Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1665/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(011)-5739/2021 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ədil oğlunun cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(011)- 5739/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdehlər ləğv prosesində olan Cavabdeh ASC tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması xahiş edilmişdir. İddiaçı Ədil oğlu məhkəmə kollegiyasına vəsatətlə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(011)-5739/2021 saylı qətnaməsindən onun tərəfindən də apelyasiya şikayəti verildiyini bildirərək, mülki işin apelyasiya baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hazırki iclasın gedişatında “elektron sistem” vasitəsilə yoxlanılarkən iddiaçının qətnamədən verdiyi apelyasiya şikayətinin 21.02.2022-ci il tarixdə elektron qaydada birinci instansiya məhkəməsinə daxil olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mülki iş baxışdan çıxarılaraq İddiaçı Ədil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(011)- 5739/2021 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və İddiaçı Ədil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1665/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1665/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver