Məhkəmə qərarları › İş №2(103)-1692/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1692/2023

10.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1692/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı «avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının nümayəndəsi X2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(006)-4135/2022 saylı qərardadından verilmiş şikayət ərizəsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(006)- 4135/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı «avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Sonradan, İddiaçı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(006)- 4135/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(006)-4135/2022 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, apelyasiya şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(006)-4135/2022 saylı qərardadının ləğv edilməsi və verilmiş apelyasiya şikayətinin baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4135/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual normanın pozulmasına səbəb olmuş hal tərəfindən aradan qaldırılmış, başqa sözlə, məhkəmədə etibarnamə əsasında nümayəndəsi olan həyat yoldaşı X2 öz adına açdığı elektron kabinet vasitəsilə apellyasiya şikayəti və ona dair sənədlər elektron qaydada Nəsimi Rayon Məhkəməsinə ötürülmüşdür. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)- 4135/2022 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(006)- 4135/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(006)-4135/2022 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Belə ki, birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(006)-4135/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verilməklə 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual normanın pozulmasına səbəb olmuş halın aradan qaldırılaraq, elektron kabinet vasitəsilə apellyasiya şikayəti və ona dair sənədlər elektron qaydada Nəsimi Rayon Məhkəməsinə ötürülməsini göstərsə də, iş materiallarından görünür ki, elektron sistemdə yalnız şikayətin geri qaytarılmasına dair sözügedən qərardaddan verilmiş şikayət mövcuddur. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin elektron məhkəmə sistemində olması apellyasiya instansiyası məhkəməsi tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddələrinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Normaların tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddiaçı tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən heç bir maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmənin qərardadı prosessual qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(006)- 4135/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar