Məhkəmə qərarları › İş №2(103)-169/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-169/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-169/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X3, Cavabdeh Borclu1 iştirakları ilə, İddiaçı Kreditor İKB ASC-nin cavabdehlər Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2584/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh Borclu1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kreditor İKB ASC cavabdehlər Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 müştərək qaydada Kreditor İKB-nin xeyrinə xx.xx.2013-cü tarixli əsas kredit müqaviləsi üzrə 597.858.30 manat əsas borc, 407.801,06 manat faiz borcu və 53.805,76 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.059.465,12 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Borclu1 ilə Kreditor X2 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli əsaskredit müqaviləsinin ləğv edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 müştərək qaydada Kreditor İKB-nin xeyrinə xx.xx.2013-cü tarixli əsas kredit müqaviləsi üzrə 597.858.30 manat əsas borc, 407.041,06 manat faiz borcu və 88.906,46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.157.806,22 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Borclu1 ilə Kreditor X2 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli əsaskredit müqaviləsinin ləğv edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2584/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 müştərək qaydada xx.xx.2013-cü tarixli əsas kredit müqaviləsi üzrə 597858.3 manat əsas borc, 471041.06 manat faiz borcu və 17781 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1086680.36 manat borcun Kreditor X2 ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Kreditor İKB ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 94%-i, yəni 28 manatı cavabdehlər Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 06%-i, yəni 02 (iki) manatının isə iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Borclu1 apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsində məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, vəsatəti təmin edilməmişdir. Bundan başqa iddiaçı Kreditor İKB ASC tərəfindən qaldırılan mülki işin mahiyyəti onun iddiasını sənədlərin əsli ilə sübut etməsini zəruri edir. Bu zərurətin olmasına baxmayaraq iddiaçı tərəf kassa məxaric orderinin əslini məhkməyə təqdim edə bilməmişdir. Ona görə ki, həmin kredit müqaviləsi üzrə pul götürməmiş və həmin kredit müqaviləsi üzrə kassa məxaric orderinin əsli yoxdur. Binəqədi Rayon Məhkəməsi iş üçün əhəmiyyətli yazılı sübut olan kassa məxaric orderinin əslini tələb etmədən mülki işə hüquqi qiymət verməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına zidd qərar qəbul edə bilməyəcəyi halda zidd qərar etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının Plenumunun xx.xx.2008-ci il tarixli şərhində qeyd edilmişdir ki, kserosurət işin mahiyyəti barədə qərar verən məhkəmələr üçün əsas ola bilməz. Binıqidi Rayon Məhkəməsi iş üzrə qərar qəbul edərkən baxmayaraq ki, pul götürməmiş, iddiaçının ondan və zaminlərdən öz xeyrinə tələb etdiyi pul məbləği üzrə ekspertiza təyin edərək mütəxəssis rəyi almadan iddiaçının əsas və faiz borcu üzrə tələbini təmin etmişdir. İddiaçı tərəf məhkəmədə iddia qaldırdığı zaman tələb etdiyi faiz və cərimə borcu üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edərək faiz borcu üzrə 53.240,06 manat, cərimə borcu üzrə 35.101,76 manat olmaqla, ümümilikdə 88 341,82 manat artıq pul tələb etməkdədir. Bu hansı hesablama mexanizması ilə müəyyən edilmişdir. İşə baxam hakim artırılan faiz borcunu tam olaraq, cərimə borcunu isə qismən təmin etmişdir. Apellyator həmçinin, kassa məxaric orderinin kserosurətinin üzərindəki imzanın ona aid olmadığını bildirmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Borclu1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdeh Borclu1 oğluna münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Borclu1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən, cavabdehə 84 ay müddətinə kredit xətti açılmışdır. İddiaçı ilə cavabdeh Borclu1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli kredit müqavilələrinə əsasən, Borclu1 müvafiq olaraq 84 ay müddətinə, illik 16 faiz hesablanmaqla 200.000 manat; 83 ay müddətinə, illik 16 faiz hesablanmaqla 400.000 manat məbləğində kredit pul vəsaiti verilmişdir. Verilmiş kredit pul vəsaitlərinin ödənilməsinin təminatı olaraq digər cavabdehlərlə zaminlik müqavilələri bağlanmışdır. İşdən göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1864 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2018-ci il tarixə (qətnamə qəbul edilən tarix) banka olan əsas kredit borcu 594.325,31 manat, faiz borcu isə 444.561,75 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehlərin iddiaçıya olan əsas borcu 594.325,31 manat, faiz borcu isə 444.561,75 manat məbləğində müəyyən edilməlidir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun birinci instansiya məhkəməsi tərəfindən 17.781 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş kassa məxaric orderlərində olan imzanın cavabdeh Borclu1 məxsus olubolmamasının müəyyən edilməsi üçün kollegiya tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/336 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş ekspert rəyinə əsasən, mülki işin xx.xx.2013-cü il tarixli 3-S-2- 0-603-13 nömrəli Əəsas kredit müqaviləsinin 1-4-cü vərəqələrində olan “Borcalan” qrafalarındakı imzalar, 5-ci vərəqəsində olan “Borcalan Borclu1” qrafasından aşağıda yerləşən “İmza” və “Borcalan” qrafalarındakı imzalar; xx.xx.2013-cü il tarixli 3-S-2-0-603- 13 nömrəlikredit müqaviləsinin (xx.xx.2013-cü il tarixli 3-S-2-0-603-13 saylı kredit müqaviləsinə əlavə) 1-5-ci vərəqələrində olan “Borcalan” qrafalarındakı imzalar, 6-cı vərəqəsində olan “Borcalan Borclu1” qrafasından aşağıda yerləşən “İmza” və “Borcalan” qrafalarındakı imzalar; xx.xx.2013-cü il tarixli 3-S-2-0-603-13 (2) nömrəli kredit müqaviləsinin (xx.xx.2013-cü il tarixH 3-S-2-0-603-13 saylı Əsas kredit müqaviləsinə əlavə) 1-5-ci vərəqələrində olan “Borcalan” qrafalarındakı imzalar, 6-cı vərəqəsində olan “Borcalan Borclu1” qrafasından aşağıda yerləşən “İmza” və “Borcalan” qrafalarındakı imzalar; xx.xx.2013-cü il tarixli 1***-*******1 Ekran-Unikal kodlu kassa məxaric orderində və xx.xx.2013^0 il jarixli 1***-*******2 Ekran-Unikal kodlu kassa məxaric orderində “Təhvil aldım/Received” qrafalarındakı imzalar - Borclu1 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Borclu1 oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Kreditor İKB ASC-nin xeyrinə tutulmalı olan əsas borc 594.325,31 manat, faiz borcu 444.561.75 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Borclu1 oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı Kreditor İKB ASC-nin xeyrinə tutulmalı olan əsas borc 594.325,31 manat, faiz borcu 444.561.75 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar