Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1664/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “qapının sökülməsi və s.” tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, subyektiv hüquq) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı hüquqi varisi X4nun vəkili və nümayəndəsi Vəkil1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “qapının sökülməsi və s.” tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 saylı iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 29 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. ünvan 1 ünvanında yerləşən sahəsi 987,94 kv.m. olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqları və 0,04021 ha torpaq sahəsinə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
2. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən sahəsi 67,7 kv.m. olan qeyri-yaşayış binasına dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2001-ci il tarixli qeydə alınmışdır.
3. Tərəflərin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsində yalnız cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
4. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 987,94 kv.m., 2 mərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, obyektə bitişik qanunsuz tikililərin sökülməsi, divarlarda olan kommunikasiya xətlərinin kənarlaşdırılması, obyektin ehtiyat giriş-çıxış qapılarına olan yanğın təhlükəsizliyi üçün maneələrin aradan qaldırılması, ümumi istifadədə olan ərazinin boşaldılmasının cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun obyekti iaşə obyekti kimi fəaliyyət göstərir. Obyektin yanında “Pencə Kəş kafe” və “Təndir Evi” adlı digər obyektin sahibi olan cavabdeh onun obyektinin ikinci ehtiyat çıxış qapısını zəbt etmiş, işçilərin giriş-çıxışına maneələr yaratmış, əlavə qanunsuz tikinti apararaq kommunikasiya xətlərini ona məxsus obyektə birləşdirmiş, yanğın təhlükəsizlik qaydalarını kobud şəkildə pozmuşdur. Dəfələrlə həmin obyektin sahibi olan cavabdehə və icarədarı X6 maneələrin aradan qaldırılması barədə xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra o şikayət ərizəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, aparılan araşdırma nəticəsində “Pencə Kəş kafe və Təndir Evi”nin icarədarı X1 Təhlükəsizliyi haqqında Qanunun təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyətinə dair 01-2001 bənd 5.1- 5.6 bəndlərinin icrasının pozulması faktına görə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.
6. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən obyekti ilə iddiaçının obyekti arasında olan iddiaçıya məxsus qapının sökülməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması, iddiaçı tərəfindən onun mülkiyyətinə qanunsuz müdaxilələrin qadağan edilməsi, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pulun ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu 6 mkr, S.Məmmədova küçəsində yerləşən obyekt 1995-ci ildən onun istifadəsindədir. O, xx.xx.2001-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı qonşuluqla bağlı tikinti norma və qaydalarına riayət etmədən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ara məsafələrini nəzərə almadan tikililər inşa etdirmişdir. İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinə hasar çəkdirən zaman qapının ona məxsus obyekt tərəfdən qoyulmasını xahiş etmiş və o, narazı olsa da, iddiaçı qonşuluq münasibətlərini irəli sürərək, heç bir problemin olmayacağını bildirmişdir. Aradan bir müddət keçəndən sonra iddiaçı tərəfindən onun mülkiyyətində olan əraziyə qanunsuz müdaxilələr olunmağa başlanmışdır. İddiaçı dəfələrlə haqsız olaraq heç bir aidiyyəti olmayan dövlət orqanlarına onun barəsində əsassız şikayətlər vermişdir. Hesab edir ki, obyektlər arasında heç bir maneə yoxdur, ona məxsus olan əraziyə giriş-çıxış onun tərəfindən məhdudlaşdırılmamışdır. O, ürək xəstəsi və İİ qrup əlildir, iddiaçının haqsız şikayətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2053/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, 10/996 saylı rəyindən müəyyən olunmuşdur ki, mübahisəli ünvanında yerləşən cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan tikilidən kənarda yerləşdiyindən, həmin tikililər iddiaçının istifadəsində olan tikililərə mane olmur. Lakin, ümumi istifadədə olan sahə tərəflərin texniki pasportunda göstərilən sahədən kənarda yerləşdiyi, həmin tikililər arasında olan məsafə cavabdehin istifadəsində olduğundan və taxta qapı ilə bağlandığından iddiaçının mülkiyyətində olan tikilinin həmin sahədən xidmət olunmasına maneə olur. Mübahisəli ünvanda yerləşən cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən iddiaçının mülkiyyətində olan tikiliyə tərəf açılan ehtiyat giriş-çıxış qapısının texniki pasportda nəzərdə tutulduğunu və ümumi istifadədə olan sahəyə açıldığını nəzərə alaraq, həmin qapı iddiaçının mülkiyyətindən istifadəsinə faktiki olaraq maneələr yaratmır. Cavabdehin sökülməsini tələb etdiyi qapı mübahisəli ünvanda yerləşən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən tikilinin sərhədindən kənarda yerləşir və digər vətəndaşın mülkiyyətindədir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 10/3667 saylı rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mübahisəli ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə bitişik inşa edilmiş hər hansı tikili və kommunikasiya xətlərinin mövcud deyildir. Tərəflərə məxsus qeyri-yaşayış sahələrinin arasında olan 2,75 metr enində olan sahənin girişində cavabdeh tərəfindən taxta qapı quraşdırıldığından və həmin sahə cavabdeh tərəfindən istifadə olunduğundan, həmin hissədə iddiaçıya məxsus qeyri-yaşayış binasına xidmət olunmasına maneə yaradır. İş materiallarında olan sxemdə miqyas və koordinat olmadığından cavabdeh tərəfindən quraşdırılmış mübahisəli taxta qapının xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsinə əsasən onun istifadəsinə verilən sahədə yerləşib-yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunmuşdur ki, həmin qapının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü, yüklülüyü və sair məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilməklə müəyyən oluna bilər. Tərəflərə məxsus qeyri-yaşayış sahələrinin arasında yerləşən iddiaçı tərəfindən bağlanması iddia edilən qapının iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Texniki Pasport sənədində nəzərdə tutulmadığı müəyyən olunur. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə cavabdehə məxsus qeyriyaşayış sahəsinin ayrı-ayrı sahələr olmasını, aralarında 2,75 metr məsafə olmasını nəzərə alaraq iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan vurulmadığı müəyyən edilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış binasının faktiki ölçüləri, texniki parametrlərinin iş materiallarında olan çıxarış və texniki pasportunda göstərilənlərə uyğun olduğu müəyyən olunmuşdur. İddiaçıya məxsus qeyri-yaşayış binasına bitişik tikili mövcuddur. Baxış zamanı iddiaçı həmin tikilinin ona məxsus olmadığını bildirmişdir. Qeyd olunmuşdur ki, həmin qapının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü, yüklülüyü və sair məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilməklə müəyyən oluna bilər.
10. İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, onun vərəsəsi olan əri X3 iş üzrə iddiaçının hüquqi varisi qismində onu əvəz etmişdir.
11. Məhkəmə iclasında iddiaçının hüquqi varisi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh ümumi istifadədə olan torpaq sahəsində taxta qapı quraşdırmaqla ona mülkiyyətində olan qeyri-yaşayış sahəsinə, yəni həmin ərazidə yerləşən pəncərələrə, quraşdırılan kondisionerə, qeyri-yaşayış sahəsinin divarına xidmət etməyə maneələr yaradır. Bundan başqa, cavabdeh həmin ərazidə özbaşına tikililər inşa edərək müxtəlif insanların həmin əraziyə gəlib-getmələrinə, qanunsuz hərəkətlərlə məşğul olmalarına şərait yaradır. Qarşılıqlı iddia ərizəsində qeyd edilən qapının ona heç bir aidiyyəti yoxdur və həmin qapı onun tərəfindən bağlanmamışdır. Bu səbəbdən, qarşılıqlı iddia tamamilə əsassızdır.
12. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsində inşa etdiyi tikililər iddiaçıya heç bir maneələr yaratmır, həmin tikililər iddiaçının qeyri-yaşayış sahəsindən kənarda yerləşir. Torpaq sahəsində quraşdırdığı taxta qapı isə həmin sahəyə kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədi daşıyır. İddiaçı istədiyi vaxt ona müraciət edib öz obyektinə xidmət etmək üçün həmin sahədən istifadə edə bilər. Bununla bağlı iddiaçı tərəfə o, dəfələrlə barışıq sazişi bağlamağı da təklif etmişdir.
13. Məhkəmə iclasında üçüncü şəxs Binəqədi Bələdiyyəsinin nümayəndəsi X13 izahatında göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamına əsasən Binəqədi rayonu üzrə 295,73 hektar torpaq sahəsi Binəqədi Bələdiyyəsinə ayrılmışdır. Lakin DƏDRX tərəfindən Binəqədi Bələdiyyəsinə ayrılan 295,73 hektar torpaq sahəsinə dair hüquqlar DƏDR-də qeydə alınmamış, bu barədə Binəqədi Bələdiyyəsinə xəritə verilməmişdir. İcarəçi Cavabdeh ilə icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 m2 torpaq sahəsini hər m2 2 manat olmaqla 99 il müddətinə icarəçinin istifadəsinə sahibkarlıq fəaliyyəti göstərmək üçün vermişdir. Cavabdeh tərəfindən icarə haqqı ödənilir. İcarə müqavilələri 10 ildən sonra saxlanması üçün arxivə təhvil verildiyi üçün həmin müqavilənin əsli Binəqədi rayonu Binəqədi Bələdiyyəsində saxlanmamışdır. Torpaq sahəsi cavabdehin istifadəsinə verildiyindən iddiaçının ona qarşı taxta qapının açılması və sair tələblər irəli sürməyə subyektiv hüququ yoxdur.
14. Cavabdeh tərəfindən təqdim olunmuş X17 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən mülkiyyətçi İddiaçı istifadəsinə maneələr yarada bilən, həmin qeyriyaşayış binasına bitişik tikililər inşa edilməmiş və kommunikasiya xətləri çəkilməmişdir. Cavabdeh tərəfindən bağlanan qapı ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən mülkiyyətçi İddiaçı istifadəsinə faktiki olaraq maneə yaratmır. İddiaçı Cavabdeh tərəfindən bağlanması iddia edilən qapı xx.xx.2006-cı il tarixli 639a saylı torpaq icarə müqaviləsinə əsasən istifadəsinə verilən torpaq sahəsində yerləşir. İddiaçı və Cavabdeh məxsus qeyriyaşayış sahələrinin arasında yerləşən İddiaçı tərəfindən bağlanması iddia edilən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki sənədlərində nəzərdə tutulmamışdır. ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus qeyriyaşayış sahəsinin çıxarış və texniki pasportunda göstərilən tikililərdən əlavə özbaşına tikili inşa edilmişdir. İddiaçı tərəfindən inşa edilən özbaşına tikililər ünvan 5 ünvanında yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışına, fəaliyyətinə maneə yaradır.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli yerli baxış protokoluna əsasən, tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsində yalnız cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırılmışdır. Torpaq sahəsinin əks istiqamətində yerləşən cavabdehin sökülməsini tələb etdiyi qapı bağlı olduğundan həmin istiqamətdən də Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1C-də yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsi üçün keçid mümkün deyildir. Cavabdeh tərəfindən inşa edilən özbaşına tikililər kənarda yerləşməklə, ünvan 4 ünvanında ümumi sahəsi 987,94 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasına bitişik olmadığından həmin qeyri-yaşayış sahəsindən istifadəyə manelər yaratmır. ünvan 4 ünvanında ümumi sahəsi 987,94 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasının divarına cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilməmiş, həmin sahəyə kənar əşyalar yığılmamışdır. Cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan vurulmamışdır.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 nömrəli iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) ilkin iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələri aradan qaldıraraq inşa etdiyi taxta qapını açması vəzifəsi həvalə edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı hüquqi varisi X2 qarşı qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə qonşuluqda olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi arasında olan torpaq sahəsinə girişdə hər hansı bir hüquqi əsası olmadan taxta qapı qoyub bağlamaqla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasına ilkin iddiaçı tərəfindən xidmət göstərilməsinə manelər yaratması öz təsdiqini tapdığından ilkin iddia ərizəsi bu hissədə əsaslıdır.
18. Məhkəmə eyni zamanda hesab etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililər iddiaçının maraqlarına toxunmadığından, qeyri-yaşayış sahəsinin divarına cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilmədiyindən, torpaq sahəsinə iddiaçıya maneələr yaratması mümkün olan kənar əşyalar yığılmadığından ilk iddia ərizəsi qalan hissədə təmin edilə bilməz.
19. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan mütəxəssis rəyinə münasibətdə qeyd etmişdir ki, mütəxəssis rəyi iş üzrə məhkəməyə təqdim olunan ekspert rəyləri ilə ziddiyyət təşkil etdiyindən, məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı, yalnız cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapının iddiaçının mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə maneələr yaratması öz təsdiqini tapdığından məhkəmə həmin rəyi mötəbər sübut növü olaraq qəbul etmir.
20. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı sübutları tədqiq edib qeyd etmişdir ki, cavabdeh istinad etdiyi hallara dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı onun açılmasını tələb etdiyi qapının ilkin iddiaçıya aidiyyəti olmadığı, iddiaçı tərəfindən onun obyektinə müdaxilələrin olmadığı, ona maddi və mənəvi ziyan vurulmadığı öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbləri əsassızdır.
21. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 170.1, 170.2, 180.1, 180.2, 180.4-cü və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək qətnamənin «Cavabdeh məxsus ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsi» hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin tətbiq etdiyi maddi hüquq normalarının tərəflər arasındakı mübahisəyə heç bir adiyyəti yoxdur. Yəni tətbiq edilən maddi hüquq norması torpaq sahələri qonşu olan mülkiyyətçilərinin bir-birilərinə hörmət etməsindən və qanunsuz təsirlərdən çəkinməyi nəzərdə tutur. Tərəflər arasındakı mübahisə isə cavabdehin onun obyektinə bilavasitə manəcilik yaratdığı iddia olunur. Yəni, 2-ci ehtiyat çıxış qapısının zəbt etməsi, işçilərin giriş-çıxışına maneələr yaratması, komunikasiya xəttlərinin ona məxsus obyektə birləşdirilməsi. Göründüyü kimi iddia olunan tələblərlə məhkəmənin tətbiq etdiyi maddi hüquq norması arasında hər hansı bir əlaqə yoxdur. Məhkəmə qətnamənin təsviri və əsaslandırıcı hissəsində tərəflərə məxsus qeyri-yaşayış sahələri arasında eni 2,75 kv/m olan sahəsi 35 kv/m olan torpaq sahəsinin xx.xx.2006-cı il tarixli 639 saylı icarə müqaviləsinə əsasən 99 il müddətinə Binəqədi Bələdiyyəsi tərəfindən Cavabdeh icarəyə verildiyi göstərilir. İcarəyə götürən Cavabdeh isə icarə müqaviləsi üzrə nəzərdə tutulmuş qaydada həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin torpaq sahəsini isə taxta materiallarından hasara almış və taxta qapı qoymuşdur. Torpaq sahəsinin isə hasara alınması qanunla qadağan olunmayıb. İş üzrə cavabdehin icarə müqaviləsi qüvvədə olduğu və mübahisələndirilmədiyi bir halda məhkəmənin icarəyə götürülmüş sahəni kənar müdaxilələrdən mühafizə etmək və sahibkar kimi kafenin fəaliyyətini təmin etmək məqsədilə qoyulmuş taxta qapının sökülməsi qərarına gəlməsi tam qanunsuzdur. Məhkəmə, qapının sökülməsi qərarına gəlməzdən əvvəl həmin torpaq sahəsinin hüquqi statusunu müəyyən etməli, ümumi istifadədə olub-olmamasına hüquqi qiymət verilməli idi. Məhkəmə, iddiaçının Cavabdeh qarşı belə bir iddia irəli sürməyə subyektiv hüququnun olmamasını nəzərə almamışdır. Məhkəmə, qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh tərəfindən icarəyə götürülmüş torpaq sahəsinə daxil olmaq üçün qoyduğu qapının iddiaçının qeyri-yaşayış binasına xidmət göstərilməsinə maneələr yaradır qənaətinə gələrkən, hansı maneələrin olması, nədə ifadə olunmasını göstərməmiş və əsaslandırılmamışdır. Hansı ki, iddiaçının özünə məxsus qeyri-yaşayış binasına mübahisə edilən sahədən gündəlik, həftəlik və ya aylıq xidmət göstərilməsi üçün ( kondisionerdən başqa) hər hansı bir avadanlığı, qurğusu, giriş-çıxışı və s. yoxdur. Belə olan halda hansı xidmət göstərilməsinə maneçilikdən söhbət gedir məlum deyil. Bundan əlavə iddiaçıya mülkiyyətində olan qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada xx.xx.2013-cü ildə qeydiyyata alınaraq çıxarış verilib. Cavabdehə isə qeyri-yaşayış sahəsi xx.xx.2001-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilib. Binəqədi Bələdiyyəsi ilə Cavabdeh icarə müqaviləsini xx.xx.2006-cı il tarixdə bağlayıb. Göründüyü kimi, ilk iddiaçı çıxarışı xx.xx.2013-cü il tarixdə aldığı halda cavabdeh icarə müqaviləsini ondan 7 il əvvəl bağlayıb. Yəni, iddiaçı həmin ərazinin taxta materialı ilə hasara alındığını və taxta qapı qoyulduğunu bilirdi.
24. Eyni zamanda qətnamədən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsin və ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti ilkin iddianın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh məhkəməyə xx.xx.2006-cı il tarixli Binəqədi rayon Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinin surətini təqdim edərək bildirmişdir ki, iddia predmetinə aid olan torpaq sahəsi həmin müqavilə əsasında ona icarəyə verilmiş, lakin həmin müqavilənin əslinin və ya notarial təsdiq edilmiş surətinin, eyni zamanda müqavilənin nömrəsinin olmaması həmin icarə müqaviləsinin saxta olması barədə kifayət qədər şübhələr yaradır. Bələdiyyə tərəfindən cavabdehə icarə verilmiş torpaq sahəsinin kimə məxsus olmasını aydınlaşdırmaq üçün iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə edilmiş və xx.xx.2022-ci il tarixli məktubla müraciət cavablandırılmışdır. Məktubdan görünür ki, Bakı şəhəri, H.Babaşov küçəsi ilə S.Məmmədova küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinin dövlət mülkiyyətinə aid ərazidə yerləşməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-ci il tarixli icarə müqaviləsinin saxtalığını və 3-cü şəxs qismində işə cəlb edilmiş Binəqədi Bələdiyyəsinin vəzifəli şəxslərinin səlahiyyət həddini aşmaları və s. halların araşdırılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması barədə vəsatət verilsə də, təmin edilməmişdir
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4346/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) hüquqi varisinin apellyasiya şikayəti təmin edilməmiş, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə ilkin iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələblə çıxış etmək üçün tərəflərə məxsus qeyri-yaşayış sahələri arasında yerləşən 2,75 metr torpaq sahəsinə hər hansı hüququ olmalıdır. Cavabdeh tərəfindən quraşdırılmış taxta qapı xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən icarəçinin istifadəsinə vermiş torpaq sahəsində yerləşdiyindən iddiaçının cavabdehə qarşı maneələrin aradan qaldırılması tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən də irəli sürülmüş tələb həmin hissədə də təmin edilməməlidir.
28. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, icarəçi Cavabdeh icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləsi ümumiyyətlə mübahisələndirilməyib və hazırda qüvvədədir. Həmin müqavilənin əslinin və ya notarial qaydada təsdiq olunan surətinin təqdim olunması o halda zəruri olardı ki, müqavilə tərəflərdən hər hansı biri tərəfindən mübahisələndirilmiş olsun. İş materillarında müəyyən edilir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin həmin müqavilənin mövcudluğunu qəbul etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi qalan mübahisələndirilən hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
30. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 170.1, 170.2, 180.1, 180.2 və 180.4-cü maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
31. İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) hüquqi varisi X4 (Vəkil1 Balaca oğlu) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində yerli baxış zamanı aydın olmuşdur ki, tərəflərin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsindən yalnız cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırılmışdır. İddiaçıya məxsus iaşə obyektinin cavabdehə məxsus obyektə olan hissəsinə sərbəst daxil olmaq, obyektin həmin hissəsində fasad işlərinin aparılması, pəncərələrin yenilənməsi, kondisionerə xidmət göstərilməsi mümkünsüzdür. Həmçinin, Binəqədi bələdiyyəsinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məlumatda 35 kv.m. torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli icarə müqaviləsi üzrə bələdiyyə tərəfindən qərar qəbul edilmədiyi bildirilmişdir. Bununla bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Binəqədi Bələdiyyəsinin adından bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuna müvafiq tədbirlər görməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyəyə təklif verilmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X14 (məruzəçi), X15 və X8) 2(102)-5754/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının hüquqi varisi X4nun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4346/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddia tələbinin “Cavabdeh məxsus ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsinin” rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
34. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yalnız izahat vermiş bələdiyyənin nümayəndəsinin izahatına istinad etməklə cavabdehlə bələdiyyə arasında bağlanmış müqavilənin mövcud olması, müqavilədə tərəflərin qarşılıqlı iradə ifadəsinin olması və müqavilənin qüvvədə olmasına əsaslanmaqla mübahisə edilən taxta qapının məhz bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşməsi nəticəsinə gəlmişdir. Bu baxımdan isə ilk iddiaçının həmin tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olmamasını qeyd etmişdir. Halbuki apellyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni bağlanması tələb olunan taxta qapının yerləşdiyi torpaq sahəsinin dövlət və bələdiyyə mülkiyətində olmasını, bələdiyyə mülkiyyətində olması nəticəsinə gəlmişdirsə torpaq sahəsinə bələdiyyənin mülkiyyətinin qeydə alınıb-alınmamasını, təqdim olunmuş bələdiyyə qərarının mübahisəsi gedən torpaq sahəsinə aidliyini müəyyən etməmişdir.
35. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 170.1, 170.2, 180.1, 180.2-ci maddələrinə istinad etmişdir.
Təkrar apelyasiya instansiyası məhkəməsindəki icraat
Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi texniki şərtə əsasən iddia qaldırdıqları ərazi onlara aid deyil. İddiaçının iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçının obyektinin girişi ilə onun obyektinin girişi arasında 50 metr məsafə vardır.
37. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) İddiaçı hüquqi varisi X4nun vəkili və nümayəndəsi Vəkil1 cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış və həmçinin ekspert rəyi ilə həqiqətən müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə maneələr vardır. Həmin vaxt cavabdeh tərəfindən məhkəməyə icarə müqaviləsi təqdim olunmuşdur. İcarə müqaviləsinin möhürü yox idi, icarə müqaviləsinin qüvvədə olub-olmaması onlarda şübhə yaratmışdır. Həmin icarə müqaviləsinin qüvvədə olub-olmamasının müəyyən olunması üçün vəsatət verildi, lakin vəsatətlər təmin olunmadı. Apellyasiya Məhkəməsi tərəfindən də həmin vəsatət təmin olunmadı. Apellyasiya instansiya məhkəməsi də apellyasiya şikayətini o əsasla təmin etmişdir ki, iş materiallarında icarə müqaviləsi vardır və iki obyekt arasındakı torpaq sahəsi cavabdehlə Binəqədi Bələdiyyəsi arasında bağlanmış 99 illik icarə müqaviləsinə əsasən cavabdehin istifadəsindədir. İcarə müqaviləsi ilə bağlı Baş Prokurorluğa da şikayət verilmiş və bu barədə araşdırma aparılmışdır. İcarə müqaviləsinin saxtalığı və Binəqədi Bələdiyyəsinin vəzifəli şəxslərinin səlahiyyət həddini aşmaları və s. halların araşdırılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir.
38. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsi məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
39. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır
40. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
41. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
42. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
43. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
44. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
48. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Apelyasiya baxışının hədləri
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni “Cavabdeh məxsus ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsinin” rədd edilməsi hissəsində ləğv edildiyindən və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, qətnamə qalan mübahisələndirilən hissədə isə dəyişdirilmədən saxlanıldığından bu səbəbdən apellyasiya baxışının predmetini qətnamənin ilkin iddianın təmin edilmiş hissəsi təşkil edir.
İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Belə ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən sahəsi 987,94 kv.m. olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqları və 0,04021 ha torpaq sahəsinə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən sahəsi 67,7 kv.m. olan qeyri-yaşayış binasına dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2001-ci il tarixli qeydə alınmışdır.
55. Tərəflərə məxsus qeyri-yaşayış sahələri arasında olan torpaq sahəsinə girişdə qoyulmuş taxta qapının ilkin iddia üzrə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) məxsus əmlaka xidmət göstərilməsinə maneələr yaradıb-yaratmadığını, bağlanması tələb olunan taxta qapının yerləşdiyi torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyətində olubolmamasını müəyyən etmək məqsədilə məhkəmə tərəfindən ekspertizalar təyin edilmiş, aidiyyəti qurumlara müvafiq sorğular göndərilmiş, yerli baxış keçirilmişdir.
56. İşdə olan ekspert rəyləri ilə tərəflərə məxsus qeyri-yaşayış sahələrinin arasında olan 2,75 metr enində olan sahənin girişində cavabdeh tərəfindən taxta qapı quraşdırıldığından və həmin sahə cavabdeh tərəfindən istifadə olunduğundan, həmin hissədə iddiaçıya məxsus qeyri-yaşayış binasına xidmət olunmasına maneə yaradıldığı, iş materiallarında olan sxemdə miqyas və koordinat olmadığından mübahisəli taxta qapının xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilən sahədə yerləşib-yerləşməməsinin müəyyən edilməsi mümkün olmadığı müəyyən edilmişdir. 57 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********71 saylı məktubu ilə Bakı şəhəri H.Babaşov küçəsi ilə S.Məmmədova küçəsinin kəsişməsində yerləşən (koordinatları x400138, y-4475528) torpaq sahəsinin dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir.
58. Məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsində yalnız Cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapının quraşdırıldığı, həmin istiqamətdən də Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1C-də yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsi üçün keçidin mümkün olmadığı müəyyən olunmuşdur.
59. Bələdiyyənin nümayəndəsinin izahatı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamına əsasən Binəqədi rayonu üzrə 295,73 hektar torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə ayrıldığı, lakin DƏDRX tərəfindən Binəqədi Bələdiyyəsinə ayrılan 295,73 hektar torpaq sahəsinə dair hüquqlar DƏDRX-də qeydə alınmadığı, bu barədə Binəqədi Bələdiyyəsinə xəritə verilmədiyi müəyyən edilmişdir.
60. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, iş materiallarına əsasən Binəqədi rayonu 6-cı mkr, S.Məmmədov küçəsi, “Anar” şadlıq evinin yanında yerləşən 35 kv.m torpaq sahəsinə dair Cavabdeh ilə Binəqədi rayon Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 avqust 2006-cı il tarixli 639a nömrəli müqavilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli, 09/M-1266 saylı təklif məktubuna əsasən Bələdiyyənin xx.xx.2022-ci il tarixli 62 saylı qərarla ümumi iclasda müzakirə olunaraq etibarsız hesab edilmişdir. Nəticədə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
61. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq, tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırılmasının ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə maneələr yaradılması, ilkin iddianın bu hissədə təmin edilməsi qənaətinə gəlmişdir.
62. Hazırki iddia tələbinin qanuni əsasını da Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi).
63. Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Belə ki, özbaşına tikinti hesab edilən əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür.
64. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bağlanması tələb olunan taxta qapının yerləşdiyi torpaq sahəsinin ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) mülkiyətində və ya qanuni sahibliyində olması, torpaq sahəsinin bələdiyyənin mülkiyyəti kimi qeydə alınması halları müəyyən edilmədiyindən, mübahisəli taxta qapının cavabdeh tərəfindən özbaşına quraşdırılması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, bununla da onun pozulmuş hüququn bərpa edilməsini məhkəmədə tələb etmək üzrə subyektiv hüquqa malik olduğundan birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq edilmişdir, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 saylı iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının cavabdeh tərəfindən təqdim edilmiş icarə müqaviləsinin saxta olması və s. halları üzrə xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin və ya üçüncü çəxsin əməkdaşları hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Qeyd edilməlidir ki, hazırki məsələyə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə müvafiq istintaq orqanı tərəfindən münasibət bildirilmişdir.
66. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 saylı iş üzrə 22 aprel 2022-ci il qətnaməsi mübahisələndirilən hissədə (“Cavabdeh məxsus ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsi”) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmdov Məhəmməd Rüstəmli