Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-167/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6265/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən X8 tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar "xxxx" MMC və "xxxx" MMC cavabdehlər Cavabdeh və X3 qarşı “pul borcunun qaytarılması, faydalanmağa görə faiz borcunun ödənilməsi, qətnmənin icra üsulunun müəyyən edilməsi və borcun əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Binqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6265/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh "xxxx" MMC-yə olan 1 213 515,47 ABŞ dolları əsas borc və faydalanmağa görə bank uçot dərəcəsi ilə 202 230 ABŞ dolları, cəmi 1 415 745,47 ABŞ dolları, "xxxx" MMC-yə olan 1 994 96 ABŞ dolları əsas borc, 810 000 ABŞ dolları faiz borcu və faydalanmağa görə bank uçot dərəcəsi ilə 329 161ABŞ dolları, cəmi 3 134 077 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlöət rusumu cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq iddiaçılar "xxxx" MMC və "xxxx" MMC-yə ödəniməsi; tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evlərinə və cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi ev 10/8-də yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılaraq əldə edilən pul vəsaitindən qeyd edilən pul məbləğləri iddiaçılar "xxxx" MMC və "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. X8 həmin qətnamənin onun hüquq və maraqlarına toxunduğundan ərizə ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs qismində cəlb edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-6265/2018 saylı qərardadına əsasən, X11 oğlunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6265/2018 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxuna şəxs kimi tanınması barədə ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. X8 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhəməsinin 26 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, X8 hazırkı mülki iş üzrə 3-cü şəxs qismində cəlb edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6265/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti icraata qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən kollegiyanın iclasında 3-cü şəxsin səlahiyyətli nümayəndəsi elektron məlumat təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin icraatında iddiaçı X5 cavabdeh X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işin oldğunu və həmin işin hazırkı işlə əlaqəli olduğunu bildrmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1609/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan X5 cavabdeh X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(103)-656/2021 saylı mülki iş üzrə yekun qərar qəbul edilib, həmin qərar qanuni qüvvəyə minənədək, hazırki, iddiaçılar "xxxx" MMC-nin və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və X3 qarşı pul borcunun qaytarılması, faydalanmağa görə faiz borcunun ödənilməsi, icra üsulunun müəyyən edilməsi tələbinə dair 2(103)-1609/2021 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ali Məhkəmənin 2(102)-2888/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkməsinin 2(103)-10135/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldığından hazırki mülki işin icraatı təzələnmişdir. Kollegiya iclasında iştirak edən Karat Holding MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, X8 tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Hazırki iş üzrə iddia tələbinin bir hissəsi borcun X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi ev 10/8-də yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılaraq əldə edilən pul vəsaitindən "xxxx" MMC və "xxxx" MMC-yə ödənilməsi ilə bağlı olmuşdur. Apellyator hazırda qətnaməni həmin hissədə mübahisələndirərək, iddia edir ki, həmin əmlakın alınması ilə bağlı mülkiyyətçiyə 700.000 manat beh vermişdir. İş materiallarından görünür ki, X5 X3 qarşı “behin qaytarılması və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edildiyindən və X2 X7 qarşı “beh müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilərək, X8 ilə X6 arasında olan xx.xx.2018ci il tarixli, reyestrdə 3M-162 nömrə ilə qeydə alınmış beh müqaviləsi etibarsız hesab edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya vurğulayır ki, X8 ilə X6 arasında olan xx.xx.2018-ci il tarixli beh müqaviləsinin etibarsız sayılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, apellyatorun hazırda sözügedən əmlakla bağlı hər hansı hüququ olmadığından, borcun həmin əmlaka yönəldilməsi və onun açıq hərracdan satılmasına dair hazırki mübahisənin həllində hər hansı marağı qalmamışdır. Kollegiya qeyd edir ki, beh müqaviləsinin etibarsızlığı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, bu hal Əhmədov Rəhmanın hazırki mübahisə predmeti ilə bağlı apellyasiya şikayəti əsasında məhkəmənin mövqeyinin dəyşdirilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(008)-1263/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün sayılmalı və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 01 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 403, 405, 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6265/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən X8 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-167/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-167/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver