Məhkəmə qərarları › İş №2(103)-1680/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1680/2022

16.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1680/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(009)-2691/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “Vitamed” Tibb Mərkəzinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh1 və cavabdeh “Vitamed” Tibb Mərkəzindən tibbi əməliyyatına görə ödənilmiş 1600 manat məbləğində pulun və çəkdiyi əziyyətin təzminatı olaraq 3000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev 74 ünvanında yerləşən “Vitamed” Tibb Mərkəzində 26.05.2020-ci il tarixdə həkim Cavabdeh1 tərəfindən “Burun çəpər əyriliyi və Septoplastika” cərrahi əməliyyatı olunmuşdur. Həmin əməliyyatdan sonra həkim nöqsanlara görə, sol burun borusunda sinexiya və burun üzərində şişlər, döyənəklər müşahidə olunur. Qeyd olunan tibbi nöqsanlar LOR Hospitalda 12.01.2021-ci il tarixli müayinə zamanı və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 25.06.2021-ci il tarixli müayinə zamanı müəyyən edilərək təkrar tibbi əməliyyat tövsiyyə olunmuşdur. Təkrar əməliyyat olunmasına və nöqsanların aradan qaldırılmasına köməklik göstərilməsi üçün cavabdeh “Vitamed” Tibb Mərkəzinə və həkim Cavabdeh1 müraciətlərinə müsbət cavab verilməmişdir. Buna görə də tibbi əməliyyata sərf etdiyi 1.600 manat məbləğində pulun və tibbi əməliyyatın nöqsanlarına görə çəkdiyi əziyyətin maddi təzminat qaydasında geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tibbi əməliyyatdan sonra əsasən nəfəs almasında ciddi problem olduğu üçün baş ağrılarından əziyyət çəkmişdir və bu davam edir. Hesab edir ki, çəkdiyi əziyyətlərin əvəzi pul ödənməklə həyata keçirilə bilər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(009)-2691/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə əlavə olaraq qeyd olunur ki, iddia tələbində qeyd olunan hallar məhkəmə tərəfindən düzgün araşdırılmamış, məhkəmə asan yol seçərək, iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini qəbul etmədi, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl onun şikayəti ərizəsi üzrə Bakı şəhəri Binəqədi rayon Prokurorluğunda müvafiq araşdırma aparılmışdır. Məhkəmənin sorğusu əsasında Binəqədi rayon Prokurorluğundan iddiaçının şikayəti əsasında qəbul edilmiş “cinayət işinin rədd edilməsi haqqında” 30.06.2021-ci il tarixli qərar, adıçəkilən qərarda istinad olunmuş canlı şəxsin məhkəmə tibbi ekspertizasına dair 05.05.2021-ci il tarixli 504/KEŞ No-li ekspert rəyi, habelə həmin qərardan verilmiş şikayət üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 6(001)-134/2021 saylı, 18.10.2021-ci il tarixli qərarı mülki işi materiallarına əlavə olunmuşdur. İddiaçı şikayəti əsasında araşdırma aparan müstəntiqi adıçəkilən 30.06.2021-ci il tarixli rədd qərarından görünür ki, iddiaçı burun əyriliyi və tənəffüz çətinliyi səbəbindən müəyyən fəsilələrlə iki dəfə tibbi əməliyyata məruz qalmışdır. İddiaçının araşdırmada verdiyi izahatdan da görünür ki, onu əməliyyat edən şəxslər Cavabdeh1 olmamışdır, ayrı həkim olmuşlar. Binəqədi rayon Prokurorluğunda aparılan araşdırma zamanı Cavabdeh1 göstərmişdir ki, 2019-cu ildən “Vitamed” klinikasında işləyir. Təxminin 2020-ci iln mayın 20-də əvvəllər tanıdığı Günel Məmmədova ona telefon zəngi edərək bildirmişdir ki, “Vitamed” klinikasında əməliyyat etdirmək istəyir. Cavabdeh1 isə ona bildirmişdir ki, rəhbərliklə əlaqə saxlamaq lazımdır. Bundan sonra 26.05.2020-ci il tarixdə adıçəkilən klinikada G.Məmmədova tərəfindən İddiaçı adlı şəxsin cərrahi əməliyyatı həyata keçirilmişdir. Onun İddiaçıla heç bir tanışlığı olmamışdır. Həmin əməliyyatda köməkçi kimi iştirak etmişdir. Əməliyyat uğurla həyata keçmiş, İddiaçı klinikada bir gecə qalmış, növbəti gün klinikanı tərk etmişdir. Sonra Cavabdeh1 məlum olmuşdur ki, İddiaçı onun burun əyriliyi əməliyyatını icra edən G.Məmmədovanın şikayəti olmuşdur. İddiaçı ikinci əməliyyatından sonra tərtib olunmuş epikrizə Cavabdeh1 imza etmişdir, çünki əməliyyatdan sonra klinikada qaldığı müddətdə İddiaçı sağlamlığına o, nəzarət etmişdir. Əməliyyatda sonrakı gün İddiaçı klinikadan çıxan zaman epikriz istəmişdir. Həmin vaxt G.Məmmədova klinikada olmadığı üçün epikrizi Cavabdeh1 imzalayıb iddiaçıya vermişdir. İddiaçı əməliyyat zamanı etdiyi ödənişə görə ona çeklər verilmiş, onu əməliyyat günü və klinikadan çıxan zaman ona ona epikriz təqdim edən vaxt görmüşdür. Məhkəmənin sorğusu əsasında Binəqədi rayon Prokurorluğundan təqdim olunmuş İddiaçı müraciəti əsasında araşdırma zamanı keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizanın KEŞ-504 saylı, 30.06.2021-ci il tarixli rəyinə əsasən “...İddiaçı aparılmış müayinələr təyin olunmuş daiqnoza uyğun olmuşdur. “HB Güvən” klinikasında İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 22.04.2019-cu il tarixdə klinikaya daxil olmuş və aparılmış müayinələr əsasında ona “septum duriasiyası, burun deformasiyası, konxo hipertrofiyası” diaqnozu düzgün təyin edilmişdir. Təyin olunmuş diaqnoza uyğun olaraq 22.04.2019-cu il tarixdə İddiaçı üzərində “Rinoseptoplastika. Bilateral alt koxna qismi kiçildilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və 23.04.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. “VitaMed” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 26.05.2020-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müayinələrdən sonra ona “Burun çəpəri əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və 27.05.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Tibbi manipulyasiyalar zamanı sağlamlığına zərərvurmanın dərəcəsi təyini nəzərə alınmır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda icra edilmiş cərrahiyyə əməliyyatdan sonra hazırki dövrdə burun sümüyünün yonulduğu, lakin kosmetik deformasiya yaratmadığı müəyyən edilmişdir. Bu cür əməliyyatlarda xəstə icra edilmiş cərrahiyyə əməliyyatının nəticəsindən kosmetik olaraq narazı olduğu zhaman sefolometrik ölçülərinə uyğun korreksiya edilə bilər. İddiaçı göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur”. Göründüyü kimi, iddiaçının prokurorluq orqanlarına müraciəti əsasında aparılmış araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizanın rəyi bir daha müəyyən etmişdir ki, ona göstərilən tibbi yardım, üzərində icra edilmiş cərrahiyyə əməliyyatları qüvvədə olan təlim qaydalarına uyğun aparılmış, sağlamlığına hər hansı zərər vurulmamışdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh “Vitamed” Tibb Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: “Vitamed” Tibbi Mərkəzinin baş həkimi F.Hacıyev və müalicə həkimi E.Ələkbərova tərəfindən imzalanmış ******* No-li xəstəlik tarixindən çıxarış-epikrizdən görünür ki, İddiaçı 26.05.2020-ci il tarixdə klinikaya daxil olmuşdur. Kliniki diaqnoz: Burun çəpəri əyriliyi. Tez-tez tənəffüz çətinləşməsindən şikayət edir. Xəstənin deməsinə görə özünü uzun müddətdir ki, xəstə hesab edir. Xəstə üzərində Septoplastika cərrahi əməliyyatı icra edildi. Ağırlaşmalar olmayıb. Müalicəni təyinat üzrə davam etdirmək məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş 30.12.2020-ci il tarixli arayışın və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 27.09.2021-ci il tarixli vətəndaşın hərbi xidmət keçməsi barədə elektron arayışının kserosurətlərindən görünür ki, İddiaçı 06.01.2010-cu il tarixdən 01.07.2011-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə, 10.05.2014-cü il tarixdən 13.05.2017-ci il tarixədək Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. 29.09.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində 2-ci Qarabağ Vətən müharibəsində hərbi xidmətdə olmuşdur. İş üzrə LOR Hospital tərəfindən verilmiş 12.01.2021-ci il tarixli LOR-Endoskopik müayinəsinin nəticəsinin və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş 25.06.2021-ci il tarixli məsləhət vərəqinin kserosurətlərindən görünür ki, İddiaçı burun çəpərində əməliyyatdan sonrakı sinexiya və digər qüsurlar müəyyən edilmişdir. Binəqədi rayon prokurorluğunun müstəntiqi 1 dərəcəli hüquqşünas X2 tərəfindən qəbul edilmiş 30.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı burun əməliyyatının uğursuz olması ilə bağlı şikayət etmiş, Fuad Nəbiyev və Günel Məmmədovanın ona vurduqları 4600 manat maddi ziyanın, yəni 1600 manat ödədiyi əməliyyat pulun və 3000 manat isə mənəvi ziyanın ödəmələrini tələb etmişdir. Araşdırma zamanı X4 izahat verərək göstərmişdir ki, o, 24.04.2019-cu ildə Fuad Nəbiyev ilə birlikdə “HB Güvən” klinikasında İddiaçı burun formasının deformasiyası və çəpər əyriliyi diaqnozu ilə əməliyyat etmişlər. Burun əməliyyatları tək icra olunmadığı üçün F.Nəbiyev ilə birlikdə bu əməliyyatı etmişlər. Xəstənin şikayəti burunun xarici görkəmi və tənəffüs ilə bağlı problemlərdən olmuşdur. Əməliyyat zamanı məlum olmuşdur ki, allerqik rinitlə bağlı burun ətləri də büyümüşdür. Əməliyyatdan sonra Fuad Nəbiyev demişdir ki, əməliyyat etdikləri xəstə klinikanın kassasına 1000 manat pul məbləği köçürülmüşdür. Əməliyyat uğurla nəticələnmiş, texniki cəhətdən heç bir nöqsan aşkar edilməmişdir. 2020-ci ilin may aylarında F.Nəbiyev G.Məmmədovaya zəng edərək İddiaçı nəfəs almağında çətinlik olduğunu ona müraciət edəcəyini bildirmişdir. 2-ci əməliyyatı 26.05.2020ci il tarixdə “VitaMed” klinikasında G.Məmmədova tək keçirmişdir. Əməliyyat zamanı burun ətləri allergiya ilə bağlı şişdiyi üçün yenidən büzüşdürmüş, nəfəs almağa mane ola biləcək bütün maneələr aradan qaldırmışdır. 27.05.2020-ci il tarixdə xəstəyə sadəcə xəstəxana xərclərinə aid olan 300 manat miqdarında pulu kassaya ödəməsini telefon vasitəsi ilə bildirmişdir. Sonra İddiaçı kontrol müayinəyə gəldikdə, G.Məmmədova İddiaçı müayinə etmiş və hər şeyin qaydada olduğunu bildirmişdir. G.Məmmədova xəstəyə epikriz təqdim olunan vaxt klinikada olmadığı üçün orada adı qeyd olunmamışdır. Əkbərova soyadı həkim “VitaMed” klinikasında lor həkimidir. İddiaçı həmin klinikada 1 gün stasionar qaydada qalan zaman həmin həkim İddiaçı baxmış və epikrizi imzalamışdır. Hər iki əməliyyatı icra etdiyi klinikalarda müqavilə imzalamış, həmin müqavilələr klinikalarda saxlanılır. Araşdırma zamanı X9 izahat verərək göstərmişdir ki, 24.04.2019-cu il tarixdə Raci adlı şəxsin “HB Güvən” klinikasında Günel həkimlə birgə burun əməliyyatı həyata keçirmişlər. Həmin əməliyyatı Günel həkim icra etmiş, o, isə assistent kimi həmin əməliyyatda iştirak etmişdir. Bu əməliyyat qarşılığında İddiaçı tərəfindən “HB Güvən” kassasına 1000 manat məbləğində pul ödənilmişdir. 2020-ci ilin aprel aylarında İddiaçı ilə telefon əlaqəsi zamanı Raci yenidən şikayətinin olduğunu bildirmişdir, o isə koronavirus pandemiyası ilə əlaqədar əməliyyatlar etmədiyini, xəstə müayinəsi etmədiyini bildirmiş, hər hansı problemi olduğu halda Günel həkimə müraciət edə biləcəyini bildirmişdir. 26.05.2020-ci il tarixdə İddiaçı 2-ci dəfə burun balıqqulaqlarınn yandırılması əməliyyatı “VitaMed” klinikasında Günel həkim tərəfindən həyata keçirilmişdir. O, ilk əməliyyatdan sonra hər hansı əməliyyatda iştirak etməmişdir. Araşdırma zamanı Cavabdeh1 izahat verərək göstərmişdir ki, təxminən 2020-ci ilin may ayının 20-də əvvəllər tanıdığı Günel Məmmədova ona telefon zəngi edərək bildirmişdir ki, “Vitamed” klinikasında əməliyyat etdirmək istəyir, o, isə ona bildirmişdir ki, rəhbərliklə əlaqə saxlamaq lazımdır. Bundan sonra 26.05.2020-ci il tarixdə adıçəkilən klinikada G.Məmmədova tərəfindən İddiaçı adlı şəxsin cərrahi əməliyyatı həyata keçirilmişdir. Onun İddiaçıla heç bir tanışlığı olmamışdır. Həmin əməliyyatda köməkçi kimi iştirak etmişdir. Əməliyyat uğurla tamamlanmış və İddiaçı klinikada bir gecə qalmışdır. Növbəti gün klinikanı tərk etmişdir. Sonra bilmişdir ki, İddiaçı əməliyyatı icra edən G.Məmmədovanın şikayətçi olmuşdur. İddiaçı ikinci əməliyyatı zamanı epikrizə o, qol çəkmişdir, çünki əməliyyatdan sonra klinikada qaldığı müddətdə İddiaçı sağlamlığına o, həyata keçirmişdir. İddiaçı növbəti gün əməliyyatdan çıxan zaman epikriz istəmişdir. X12 klinikada olmamışdır. Ona görə də sənədi o, imzalanaraq İddiaçı təqdim etmişdir. İddiaçı əməliyyat olunması ilə bağlı ödədiyi ödənişlərlə əlaqədar çeklər verilmişdir. Racini o, yalnız əməliyyat günü və növbəti gün klinikadan çıxan vaxt epikriz verdikdə görmüşdür. İddiaçı müayinəsində, əməliyyatında və müalicəsində hər hansı həkimin və ya tibb işçisinin təqsirinin olub-olmamasını müəyyən etmək üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir. 30.06.2021-ci il tarixli, KEŞ-504 nömrəli komisyon məhkəmə-tibb ekspertizasının rəyindən müəyyən edilmişdir ki, İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. “HB Güvən” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 22.04.2019-cu il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Septum duriasiyası, burnun deformasiyası, konxo hipertrofiyası” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq 22.04.2019-cu il tarixdə İddiaçı üzərində “Rinoseptoplastika. Bilateral alt konxa qismi kiçildilməsi” cərahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və 23.04.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. “Vitamed” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 26.05.2020-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpəri əyriliyi” diaqnozu təyin edilmiş və üzərində Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və 27.05.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar faktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda icra edilmiş cərrahiyyə əməliyyatından sonra hazırkı dövrdə burun sümüyünün yonulduğu, lakin kosmetik deformasiya yaratmadığı müəyyən edilmişdir. Bu cür əməliyyatlarda xəstə icra edilmiş cərrahiyyə əməliyyatının nəticəsindən kosmetik olaraq narazı olduğu zaman üzün sefolometrik ölçülərinə uyğun olaraq korreksiya edilə bilər. İddiaçı göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı müayinəsi, hər iki əməliyyatı və müalicəsi düzgün aparılmışdır. Odur ki, material üzrə Günel Məmmədova və Fuad Nəbiyevin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Binəqədi rayon Məhkəməsinin 6(001)-134/2021 saylı, 18.10.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, 1 dərəcəli hüquqşünas X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ 30.06.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X14 tərəfindən verilmiş 30.06.2021-ci il tarixli 504/KEŞ saylı ekspert rəyindən görünür ki, 1.İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 2.“HB Güvən” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 22.04.2019-cu il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Septum duriasiyası, burnun deformasiyası, konxo hipertrofiyası”diaqnozu düzgün təyin edilmişdir. 3.Təyin edilmiş diaqnoza uyğun olaraq 22.04.2019-cu il tarixdə İddiaçı üzərində “Rinoseptoplastika. Bilateral alt konxa qismi kiçildilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və 23.04.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. “Vitamed” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 26.06.2020-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpəri əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və 27.05.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir.

4. İddiaçı aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 5.7.İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur.

6. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır.

8. İddiaçı mütəxəssis müayinəsi zamanı onda icra edilmiş cərrahiyyə əməliyyatından sonra hazırki dövrdə burun sümüyünün yonulduğu, lakin kosmetik deformasiya yaratmadığı müəyyən edilmişdir. Bu cür əməliyyatlarda xəstə icra edilmiş cərrahiyyə əməliyyatının nəticəsindən kosmetik olaraq narazı olduğu zaman üzün sefolometrik ölçülərinə uyğun olaraq korreksiya edilə bilər. 9.10. İddiaçı göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. Göründüyü kimi, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 24.04.2019-cu il tarixdə “HB Güvən” klinikasında Günel Məmmədova və Fuad Nəbiyev tərəfindən iddiaçının üzərində “Rinoseptoplastika. Bilaterial alt konxa qismin kiçiydilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonakı dövr fəsadsız keçmiş və 23.04.2019-cu il tarixdə iddiaçı kafi vəziyyətdə evə yazılmışdır. Həmçinin iddiaçı nəfəsalmada daha da çətinlik yaranması ilə bağlı həmin həkimlərə müraciət etmiş, 26.05.2020-ci il tarixdə “Vitamed” Tibb mərkəzində aparılmış müvafiq müayinələrdən sonra iddiaçıya “Burun çəpəri əyriliyi” diaqnozu təyin edilmiş, diaqnoza uyğun olaraq Günel Məmmədova tərəfindən “Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrarkı dövr fəsadsız keçmiş və 27.05.2020-ci il tarixdə iddiaçı kafi vəziyyətdə evə buraxılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının tələbində klinikaya cərrahiyyə əməliyyatı üçün 1600 manat ödəniş etməsini, lakin əməliyyatdan sonra nəfəsalmada olan problemin aradan qalxmadığını, təkrar əməliyyat olunmasına və nöqsanların aradan qaldırılmasına köməklik göstərilməsi üçün cavabdehlər onun müraciətlərinə müsbət cavab vermədiyini, tibbi əməliyyatdan sonra əsasən nəfəs almağında cidd problem olduğu üçün baş ağrılarından əziyyət çəkdiyini və bu halın davam etdiyini bildirmiş, bu səbəbdən çəkdiyi əziyyətlərin əvəzinin yalnız pul ödənilməsi mümkünlüyünü nəzərə alaraq tibbi əməliyyata görə ödənilmiş 1600 manat məbləğində pulun və çəkdiyi əziyyətin əvəzi kimi 3000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı 26.05.2020-ci il tarixdə üzərində “Septoplastika” cərrahi əməliyyatının Cavabdeh1 tərəfindən icra edilməsini iddia etsə də, təqdim edilmiş sənədlərlə (tibb ekspert rəyi, cinayət işinin başlanımlasının rədd edilməsi barədə qərar) cərrahi əməliyyatın X4 tərəfindən “Vitamed” Klinikasında icra olunması müəyyən edilmişdir. Yəni iddiaçı burun əməliyyatının Cavabdeh1 tərəfindən icra olunmasını iddia etsə də, iş materiallarında həmin əməliyyatın Cavabdeh1 tərəfindən icra olunmasını təsdiq edən heç bir sübut yoxdur. Təqdim edilmiş sənədlərdə Cavabdeh1 əməliyyatı icra edən həkim kimi deyil, müalicə həkimi kimi göstərilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, Cavabdeh1 hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab edilə bilməz. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Kollegiya hesab edir ki, istinad olunan qanunvericilik normaları çərçivəsində Cavabdeh1 hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün, ona qarşı qaldırılan tələbin təmin edilməməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Kollegiya "xxxx" MMC-nin hazırki tələb üzrə cavabdehlik daşıyıb-daşımaması ilə bağlı qeyd edir ki, iddiaçıya “burun çəpəri əyriliyi” diaqnozu həmin klinikada qoyulduqdan sonra 26.05.2020-ci il tarixdə əməliyyat aparılmışdır. Həmin əməliyyatın uğurlu olub-olmaması ilə əlaqədar iddiaçının ilk olaraq prokuroruğa verdiyi şikayət əsasında araşdırma aparan Binəqədi rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Rəşad Gülməmmədlinin 05.05.2021-ci il tarixli qərarına əsasən komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı üzərində icra edilmiş əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir və İddiaçı aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə və göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. Göründüyü kimi ekspert rəyi ilə tam təsdiq olunur ki, "xxxx" klinikasında iddiaçıya əməliyyatdan qabaq qoyulmuş diaqnoz və üzərində aparılmış cərrahi əməliyyat səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. Yəni iddiaçının üzərində aparılmış cərrahi əməliyyatın nöqsanlarla icra edilməsi halı öz təsdiqini tapmadığı üçün, iddiaçının tibib əməliyyata görə ödənilmiş 1600 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutulması barədə tələbi əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmiş, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, iddiaçı üzərində cərrahi əməliyyatların uğursuz aparılması müəyyən edilmədiyindən və bu hal ekspertiza rəyi ilə öz təsdiqini tapdığından, eyni zamanda iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya qeyd edir ki, iddiaçının bildirdiyi faktiki hallar cavabdeh "xxxx" klinikası ilə bağlı hissədə iddia tələbinin qanuni əsası olan Mülki Məcəllənin 1112-ci maddəsinin dispozisiya şərtlərinə uyğunlaşmamaqdadır. Həmçinin vurulmuş mənəvi ziyan görə 3000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd olunmalıdır ki, həmin hissədə iddia əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 3000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(009)- 2691/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar