Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1667/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-2378/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı “X11” Bakı filialı cavabdehlər Cavabdeh1, oğlu arasında kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu ödəniş qrafiki üzrə ödəməmişdir. Həmçinin iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə görə zamin iddiaçı qarşısında əsas borclunun öhdəliyi icra etməməsinə görə onunla eyni məsuliyyəti öz üzərinə götürmüşdürlər. Kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər icra olunmadığı üçün iddiaçı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sonradan Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, bank tərəfindən borcun artıq hesablandığını iddia etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “X11” Bakı filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, «X11» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış «23» sentyabr 2022-ci il tarixli 897 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 14% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X11» Bakı filialı ilə Cavabdeh2 arasında 1.009 saylı və Cavabdeh3 arasında 1.010 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 – ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 239,24 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda « Bank » verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 30 aprel 2024-cü il tarixə «Bank»a kredit borcu üzrə 4545,56 manat ödəniş yerinə yetirməli idi. Lakin, xx.xx.2024-cü il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 3075 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə yazılı vəşifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 24% ödəməlidir. 30 aprel 2024-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 5268,09 manat təşkil edir. Bundan 5059,83 manat əsas borc və 208,26 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 23 sentyabr 2022-ci il tarixli 897 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 1.009 saylı və Cavabdeh3 arasında 1.010 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 iyun 2024-cü il tarixli, e-2(003)-2378/2024 nömrəli qətnaməsi ilə (hakim E.Rüstəmov) iddia tələbi təmin edilmişdir
5. Birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, cavabdehlərin “X11” Bakı filialı ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmələri tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehlərdən xx.xx.2022ci il tarixli 897 saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 5059,83 manat, faiz borcuna görə 208,26 manat olmaqla cəmi 5268,09 manat borcun tutulmasına dair tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə qərardad qəbul edilərək, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu ilə ekspert rəyi apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardad ilə iş üzrə icraat təzələnmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka olan əsas borcu 5067,31 manat, faiz borcu isə 153,71 manat məbləğindədir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib yeni qətnamə olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə cavabdehin işdə iştirakını təmin etmədən, çəkişmə prinspinin tələblərini pozaraq yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq birtərəfli qaydada işə baxaraq 5059.83 manat əsas, 208.26 manat faiz borcu, 72.68 manat dövlət rüsumu olmaqla cəmi 5268.09 manat pulun cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutalaraq iddiaçı “X11” Bakı filialının xeyrinə tutulması qət edilmişdir. Həmçinin iddiaçının özünün bildirməsinə görə kredit alan tərəfindən bu günədək banka 3075 manat ödənilmişdir, belə olan halda banka olan borc 3925 manat təşkil etməli idi. Göründüyü kimi tutulmalı olan məbləğ əhəmiyyətli olaraq şişirdilmişdir. Həmçinin, hər 3 cavabdeh bank qarşısında bərabər öhdəlik götürsə də borc yalnız ondan tutulur. Kredit müqaviləsi üzrə borc götürənin özü faktiki olaraq işləyir, lakin pulun yalnız ondan tutulmasının düzgün olmadığını düşünür. Məhkəmə qətnaməsində borclulardan hər kəsin konkret olaraq nə qədər pul ödəməli olduğunu qeyd etmədiyi müəyyən çətinlik yaratmışdır. Bildirir ki, məhkəmədə işə baxılarkən iştirakı təmin edilməmiş, tərəflərin hüquq bərabərliyi, eləcədə çəkişmə prinsplərinə riayət edilməmiş, qeyd edilən məbləğdə borcu isə düzgün hesab etmişdir. Borcalanın işə münasibəti öyrənilməmiş, əsas borca əlavə olaraq əhəmiyyətli dərəcədə şişirdilmişdir. Faktiki yaşadığı ünvan (ünvan 1matı olduğu halda bu barədə məhkəməyə məlumat vermədiyindən onun işdə iştirakı mümkün olmamışdır. Buna görə də iddiaya etirazını məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında dəbbə pulunun ödənilməsi ilə bağlı yazılı razılaşma olmamışdır, məhkəmə təsasübsüz yüksək miqdarda olan dəbbə pulunu ağlabatan miqdaradək azaltmamışdır .
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
13. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 14.Digər cavabdehlər isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
21. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
23. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
24. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kredit borcunun faiz hissəsində dəyişdirilməlidir.
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı «X11» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış «23» sentyabr 2022-ci il tarixli 897 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 14% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X11» Bakı filialı ilə Cavabdeh2 arasında 1.009 saylı və Cavabdeh3 arasında 1.010 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Sonradan iddiaçı cavabdehin öhdəliklərini yerinə yetirmədiyi üçün borcunun yarandığını iddia etmiş və məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 30 aprel 2024-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 5268,09 manat təşkil edir. Bundan 5059,83 manat əsas borc və 208,26 manat faiz borcu müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
37. Yaranmış borcun Cavabdeh1 ilə yanaşı Cavabdeh2 və Cavabdeh3 tələb olunmasına əsas isə iddiaçı «X11» Bakı filialı ilə cavabdehlər Cavabdeh2 arasında 1.009 saylı və Cavabdeh3 arasında 1.010 saylı zaminlik müqavilələri olmuşdur. Belə ki, zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır.
38. Göründüyü kimi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı «X11» Bakı filialı qarşısında müqavilə əsasında öhdəliklərinin yaranması işin mübahisəsiz halıdır.
39. Tərəflər arasında yaranmış mübahisənin həlli üçün məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “İddiaçı “X11” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2022ci il tarixli, 897 nömrəli istehlak krediti müqaviləsi üzrə cavabdehin kreditor qarşısında 30 aprel 2024-cü il tarixədək yaranmış əsas və faiz borcu nə qədərdir?” sualı qoyulmuşdur.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka olan əsas borcu 5067,31 manat, faiz borcu isə 153,71 manat məbləğindədir. 41.Göründüyü kimi, ekspert rəyi əsasında müəyyən edilən əsas və faiz borcunun miqdarı ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə arasında fərq vardır. 42.Hazırki iş üzrə isə apellyasiya mərhələsində keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert cavablandırdığı suallar üzrə tam və hərtərəfli tədqiqat aparımışdır. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 43.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddisənə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 44.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 45.Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur. 46.Məhkəmə kollegiyası MPM-in 88-ci maddəsinin tələblərini rəhbər tutaraq ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməklə cavabdehlərdən iddiaçının xeyrinə tutulan faiz borcunun məbləği ekspert rəyinə uyğun olaraq 153,71 manat müəyyən edilməlidir. 47.Gecikdirilmiş vaxt üçün hesablanan əsas borcu ekspert rəyi ilə yüksək hesablandığından, Kollegiya MPM-in 218.3-cü maddəsinə əsasən tələbdən kənara çıxmadan həmin məbləğin tələb həddində yəni 5059,83 manat tutulmasını əsaslı hesab edir.
48. Ekspert rəyinə əsasən faiz borcu iddia tələbdən daha az olduğundan birinci istansiya məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilərək 153,71 manat müəyyən edilməlidir.
49. Beləliklə, cavabdehlərin iddiaçı qarşısında götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədikləri, habelə həmin öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış kredit borcunun məbləği ekspert rəyi əsasında müəyyən edilmişdir.
50. Birinci instansiya məhkəməsi isə yaranmış kredit borcunun faiz məbləğini əsassız olaraq yüksək məbləğdə müəyyən etmişdir.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.3. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 52.Apellyasiya şikayətinin digər dəlilində isə iddia edilmişdir ki, cavabdehə məhkəmə iclaslarının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməyib və bildiriş göndərilməyib. Məhkəmə kollegiyası bu barədə araşdırma apararaq müəyyən etmişdir ki, məhkəmə iclaslarının keçirilməsinin yeri və vaxtı barədə məlumat lazımi qaydada Cavabdeh2 və digər cavabdehlərin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Eyni zamanda kollegiya bildirir ki, cavabdeh həmin ünvana bildirişlərin çatmadığını qeyd etsə də həmin ünvan cavabdehin apellyasiya şikayətində yazışmaların aparılmasını istədiyi ünvandır. Həmçinin cavabdehə elektron məhkəmə informasiya sistemi vasitəsilə sms bildiriş də göndərilmişdir. Odur ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır.
53. Cavabdehin apellyasiya şikayətində iddiaçının onun yaşadığı faktiki ünvanı barədə məlumatı olduğunu və məhkəməyə bilərəkdən məlumat vermədiyini bildirmişdir. Lakin, cavabdeh iddiaçının onun faktiki yaşadığı ünvan barədə məlumatlı olması barədə hər hansı bir sübut əlavə etməmiş sadəcə formal mülahizə olaraq irəli sürmüşdür.
54. Həmçinin məhkəmə kollegiyası yaranmış digər məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cü il tarixli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəməmühasibatlıq ekspertizası tədiqatının dəyəri 100 manatdır.
56. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədiqatının dəyəri olan 100 manat cavabdehə aid edilməlidir.
57. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-2378/2024 nömrəli qətnaməsi faiz hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmuş faiz borcu 151,73 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.