Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1655/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, Cavabdehin nümayəndəsi X2, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(004)-3692/2019 saylı qətnaməsindən İddiaçı İKB ASC ("xxxx" ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC ("xxxx" ASC) ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1671,66 manat əsas borcun, 11.76 manat faiz borcunun, 1024,39 manat cərimə borcunun və kredit müqaviləsi üzrə 26 dekabr 2016-cı il tarixdən, 29 aprel 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 205,9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2913,71 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(004)-3692/2019 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavadeh Cavabdeh 26 noyabr 2014-cü il tarixli, 6-179975-3 saylı plastik kart kredit müqaviləsi üzrə 1229,44 manat əsas borc, 00,00 manat faiz borcu, 50 manat cərimə borcu və kredit müqaviləsi üzrə 26 dekabr 2016-cı il tarixdən, 29 aprel 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 87,26 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1366,7 manat borc və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı İKB ASC ("xxxx" ASC) xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 240 manat, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq, 72 manatı İddiaçı İKB ASC-dən ("xxxx" ASC), 168 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən İddiaçı İKB ASC ("xxxx" ASC) apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin kredit borcunu əsassız olaraq əsas, əldən çıxmış fayda və cərimə hissəsində azaltmış, faiz borcunu isə ümumiyyətlə tutmamışdır. Halbuki, Bank tərəfindən cavabdehlərə təqdim edilmiş ödəniş qrafikində onların vaxtı-vaxtında etməli olduqları ödənişlər qeyd edilmişdir. İndiki vəziyyətdə isə tərəf ödəmələri gecikmələrlə etmiş və həmin ödənişləri qrafik üzrə aparmamışdır. Bu fakt hakim özü də qətnamədə qeyd etmişdir. Bundan əlavə qanun cərimənin hakim tərəfindən azaldılmasını nəzərdə tutsa da, faiz borcu bu hala aid edilməmişdir. Hakim ekspert rəyinə əsaslanaraq, əsas borcu, cərimə borcunu və əldən çıxmış faydanı azaltmış, faiz borcunu isə tutmamışdır. Ekspert rəyi tamamilə əsassız olmuşdur. Ekspert rəyində ziddiyyətlər olduğundan, əlavə mühasibatlıq ekspertizası keçirilməli, və borc müəyyən olunmalıdır. Belə ki, hesabdan çıxarışda həmin hesab üzrə ayrılmış əsas, faiz və cərimə subları müəyyənləşir. Ekspert silinmələri əsas borcdan sonradan isə faiz borcu üzrə apardığından, əsassız olaraq faiz borcunun olmadığını, əsas borcun isə 1229,44 manat olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, onlar tərəfindən çoxsaylı ödənişlər olmuşdur. Əslində onların az məbləğdə banka borcları vardır. Buna baxmayaraq, onlar məhkəmə qətnaməsi ilə razılaşaraq, apellyasiya şikayəti verməmişlər. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı İKB ASC ("xxxx" ASC) lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, iddiaçı tərəf qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirsə də, kollegiya hesab edir ki, tələb kredit borcunun tutulması ilə bağlı yarandığından və buna görə də, bölünməz olduğundan, qətnamə tam olaraq yoxlanılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(004)-3692/2019 saylı qətnaməsi cərimə borcu məbləği, cəmi məbləğ və ekspertiza xərci ilə bağlı hissələrdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından 26 noyabr 2014-cü il tarixli 6-179975-3 saylı plastik kart kredit müqaviləsinə əsasən kreditor İddiaçı İKB ASC 2000 manat məbləğində pulu 25 ay müddətinə, istehlak məqsədi ilə borclu Cavabdeh verməyi, o isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından 26 noyabr 2014-cü il tarixli 6-179975-3 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, banka ödəniləcək ümumi məbləğ 2000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarından iddiaçı tərəfindən təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, Cavabdeh banka toplamda 870 manat ödəniş etmişdir. İş materiallarından 29.04.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 29.04.2019-cu il tarixə 1671,66 manat məbləğində əsas, 0 manat faiz, 1024,39 manat məbləğində cərimə borcu, 205,9 manat məbləğində əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz), cəmi 2696,05 manat məbləğində borcu mövcuddur. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2019-cu il tarixli, 20474 saylı rəyindən görünür ki, Cavabdeh müqavilə bitən müddətə yəni, 26.12.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 1611,18 manat, faiz borcu üzrə 0,00 manat, cərimə borcu üzrə 861,98 manat, 26.12.2016-cı il tarixdən 29.04.2019-cu il tarixə illik 5 faizlə hesablanmaqla banka olan borcu əsas borc üzrə 1229,44 manat, faiz borcu üzrə 87,26 manat təşkil edir. İş materiallarından 27 iyun 2019-cu il tarixli İddiaçı İKB ASC tərəfindən ünvanlanan məktubdan görünür ki, Cavabdeh 26 noyabr 2014-cü il tarixli 6-179975-3 saylı plastik kart kredit müqaviləsi üzrə müvafiq borc məbləği Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər haqqında fərmana uyğun olaraq restrukturizasiya olunmalı kreditlərin siyahısına daxil edilməmişdir. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2019-cu il tarixli, 25616 saylı rəyindən görünür ki, Cavabdeh müqavilə bitən müddətə yəni, 26.12.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 1611,18 manat, faiz borcu üzrə 0,00 manat, cərimə borcu üzrə 861,98 manat, 26.12.2016-cı il tarixdən 29.04.2019-cu il tarixə illik 5 faizlə hesablanmaqla banka olan borcu əsas borc üzrə 1229,44 manat, faiz borcu üzrə 87,26 manat təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müqavilə şərtlərini pozulduğundan, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Rayon Məhkəməsinin əsas, faiz və cərimə borcu ilə bağlı gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına uyğun olsa da, cərimə borcunun tutulmalı olan məbləği düzgün azaldılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablansa da, məhkəmə tərəfindən həddən artıq çox məbləğdə azaldılmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, qətnamə cərimə məbləğinin tutulması hissəsində dəyişdirilməli, cərimə 120 manat müəyyən edilməlidir. Kollegiya 1229,44 manat əsas, 0,0 manat faiz borcunun tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ekspertiza xərci təmin edilmiş tələbə mütənasib olaraq həll olunmalı olduğundan, həmin hissədə qətnamə dəyişdirilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqlarının dəyəri olan 240 manatın 117,6 manatı cavabdehdən, 122.4 manatı isə iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Kollegiya apellyatorun yenidən ekspertiza keçirilməsi ilə bağlı dəlilini müzakirə edərək, hesab edir ki, işdə olan ekspert rəyini şübhə alğına ala biləcək hər hansı mötəbər sübutlar təqdim olunmadığından, qeyd olunan dəlil əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İKB ASC ("xxxx" ASC) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(004)-3692/2019 saylı qətnaməsi cərimə borcu, cəmi məbləğ hissələrində dəyişdirilsin. Cərimə borcunun məbləği 120 (yüz iyirmi) manat, cəmi məbləğ 1436,7 (min dörd yüz otuz altı manat yetmiş qəpik) manat müəyyən edilsin. Qətnamə ekspertiza tədqiqatının dəyərinin tərəflərdən tutulması hissəsində dəyişdirilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 240 (iki yüz qırx) manatın 117,6 (yüz on yeddi manat altmış qəpik) manatı Cavabdeh, 122,4 (yüz iyirmi iki manat qırx qəpik) manat İddiaçı İKB ASC-dən ("xxxx" ASC) alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-1655/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1655/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver