Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1663/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi ilə iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-388/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-388/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Mənun qızından 19922,5 ABŞ dolları əsas borc, 5.023,46 ABŞ dolları faiz borcu, cəmi 24945,96 ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus olan və xx.xx.2013-cü il tarixli 1015 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş 90VU 305 dövlət qeydiyyat nişanlı «Hyundai Sonata FE» minik markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, realizə edilmiş avtmobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh xx.xx.2013-cü il tarixli 01015 nömrəli kredit müqaviləsi üzrə borcun iddiaçı "xxxx" QSC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləği ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 iddia səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən iddianın baxılmamış saxlanmasına dair qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 məsələnin həllini məhkəmənin səlahiyyətinə buraxdı. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdıraraq Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-388/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əasən "xxxx" QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Göründüyü kimi hazırkı iddia tələbi irəli sürmüş iddiaçı ilə "xxxx" QSC arasında xidmət müqaviləsi mövcuddur. Həmin müqavilə isə özlüyündə tələb hüquq olan şəxsin adından iddia tələbi irəli sürülməsini mümkün etmir. Belə olan halda iddianın tələbinin səlahiyyəti olmayan şəxs tərəfindən irəli sürülməsi aşkardır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.3-cü, 384.0.4-cü və 391-ci maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 259.0.4, 384.0.4, və391 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-388/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1663/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1663/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver