Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1681/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi, özü də cavabdeh olan Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(003)-3799/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdeh İddiaçı qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "cavabdeh İddiaçı məxsus Baki şəhəri, Xətai rayonu, X9 küçəsi ev 9, mənzil 6, iddiaçı - Cavabdeh2 və körpə övladı xx.xx.2022-ci il təvəllüdlü X2 istifadə hüquqlarının tanınması, hər ikisinin həmin mənzilə köçürülmələri və cavabdeh İddiaçı Cavabdeh2 ilə bu istifadə hüququ barədə razılaşmanın köçürülmədən əvvəl, yəni 20 sentyabr 2021-ci əldə edilmiş (bağlanmış) hesab olunması" barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh2 məxsus əşyaların (yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti - divan, kreslo, masa, oturacaq, televizor altlığı, mətbəxdə yerləşən mətbəx mebeli, soyuducu, elektronik əşyalar və s.) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun tərəflərin özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndiriləsə də qətnamə dəyişdirilmədən saxlanılmışdır. 2.Hazırkı iş üzrə İddiaçı iddia edir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 02 aprel 2024-cü il tarixində icraya yönəldirldikdən sonra 04 iyun 2024-cü il tarixində məhkəmə icraçılarının iştirakı ilə mənzil boşaldılaraq ona təhvil verilmiş, 16 noyabr 2022-ci il tarixindən 04 iyun 2024-cü il tarixinədək onun mənzil hüququ cavabdehlər tərəfindən kobud şəkildə pozulmuş, ona məxsus 6 saylı mənzilin mətbəxinin və yaşayış otaqlarının qapılarının cavabdeh şəxslər tərəfindən 1 il 6 aydan artıq müddətdə bağlı saxlanılması, qeyd edilən mənzildən istifadə hüquqlarının cavabdeh şəxslər tərəfindən qanuna zidd şəkildə qəsdən məhdudlaşdırılması, 7 nömrəli poliklinikada müalicə və müayinədən yetərincə istifadə edə bilməməyi səbəbindən, eyni zamanda ona və oğlu İlham Elyasova qarşı cavabdeh şəxslər tərəfindən qaldırılmış əsassız qeyri-hüquqi hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki hüquq pozuntusu nəticəsində onlara vurduqları 25000 (iyirmi beş min) AZN həcmində maddi və mənəvi zərərin əvəzinin hüquq pozuntusu törətmiş cavabdeh şəxslər tərəfindən tam həcmdə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə oğlu İlham Elyasovun toyu xx.xx.2021-ci il tarixində, rəsmi nikahı isə xx.xx.2021-ci il tarixində olub. Toydan sonra Cavabdeh2 ilə oğlu İlham Elyasov onun şifahi razılığı əsasında Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən ona məxsus 6 saylı mənzildə müvəqqəti olaraq fasilələrlə yaşayıblar. Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən, ona məxsus 6 saylı mənzil paylı mülkiyyət deyildir. Cavabdeh2 və oğlu İlham Elyasov qeyd edilən mənzildə pay sahibi olmayıblar. Qeyd edilən ünvanda pasport qeydiyyatları da olmayıb. İlham Elyasov hərbiçidir, hərbi hissədə qeydiyyatdadır, dəqiq daimi yaşayış yeri yoxdur, daşınmaz əmlak mülkiyyətçisi deyildir. 2022-ci ilin noyabr ayında o və həyat yoldaşı Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən ona məxsus 6 saylı mənzildə oğlu və gəlini ilə birgə yaşamaq istədikdə Cavabdeh2 və onun valideynləri etiraz etmişlər. 17 noyabr 2022-ci il tarixində Cavabdeh2 və valideynləri gün ərzində İlham Elyasovun telefon zənglərinə və mesajlarına cavab verməmiş, günün sonunda Cavabdeh2 İlham Elyasova SMS yazaraq valideynləri ilə getməsi, geri qayıtmayacağı, boşanmaq istədiyini, mənzilin giriş qapısının açarını 1 nüsxəsini pilləkən qəfəsində su sayğacının yanına qoyması (digər nüsxəsini isə özü ilə aparmışdır) barədə məlumat vermişdir. Saat 19.00 radələrində İlham Elyasov tərəfindən mənzilə baxış keçirilmış, Cavabdeh2 və valideynləri tərəfindən Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən, 6 saylı mənzilin giriş qapısı, mətbəxin və yaşayış otaqlarının qapıları qeyriqanuni yolla ayrı-ayrı açarlarla bağlanılması və azyaşlı nəvəsi Fidan İlham qızını da götürərək, qeyd edilən ünvanı birlikdə tərk etmələri məlum olmuşdur. Mətbəxin və yaşayış otaqlarının qapılarının açarları qeyd edilən ünvanda aşkar edilməmişdir. Növbəti gün onlar tərəfindən mənzilin giriş qapısının açarı dəyişdirilmişdir. 10 gündən sonra Xətai RPİ-nin 34-cü PB-nin əməkdaşlarının iştirakı ilə Xətai rayonu,S.Ə.Şirvani küçəsi 9, mənzil 6 ünvanında mətbəxin və yaşayış otaqlarının qapıları Cavabdeh2 atası Cavabdeh1 tərəfindən 17 noyabr 2022-ci il tarixdən özündə saxladığı ayrı-ayrı açarlarla açılmış, Cavabdeh2 məxsus qiymətli əşyalar, paltar, yataq dəsti, uşaq beşiyi, uşaq arabası, qabqacaq və s. aparılmış, qeyd edilən ünvanda yalnız mebel qalmışdır. Cavabdeh1 mətbəxin və yaşayış otaqlarının qapılarını özündə saxladığı ayrı-ayrı açarlarla yenidən bağlamış, açarları mənzil sahibinə təhvil verməkdən imtina etmiş və qeyd edilən ünvanı tərk etmişdir. Mənzilin yaşayış otaqlarının və mətbəxinin boşaldılıb təhvil verilməsi barədə Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh şəxslər mənzilin boşaldılıb təhvil verilməsindən imtina etmişlər. Cavabdeh2 iddia ərizəsi əsasında İlham Elyasovla birgə nikahlarına Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 637/2023 nömrəli qətnaməsi ilə xitam verilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 anası Cavabdeh2 himayəsində saxlanılmış və cavabdeh X3 aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq Cavabdeh2 ödənilməsi təmin edilmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və s.” ilkin iddia tələbi üzrə ərizəsinə və İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış otaqlarının və mətbəxin boşaldılması” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə Xətai Rayon Məhkəməsində baxılmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 “yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və s.” ilkin iddia tələbi təmin edilməmiş; qarşılıqlı iddia tələbi təmin edilmiş, Cavabdeh2 məxsus əşyalar (yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti - divan, kreslo, masa, oturacaq, televizor altlığı, mətbəxdə yerləşən mətbəx mebeli, soyuducu, elektronik əşyalar və s.) ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus 6 saylı mənzildən çıxarılması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 vəkili Rauf Abdullayev tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4294/2023 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)- 2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4294/2023 saylı qətnaməsindən Cavabdeh2 vəkili Rauf Abdullayev tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-153/2024 nömrəli qərarı ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-4294/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası üçün Xətai Rayon Məhkəməsi tərəfindən 02 aprel 2024cü il tarixində icra vərəqəsi verilmiş,cavabdehlər 2 ay məhkəmə qətnaməsinin icrasından müxtəlif bəhanələrlə boyun qaçırmış, 04 iyun 2024-cü il tarixində məhkəmə icraçılarının iştirakı ilə mənzil boşaldılaraq ona təhvil verilmişdir. Xətai rayonu,S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən ona məxsus 6 saylı mənzilin mətbəxinin və yaşayış otaqlarının qapılarının açarları mənzil tam boşaldıldıqdan sonra Cavabdeh1 tərəfindən 04 iyun 2024-cü il tarixində axşam saatlarında təhvil verilmişdir. 16 noyabr 2022-ci il tarixindən 04 iyun 2024-cü il tarixinədək onun mənzil hüququ cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Bir il 6 aydan artıq müddətdə mənzilindən istifadə edə bilməmişdir. O özü və həyat yoldaşı təqaüdçüdür, mübahisəli mənzilin yaxınlığında yerləşən 7 nömrəli poliklinikada qeydiyyatlı xəstədirlər. O, 2-ci qrup əlildir. Hər ikisi qeyd edilən mənzildə pasport qeydiyyatındadırlar. Davamlı olaraq həkim məsləhətinə və tibbi müayinələrə ehtiyacı olur. Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən ona məxsus 6 saylı mənzilin mətbəxinin və yaşayış otaqlarının qapılarının cavabdeh şəxslər tərəfindən bir il 6 aydan artıq müddətdə bağlı saxlanılması, qeyd edilən mənzildən istifadə hüquqlarının cavabdeh şəxslər tərəfindən qanuna zidd şəkildə qəsdən məhdudlaşdırılması, 7 nömrəli poliklinikada müalicə və müayinədən yetərincə istifadə edə bilməməyi səbəbindən, eyni zamanda ona və oğlu İlham Elyasova qarşı cavabdeh şəxslər tərəfindən qaldırılmış əsassız qeyri-hüquqi hərəkətlər, çoxsaylı məhkəmə çəkişmələri (16(003)-80/2022, 2(003)-637/2023, 2(003)-830/2023, 16(003)- 1/2023, 2(011)-2189/2023, 2(003)-637/2023, 2(103)-4294/2023, 2(103)-4510/2023, 2(103)-5885/2023, 2(102)-153/2024, 2(102)-857/2024, 2(011)-2189/2023, 2(103)- 3210/2024, 2(102)-153/2024, 2(102)-2938/2024, 2(003)-3311/2024,1-1(093)-177/2024) nəticəsində keçirdikləri mənəvi sarsıntı və iztirablar səbəbindən ailə üzvlərinin sağlamlığı hədsiz dərəcədə pisləşmişdir. 5.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 dekabr 2024-cü il tarixli, 2(003)-3799/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Emin Rüstəmov) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2189/2023 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh2 cavabdeh İddiaçı qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "cavabdeh İddiaçı məxsus Baki şəhəri, Xətai rayonu, X9 küçəsi ev 9, mənzil 6, iddiaçı - Cavabdeh2 və körpə övladı xx.xx.2022-ci il təvəllüdlü X2 istifadə hüquqlarının tanınması, hər ikisinin həmin mənzilə köçürülmələri və cavabdeh İddiaçı Cavabdeh2 ilə bu istifadə hüququ barədə razılaşmanın köçürülmədən əvvəl, yəni 20 sentyabr 2021-ci əldə edilmiş (bağlanmış) hesab olunması" barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh2 məxsus əşyalar (yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti - divan, kreslo, masa, oturacaq, televizor altlığı, mətbəxdə yerləşən mətbəx mebeli, soyuducu, elektronik əşyalar və s.) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun tərəflərin özünə aid edilməsi nəzərdə tutulmuşdur. 7.İşin faktiki halları ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı keçmiş gəlininin və onun atasının ona məxsus olan mənzili təhvil verməmələrinə görə onlara qarşı müxtəlif iddialar qaldırmışdır. İddiaçı hesab edir ki, həmin iddiaları qaldırmaqla müxtəlif məhkəmə çəkişmələri olmuş və nəticədə ona həm maddi, həm də mənəvi zərər dəymişdir. 8.Məhkəmə məddi ziyanla bağlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin, iddiaçı məhkəmə çəkişmələri zamanı onun pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcləri (məsələn: dövlət rüsumunun geri ödənilməsi və sair) cavabdehdən həmin mülki işlər üzrə tələb edə bilərdi. Həmçinin, iddiaçının əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, yəni ona dəymiş real zərər də müəyyən edilmir. Bundan başqa, hər hansı şəxsin öz pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etməsi və onun iddiasının təmin edilməsi qarşı tərəfin maddi ziyanla bağlı hər hansı öhdəliyinin yaranmasına dəlalət etmir. 9.İddiaçının mənəvi zərərlə bağlı tələbini də əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, mənəvi zərər əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməni ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclasında iddiaçının cavabdehlərlə aralarında olan məhkəmə çəkişmələrinin nəticəsində sağlamlığının pozularaq iztirab keçirməsi və ya mənəvi sarsıntılar keçirməsi öz təsdiqini tapmamışdır. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına;«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarına;İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına; “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 11.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki hüquq pozuntusu nəticəsində ona vurduqları 25000 (iyirmi beş min) AZN həcmində maddi və mənəvi zərərin əvəzinin hüquq pozuntusu törətmiş cavabdeh şəxslər tərəfindən tam həcmdə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd edilmişdir ki, Xəzər Rayon Məhkəməsinin hakimi tərəfindən 2(003)-3799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mənzil hüququnun cavabdeh şəxslər tətəfindən qeyri-qanuni məhdudlaşdırılması nəticəsində 1 il 6 aydan artıq müddətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi 12000 (on iki min) AZN dən artıq itirilmiş maddi zərər layiqincə qiymətləndirilməmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-3799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən iddiaçıya məxsus 6 saylı mənzilin mətbəxinin və yaşayış otaqlarının qapılarının cavabdeh şəxslər tərəfindən 1 il 6 aydan artıq müddətdə bağlı saxlanılması, qeyd edilən mənzildən istifadə hüququnun cavabdeh şəxslər tərəfindən qanuna zidd şəkildə qəsdən məhdudlaşdırılması, 7 nömrəli poliklinikada müalicə və müayinədən yetərincə istifadə edə bilməməyimi səbəbindən, eyni zamanda ona və oğlu İlham Elyasova qarşı cavabdeh şəxslər tərəfindən qaldırılmış əsassız qeyri-hüquqi hərəkətlər, çox saylı məhkəmə çəkişmələri nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztirablar səbəbindən ailə üzvlərinin sağlamlığının hədsiz dərəcədə pisləşməsi-mənəvi zərər də hakim tərəfindən layiqincə qiymətləndirilməmişdir. Məhkəmə qətnaməsinin 4-cü səhifəsində qeyd edilir ki, ”İddiaçı keçmiş gəlininin və onun atasının ona məxsus olan mənzili təhvil verməmələrinə görə onlara qarşı müxtəlif iddialar qaldırmışdır. İddiaçı hesab edir ki, həmin iddiaları qaldırmaqla müxtəlif məhkəmə çəkişmələri olmuş və nəticədə ona həm maddi, həm də mənəvi zərər dəymişdir.” Yanlış ifadədir. Bütün iddia tələbləri qarşı tərəfdən verilmiş, iddiaçı isə daim müdafiə mövqeyində olmuşlar. Xəzər Rayon Məhkəməsinin 2(003)- 3799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi elektron kabinet vasitəsi ilə məhkəməyə tərəfindən təqdim edilmiş yazılı sübutların araşdırılmaması, üstündən sükutla keçilməsi və mühüm faktların aydınlaşdırılmaması nəticəsində qəbul edilmişdir. 16 noyabr 2022-ci il tarixindən 04 iyun 2024-cü il tarixinədək- 1 il 6 ay ərzində mənzil hüququnun cavabdeh şəxslər tətəfindən qeyriqanunu məhdudlaşdırılması ilə bağlı təqdim edilmiş yazılı sübutlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Xəzər Rayon Məhkəməsinin 2(003)- 3799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində mənzil hüququnun cavabdeh şəxslər tərəfindən qeyri-qanuni məhdudlaşdırılması nəticəsində 1 il 6 aydan artıq müddətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi 12000(on iki min) azn-dən artıq itirilmiş maddi zərər hakim tərəfindən layiqincə qiymətləndirilməmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)- 3799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən iddiaçıya məxsus 6 saylımənzilin mətbəxinin və yaşayış otaqlarının qapılarının cavabdeh şəxslər tərəfindən 1 il 6 aydan artıq müddətdə bağlı saxlanılması, qeyd edilən mənzildən istifadə hüququnuun cavabdeh şəxslər tərəfindən qanuna zidd şəkildə qəsdən məhdudlaşdırılması, 7 nömrəli poliklinikada müalicə və müayinədən yetərincə istifadə edə bilməməyimi səbəbindən, eyni zamanda ona və oğlu İlham Elyasova qarşı cavabdeh şəxslər tərəfindən qaldırılmış əsassız qeyri-hüquqi hərəkətlər, çoxsaylı məhkəmə çəkişmələri nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztirablar səbəbindən ailə üzvlərinin sağlamlığının hədsiz dərəcədə pisləşməsi- mənəvi zərər hakim tərəfindən layiqincə qiymətləndirilməmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-3799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində iddia tələbinə cavabdehin mövqeyinin müdafiəsi istiqamətində baxılmış, iş materialları hərtərəfli araşdırılmadan əsassız olaraq cavabdehlərin xeyrinə qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 15.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi, özü də cavabdeh olan Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, onun qızı Nuray iddiaçının oğlu ilə ailə qurandan sonra, iddiaçının özünün razılığı ilə mübahisəli mənzilə köçmüşdür. Qızı Nurayın bütün cehiz əşyaları həmin evdə olmuşdur. Nuray evdən gedəndə istifadəsində olan otaqların qapılarını əmlaklarının qorunması üçün bağlamış, iddiaçının özünün istifadəsində olan otaq açıq qalmışdır. Nuray evdən gedəndə iddiaçının özünün də qeyd etdiyi kimi, evin giriş qapısının açarlarının birini onlara vermişdir. Qızı Nuray öz hüquqlarının məhkəmə müdafiəsindən istifadə etmişdir. Onlar heç kimə zərər yetirməmişlər. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.Maddə 21.1, 21.2.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 17.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 18.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 19.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 20.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 21.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 24.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını tədqiq edərək, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 25.Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdeh İddiaçı qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "cavabdeh İddiaçı məxsus Baki şəhəri, Xətai rayonu, X9 küçəsi ev 9, mənzil 6, iddiaçı - Cavabdeh2 və körpə övladı xx.xx.2022-ci il təvəllüdlü X2 istifadə hüquqlarının tanınması, hər ikisinin həmin mənzilə köçürülmələri və cavabdeh İddiaçı Cavabdeh2 ilə bu istifadə hüququ barədə razılaşmanın köçürülmədən əvvəl, yəni 20 sentyabr 2021-ci əldə edilmiş (bağlanmış) hesab olunması" barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh2 məxsus əşyaların (yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti - divan, kreslo, masa, oturacaq, televizor altlığı, mətbəxdə yerləşən mətbəx mebeli, soyuducu, elektronik əşyalar və s.) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun tərəflərin özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndiriləsə də qətnamə dəyişdirilmədən saxlanılmışdır. 26.İddiaçının tələbi, onun keçmiş gəlini və onun atasının ona məxsus olan mənzili təhvil verməmələrinə görə onlara qarşı müxtəlif iddialar qaldırması və bununla əlaqədar müxtəlif məhkəmə çəkişmələri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi ilə bağlıdır. 27.İddiaçı iddia edir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 02 aprel 2024-cü il tarixində icraya yönəldirldikdən sonra 04 iyun 2024-cü il tarixində məhkəmə icraçılarının iştirakı ilə mənzil boşaldılaraq ona təhvil verilmiş, 16 noyabr 2022ci il tarixindən 04 iyun 2024-cü il tarixinədək onun mənzil hüququ cavabdehlər tərəfindən kobud şəkildə pozulmuş, ona məxsus 6 saylı mənzilin mətbəxinin və yaşayış otaqlarının qapılarının cavabdeh şəxslər tərəfindən 1 il 6 aydan artıq müddətdə bağlı saxlanılması, qeyd edilən mənzildən istifadə hüquqlarının cavabdeh şəxslər tərəfindən qanuna zidd şəkildə qəsdən məhdudlaşdırılması, 7 nömrəli poliklinikada müalicə və müayinədən yetərincə istifadə edə bilməməyi səbəbindən, eyni zamanda ona və oğlu İlham Elyasova qarşı cavabdeh şəxslər tərəfindən qaldırılmış əsassız qeyrihüquqi hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. 28.Mülki Qanunvericiliyin yuxarıdakı bəndlərdə qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 30.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 31.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydadaməhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 32.Göründüyü kimi cavabdehlərin məhkəmə müdafiəsi hüququndan istifadə edərək iddia tələbi ilə məhkəməyə müraciət etməsi, məhkəmə qətnaməsini mübahisələndirməsi ilə bağlı hallar cavabdehlərin hər hansı təqsirli, hüquqazidd əməli nəticəsində baş verməmişdir. Onlar öz hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə məhkəməyə müraciət etmiş, iddia tələbləri isə məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Bu halda cavabdehlərin hər hansı təqsiri müəyyən edilmir. 33.Digər tərəfdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı digər qanunsuz hərəkətləri, hüquqpozmaları və müdaxilələri ilə bağlı isə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Belə ki, Cavabdeh2 iddiaçının oğlu ilə ailə qurandan sonra iddiaçının özünün də qeyd etdiyi qaydada, iddiaçının özünün razılığı ilə mübahisəli evə gəlin gəlmiş, öz cehiz əşyalarını həmin evə gətirmişdir. Cavabdeh2 ailə münasibətləri pozulandan sonra öz əşyaları olan otağın qapısını bağlamış, iddiaçının otağı və evin giriş qapısı iddiaçının istifadəsində olmuşdur. 34.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 35.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 36.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 37.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 38.Həmçinin, kollegiya iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. 39.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. 40.Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 41.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraqməhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 42.Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 43.Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də əsassızdır. Belə ki, mənəvi zərər əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməni ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclasında iddiaçının cavabdehlərlə aralarında olan məhkəmə çəkişmələrinin nəticəsində sağlamlığının pozularaq iztirab keçirməsi və ya mənəvi sarsıntılar keçirməsi öz təsdiqini tapmamışdır. 44.Kollegiya məhkəmənin həmçinin mənəvi zərərlə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır. 45.Qeyd olunanlara əsasən kollegiya iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(003)- 3799/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 46.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 47.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 48.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 49.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(003)-3799/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasəmov