Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1673/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-378/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT ASC-nin xeyrinə 03.12.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsinə əsasən 18159.26 ABŞ dolları əsas borc, 34535.83 ABŞ dolları faiz, 48048.72 ABŞ dolları hesablanmış dəbbə, cəmi 100743.81 ABŞ dolları və 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7411.58 ABŞ dolları əsas borc, 13291.31 ABŞ dolları faiz, 19 787.41 ABŞ dolları hesablanmış dəbbə, cəmi 40490.30 ABŞ dolları kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tələbin Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan 0.12424 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 saylı mənzilə yönəldilməsi (MH seriyalı, ******* nömrəli, **********98-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 27.10.2006 qeydiyyat tarixli Çıxarışa əsasən), girov predmeti olan qeyri-yaşayış sahəsinin 48000 manat qiymətlə hərraca çıxarılacaq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, mənzildə yaşayanların- X2, X3, X1 mənzilə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Səbail Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddianıın qismən təmin edilməsi, Cavabdeh 03.12.2014-cü il tarixli, MZ/PB0489/12/14-1 saylı kredit müqaviləsi üzrə 17474.32 ABŞ dolları əsas, 5304.78 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu, 13.02.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7362.21 ABŞ dolları əsas, 2304.58 ABŞ dolları faiz, 100 ABŞ dolları borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 20 manatı tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi, keçirilmiş məhkəməmühasibatlıq ekspertizası xərci, 145 manat məbləğində pulun 50 manatı "xxxx" BOKT ASC-dən, 95 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə məktub göndərilərək şikayətdən imtina etdiklərini bildirib apellyasiya icraatına xitam verilməsini xahiş olunmuşdur. Eyni zamanda ərizədə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən banka olan borcunun bir qismi ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və cavabdehin nümayəndəsi şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, iddiaçının nümayəndəsinin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə iddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsinin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1673/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1673/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver