Məhkəmə qərarları › İş №2(103)-1662/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1662/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1662/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-909/2011 saylı, 15.12.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun tələb olunması və ipoteka ilə yüklənmiş obyektin açıq hərracdan satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-909/2011 nömrəli, 25 aprel 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 30.06.2008-ci il tarixli 906 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 100000 manat, faiz borcu üzrə 36631 manat, 2000 manat penya pulu, dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 138651 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə verilməsi, Cavabdeh tutulmalı olan məbləğin ona məxsus olan Sabirabad rayonu, Bulaqlı kəndində istifadəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 3 girişli, 143,5 kv.m ümumi, 23,6 kv.m əsas, 19,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracdan satılaraq əldə edilən vöəsait hesabına borcun ödənilməsi, ıddianın'qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh 25.07.2011 -ci il tarixdə apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4322/2011 saylı, 11.11.2011 -ci ıl tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-909/2011 nömrəli, 25 aprel 2011-ci il tarixli qətnaməsi 36631 manat faiz borcu, 2000 manat penya pulu tutulması hissəsində dəyişdirilmiş, faiz borcu 18083 manat həddində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4322/2011 saylı, 11.11.2011-ci il tarixli icra vərəqəsi icra olunması üçün 16 aprel 2012-ci il tarixli məktubla Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Müvafiq icra vərəqəsi 27 aprel 2012-ci il tarixdə qəbul edilmiş, eyni tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qeyd edilən qərarın surəti borcluya icra edilməsi, tələbkara və məhkəməyə isə məlumat üçün göndərilmişdir. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlətin Sığortalanması Fondu 15 noyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4322/2011 saylı, 11.11.2011-ci il tarixli icra sənədinin icra üsulu və icra qaydasının dəyişdirilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-909/2011 saylı, 15.12.2021-ci il tarixli qərardadı ilə, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4322/2011 saylı, 11.11.2011 -ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi və yenidən icraya yönəldilməsinə dair iddiaçı “LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan cavabdeh şikayət ilə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-909/2011 saylı, 15.12.2021-ci il tarixli qərardadının ləğv olunması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-909/2011 saylı, 30.12.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Qanunun 53 1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisqa olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, qeyd edilən icra vərəqəsi üzrə icra hərəkətlərinin başlanmasından 10 ilə yaxın müddət keçmiş, tələbkar bu müddət ərzində icra sənədi ilə bağlı icra şöbəsinə müraciət etməmiş, qeyd edilən ərizə ilə məhkəməyə 15.11.2021-ci il tarixdə müraciət etmişdir. LPO "xxxx" ASC-nin ərizəsindən də görünür ki, icra sənədinə əsasən qeyd olunan əmlak 2013-cü ildə açıq hərraca çıxarılmış, əmlak satılmadığı üçün icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən, Sabirabad Rayon icra Şöbəsinin 03.12.2015-ci il tarixli qərarına əsasən məhkəməyə geri qaytarılmışdır. Həmin müddətdən də sonra xeyli vaxt keçsədə sənədin yenidən icraya yönəlməsinə dair ərizə verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər; Həmin Məcəllənin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Kollegiya birinci instansiya məkəməsinin mövqeyi ilə razılşaraq qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4322/2011 saylı, 11.11.2011 -ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair iddiaçı “LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-909/2011 saylı, 15.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar