Məhkəmə qərarları › İş №2(103)-1658/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1658/2019

19.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1658/2019 19.03.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı krediti müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT X7 xeyrinə 2016-cı il 01 fevral tarixli 0006/NF/16 nömrəli kredit müqaviləsinə əsasən 27.669,21 ABŞ dolları əsas, 5.694,87 ABŞ dolları hesablanmış faiz borcu, 12.216,16 ABŞ dolları dəbbə pulu, cəmi bu müqavilə üzrə 45.580,24 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetinin 75.000 manat qiymətləndiriməsi və borcun əvəzi bu qiymətlə Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsində Cavabdeh1 mülkiyyətindəki 0,036 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada, 105,51 kv.metr ümumi, 67,91 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq tələb edilən borca ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsində Cavabdeh1 mülkiyyətindəki 0,036 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada, 105,51 kv.metr ümumi, 67,91 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 13 nömrəli mənzilindən orada yaşayan Cavabdeh1 çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 "İddiaçı" BOKT X7 xeyrinə 2016-cı il 01 fevral tarixli 0006/NF/16 nömrəli kredit müqaviləsinə əsasən 27.669,21 ABŞ dolları əsas, 5.694,87 ABŞ dolları hesablanmış faiz borcu, 6.000 ABŞ dolları dəbbə pulu, cəmi 39.364,08 (otuz doqquz min üç yüz altmış dörd dollar səkkiz sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, cavabdehdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi "İddiaçı" BOKT X5rşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsində 0,036 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada, 105,51 kv.metr ümumi, 67,91 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, 15 nömrəli evin 13 nömrəli mənzilinin ilkin satış qiyməti 95.000 manatın müəyyən olunması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, 15 nömrəli evin 13 nömrəli mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, xx xxxxx 2017-ci il tarixə iddiaçı qarşısında yaranmış borcunun müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və müəyyən edilmiş borc məbləğinin iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən xx xxxxxx 2022-ci il tarixinə qədər ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırma aİddiaçırkən və qətnamə qəbul edilərkən təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməmiş və iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. xx xxxxxx 2016-cı il tarixində kredit müqaviləsi bağlanarkən götürülmüş 29.180 ABŞ dollarına görə xx.xx.2016cı ildən xx.xx.2022-ci ilə qədər 47.918,29 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Kredit götürəndə 1 ABŞ dollan məzənnəyə qörə 1,55 man təşkil etmişdir. Lakin ölkədə gedən manatın devalvasiyası nəticəsində 1 dollar 1,92 manata qədər bahalaşmış və bu isə öz növbəsində onun biznesinə və maddi durumuna mənfi təsir göstərmişdir. Dəfələrlə İddiaçı-yə müraciət edib ödəniş məbləğinin aşağı salınmasını xahiş etmişdir. Nəticədə 12 ay müddətində ödədiyi məbləğ 5280 ABŞ dollar təşkil etmişdir. Lakin, İddiaçı məhkəməyə xx.xx.2017-ci il tarixində müraciət edərkən bilərəkdən yanlış məbləğ 45580.24 ABŞ dolları göstərmişdir. Belə ki, ödədiyi 5280 ABŞ dolların ödəniş cədvəlinə görə 2970 dolları əsas borcdan, 2310 dolları isə faiz borcundan çıxılmalı və bu halda onun İddiaçı-yə 26210 ABŞ dolları əsas borc və məhkəməyə müraciət etdikləri vaxta hesablanmış faiz borcu qalmalı idi. Bu isə təxminən 29000-30000 ABŞ dolları təşkil etmiş olardı və belə olan halda onun borcu heç bir halda 45000 dollar ola bilməzdi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının Cavabdeh1 münasibətdə borc məbləğinin qeyd olunan hissədə yoxlanılmasını təşkil edir. Belə ki, iddiaçı tərəfindən şikayət verilməmişdir. Cavabdeh1 şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması, iddiaçının şikayəti olmadığı halda ona münasibətdə qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi faiz hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, xx xxxxxx 2016-cı il tarixli 0006/NF/16 saylı kredit (borc) müqaviləsi ilə bank tərəfindən Cavabdeh1 72 ay müddətinə qaytarmaq, illik 18% ödəmək şərti ilə 29180 ABŞ dollar kredit pul məbləği verilmişdir. Digər Cavabdeh2 Cavabdeh1 verilmiş kreditin ödənilməsinin təminatı olaraq tərəflər arasında xx xxxxxx 2016-cı il tarixli 0006/NF/16 zaminlik müqaviləsi bağlanmış və zamin qismində bank qarşısında üzərinə öhdəliklər götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 0100/NF/15 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, “Q” yaşayış sahəsində istifadədə olan 0.036 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 9 mərtəbəli binada, 105.51 kv.metr ümumi, 67.91 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 13 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Borclu kreditor qarşısında götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən, nəticə etibarı ilə bank qarşısında əsas, faiz və cərimə borcu yaranmış, bu səbəbdən bank borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, tərəflər arasında bank hesab, kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə düzgün nəticəyə gəlsə də, hesablanmış faiz borcu üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz məbləğinin tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü xx xxxx 2018-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19373 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxx 2016cı il tarixli, 0006/NF/16 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka xx.xx.2017-ci il tarixə (maliyyə arayışı verilən tarixə) əsas borc üzrə - 28026.5 ABŞ dolları, faiz borcu üzrə - 1266.8 ABŞ dolları, xx.xx.2018-ci il tarixə (qətnamə qəbul edilən tarixə) əsas borc üzrə - 25026.5 ABŞ dolları, faiz borcu üzrə - 5961.24 ABŞ dolları borcunun olması müəyyən edilmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən xx.xx.2017-ci il tarixli maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borcu 27669.21 ABŞ dolları, faiz borcu isə 5694.87 ABŞ dolları faiz borcu təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən xx.xx.2017-ci il tarixə (maliyyə arayışı verilən tarixə) ödənilməsi tələb olunan əsas borcun çox, faiz məbləğinin isə az hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə faiz məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə, əsas borcu isə iddiaçı tərəfindən tələb olunan məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə hesablanmış faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Bununla yanaşı qeyd edilməlidir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan əsas borc məbləğinin ekspertiza rəyində göstərilən hədd deyil, iddia tələbində göstərilən həddə qiymət verilməlidir. Buna görə də ekspertiza rəyi üzrə hesablanmış əsas borcu cavabdehlərdən tututlmamalıdır. Çünki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləğinin cavabdehlərdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehin xx.xx.2017-ci il tarixədək Banka ödənilməmiş faiz borcu 1266.8 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilələrin şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi iddia tələbinin cərimə borcunun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehlərdən müştərək qaydada tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kollegiya tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ölkədə devalvasiyanın baş verməsi, apellyatorun hazırki vəziyyətdə maddi vəziyyətinin aşağı olması halı sonuncunu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etmir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh1 iddiaçının xeyrinə ödənilməli olan faiz borcu 1266.8 ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 iddiaçı “İddiaçı BOKT”ASC-nin xeyrinə ödənilməli olan faiz borcunun məbləği 1266.8 ABŞ dolları məbləğində müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 145 manat cavabdehlər Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar