Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1669/2019 21.08.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X5 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı üçüncü şəxs qismində “xxxx” ASC və Bakı şəhər Maraqlı şəxs1 cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin məbləğinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsindən iş üzrə üçüncü şəxs “xxxx” ASC tərəfindən verilən apellyasiya şikayətinə və İddiaçı cavabdehlər “X11” MMC, Cavabdeh, Maraqlı şəxs1 və “xxxx” ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli 2(005)-5525/2017 saylı qətnaməsindən cavabdehlər “xxxx” ASC və “X11” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı üçüncü şəxs qismində “xxxx” ASC və Bakı şəhər Maraqlı şəxs1 cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin məbləğinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və əmlakların yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 xx/xx-99662/11-8795saylı sifariş məktubuna əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən əmlaka baxış keçirilmişdir və 363 saylı ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə 9 000 000 (doqquz milyon) manata qiymətləndirilmişdir.Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsi bazar qiyməti qoyulan qiymətdən dəfələrlə artıqdır, məhz bu səbəbdən hesab edir ki, Cavabdeh-nin xx xxx 2017-ci il tarixli 363 saylı rəyi etibarsız hesab edilməli və yenidən əmlakın təkrar qiymətləndirilməsi keçirilməlidir.Qeyd olunan əmlak 2015-ci ildə dolların manata nisbətdə məzənnəsi 1.0504 olduqda 9.650.000 manata qiymətləndirilmişdir.Hal-hazırda qeyd olunan əmlakın bazar qiyməti 15 000 000 manatdan az deyil. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli 363 saylı əmlakın qiymətləndirilməsinə dair hesabatın etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)-4766/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhələdə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cavabdeh-nin xx.xx.2017-ci il tarixli, 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhələdə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərracdan ilkin satış qiyməti 14.214.000 manat müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs “xxxx” ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-9500/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)-4766/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs “xxxx” ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-9500/2017 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra üçüncü şəxs “xxxx” ASC kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-9500/2017 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh-yə qarşı “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(102)-3488/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli 2(103)-9500/2017 saylı qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan başqa ikinci iddia tələbi üzrə İddiaçı “X11” MMC-yə, Cavabdeh-yə, “Maraqlı şəxs1nə və Maraqlı şəxs2-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X11” MMC tərəfindən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış sahəsinə dair keçirilmiş hərracın, hərracı udmuş Maraqlı şəxs2 ilə bağlanmış xx xxxxxx 2017-ci il tarixli 18 saylı protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhələdə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən 9.000.000 manata qiymətləndirilmiş və ona məxsus əmlak həmin qiymətlə “X11” MMC tərəfindən hərraca çıxarılmışdır. Həmin qiymətlə razılşamadığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli 363 saylı “əmlakın qiymətləndirilməsi barədə hesabat”ın etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianı təmin edərək Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhələdə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair Cavabdeh-nin xx.xx.2017-ci il tarixli 363 saylı “əmlakın qiymətləndirilməsi barədə hesabatı”ın etibarsız hesab edilməsi qeyri-yaşayış sahəsinin açıq hərracdan ilkin satış qiymətinin 14.214.000 (on dörd milyon iki yüz on dörd min) manat müəyyən edilməsini qət etmişdir. Məhkəmə tərəfindən həmin qətnamə məlumat üçün bütün tərəflərə göndərilmiş və tərəflərin məhkəmə qətnaməsindən məlumatı olmuşdur. Lakin sonradan ona məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhələdə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması ilə bağlı xx xxxx 2017-ci il tarixə hərracın keçirilməsi təyin edilmiş, bununla bağlı ona heç bir məlumat verilməmiş, əmlak Maraqlı şəxs2-nin mülkiyyətinə keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “X11” MMC-yə, Cavabdeh-yə, Maraqlı şəxs1nə və Maraqlı şəxs2-yə qarşı hərracın nəticələrinin etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilmiş, “X11” MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin Maraqlı şəxs2-yə satılmasına dair hərracın yekunları barədə xx xxxxxx 2017-ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs2 və “X11” MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən İddiaçı “X11” MMC, Cavabdeh, Maraqlı şəxs1 və “xxxx” ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-6124/2018 saylı mülki iş İddiaçı Cavabdeh-yə qarşı üçüncü şəxs qismində “xxxx” ASC və Bakı şəhər Maraqlı şəxs1 cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin müəyyən edilməsi” tələbinə dair 2(103)-9334/2018 saylı mülk işlə bir icraatda birləşdirilməsi və həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə mülki prosessual qanunvericiliyinin tələblərinin, eləcə də işin hallarının tamobyektiv araşdırılması üçün tərəflərin sübutetmə hüquqlarının kəskin dərəcə məhdudlaşdıraraq qəbul edilmişdir. Mübahisə predmeti olan İddiaçı məxsus əmlaka qanuni qüvvəsini almış məhkəmə qərarı ilə tutmanın yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Maraqlı şəxs1 sifarişi ilə “xxxx” MMC tərəfindən verilən rəyə əsasən əmlak xx.xx.2017-ci tarixdə - 9.000.000 manata qiymətləndirilmişdir. İddiaçı qiymətləndirmə barədə hesabatın etibarsız hesab edərək məhkəmə qaydasında mübahisələndirmişdir.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsindən göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli, 60 saylı və “X21” MMC-nin xx.xx.2017-ci il tarixli, ƏEM/İ32-788/17 saylı qiymətləndirmə rəyləri ilə əmlakın dəyəri müvafiq olaraq 14.000.000 və 14.214.000 manat təşkil edir. Məhkəmə qərar qəbul edərkən, iddiaçının öz təşəbbüsü ilə özünün müəyyən etdiyi qiymətləndirici ilə müqavilə bağlayaraq aldığı rəyləri məhkəməyə təqdim etmiş “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli və “X21” M.MC-nin xx.xx.2017-ci il tarixli rəylərini əsas götürmüş, Cavabdeh-nin xx.xx.2017-ci il tarixli rəyini şübhə altına almışdır. Halbuki, şübhəli olan rəylər məhz iddiaçının təqdim etdiyi rəylərdir. Belə ki, bu rəylərin tərtib edildiyi müddət fərqi cəmi 1 ay təşkil edir. 1 ay ərzində əmlakın dəyərinin 5.000.000 manat artması absurd görünür. Məhkəmə bu kimi məsələləri araşdıran zaman obyektivliyi pozmuş, sanki iddiaçının mövqeyindən çıxış edərək, məhkəmə iclasının birinci baxışından təqdim edilmiş rəylər əsasında tərəflərin özlərinin müdafiəsi üçün əlavə sübutların təqdim edilməsi hüququnu məhdudlaşdıraraq, rəylər arasında ziddiyyətlər olduğu halda qərəzli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. İkinci iddia üzrə “xxxx” ASC apellyasiya şikayətini onunla əsaslandırmışdr ki, xx xxxx 2017-ci il tarixə təyin olunan hərracın keçirilməsinə dair xx xxxx 2017-ci il tarixli bildirişin surətindən, göründüyü kimi, həmin bildirişi iddiaçının nümayəndəsi Sərxan Quliyev xx xxxx 2017-ci il tarixdə, imza etməklə qəbul etmişdir. Növbəti hərrac barədə bildiriş iddiaçının ünvanına göndərilmişdir. İddiaçı ünvandan köçdüyünə görə bildiriş poçt təşkilatı tərəfindən geri qaytarılmışdır. Əvvəla, burada hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. İddiaçının yaşadığı ünvandan köçməsi, həmin ünvanda yaşamaması səbəbindən bildirişin verilməməsi hərrac təşkilatı tərəfindən qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Hərrac təşkilatı ikinci bildirişi İddiaçı iş materiallarında qeyd olunan ünvanına göndərmişdir. Digər tərəfdən, ikinci bildiriş poçt təşkilatı tərəfindən geri qaytarılsa da, hərrac təşkilatı iddiaçının nümayəndəsi ilə əlaqə saxlamış, lakin, nümayəndə bildirişi almaqdan imtina etmişdir. Bildirişlərin iddiaçının nümayəndəsinə təqdim edilməsini hərrac təşkilatının nümayəndəsinə məhz iddiaçı özü bildirmişdir. Bu, hərrac təşkilatı tərəfindən tərtib edilən və iş materiallarında olan xx xxxx 2017-ci il tarixli aktdan açıq-aydın görünür.Bundan başqa İddiaçı nümayəndəsi Sərxan Quliyevin “X11” MMC-yə ünvanlandığı xx xxxx 2017-ci il tarixli ərizəsi vardır. Həmin ərizə ilə İddiaçı nümayəndəsi hərrac təşkilatına müraciət edərək, hərracla bağlı məhkəmə mübahisəsi olduğuna görə hərracın dayandırılmasını xahiş etmişdir. Göründüyü kimi, hərracla bağlı İddiaçı məlumatı olmaması sırf yalandır, gələcəkdə hər hansı bir bəhanə ilə məhkəmə mübahisəsi yaratmaq üçün düşünülmüş addımdır.Bundan başqa, məhkəmə qətnamədə Nərimanov Rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)-4766/2017 saylı qətnaməsini xüsusilə qeyd edir. Həmin qətnamə ilə Bakı şəhəri Maraqlı şəxs1 sifarişi ilə Cavabdeh-nin əmlakın 9.000.000 manata qiymətləndirilməsi barədə xx.xx.2017-ci il tarixli rəyi etibarsız hesab edilmiş, əmlakın ilkin satış qiyməti 14.214.000 manat müəyyən edilmişdir.Həmin iş üzrə məhkəmə qərar qəbul edərkən, iddiaçının öz təşəbbüsü ilə özünün müəyyən etdiyi qiymətləndirici ilə müqavilə bağlayaraq aldığı rəyləri məhkəməyə təqdim etmiş “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli və “X21” MMC-nin xx.xx.2017-ci il tarixli rəylərini əsas götürmüş, Cavabdeh- nin xx.xx.2017-ci il tarixli rəyini şübhə altına almışdır. Halbuki, şübhəli olan rəylər məhz iddiaçının özünün təqdim etdiyi rəylərdir. Belə ki, bu rəylərin tərtib edildiyi müddət fərqi cəmi 1 ay təşkil edir. 1 ay ərzində əmlakın dəyərinin 5.000.000 manat artması absurd görünür. Məhkəmə bu kimi məsələləri araşdıran zaman obyektivliyi pozmuş, sanki iddiaçının mövqeyindən çıxış edərək, qərəzli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. İkinci iddia üzrə “X11” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-79/2015 saylı xx xxxx 2015-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərracının təşkil edilməsi “X11” MMC-yə həvalə edilmişdir və həmin daşınmaz əmlak “xxxx" tərəfindən 9.000.000 manat məbləğində dəyərləndirilmişdir.Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)-5525/17 saylı qətnaməsində qeyd olunmuşdur ki, “X11” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı bildiriş ipoteka qoyan İddiaçı təqdim edilməmiş və hərrac onun məlumatı olmadan baş tutmuşdur.Açıq hərracın keçirilməsi ilə bağlı 04/49 nömrəli xx xxxx 2017-ci il tarixli bildiriş ipoteka qoyan İddiaçı səlahiyyətli nümayəndəsi X14 xx.xx.2017-ci il tarixində təqdim edilmiş və səlahiyyətli nümayəndə tərəfindən imzalanaraq qəbul edilmişdir.Həmçinin Bakı Apellyasiya Məhkəməsində iddia təmin tədbiri ilə bağlı keçirilmiş məhkəmə prosesində ipoteka qoyan İddiaçı səlahiyyətli nümayəndəsi “X11” MMC-nin səlahiyyətli nümayəndəsi X15 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin təkrar açıq hərracın təşkil edilməsi vaxtı və məkanı barədə məlumatlandırılmışdır. Həmin məlumatların verilməsi və İddiaçı səlahiyyətli nümayəndəsinin məhkəmə prosesində iştirakı Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas protokolunda və müvafiq məhkəmə aktında öz əksini tapmışdır. Bu cür məlumatların verilməsinə baxmayaraq İddiaçı təkrar açıq hərraca da gəlməmişdir.“Kaspi” qəzetində hərracla bağlı elanlar dərc edilmişdir.Bunlarla yanaşı Nərimanov Rayon Məhkəməsinin sonuncu iclasında X10 İddiaçı artıq səlahiyyətli nümayəndəsi olmadığı bildirilmiş və buna görə də bildirişin ona təqdim edilməsinin nəzərə alınmaması xahiş edilmişdir. Lakin X1 nümayəndə kimi cıxış etməyindən imtina edilməsi ilə bağlı hər hansı sənəd təqdim edilməmiş, habelə X17 məhkəmə prosesində özünü İddiaçı səlahiyyətli nümayəndəsi kimi təqdim etmiş və Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)-5525/17 saylı qətnaməsində X4 Azər Afət oğlunun səlahiyyətli nümayəndəsi kimi təsdiqlənmişdir.Bundan başqa Nərimanov Rayon Məhkəməsi “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli 60 nömrəli və “X21” MMC-nin xx.xx.2017-ci il tarixli ƏEM/İ 32-788/17 saylı rəylərini qeyd etmişdir. “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli 60 nömrəli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi 14.400.000 manat məbləğində dəyərləndirilmiş. “X21” MMC-nin xx.xx.2017-ci il tarixli ƏEM/İ 32-788/1 7 saylı rəyinə əsasən isə 14.214.000 manat məbləğində dəyərləndirilmişdir.Qeydolunan əmlak ilkin hərraca 9.000.000 manat dəyərində və təkrar hərraca 7.650.000 manat dəyərində çıxarılsa da, alıcı tapılmamışdır. Necə olur ki, 7.650.000 manata alıcı tapılmadığı halda əmlakın bazar dəyəri ondan 2 dəfə çox dəyərə yəni 14.000.000 manata qiymətləndirilir.Nərimanov Rayon Məhkəməsi bu cür hallara önəm verməyərək Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən ekspert rəyinin dəyərləndirilməsinin məcburi norma olmadığı halda “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli 60 nömrəli və “X21” MMC-nin xx.xx.2017-ci il tarixli ƏEM/İ 32-788/17 saylı rəylərini daha üstün tutur.Göründüyü kimi Nərimanov Rayon Məhkəməsi işi tam hərtərəfli araşdırmadığından təqdim edilmiş sübutlar düzgün tədqiq etməmişdir.Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)-5525/l7 saylı qətnaməsi xx xxxxxx 2018-ci il tarixdə cavabdeh “X11” MMCnin ünvanına daxil olmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən, nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnamələrinin əsaslılığının tam yoxlanılmalarını təşkil edir. Belə ki, hər iki iddia üzrə apellyasiya şikayətləri qətnamənin ləğv edilməsinə və iddia tələblərinin inin rədd edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinə əsasən, birinci iddia üzrə məhkəmə qətnaməsinin mübahisəli qeyri-yaşayış sahəsinin həqiqi bazar qiymətinin müəyyən edilməsinə dair hissəsində yenidən baxılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, xx xxxxxx 2013-cü il tarixə olan 709.976 ABŞ dolları əsas borc, 581.507 ABŞ dolları 37 sent faiz borcu, 9045 ABŞ dolları 8 sent məbləğində artırılmış faiz borcu, ümumilikdə 1.300.528 ABŞ dolları 45 sent, xx xxxxxx 2009-cu il tarixli K-4503 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013cü il tarixə olan 1.618.340 ABŞ dolları 76 sent faiz borcu, 3009 ABŞ dolları 8 sent məbləğində artırılmış faiz borcu, ümumilikdə 1.621.349 ABŞ dolları 84 sent (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh (hazırki iş üzrə iddaçı) İddiaçı tutularaq (hazırki iş üzrə 3-cü şəxs) Maraqlı şəxs2-nin xeyrinə ödənilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09837 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyriyaşayış binasına tutmanın yönəldilməsi, həmin binanın açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına İddiaçı banka olan borcunun ödənilməsi, girov predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci tarixli iş 2(103)-79/2015 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin yuxarıda göstərilən xx xxx 2014-cü il tarixli qətnaməsi faiz borcları üzrə pulun tutulması hissəsində dəyişdirilərək 05 noyabr2009-cu il tarixli, K-4503 saylı kredit müqaviləsi üzrə faiz borcu 1580.146,57 ABŞ dolları müəyyən edilməklə, (1580.146,57 ABŞ dolları faiz borcu+3009,80 ABŞ dolları məbləğində artırılmış faiz borcu) cəmi 1583.156,37 ABŞ dolları, xx xxxxxx 2009-cu il tarixli K-4528 saylı Kredit müqaviləsi üzrə faiz borcu 552.906,21 ABŞ dolları (709.976 ABŞ dolları əsas borc+552.906,21 ABŞ dolları faiz borcu+9045,80 ABŞ dolları məbləğində artırılmış faiz borcu) müəyyən edilməklə, cəmi 1.271.928,01 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh İddiaçı Maraqlı şəxs2-nin xeyrinə tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə əsasında icra sənədi tərtib edilərək icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli iş № 2(102)-8009/17 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışİddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhələdə yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Cavabdeh-nin xx.xx.2017-ci il tarixli, 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabat ilə 9.000.000 manat dəyərində qiymətləndirilmişdir. xx xxxx 2017-ci il tarixli, 04/49 nömrəli bildirişlə «X7» MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracdan satılmasının vaxtı və yeri, tarixi (xx xxxx 2017-ci il, saat 11.00), digər zəruri göstəricilər əks etdirilmiş bildiriş tərtib edilmiş və İddiaçı nümayəndəsi Sərxan Quliyev tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2017-ci il tarixli ərizə ilə “X11” MMC-yə müraicət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4766/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minənədək onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova, 615-ci məhəllədə istifadədə olan 0,09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı açıq hərracın keçirilməsinin dayandırılması xahiş edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-4766/2017 nömrəli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cavabdeh-nin xx.xx.2017-ci il tarixli, 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatı etibarsız hesab edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərracdan ilkin satış qiyməti 14.214.000 (on dörd milyon iki yüz on dörd min) manat müəyyən edilmişdir. Daha sonra «X7» MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracdan satılmasının vaxtı və yeri, tarixi (xx xxxxxx 2017-ci il, saat 11.00), digər zəruri göstəricilər əks etdirilmiş bildiriş tərtib edilmişdir. xx xxxx 2017-ci il tarixli aktdan görünür ki, növbəti açıq hərracın keçirilməsinə dair 04/49-1 nömrəli bildiriş xx.xx.2017-ci il tarixdə poçt vasitəsilə göndərilmiş, lakin “köçüb” və “bu ünvanda yaşamır” xəbərdarlığı ilə bildiriş geri qaytarılmışdır. Açıq hərracın keçirilməsinə dair 04/49-1 nömrəli bildiriş İddiaçı təqdim edilməmişdir. X8 Yekunları barədə xx xxxxxx 2017-ci il tarixli 18 nömrəli protokolun və müqavilə ilə ipoteka predmeti ilə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan 0.09837 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış sahəsi 5.737.500 manata Maraqlı şəxs2-yə satılmışdır. İş materialları ilə daha sonra müəyyən olunur ki, xx.xx.2016-ci il tarixli “xxxx” ASC ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış sonrakı ipoteka müqaviləsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan 0.09837 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış sahəsi “xxxx” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında olan öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Birinci iddia üzrə birinci instansiya birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh tərəfindən müəyyən edilmiş qiymət bazar qiymətinə və likvid dəyərə uyğun olmayaraq, reallığı əks etdirmir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhələdə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə bağlı məhkəməyə iki ayrı-ayrı qiymətləndirmə şirkəti tərəfindən rəy təqdim edilmiş və hər iki rəy üzrə mübahisəli əmlaka təyin edilmiş qiymətlərlə Cavabdeh tərəfindən təyin edilmiş qiymət arasında kəskin qiymət fərqləri olmuşdur. Belə ki, müstəqil qiymətlənidirici olan «xxxx” MMC-nin xx.xx.2017ci il tarixli 60 saylı rəyində həmin əmlak 14.400.000 (on dörd milyon dörd yüz min) manat dəyərində, “X21” MMC xx.xx.2017-ci il tarixli ƏEM/i 32-788/17 saylı rəyində isə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhələdə yerləşən qeyri-yaşayış sahəsi 14.214.000 (on dörd milyon iki yüz on dörd min) manat dəyərində qiymətləndirilmişdir. Ekspertiza rəyləri arasında kəskin qiymət fərqlərinin olması ağlabatan deyildir. Həmçinin Cavabdeh tərəfindən keçirilən qiymətləndirmə vaxtı Azərbaycan Respublikasının daşınmaz əmlak bazarında kəskin qiymət tərəddüdləri (kəskin ucuzlaşma) olmamışdır. Məhkəmə hesab edir ki, əmlakın qiyməti kimi müstəqil qiymətləndiricilər tərəfindən verilmiş ekspert rəyləri əsas götürülməlidir. Cavabdeh və üçüncü şəxs tərəfindən isə əmlakların dəyəri ilə bağlı məhkəmədə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında xx xxxxxx 2008-ci il tarixli qərarının tələbləri pozulmuşdur. Həmçinin, Cavabdeh “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə verilmiş hüquqlardan tam istifadə etmədən, 10-cu maddəsi ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhələdə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi qeyri-obyektiv qiymətləndirmişdir. Qiymətləndirici xx.xx.2017-ci il tarixli, 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatda qiymətin müəyyən edilməsi zamanı xərc metodundan və uyğun satışların müqayisəsi metodundan istifadə edildiyi qeyd olunmuşdur. Lakin, məhkəmə hesab edir ki, qiymətləndirici həmin metodlardan istifadə edərək iddiaçının mülkiyyətində olan əmlakı qiymətləndirərkən, əldə etdiyi məlumatlardan düzgün, yaxud tam istifadə etməmiş, qiymətləndirməni düzgün aparmaq üçün əldə etməli olduğu məlumatların hamısını əldə etməmiş, qiymətləndirmə səthi aparılmışdır. Bundan başqa qiymətləndirici daşınmaz əmlaka dair zəruri olan bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilməmiş, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mülkiyyətçidən müsahibə alınmamış, analogi əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış və əmlakın bazar dəyəri qeyri-obyektiv təyin edilmişdir. Qiymətləndirici «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında» xx xxxxxx 2008-ci il tarixli qərarına uyğun olaraq qiymətləndirmə aparmadığından, Azərbaycan Respublikası Cavabdeh-nin xx.xx.2017-ci il tarixli, 363 saylı ekspert rəyi etibarsız hesab edilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə rəhbər tutaraq hesab edir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhələdə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərracdan ilkin satış qiyməti müstəqil qiymətləndiricilər olan «xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli 60 saylı və “X21” MMC xx.xx.2017-ci il tarixli ƏEM/i 32-788/17 saylı rəyləri əsas götürülməklə 14.214.000 (on dörd milyon iki yüz on dörd min) manat müəyyən edilməlidir. İkinci iddia üzrə birinci instansiya məhkəməsinin mövqeyinə görə, hərracın təşkilatçısı olan “X11” MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələbləri pozulmuş, iddiaçının mülkiyyətində olan yuxarıda göstərilən əmlakla bağlı hərracların təşkili və keçirilməsinə dair bildirişlər tərtib etsə də, həmin bildirişlərin iddiaçıya təqdim edilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda bunun əksini sübut edəcək hər hansı bir mötəbər dəlil məhkəməyə təqdim edilməmiş, bununla da “X11” MMC tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuş, nəticədə hərraclar iddiaçının iştirakı olmadan keçirilmişdir. Maraqlı şəxs1 xx/xx-99662/11-8795 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan 0.09837 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış sahəsi 9.000.000 milyon manata qiymətləndirilmiş, lakin qeyd edilən qiymətləndirmədən narazı qalan İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-4766/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cavabdeh-nin xx.xx.2017-ci il tarixli, 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatı etibarsız hesab edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərracdan ilkin satış qiyməti 14.214.000 (on dörd milyon iki yüz on dörd min) manat müəyyən edilmişdir. Bu barədə isə İddiaçı tərəfindən “X11” MMC-yə xx.xx.2017-ci il tarixli ərizə ünvanlanaraq, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4766/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minənədək onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova, 615-ci məhəllədə istifadədə olan 0,09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış sahəsi ilə bağlı açıq hərracın keçirilməsinin dayandırılması xahiş edilmişdir. Həmin ərizə xx.xx.2017-ci ildə “X11” MMC-yə təqdim edilməsinə baxmayaraq, cavabdeh “X11” MMC tərəfindən mübahisəli daşınmaz əmlak xx.xx.2017-ci ildə real bazar dəyərindən qat-qat aşağı- 5.737.500 manata Maraqlı şəxs2-yə təklif edilmiş və əmlak bank tərəfindən alınmışdır. Yuxarıda göstərilən səbəblərdən “X11” MMC-nin İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova, 615-ci məhəllədə istifadədə olan 0,09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin satılmasına dair hərracın yekunları barədə xx xxxxxx 2017-ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeləri ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən birinci və ikinci iddia üzrə “xxxx” ASC-nin apellyasiya şikayəti, ikinci iddia üzrə “X11” MMC-nin apellyasiya təmin edilməli, iddia tələbləri rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin edərkən səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (269.5. maddə) Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında olan münasibətlər xx.xx.2018-ci il tarixdən əvvəl yarandığı üçün hazırkı iş üzrə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun həmin tarixdən əvvəl qüvvədə olmuş müddəaları tədbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 40-cı maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən,. bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası birinci iddia tələbi üzrə qeyd edir ki, mübahisəli ünvan 2 məhəllə ünvanında yerləşən ümumi sahəsi 964 m2 olan qeyri-yaşayış binası Yasamal Rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən Cavabdeh tərəfindən xx xxx 2017-ci il tarixdə 9.000.000 (doqquz milyon) manat məbləğində, İddiaçı sifarişinə əsasən “X21” MMC tərəfindən xx xxxx 2017ci il tarixdə 14.214.740 (on dörd milyon iki yüz on dörd min yeddi yüz qırx) manat məbləğində, İddiaçı nümayəndəsi X2 əsasən “xxxx” MMC tərəfindən xx xxxx 2017-ci il tarixdə 14.400.000 (on dörd milyon dörd yüz min) manat məbləğində, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018ci il tarixli 2(103)-9334/2018 saylı qərardadına əsasən “xxxx” MMC tərəfindən xx xxxxx 2019-cu il tarixdə 14.224.314 (on dörd milyon iki yüz iyirmi dörd min üç yüz on dörd) manat məbləğində, “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən xx xxxxxx 2018-ci il tarixdə 14.311.000 (on dörd milyon üç yüz on bir min) manat məbləğində, “xxxx” ASC-nin sifarişinə əsasən “X25” MMC tərəfindən xx xxx 2019-cu il tarixdə bazar dəyəri 8.500.000 (səkkiz milyon beş yüz min) manat, likvid dəyəri 7.000.000 (yeddi milyon) manat məbləğində, “xxxx” MMC tərəfindən xx xxx 2019-cu il tarixdə bazar dəyəri 8.700.000 (səkkiz milyon yeddi yüz min) manat, likvid dəyəri 6.960.000 (altı milyon doqquz yüz altmış min) manat məbləğində və “xxxx” firması tərəfindən xx xxx 2019-cu il tarixdə bazar dəyəri 9.000.000 (doqquz milyon) manat, likvid dəyəri 7.800.000 (yeddi milyon səkkiz yüz min) manat müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, məhkəməyə təqdim edilmiş ekspert rəylərindən görünür ki, rəylər 14.000.000 manat və 9.000.000 manat civarında müəyyən edilmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(103)-1669/2019 saylı qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspertiza tətqiqatının aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli rəyi ilə xx.xx.2019-cu il tarixinə 9.500.000 manat, likvid dəyəri isə 9.000.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş “xxxx” MMC, Cavabdeh, “X12” MMC və “xxxx” Firması tərəfindən verilmiş məktubların ümumi məzmunundan görünür ki, 2019-cu ildə Bakı şəhərinin daşınmaz əmlak bazarındakı qiymətlər 2017-ci ilə münasibətdə 10-15% artmışdır. Beləliklə, 2017-ci il tarixdə hərraca çıxarılan əmlakın dəyəri hazırkı bazar dəyərindən 10-15% az olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş, xx xxxxxx 2016-cı il tarixli İBQ16-1853/1 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 məhəllə ünvanında yerləşən ümumi sahəsi 964 m2 olan qeyri-yaşayış binası “xxxx” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında olan öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 9.650.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı həmin müqaviləni imzalayaq öz iradə ifadəsini bildirmiş və ipoteka predmetinin dəyərinin 9.650.000 manat məbləğində olmasını qəbul etmişdir. Göründüyü kimi, İddiaçı ipoteka predmetinin ilkin satış dəyərinin 9.000.000 milyon manat müəyyən edilməsini mübahisələndirərək, 14.000.000 manat civarında olmasına istinad etsə də, xx xxxxxx 2016-cı il tarixli İBQ16-1853/1 saylı sonrakı ipoteka müqaviləsi ilə həmin əmlakın dəyərinin 9.650.000 müəyyən edilməsinə etiraz etməmiş, əksinə həmin müqaviləni imzalayaraq, ipoteka predmetinin 9.650.000 manat məbləğində qiymətləndirilməsini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan ünvan 2 məhəllə ünvanında yerləşən ümumi sahəsi 964 m2 olan qeyri-yaşayış binasının açıq hərraca çıxarılan zaman Cavabdeh tərəfindən xx xxx 2017-ci il tarixdə 9.000.000 (doqquz milyon) manat məbləğində qiymətləndirilməsi, qanunvericiliyin tələblərinə zidd olmamışdır. Məhkəmə kollegiyası ikinci iddia tələbi üzrə qeyd edir ki, iddiaçı keçirilmiş hərracların vaxtı və yeri barədə ona məlumat verilməməsinə istinad etsə də, «X7» MMC tərəfindən İddiaçı hərracın keçirilməsi yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Bundan başqa bildiriş onun nümayəndəsi tərəfindən qəbul edilmiş və İddiaçı “X11” MMC ərizə ilə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4766/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minənədək ipoteka predmeti ilə bağlı açıq hərracın keçirilməsinin dayandırılmasını xahiş edilmişdir. Buna baxmayaraq, İddiaçı «X7» MMC tərəfindən təşkil edilmiş hərraclarda iştirak etməmiş və hərrac mərkəzinə gəlməmişdir. Bundan sonra X8 yekunları barədə xx xxxxxx 2017-ci il tarixli 18 nömrəli protokolu və müqavilə ilə ipoteka predmeti ilə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan 0.09837 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış sahəsi 5.737.500 manata Maraqlı şəxs2-yə satılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda qəzetlərdə elanlar verilmişdir. Qanunvericiliyin tələbinə görə hərracın keçirilməsi barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildiriş göndərilməlidir. Göründüyü kimi, ikinci iddia tələbi üzrə İddiaçı hərracın keçirilməsi vaxtı və yeri barədə ona məlumat verilməməsinə istinad etsə də, «X11» MMC tərəfindən ona bildirişlər göndərilmiş, İddiaçı nümayəndəsi bildirişi imzalamaqla qəbul etmiş, hətta İddiaçı öz prosessual hüquqlarından istifadə edərək, «X11» MMC-yə ərizə ilə müraciət etmişdir. Belə olan halda hərrac qanunvericiliyin tələbləri pozulmadan təşkil edilmişdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddia tələblərinin təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamələri maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamələr ləğv edilməli və iddia tələblər həmin rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsindən iş üzrə üçüncü şəxs “xxxx” ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli və məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)-5525/2017 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC və cavabdeh “X11” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)-5525/2017 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli və məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsindən iş üzrə üçüncü şəxs “xxxx” ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)-5525/2017 saylı qətnaməsindən cavabdehlər “xxxx” ASC və “X11” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)-5525/2017 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin İddia tələbi rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-1669/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1669/2019
21.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver