Məhkəmə qərarları › İş №2(103)-1643/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1643/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1643/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2372/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlarla cavabdeh arasında bağlanmış 07 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinin və həmin müqavilə üzrə ödənilməmiş qalan 67888,26 manat məbləğində icarə haqqının cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh MMC-nin direktoru Orxan Ələkbərov elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, MMC-nin hüquqi ünvanının fəaliyyəti ilə əlaqədar dəyişdirilərək, ünvan 1ta alındığını, buna görə də mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2372/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin direktoru Orxan Ələkbərovun mülki işin ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon məhkəməsi ərazi aidiyyəti ilə bağlı işin hallarını tam və hərtərəfli araşdırmayaraq, əsassız qərardad qəbul etmişdir. Maddənin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarda olan sənədlərdən göründüyü kimi İnterximservis” MMC-nin hüquqi ünvanı dəyişdirilərək, ünvan 1ta alınmışdır. Maddənin tələbinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə İnterximservis” MMCnin hüquqi ünvanı ünvan 2unla bağlı vəsatəti rədd etmişdir.Məhkəmənin hazırkı iş üzrə ərazi aidiyyəti ilə bağlı gəldiyi nəticə əsassız və yalnışdır. Məhkəmənin 17 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Nizami Rayon Məhkəməsinin e-2(007)- 2372/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Elektron məhkəmə sistemindən xx.xx.2024cü il tarixli çıxarışdan görünür ki, iddia ərizəsi icraata qəbul edilən vaxt, Cavabdeh MMCnin hüquqi ünvanı AZ1030, ünvan 3spublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. İşdə olan sübutlarla təsdiq olunur ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən Cavabdeh MMC-nin hüquqi ünvanı AZ1030, ünvan 4ə onu deməyə əsas verir ki, məhkəmə haqlı olaraq iddia ərizəsini icraata qəbul etmişdir. Odur ki, cavabdehin mülki işin onun hazırki qeydiyyat ünvanına müvafiq olaraq məhz Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə dair vəsatəti əsassız olduğundan məhkəmənin həmin vəsatətin rədd edilməsi barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Beləliklə kollegiya qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2372/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar