanına hazırlıq üçün getmələrinə görəhər ay 250 manat, uşaqların azyaşlı olduqları üçün qeyd olunan yerlərə getmələri üçün sürücü xidmətindən istifadə etmələri ilə bağlı- hər ay 200 manat, ümumilikdə hər ay 650 manat olmaqla 2019-cu il oktyabr ayından başlayaraq faktiki çəkilmiş əlavə xərclər, eləcə də qeyd olunan hallarla bağlı gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya 2016ci ilin may ayından başlayaraq aliment ödənilmiş, həmin aliment məbləğlərindən başqa elə aylar olmuşdur ki, 500, 600, 800 manatdan çox ödənişlər edilmiş, yəni cavabdehin maddi vəziyyəti aliment məbləğinin artırılması və qeyd olunan əlavə xərclərdə iştirak etməsi üçün kifayət edir. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün nəzərdə tutulmuş toplam 324 manat aliment məbləğinin azaldılaraq, hər üç övladının saxlanılması üçün rəsmi əmək haqqının yarısı - 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xırda şirkətlərin birində “məşğulluq təsnifatı üzrə direktor” vəzifəsini icra edir. Cavabdeh rəsmi əmək haqqı məbləği 440 (dörd yüz qırx) manat təşkil edir. Bunun xaricində heç bir əlavə gəliri mövcud deyildir. Hər hansı bir fəaliyyət ilə (biznes) məşğul deyildir. Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2015ci il tarixindən başlayaraq, hər üç övladı üçün 108 manat, toplam 324 manat alimentin tutulmasına dair qətnamə qəbul edilmiş və tərəfindən heç bir qərəz olmadan qaydasında icra edilmişdir. Lakin hal-hazırda ölkədə və ümumi dünyada baş verən müəyyən neqativ məsələlər ilə bağlı əmək haqlarının azaldılması və iş yerlərinin məhdudlaşdırılması və digər bu məsələlərlə bağlı olmayan səbəblərdən Cavabdeh əmək haqqı məbləği azalmış, maddi imkanı zəifləmişdir.Bundan əlavə, ilkin İddiaçı Cəlal qızı özü iki yerdə işləyir. Bunlardan biri Tibb Universitetinin X20 kafedrasında baş laborant vəzifəsi və "xxxx" MMC-də "prodact menecer" vəzifəsidir, hansı ki, hər iki işə görə ilkin İddiaçı Cəlal qızı yüksək əmək haqqı alır. Bunun xaricində şəxsi avtomobili, bağ evi və digər maddi imkanları yüksək tutan üstünlüyə sahibdir. Göründüyü kimi, ilkin İddiaçı Cəlal qızının maddi vəziyyəti qarşılıqlı iddia üzrə iddiaçının maddi vəziyyətindən qat-qat üstündür. Alimentin nəinki artırılması, hətta azaldılmasına zərurət yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Rəşid Səmədov). Qətnamədən ilkin iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri və dəlilləri: İlkin iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında 2020-ci il ücün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. İlkin iddiaçı keçmiş həyat yoldaşından hər uşaq üçün 170 AZN ödəməsini istəsə də o, bunu əvvəlki qaydada (108 AZN) edəcəyini bildirmişdir. Keçmiş həyat yoldaşı Cavabdeh həm də birgə nigah dövründə əldə etdikləri və hal-hazırda ilkin iddiaçının yaşadığı Bül-Bül pr.65A mən-18 ünvanlı mənzili ondan xəbərsiz qanunsuz olaraq atası X12 adına keçirmişdir. Bundan xəbər tutan zaman həmin mənzil üçün Nəsimi rayon Məhkəməsinə mülk iddiası üçün müraciət edilmişdir ( 2(006)-1218/2020 saylı iş). Bundan sonra Cavabdeh aliment ödəməkdən tamamilə imtina etmiş və mülk iddiasından imtina edəcəyi təqdirdə ödəcəyini bildirmişdir. İlkin iddiaçı məcbur olub alimentin artırılması üçün Nəsimi rayon məhkəməsinə müraciət etmişdir ( 2(006)-2603/2020 saylı iş). Bundan sonra cavabdeh yenidən 108 AZN ödəməyə başlamışdır. Beləliklə 3 ay ( noyabr, dekabr və yanvar ayları ) aliment ödənməkdən imtina etdiyi üçün müxtəlif banklardan (Unibank və Nikoyl) kredit götürərək övladlarını müalicə etmişdir. Çünki hər üçünün gözlərində və sümük-əzələ sistemində problem var. Hazırda ilkin iddiaçı hər ay 130 AZN kredit borcu ödəyir. Övladlarının atasının klinikası var və onun aylıq qazancı 10.000 manatdan çoxdur, lakin həmin klinika onun qardaşının adına olduğu üçün ilkin iddiaçı qeyd etdiyi halı sübut edə bilmir. Həm də keçmiş həyat yoldaşı öz qohumunun- X16 şirkətində (xxxx) işlədiyi üçün vergi orqanlarından və alimentdən yayınmaq məqsədi ilə vəzifəsi və maaşı olduğu kimi rəsmiləşdirilməyib və məhkəməyə saxta sənədlər təqdim etmişdir. Onun xərcləri və yaşayış tərzi barədə məlumatları məhkəməyə bildirsəm də Nəsimi Rayon Məhkəməsinin Hakimi Rəşid Səmədov iddianı təmin etməmiş və alimentin 5 il öncəki qaydada ödənilməsini qət etmişdir. Halbu ki, həm övladlarının maddi, mənəvi və fiziki rifahının pozulması barədə, həm də keçmiş həyat yoldaşının maddi gəlirlərinin və həyat tərzinin yüksək olması barədə məlumatları məhkəməyə təqdim etmişdir. İddiaçı ixtisasca həkimdir və hazırda yeganə iş yeri Azərbaycan Tibb Universitetidir ki, orada maaşı 310 AZN-dir və bu ona və 3 uşaq üçün kifayət etmir. Keçmiş həyat yoldaşının atası X3 r-nu 110 saylı seçki dairəsinin sədridir. Qanuna görə bir uşaq üçün yaşayış minimumu 170 AZN-dir və birgə nigah dövründə əldə edilmiş əmlak ər və arvad arasında bölünməlidir. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayətnii onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində qərarı Ailə Məcəlləsinin 76-cı maddəsinə ziddir. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Ailə Məcəlləsinin 76, 78, 112, Mülki Prosessual Məcəllənin 385, 386-cı maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili N.Quliyeva apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, ilkin iddia üzrə cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2013- cü il tarixdə verilmiş AZ-İİİ № 051736 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx xxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X8r. İşin materiallarında olan Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2013- cü il tarixdə verilmiş AZ-İİİ № 051734 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx xxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X8r. İşin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ № 033774 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X8r. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 3762/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair» ilkin və Cavabdeh İddiaçı qarşı «əmlakın bərabər paylara bölünməsi tələbinə dair» qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-4905 evin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi və onlara müvafiq çıxarışların verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, Cavabdeh ilə İddiaçı Cəlal qızının birgə nikah dövründə əldə etdikləri «Kia Pikanto» markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi və müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X32 həvalə edilməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin hər iki tərəfin özlərinə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 12 fevral 2016-cı il tarixdə verilmiş AZ-İ № 235168 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X15 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 38 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Orucova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş arayışa əsasən Cavabdeh “xxxx” MMC-də “məşğulluq təsnifatı üzrə direktor” vəzifəsində işləyir, aylıq əmək haqqı məbləği 440 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X30 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X20 kafedrasının 0,5 vahid baş laborantı İddiaçı hesablanmış əmək haqqı 349,70 manat, vergilər tutulduqdan sonra karta köçürülən məbləğ isə 309,54 manat təşkil edir. İş materiallarında olan “AMT Klinika” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışepikrizdən görünür ki, X5 bakterial konyunktivit xəstəliyi mövcuddur. İş materiallarında olan “AMT Klinika” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışepikrizdən görünür ki, X6 zəif dərəcəli miopiya xəstəliyi mövcuddur. İş materiallarında olan “AMT Klinika” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışepikrizdən görünür ki, Mustafazadə Sofiya Hikmət qızında zəif dərəcəli miopiya xəstəliyi mövcuddur. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır. Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Kollegiya iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, xx xxxxx 2006-cı il təvəllüdlü X13, xx xxxx 2007-ci il təvəllüdlü X11 və xx xxxxxx 2013-cü il təvəllüdlü X4 İddiaçı Cəlal qızının yanında saxlanılmaqla, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşağa görə 108 (yüz səkkiz) manat olmaqla, cəmi 324 manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) 324 manat aliment məbləğinin artırılaraq 510 manat məbləğində müəyyənləşdirilməsini, habelə 650 manat əlavə xərcin ödənilməsini tələb edir, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) isə aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həm iddia ərizəsində, həm də apellyasiya şikayətində alimentin artırılaraq, hər uşağa görə 170 manata çatdırmasını xahiş etmiş, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad etmiş və həmin Qanunda göstərilən uşaqlar üçün yaşayış minimumunu əsas tutmuşdur. Bununla əlaqədar, kollegiya hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, kollegiya hesab edir ki, F.Mustafayev tərəfindən hər uşağa görə hər ay 150 manat ödənilməsi həm uşaqların, həm də tərəflərin mənafeyi baxımından məqsədəmüvafiqdir. Çünki, ilkin iddiaçının apellyasiya şikayətində qeyd etdiyi kimi hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat alimentin ilkin iddia üzrə cavabdehdən tutulması onun gəlirlərinə mütənasib olmamaqla mənafeyinə uyğun deyildir. Eyni zamanda, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, İddiaçı da valideyn olaraq öz uşaqlarını saxlamağa borcludur. İş materiallarından görünür ki, ilkin iddia üzrə Cavabdeh 440 manat əmək haqqı alır (i.v. 62). Eyni zamanda, ilkin iddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, ilkin iddiaçı əmək fəaliyyəti ilə məşğuldur. Üç uşağa görə ilkin iddia üzrə cavabdehin əmək haqqının yarısı məbləğində aliment tutulmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya hesab edir ki, cavabdehin əmək haqqının 440 manat olması 3 uşaq üçün aliment miqdarının 220 manat müəyyən edilməsinə səbəb olur ki, bu da uşaqların mənafeyi baxımından əlverişsizdir. Əlavə xərclərin ödənilməsi ilə əlaqədar ilkin iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) əlavə xərclərin ödənilməsinə əsas olan müstəsna halların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ilkin iddiaçının apellyasiya şikayəti əlavə xərclərin tutulması hissəsində təmin olunmamalıdır. İş materiallarında ilkin iddiaçının övladlarını müalicə etdirməsi ilə bağlı müvafiq sənədlər olsa da, lakin həmin sənədlər onların ağır xəstə, şikəst olması, əmək qabiliyyət olmayan, maddi yardıma ehtiyacı olan kimi xarakterizə etməyə əsas vermədiyindən, ilkin iddiaçının apellyasiya şikayəti həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cəlal qızının apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi alimentin məbləğinin artırılması hissəsində ləğv edilərək, alimentin məbləği artırılmalı, hər uşağa görə hər ay 150 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, ilkin iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə İddiaçı Cəlal qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq ilkin iddia üzrə Cavabdeh Nəbi oğlundan xx xxxxx 2006-cı il təvəllüdlü X17, xx xxxx 2007-ci il təvəllüdlü X11 və xx xxxxxx 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 150 ( bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Cəlal qızına ödənilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2603/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İlkin İddia üzrə Cavabdeh Nəbi oğlnunun apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar