Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1683/2019 30.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Məmmədova Gülnaraİmdatovna, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-1259/2018 saylı qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Bakı şəhər” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü iltarixli, 377 saylı kredit müqaviləsinə əsasən ******* manat məbləğində əsas borcun, 487126.41 manat məbləğində faiz borcunun və 30 manat məbləğində dövlət rusumununCavabdeh1 bankın xeyrinə tutulması, tutmanın qeyd olunan kreditin təminatı kimi banka ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin, 21 saylı mənzilinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin, 72 saylı mənzilinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 62 saylı evin, 1 saylı mənzilinə və Cavabdeh4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yerləşən 42 saylı evin, 4 saylı mənzilinə yönəldilməsi, bu 4 mənzilin ilkin satış qiymətinin müəyyən olunması, açıq hərracda satılması və satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1259/2018 saylı, xx xxxx 2018ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə ******* (bir milyon üç yüz min) manat əsas, 184022.22 (yüz səksən dörd min iyirmi iki manat iyirmi iki qəpik) manat məbləğində faiz, xx xxxxxx 2016-cı il tarixdən xx xxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 98407 (doxsan səkkiz min dörd yüz yeddi) manat məbləğində faiz, cəmi 1582429.22 (bir milyon beş yüz səksən iki min dörd yüz iyirmi doqquz manat iyirmi iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı evin, giriş 1-A, 21 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı evin, giriş-2B, 72 saylı mənzilinə, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 62 saylı evin 1 saylı mənzilinə və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yerləşən 42 saylı evin 4 saylı mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsaitin hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi əmlakların dəyərinə uyğun olaraq ipoteka qoyanlara - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin, giriş 1-A, 21 saylı mənzilinin ilkin satış qiymətinin 350.000 (üç yüz əlli min) manat, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin, giriş 2B, 72 saylı mənzilinin ilkin satış qiymətinin 260.000 (iki yüz altmış min) manat, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 62 saylı evin, 1 saylı mənzilinin ilkin satış qiymətinin 265000 (iki yüz altmış beş min) manat və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 42 saylı evin, 4 saylı mənzilinin ilkin satış qiymətinin 175000 (yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı evin, giriş 1-A, 21 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı evin, giriş - 2B, 72 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 həmin əmlaklardan çıxmazsa, onun məcburi qaydada çıxarılması, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 62 saylı evin, 1 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 həmin əmlakdan çıxmazsa, onun məcburi qaydada çıxarılması, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 42 saylı evin, 4 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxmazsa, onun məcburi qaydada çıxarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddiasını əsaslandırarkən iddia ərizəsinə əlavə edilmiş sənədlər tərəflər arasında öhdəliyin yaranaması və cavabdehin iddiaçıya borclu olmasını sübut edən hal hesab edilməməlidir. Çünki, təqdim edilən sənədlər bir tərəfli qaydadada iddaçı tərəfindən hazırlanmışdır. Odur ki, onun düzgünlüyü və obyektivliyi şübhə doğurur. İddiaçının təqdim etdiyi borc rəqəmi özü onda şübhə doğurur Həmçinin, məhkəmə işə baxarkən iş materiallarını və işin faktiki hallarını kifayət qədər dərindən araşdırmamışdır.Məhkəmə isə yalnız bank tərəfindən birtərəfli qaydada tərtib olunmuş arayışlara əsaslanmış və tərəflərindən təqdim olunmuş ödəniş sənədlərini sübut kimi qəbul etməmiş və buna görə də yalnış qənaətə gəlmişdir.Ümumiyyətlə isə məhkəmə prosesində onlar göstərilən faiz borcu ilə razılaşmadıqlarını bildirmişlər. Yalnız bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək iddia tələbini dəqiqləşdirmişdir. Bu səbəbdən hesab edir ki, bankın tələb etdiyi faiz və 5 faizlik bank uçot dərəcəsi ilə hesablanmış faiz məbləği də reallığı əks etdirmir. Bu səbəbdən də məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi.Bundan başqa qətnamədə iş üzrə ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə dair ekspertiza təyin edildiyini, “Legal Prime” adlı hüquq və konsalting şirkəti tərəfindən həmin əmlakların ilkin satış qiymətləri müəyyən edildiyi göstərilmişdir. Həmin şirkətin təqdim etdiyi qiymətlər də reallığı əks etdirmir. Ümumiyyətlə ekspertiza təyin edildikdən sonra “Legal Prime” adlı hüquq və konsaltinq şirkətinin əməkdaşları ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini müəyyən etsələr də bircə dəfə də olsun əmlakın indiki vəziyyəti ilə yerində tanış olmamış, əmlaka baxış keçirməmişdirlər. Məlum deyil ki həmin qiymətlər necə müyyən edilmişdir.Yəni məhkəmənin həm borcla bağlı həm də ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı istinad etdiyi sübutlar reallığı əks etdirmədiyinə görə nə göstərilən faiz borcu nə də ki, ekspertin əmlaklarla bağlı müəyyən etdiyi qiymətlə razı deyil. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddiaçının cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının Cavabdeh1 münasibətdə yoxlanılması təşkil edir. İddiaçı və digər cavabdehlər apellyasiya şikayətləri vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Belə ki, onların apellyasiya şikayətləri olmadığı halda qətnamənin onlara münasibətdə yoxlanılması sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 377 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 24 ay müddətinə illik 13 % olmaqla 1.300.000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə ödəmək barədə öhdəlik götürmüşdür.İddiaçı ASC ilə ipotekaqoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 400.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı evin, giriş 1-A, 21 saylı mənzilini və 280.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı evin, giriş 2B, 72 saylı mənzilini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir.İddiaçı ASC ilə ipotekaqoyan Cavabdeh3 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 420.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 62 saylı evin, 1 saylı mənzilini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir.İddiaçı ASC ilə ipotekaqoyan Cavabdeh4 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh4 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 180.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 42 saylı evin, 4 saylı mənzilini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası tərəfindən xx xxxxxxx 2018-ci il tarixli 2(103)-11198/2018 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair kollegiyaya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən təqdim edilmiş 2701 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 banka xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) olan əsas kredit borcu 1.300.000 manat, faiz borcu isə 183.079,92 manat, xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək (iddia tələbi dəqiqləşdirildiyi tarixə) olan əldən çıxmış fayda isə 98.402,78 manat hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borc 1.300.000 manat, faiz borcu 188.243,81 manat, əldən çıxmış fayda isə 99.486,11 manat təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borcun düzgün, faiz borcunun isə borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən ödənilməsi tələb olunan faiz məbləğinin az hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə faiz borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi faiz borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birini instansiya məhkəməsi cavabdehin tərəfindən Banka ödənilməmiş əsas borcun 1.300.000 manat, faiz borcunun isə 183.079,92 manat məbləğində müəyyən edilməsində düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən təqdim edilmiş 2701 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, xx.xx.2016-cı ildən (müqavilənin müddəti bitdiyi vaxtdan) xx.xx.2018-ci il tarixədək (iddia tələbi dəqiqləşdirilən vaxta) olan əldən çıxmış fayda 98.402,78 manat hesablanmışdır. Belə olan halda 98.402,78 manat zərərin əvəzi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa cavabdehin apellyasiya şikayəti-ipoteka predmetlərinin ilkin satış dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya qeyd edir ki,birinci instansiyaməhkəməsi tərəfindən təyin edilmiş əmtəşünaslıq ekspertizasnın nəticələrinə dair “Legal Prime” Hüquq və Konsaltinq şirkətinin xx.xx.2018-ci il tarixli, LP-042/18 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin, giriş 1-A, 21 saylı mənzilin xx.xx.2018-ci il tarixinə ilkin satış qiyməti 350.000 manat təşkil edir. “Legal Prime” Hüquq və Konsaltinq şirkətinin xx.xx.2018-ci il tarixli, LP-043/18 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 40 saylı evin, giriş 2B, 72 saylı mənzilin xx.xx.2018ci il tarixinə ilkin satış qiyməti 260.000 manat təşkil edir. “Legal Prime” Hüquq və Konsaltinq şirkətinin xx.xx.2018-ci il tarixli, LP-044/18 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən, 62 saylı evin, 5 otaqlı 1 saylı mənzilin xx.xx.2018-ci il tarixinə ilkin satış qiyməti 265.000 manat təşkil edir. “Legal Prime” Hüquq və Konsaltinq şirkətinin xx.xx.2018-ci il tarixli, LP-045/18 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məqsud Əlizadə küçəsində yerləşən 42 saylı evin, 4 saylı mənzilin xx.xx.2018-ci il tarixinə ilkin satış qiyməti 175.000 manat təşkil edir. Buna baxmayaraq, kollegiya tərəfindən xx xxxxxxx 2018-ci il tarixli 2(103)- 11198/2018 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslı və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması isə Azərbaycan Respublikası ƏMDK-nə həvalə edilmişdir. Ekspertiza tədqiqatını apran orqan tərəfindən, müvafiq xidmət haqqının ödənilməsi, əmlaka baxışın keçirilməsi üçün qiyməndiriciyə şərait yaradılması və qiymətləndirmənin aparılması üçün zəruri sənədlərin təqdim edilməsinə dair vəsatət daxil olmuşdur. Həmin vəsatət əsasında tərəflərə məktub göndərilmiş və xəbərnaməyə imza etdirilməklə məktublar çatdırılmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən, müvafiq xidmət haqqı aparılmadığından və qiymənləndiriciyə şərait yaradılmadığından ekspertiza tədiqatının aparılmasından imtina edilmişdir. Belə olan halda məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizalarının rəylərinin mötəbərliyinə şübhə ilə yanaşmağa hər-hansı əsas müəyyən olunmur. Qiymətləndirmənin düzgün aparılmaması cavabdehin şəxsi mülahizələrinə əsaslanır və onun subyektiv fikridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 145 manat təşkil etdiyindən həmin məbləğ Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1 “xxxxxxxxxxx” ASC-yə olan faiz borcu 183.079,92 manat, xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan əldən çıxmış fayda isə 98.402,78 manat hesablanmalı, məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 145 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)- 1259/2018 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilsin. Cavabdeh1 “xxxxxxxxxxx” ASC-yə olan faiz borcu 183.079,92 manat, xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan əldən çıxmış fayda isə 98.402,78 manat hesablansın. Məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 145 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-1683/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1683/2019
30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver