Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1694/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMMC-yə qarşı “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına maneçilik törədilməsinin və s.-nin qadağan edilməsi”; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X40, X46, X31, X32 və X22 Cavabdeh MMMC-yə qarşı “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına maneçilik törədilməsinin və s.-nin qadağan edilməsi” tələblərinə dair iddia ərizələri üzrə (Açar sözlər: ümumi mülkiyyətdən istifadəyə yaranmış maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X47 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X32, X40, X46 və X22 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, ünvan 11, mənzil 262 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə X14; ünvan 11, mənzil 17 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 160, M6, m2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə X11; ünvan 11, mənzil 93 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162, M7, m1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə X12; ünvan 11, mənzil 159 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 164, M10, m3 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı; ünvan 11, mənzil 316 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170, M15, m2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə X22; ünvan 11, mənzil 203 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, m2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrəxx.xx.2024-cü il tarixdə X23 adlarına qeydiyyata alınmışdır.
2. Rəcəbov Məhərrəm D1 blokunda, İsmayılov İlham D2 blokunda, İddiaçı A blokunda, Calalov Zaman B blokunda, Nəcəfov Behbud C1 blokunda, Babayev Əliağa C2 blokunda yerləşən mənzillərin sahibləridir.
3. "xxxx" MMC-nin direktoru, Cavabdeh MMMC-nin İdarə heyətinin sədri, MMMC-nin santexniki, elektrik montyoru və gözətçisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, lift xidməti sistemi üzrə Cavabdeh MMMC-yə təhvil verilmiş 13 dəst “Otis” markalı liftlərindən 2 ədəd lift işlək vəziyyətdə deyildir.
4. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 7 ünvanında yaşayan vətəndaş Zöhrab Məmmədliyə və başqalarına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Xətai prospekti 38 nömrəli binanın qarşısında yüngül konstruksiyadan quraşdırılmış qurğu ləğv edilmiş, MMC rəhbərliyinə sakinlərə narahatlıq yaradan hallara yol verilməməsinin zəruriliyi barədə xəbərdarlıq edilmişdir.
5. Cavabdeh MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli qiyabi səsverməsinin nəticələrinə dair protokolunda 256 sahə mülkiyyətçisinə bildiriş göndərilməsi, 217 sahə mülkiyyətçisinin iştirak etməsi qeyd edilmişdir. “Binanın saxlanması üçün müəyyən edilmiş ödənişlərin vaxtında və tam yığılması ilə əlaqədar bütün qanuni tədbirlər görülsün, o cümlədən binanın kommunikasiya və avadanlıqlarından fərdi istifadə etməyə yönəlmiş texnologiyaların tətbiqi İdarə Heyətinə tapşırılsın” məzmununda olan 9-cu bəndin qarşısında 214 səs lehinə, 0 səs əleyhinə, 3 səs bitərəf qeydləri aparılmış və bu barədə müsbət qərar qəbul edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-580/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokunda yerləşən liftlərdən və binaya məxsus parklanma yerlərindən ərizəçi İddiaçı istifadəsinə maneələrin yaradılması Cavabdeh MMMCyə qadağa edilmişdir.
7. Cavabdeh MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsverməsinin nəticələrinə dair protokolunda 20969 (ümumi səs sayı) sahə mülkiyyətçisinə bildiriş göndərilməsi, 16592 (səs sayı) sahə mülkiyyətçisinin iştirak etməsi qeyd edilmişdir. “... ahıllar və həyətdə oynayan uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə binanın həyətində avtomobillərin park edilməsi qadağan edilsin və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumlardan istifadə edilsin...” məzmununda olan 8-ci bəndin qarşısında 16343,3 səs lehinə (98,99 %), 167,20 səs əleyhinə (1,01 %), 0 səs bitərəf qeydləri aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh MMMC-yə qarşı “liftlərin saz vəziyyətə gətirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sisteminin və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumların Cavabdeh MMMC-nin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması, eyni zamanda, binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, təmiri, kommunal xidmətlərin göstərilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMMC təsis edilmişdir. Daha sonra həmin cəmiyyətin adı Cavabdeh MMMC-yə dəyişdirilmişdir. Cavabdeh MMMC-nin idarə heyətinə 7 nəfər mülkiyyətçi (X15, X41, X54, X24, X42, X16, X73, X13, X43, X33, X17, X55 və X56) ümumi yığıncaq keçirmədən özlərini seçərək, X9 isə idarə heyətinin sədri təyin etmişlər. İddiaçı və binanın digər sakinləri idarə heyətinin sədri, üzvləri və komissiya üzvlərinin seçilməsində iştirak etməmiş və ümumi yığıncağa çağırılmamışlar. Hətta bəzi sakinlərin idarə heyətinə üzv seçilmələrinə dair özlərinin məlumatı yoxdur. Məsələn, X18 idarə heyətinin üzvü olması haqqında məlumatı olmamışdır. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə guya keçirilən ümumi yığıncaqlardan iddiaçı və binanın digər sakinlərinin xəbəri olmamış, bildirişlər onlara göndərilməmiş və onlar iştirak etməmişlər. Həmin idarə heyətinin fəaliyyətsizliyi nəticəsində 300-dən çox ailəni su ilə təmin edən hovuz antisanitar vəziyyətdə, lil-palçıqlı olduğundan mənzillərə çirkab, qumlu su verilir, binanın 2 lifti işləmir, biri banka icarəyə verilib, digəri isə ofis üçün dəmir qapı ilə bağlanmış, ümumiyyətlə liftlərə texniki xidmət göstərilmir, həyətdə heç bir abadlaşdırma, yaşıllıq işləri aparılmır, ərazinin mühafizəsi formal xidmətə çevrilmiş, avtodayanacaq yarımçıq tikili şəklində insanların həyatına real təhlükə mənbəyi olmuş, avtomobil yolunun asfalt örtüyü üzərində çuxurlar olmaqla yanaşı, səliqəsiz vəziyyətdədir, habelə digər texniki-təsərrüfat işləri görülmədiyi üçün başqa problemlər də yaranmışdır. Qanunsuz olaraq liftlərə kommunal xidmətlərini ödəməyən sakinlərə təzyiq etmək üçün kart sistemi tətbiq edilmiş, həyətdə yerləşən avtomobil dayanacağı, bank işçilərinə xidmət edir, sakinlər üçün isə şlaqbaum qoyulmaqla kommunal xidmətlərdən əlavə hər ay qanunsuz olaraq 80-100 manat məbləğində pul tələb edilir. Sakinlərin mənzillərinə dair çıxarışlarının alınması üçün zəruri sənədlərin verilməsinə görə 510 manat məbləğində pul tələb edilir. Bir sözlə, MMMC hazırda sakinlərin maraqlarını təmin etmək əvəzinə qanunsuz sahibkarlıq fəaliyyəti göstərir. Eyni zamanda, sədr Gülnarə Cəbrayılova ümumiyyətlə həmin binada yaşamır. Buna baxmayaraq, dəfələrlə idarə heyətinin sədrinə müxtəlif problemlərlə bağlı müraciət etsələr də, o, heç bir iş görməmiş, əksinə sakinlərin əsaslı narahatçılığına səbəb olmuşdur. Bu dövr ərzində sakinlərdən külli miqdarda pul vəsaiti toplanılsa da, binanın saxlanılması üçün heç bir tədbir görülməmiş, heç bir problem aradan qaldırılmamışdır. Bundan başqa, bu müddət ərzində cəmiyyətdə heç bir dəfə də keçirilməsi qanunla nəzərdə tutulan təftiş keçirilməmiş, pul vəsaitlərinin hesabatı mülkiyyətçilərə təqdim edilməmişdir. İdarə Heyətinin sədri X15 öz vəzifəsindən sui-istifadə edir, öhdəliklərinin icrasından isə yayınır. İdarə heyətinin sədri olaraq MMMC-nin mənafeyindən deyil, öz şəxsi ambisiyalarından və kommersiya maraqlarından çıxış edərək, sakinləri kütləvi şəkildə təhqir və təhdid etməkdən, təhqiredici məktub yazmaqla sakinlərə aid məhkəmə aktlarını həmin məktuba qoşub digər bütün sakinlərə göndərməkdən, hətta sakinləri milli ayrıseçkiliyə təhrik etməkdən belə çəkinmir. Haqlarını tələb edən sakinlər isə Cəmiyyətin rəhbərliyi tərəfindən şər-böhtan atılmaqla polisə verilirlər. Bununla yanaşı, kommunal ödənişlər mühsibatlıq tərəfindən deyil, santexnik, fəhlə tərəfindən yığılır. Bütün bunlar nəzərə alınaraq, qanunvericiliyə uyğun qaydada 16 oktyabr 2023-cü il tarixdə 171 mənzil mülkiyyətçilərindən (ümumi sahə mülkiyyətçilərinin 51 faizindən artıq sayda) ibarət ümumi yığıncaq keçirilmiş və yeni idarə heyyətinin seçilməsi qərarı qəbul edilmişdir. Nəticədə İddiaçı İdarə Heyətinin sədri, X5 müavini, X44, X32, X8, X31, X26, X57 və X2 Heyətinin üzvləri, X3 Komissiyasının sədri, X34 və X10 Komissiyasının üzvləri, X4 Komissiyasının sədri, X66 və X1 Komissyiasının üzvləri seçilmişlər. Ümumi Yığıncaqda hər bir mənzil mülkiyyətçisi şəxsən canlı səsvermədə iştirak etmiş və yekdilliklə göstərilən qərarı vermişlər. Bununla bağlı İddiaçı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət olunmuş və uzun çəkən prosesdən sonra sənədlər geri qaytarılmaqla izah edilmişdir ki, müraciət ərizəsinə möhür vurulmalıdır. X45 MMMC-nin ali orqanı olan Ümumi Yığıncağın, İdarə Heyətinin dəyişdirilməsi haqqında qanuni qərarını özbaşına rədd edərək, qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi zəruri olan sənədləri imzalamaqdan və möhürlə təsdiq etməkdən qəti imtina etmişdir. Gülnarə Cəbrayılovanın qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində sənədlər möhürlə təsdiq olunmadığı üçün mülkiyyətçilərin səs çoxluğu ilə yeni seçilmiş idarə heyəti Ədliyyə Nazirliyi tərəfindən qeydə alına bilmir. Cavabdeh MMMC-yə məxsus möhür, maddi-texniki vasitələr, maliyyə, mühasibatlıq və digər hüquqi sənədlərin Cavabdeh MMMC-nin sabiq İdarə Heyətinin sədri X6 alınaraq MMMC-nin ali orqanı olan Ümumi Yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş İdarə Heyətinin sədrinə, yəni İddiaçı verilməsi ilə bağlı artıq məhkəməyə müraciət edilmişdir. Hazırki tələb onunla bağlıdır ki, Cavabdeh MMMC tərəfindən qanunsuz olaraq liftlərə kart sistemi quraşdırılır və sakinlərin lift kartları bloklaşdırılır. Bunun səbəbi isə kommunal borcları ödəməyən sakinlərə lift kartını bloklaşdırmaqla təzyiqin göstərilməsidir. Halbuki, təhlükəsizliyin qorunması məqsədilə sakinlər öz təşəbbüsləri ilə hər bir blokun girişinə domofon quraşdırmış və buna görə də sakinlər tərəfindən həmin şirkətə aylıq xidmət haqqı ödənilir. Bundan başqa, qanunsuz olaraq mənzil mülkiyyətçilərinin avtomobili üçün nəzərdə tutulmuş və ümumi əmlak hesab edilən sahəyə qanunsuz olaraq şlaqbaumlar yerləşdirilmiş, sakinlərdən avtomobil parklanmasına görə əsassız və qanunsuz olaraq, kommunal xidmətlərdən əlavə parkinqə görə vəsait tələb edilir. Cavabdeh MMMC tərəfindən iddiaçının və binanın digər sakinlərinin hüquqlarının məhdudlaşmasına səbəb olan hərəkətlərin qarşısının alınması üçün tədbirlər görülməlidir. İddiaçının və binanın digər sakinlərinin mənzillərinin üst mərtəbələrdə yerləşməsi, eyni zamanda onların yanına qonaqların gəlib-getməsi və s. səbəbindən liftdən istifadənin zəruriliyi, eyni zamanda avtomobillərinin saxlanılması üçün nəzərdə tutulmuş parklanma yerinin birgə mülkiyyət olması nəzərə alınmaqla, konstitusion və fundamental mülkiyyət hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə ərizə təmin edilməli, mənzillərə maneəsiz giriş-çıxış bərpa olunmalı, lift kartlarının bloklaşdırılması və kart sisteminin tətbiq edilməsi, eyni zamanda parklanma yerinə quraşdırılmış şlaqbaum və ödənişin tələb edilməsi dayandırılmalıdır. Eyni zamanda, artıq uzun müddətdir ki, binanın C1 və D2 bloklarında illərlə nasaz vəziyyətdə olan liftlər mövcuddur. Bununla bağlı bina sakinləri olaraq dəfələrlə, cavabdehə müraciət etsələr də, cavabdeh pul vəsaitinin olmamasını bəhanə gətirir. Halbuki, iddiaçı və binanın digər sakinləri pul vəsaitləri ilə bağlı da dəfərlərlə hesabtların təqdim olunmasını tələb etsələr də, müraciətləri cavabsız qalır. Belə olan halda, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sistemi və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumlar Cavabdeh MMMCnin vəsaiti hesabına sökülərək, əvvəlki vəziyyətə qaytarılmalı, eyni zamanda, binanın D2 və C1 bloklarına liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyi cavabdeh Nəsimi45 MMC-nin üzərinə qoyulmalıdır.
10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X40, X46, X31, X32 və X48 Cavabdeh MMMC-yə qarşı “liftlərin saz vəziyyətə gətirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sisteminin və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumların Cavabdeh MMMC-nin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması, eyni zamanda, binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.
11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbi iddiaçının tələbi ilə eyni qaydada əsaslandırılmışdır.
12. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına və həmin binanın yaşadığı blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X40, X46, X31, X32 və X48 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına və həmin binanın hər bir blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi və həmin binanın D2 və C1 bloklarına liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdeh Nəsimi- 45 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMMC-yə qarşı iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə İddiaçı avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobilinin saxlanılmasına maneçiliyin törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin Cavabdeh MMMC-dən alınaraq İddiaçı verilməsi, qalan hissəsinin İddiaçı aid edilməsi; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14, X23, X11, X12 və X22 iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə X14, X23, X11, X12 və X22 avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi, X14 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku) və X12 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 93 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162, M7, m1) yerləşdiyi (D2 bloku) bloklarda yük liftlərinin saz vəziyyətə gətirilməsi öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulması, X23 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 203 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 166, M9, m2) yerləşdiyi (B bloku), X14 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku), X22 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 316 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 170, M15, m2) yerləşdiyi (C2 bloku) bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsinin (tətbiq olunan kart sisteminin bloklaşdırılması və s.) Cavabdeh MMMC-yə qadağan edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının qalan hissələrdə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh MMMC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28, X36, X20, X21 və X37 verilməsi, qalan hissəsinin üçüncü şəxslərə aid edilməsi qət edilmişdir.
15. Məhkəmə İddiaçı “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına, bina ərazisində avtomobillərinin saxlanılmasına maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi” tələbi ilə bağlı hesab etmişdir ki, mənzil mülkiyyətçisi kimi iddiaçı mənzilinin yerləşdiyi binanın ümumi ərazisinə aid olan həyətə və parklanma yerinə avtomobillə giriş-çıxış etmək, bina ərazisində avtomobil saxlamaq hüququna malikdir. Buna görə də iddiaçı özünə münasibətdə belə bir tələblə çıxış etməkdə haqlıdır. Binanın idarə edilməsini həyata keçirən cavabdeh MMMC binanın parklanma yerlərinə və həyətinə giriş-çıxışlarda şlaqbaumların kommunal borclarını ödəməyən mənzil mülkiyyətçiləri üçün məcburiyyət tədbiri kimi quraşdırıldığını bildirsə də, məhkəmə hesab etmişdir ki, borclarını ödəməyən şəxslərə münasibətdə belə tədbirlər əvəzinə qanuni tədbirlər həyata keçirməlidir. Məsələn, həmin şəxslərdən borcun tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və ya artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin məcburi icra edilməsinin tələb edilməsi və s. Məhkəmə araşdırmaları dövründə - hazırkı baxış iclasında cavabdeh MMMC, həmçinin, Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş məktuba istinadən binanın həyətində parklanmanın qadağan edilməsinə dair qiyabi səsvermə qərarını məhkəməyə təqdim etsə də, məhkəmə hesab etmişdir ki, nə həmin məktub, nə də necə keçirilməsi, səslərin necə hesablanması və s. məlum olmayan qiyabi səsvermə nəticəsində qəbul edilmiş qərar binada mənzili olan mülkiyyətçinin həmin binanın ümumi mülkiyyəti sayılan həyətinə avtomobillə giriş-çıxışına və ümumi mülkiyyətdə olan ərazidə avtomobil saxlamasına qadağa qoymaq üçün tutarlı əsaslar deyildir. Çünki mənzil mülkiyyətçisi olan iddiaçı ümumi mülkiyyətdə olan bina ərazisindən avtomobillə və ya avtomobilsiz maneəsiz istifadə etmək hüququna malikdir. Bunu yanğın təhlükəsizliyi, həyətdə oynayan uşaqların, oturan ahılların təhlükəsizliyi və s. ilə əsaslandıran MMMC nəzərə almalıdır ki, qanunla mənzil mülkiyyətçilərinə məxsus olan bu hüququ məhdudlaşdırmaq əvəzinə, başqa şəxslərin binanın həyətinə maşınla girməsinə şərait yaratmaması kifayətdir. Çünki mənzil mülkiyyətçisinin binanın yanğın təhlükəsizliyinə, bina sakinlərinin təhlükəsizliyinə və s. kimi təhlükəsizlik tədbirlərinə xələl gətirəcək hərəkətlərə yol verməsi (yanğınsöndürən maşına şərait yaratmamaq, bina sakinlərinin toplaşdığı, uşaqların oynadığı yerlərdə maşın saxlamaq və s.) heç də ağlabatan deyildir. Bundan əlavə, istinad edilən qərarın məhz hazırkı məhkəmə baxışı iclasında məhkəməyə təqdim edilməsi (sonuncu hazırlıq iclasından sonra hazırlanması nəzərə alındıqda) həmin qərarın mötəbər hesab edilməməsi üçün əlavə zəmin yaradır. Lakin qeyd edilməlidir ki, iddiaçı bu tələbini bina sakinlərinə münasibətdə, yəni onların adından irəli sürsə də, onun bina sakinləri adından belə bir tələblə çıxış etməyə səlahiyyətinin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsi qismən – yalnız iddiaçının özünə münasibətdə təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə İddiaçı avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobilinin saxlanılmasına maneçiliyin törədilməsi Cavabdeh MMMC-yə qadağan edilməli, bu tələb qalan hissədə təmin edilməməlidir.
16. İddiaçı “binanın yaşadığı blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi” tələbi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçının yaşadığı müəyyən edilən A blokunda liftlərdən istifadəyə hər hansı maneçilik törədilməsi, liftdə kart sisteminin olması və s. bu kimi hallar müəyyən edilmir. Tərəflər buna cəhd edildiyini, lakin sakinlərin, xüsusən iddiaçının narazılığı səbəbindən həmin bloka kart sistemi quraşdırılmadığını mübahisələndirmirlər. İddiaçı da gələcəkdə belə hərəkətlər olarsa, preventiv tədbir kimi bu tələbi irəli sürmüşdür. Lakin məhkəmə hesab etmişdir ki, hazırda iddiaçının tələbində göstərdiyi hal mövcud olmadığından, yəni iddiaçının yaşadığı blokda liftlərdən istifadəyə maneçilik törədilməsi müəyyən edilmədiyindən, tələbin bu hissəsinin təmin edilməsinə zərurət yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissəsi təmin edilməməlidir.
17. Üçüncü şəxslər X14, X23, X11, X12 və X22 iddia tələbinin “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına, bina ərazisində avtomobillərinin saxlanılmasına maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu tələblər üzrə tərəflərin dəlilləri və işin faktiki halları eynilik təşkil etdiyindən, məhkəmə yuxarıda ifadə etdiyi mövqeyini təkrarlayaraq bu tələbin qismən təmin edilməsi qənaətinə gəlir. Qeyd edilənlərə istinadən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə X14, X23, X11, X12 və X22 avtomobillə girişçıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi Cavabdeh MMMC-yə qadağan edilməli, bu tələb qalan hissədə təmin edilməməlidir.
18. Məhkəmə üçüncü şəxslərin iddiasının “binanın hər bir blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı Calalov Zamana məxsus mənzilin yerləşdiyi B, Nəcəfov Behbudun mənzilinin yerləşdiyi C1 və Babayev Əliağaya məxsus mənzilin olduğu C2 bloklarında olan liftlərə kart sistemlərinin quraşdırılması müəyyən edildiyindən, lift də binanın həyəti və parklanma yeri kimi ümumi mülkiyyət hesab edildiyindən, məhkəmə hesab edir ki, tələbin bu hissəsinin qismən, yəni X23 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 203 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 166, M9, m2) yerləşdiyi (B bloku), X14 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku), X22 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 316 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 170, M15, m2) yerləşdiyi (C2 bloku) bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsinin (tətbiq olunan kart sisteminin bloklaşdırılması və s.) Cavabdeh MMMC-yə qadağan edilməsi formasında təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi məqsədə müvafiqdir. Çünki digər liftlərə kart sisteminin tətbiq edilməsi müəyyən edilməmiş, bəzi liftlərə kart sisteminin quraşdırılmağa cəhd edilməsi, lakin çoxsaylı narazılığa görə bunun baş tutmaması qeyd edilmişdir. Məhkəmə yuxarıda göstərdiyi kimi, bu faktı tələbin təmin edilməsi üçün tutarlı əsas saymır.
19. Məhkəmə üçüncü şəxslərin “binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdeh Nəsimi-45 MMC-nin üzərinə qoyulması” tələbi ilə bağlı qeyd etmişdir ki, həmin bloklarda olan yük liftlərinin işləməməsi hazırkı iş üzrə tərəflərin mübahisələndirmədiyi haldır. Cavabdeh MMMC sakinlərdən yığılan kommunal ödənişlərdən başqa heç bir vəsaitinin olmadığını bildirsə də, məhkəmə hesab etmişdir ki, mənzil qanunvericiliyinə əsasən, işləməyən liftlərin təmirini təmin etmək öhdəliyi MMMCnin üzərindədir. Cavabdehin təqdim etdiyi qiyabi səsvermənin nəticəsinə dair son qərarda da liftlərin saz vəziyyətə gətirilməsi üçün tədbir görülməsi (kredit götürülməsi barədə qərar qəbul edilməsi) MMMC-nin bu öhdəliyini qəbul etməsinə dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz həmin bloklarda yaşayan üçüncü şəxslərin iddiaları bu hissədə təmin edilməli, onların tələbi təmin edildiyindən, prosessual qənaət prinsipinə əsasən, digər üçüncü şəxslərin bu barədə tələbi isə təmin edilməməlidir. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, X14 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku) və X12 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 93 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162, M7, m1) yerləşdiyi (D2 bloku) bloklarda yük liftlərinin saz vəziyyətə gətirilməsi öhdəliyi Cavabdeh MMMC-nin üzərinə qoyulmalıdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-35.2, 43, 141.2-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 227.1, 229.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən Cavabdeh MMMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə öz mövqeyində göstərmişdir ki, X23 mülkiyyətində olan mənzilin yerləşdiyi, X14 mülkiyyətində olan mənzilin yerləşdiyi, X14 mülkiyyətində olan mənzilin yerləşdiyi və X22 mülkiyyətində olan mənzilin yerləşdiyi bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsi Cavabdeh MMMC-yə qadağan edilməlidir. Lakin bu şəxslər liftin fəaliyyət göstərməsi üçün lazım olan pul məbləğini ödəməkdən qərəzli şəkildə imtina edirlər. Lift işıq əsasında işləyir əgər bu şəxslər onun lazımi qaydada işləməsi üçün müəyyən olunmuş pul vəsaitini ödəmirsə niyə həmin liftlərdən istifadə etməlidir axı. Liftin işləməsi üçün işıq pulu ödənməlidir və pulu həmin binanın sakinləri yəni liftdən istifadə edən mülkiyyətçilər ödəməlidir. Bu şəxslər əgər pulu ödəmirsə MMMC niyə onların liftdən istifadə etməsi üçün onların əvəzinə pul ödəməlidir? Liftlərə qulluq edilməsi, onların elektrik enerjisi ilə təchiz edilməsi üçün müvafiq pul məbləği ödənməlidir. Bundan əlavə bütün bu şəxslərə edilən məhdudiyyətlər Cavabdeh MMMC-nin ali idarəetmə orqanı olan ümumi yığıncağının keçirdiyi səsvermə nəticəsində qəbul edilən qərara əsaslanır. Qanunvericilik də müəyyən edir ki, ali idarəetmə orqanı olan ümumi yığıncağın səlahiyyətlərinə yaşayış binasının idarə edilməsi,cari işlərin həlli və s məsələlər aiddir. Eyni zamanda ümumi yığıncağın keçirilmiş iclaslarda səsvermə nəticəsində qəbul etdiyi qərarlar da məhkəməyə təqdim olunmuşdur. Məhkəmə isə mövqeyində göstərir ki, bu sübutlar mötəbər sübut sayılmır. Yuxarıda qeyd etdiyi bəzi qanunvericiliklə də nəzərdə tutulan səlahiyyətlər ümumi yığıncağa məxsusdur. Onlar bu səlahiyyətləri həyata keçirə bilmirsə onda niyə ali idarəetmə orqanı olan ümumi yığıncaq yaradılır? Eyni zamanda məhkəmə qərarında qeyd etmişdir ki, kommunal borclarını ödəməyən mülkiyyətçilərə binanın ərazisinə avtomobillə giriş-çıxışın qadağan edilməsi onların hüquqlarını pozur. Cavabdeh qeyd edir ki, həmin şəxslərin binanın ərazisinə avtomobillə giriş-çıxış etməsinə MMMC tərəfindən heç bir məhdudiyyət qoyulmamışdır. Onların sadəcə ümumi mülkiyyətdə olan ərazidə avtomobil saxlanmasına məhdudiyyət qoyulmuşdur ki, bu da onların kommunal borcları ödəməməsi səbəbindən deyil, binanın yanğın təhlükəsizliyinə, bina sakinlərinin təhlükəsizliyinə görə edilmiş bir hərəkətdir. Çünki bu zaman yanğın söndürən maşınlar binanın həyətinə daxil ola bilmirlər. Əgər binada yanğın baş baş verərsə, yanğın söndürən maşının binanın həyətinə girməsinə mane olan maşının sahibinin tapılıb onun gəlib maşını ordan çəkməsi lazım olan vaxtda eyni zamanda nəzərə alsaq ki, o vaxt yanğın səbəbindən liftlər də işləməyəcək, bütün sakinlər yanıb külə dönəcəklər. Məhkəmə isə qərarında bu səbəbləri ağlabatan hesab etməmişdir. Əgər bu səbəblər ağlabatan deyilsə, niyə Fövqəladə Hallar Nazirliyi maşınların yolu bağlamasına görə MMMC-ni 2500 manat məbləğində cərimə edib? Əgər burda hansısa pozuntu yoxdursa niyə onlar cərimə olunmuşdur? Mənzil qanunvericiliyinə əsasən xərclərin istiqamətlərinin müəyyənləşdirilməsi, mailiyyə planı hazırlamaq və onu təsdiq etmək ümumi yığıncağın səlahiyyətinə aiddir. Mənzil mülkiyyətçiləri pul toplayırlar və onu özlərinin müəyyənləşdirdikləri xərclərin ödənilməsi üçün istifadə edirlər. Onlara məsələn bu məsələyə yox digər bir məsələnin həlli üçün yığılmış məbləği istifadə et kimi müdaxilə etmək yolverilməzdir. Bu məbləğin hansı məsələnin həlli üçün ödənilməsini əgər məhkəmə müəyyən edəcəksə, onda bu ümumi yığıncaq nə üçün lazımdır. Yığılan pul zəruri xərclər olan məişət tullantılarının daşınması, ordakı işçilərin maaşının verilməsi, ordakı işçilərin vergilərinin ödənilməsi, liftlərin işıqlandırılması, həyətin işıqlandırılması kimi məsələlərin həllinə yönəlmişdir. Onlar əgər yığılan pul vəsaitini C1 və D2 bloklarındakı liftləri saz vəziyyətə gətirilməsinə məsrəf etsələr yuxarıda sadalanan məsələləri həll etməyə vəsait qalmayacaq. Həmçinin qeyd etmək istəyir ki, liftlərin əsaslı təmiri, cari təmir işlərini onlar özüləri (cavabdeh MMMC) həyata keçirir. Lakin əsaslı təmir üçün qanunvericilk müəyyən edir ki, fond yaradılmalıdır və bu fonda pul yığılmalıdır. Pul isə mülkiyyətçilərdən toplanmalıdır. İdarə heyətinin sədri əsaslı təmir üçün xərci öz hesabına ödəməli deyil. Göstərilənlərə əsasən hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2113/2024 saylı qətnaməsi əsassızdır və məhkəmə düzgün qərar qəbul etməmişdir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə birdən artıq sahəyə xidmət edən obyektlər ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Mülkiyyətçilərin sayı çox olduğundan və onların bu ümumi mülkiyyətdə olan payları fərqli olduğundan həmin əmlak mülkiyyətçilərin səs çoxluğu ilə idarə edilməlidir. Bununla bağlı səsvermədə iştirak edənlərin əksəriyyəti bina həyətində parklanmanın qadağan edilməsi, liftlərə fərdi istifadəyə imkan verən qurğuların quraşdırılmasının lehinə səs vermişdir. Belə olan halda bir neçə nəfərin iradəsi hansı əsasla çoxluğun iradəsindən üstün olmalıdır. Qətnamənin 38-ci bəndində məhkəmə qiyabi səsvermə qaydasında keçirilmiş ümumi yığıncağın qərarının guya qanuna müvafiq olmadığı qərarına gəlmiş bu səbəbdən də Ümumi yığıncağın binanın həyətində parklanmanın qadağan edilməsi və liftlərə məhdudlaşdırıcı avadanlıqların quraşdırılmasını əsassız hesab etmişdir. Halbuki, Cavabdeh MMMC-nin Ümumi yığıncağının qərarları Mənzil Məcəlləsinin 44-47 və 126.9-cu maddələrinin tələblərinə tam uyğun olaraq keçirilmiş, həmin qərarlar cəmiyyətin üzvlərinin imzaları ilə təsdiq edilmişdir. Məhkəmə qətnamənin 36-cı bəndində liftlərin bərpa edilməsi vəzifəsinin Cavabdeh MMMC-nin üzərində olması qənaətinə gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində illik Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində illik gəlirlərin miqdarını və onların hansı mənbədən əldə edilməli olmasını, buna müvafiq olaraq binanın saxlanması xərclərinin müəyyən edilmiş həmin xərclərin ödənilməsi üçün binada olan sahə mülkiyyətçilərinin ödəməli olduqları ödəniş və payların miqdarını müəyyən edən ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. MMMC ümumi yığıncağın buna dair qərarı olmadan sahə mülkiyyətçilərindən yığılan vəsaiti hansısa işlərə sərf etmək hüququna malik deyildir. Mənzil Məcəlləsinin 125.2.8-ci maddəsinə əsasən cəmiyyətin maliyyə fəaliyyəti haqqında illik planı və bu planın icrası haqqında hesabatı təsdiq etmək ümumi yığıncağın səlahiyyətinə aiddir. Sadə dil ilə desək binanın saxlanması üçün sahə mülkiyyətçilərindən nə qədər pul yığılması həmin pulların konkret olaraq hara xərclənməsini ümumi yığıncaqda səsvermə yolu ilə çoxluq müəyyən etməlidir. Əgər cəmiyyətin üzvlərinin çoxu buna səs versə pul vəsaitləri liftlərin əsaslı təmirinə xərclənəcəkdir. Belə olduğu təqdirdə çoxluğun qərarı ilə təsdiq edilməli olan bir qərar barəsində bir neçə nəfərin tələbi əsasında qərar verilməsi necə qanuni hesab edilə bilər. Digər tərəfdən hər hansı bir işi görmək, xüsusi ilə də böyük vəsait tələb edən binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri işini görmək üçün böyük vəsait tələb olunur. Hazırda il ərzində yığılmalı olan pulun miqdarı və onun konkret olaraq hara xərclənməli olması ümumi yığıncağın qərarı ilə təsdiq edilmişdir. Mənzil Məcəlləsinin 125.2.5-ci maddəsinə əsasən cəmiyyətin xüsusi fondunun, o cümlədən ehtiyat fondunun, çoxmənzilli binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri fondunun yaradılması ümumi yığıncağın səlahiyyətindədir. Hansısa əsaslı təmir işinin görülməsi üçün bina mülkiyyətçiləri əlavə vəsait toplamalı və bu hesaba həmin işlər icra olunmalıdır. Belə olan halda binada olan sahə mülkiyyətçilərinə bu vəsaiti yığmağa nə mane olur. İstənilən halda bu işlər sahə mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilməlidir. Məgər məhkəmə ümumi yığıncağda sahə mülkiyyətçilərinin verməli olduqları qərarı verməyə haqlıdır mı? Hazırki iş üzrə iddiaçı olan şəxslərin binanın saxlanması üzrə ödənişlərə görə Cavabdeh MMMC-yə xeyli miqdarda borcları vardır və onlar barəsində məhkəmədə iddia qaldırılmışdır. Cavabdeh MMMC isə Mənzil Məcəlləsinin 123.0.5-ci maddəsinə əsasən bina sakinlərinin binanın saxlanması üzrə vəzifələrinin… təmin etmək üçün texniki vasitələrdən istifadə edir, məhkəmə bunu qanunsuz hesab edir. Lakin bina sakinləri öz vəzifələrini icra etmədiyi halda liftin təmiri üzrə cəmiyyətin üzərinə vəzifə qoyur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil, apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında və ona verilmiş suallara cavab olaraq qeyd etdi ki, qarajla bağlı iddia qaldırılmışdı sonra isə iddianı geri götürüblər. Qarajla bağlı görüntülərin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Rayon məhkəməsində yerli baxış keçirilib. İşləməyən liftlərə baxış keçirildi. Liftin qurğusu, motoru və digər avadanlıqlar orada idi. Həyətin ortasında uşaqlar üçün oyun meydançası qurulub. Yığılan vəsait hesabına səliqəli şərait qurmuşdurlar. Yığılan vəsaitin xərclənməsi ümumi yığıncağın səlahiyyətinə aiddir. Təmir işlərinin görülməsi üçün fond yaradılmalıdır və vəsait yığılmalıdır. Çünki xeyli miqdarda vəsait xərclənməlidir. xx.xx.2023-cü ildə ümumi yığıncaq keçirilib və qərar qəbul edilib ki, binanın saxlanması üçün müəyyən ödənişlərin vaxtında yığılması və ödənilməsi məqsədi ilə bütün qanuni tədbirlər görülsün və kommunikasiya ilə bağlı məsələlər İdarə Heyətinə tapşırılsın. Liftin işlənməsi üçün elektrik enerjisi lazımdır. Ödənişi də cavabdeh ödəyir. Qəsdən və bilərəkdən qarşı tərəf ödənişləri etməyib. Binada 12 lift var, ikisi işləmir. Birinin hər bir qurğusu yerindədir, qısaqapanma olub və yanıb. Digəri də oğurluq hadisəsi olub.Təmir üçün böyük məbləğ tələb olunur. Onların quraşdırdığı avadanlıqlar işlək liftlərə aiddir. Binanın saxlanma xərci sakinlərə aiddir. Yanğının qarşısın almaq üçün bütün tədbirləri görmüşlər. Hər mərtəbədə kranlar da var. Oğurluq hadisəsi 15 il əvvəl baş verib. Cavabdeh isə 2022-ci ilin sentyabrında yaradılıb. Polis bölməsinə ola bilsin ki, məlumat verilib. Sakinlər qərar qəbul edib ki, 1000 manat pul yığılmalıdır. O da liftə xidmət göstərən şirkətə ödənilir. Liftlər yüksək təhlükə mənbəyi olan qurğularıdır. Hər ay lizensiyası olan şirkətə ödəniş edilir ki, onlar hər ay yoxlanış etsinlər. Əlavə ödənişlə bağlı sakinlərə məlumat verilib ki, fond yaradılmalıdır. Sakinlər də razı deyil, müsbət cavab verməyiblər. 25.Əvvəlki iclasda Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil qeyd etmişdir ki, sadəcə məhdudiyyət qoyulub.Ümumi yığıncağın da bununla bağlı qərarı var. Çünki həyət dardır. Əgər yanğın söndürən maşınlar daxil olmaq istəsə həyətdə çətinlik çəkə bilərlər. Hətta söhbətgah quraşdırmaq istəsələr də mümkün olmadı. Çünki yanğın söndürən maşınlarına maneəçilik edəcək. Fövqəladə Hallar Nazirliyi maşınların yolu bağlamasına görə MMMC-ni 2500 manat məbləğində cərimə edib.Maşınlar həyətdə saxlanılan zaman uşaqların da hərəkəti çətinləşir. Sakinlərin səs çoxluğu ilə qərar qəbul edilib. Qətnamə ilə razı deyil. Şlaqbaum həyətlərə quraşdırılıb ki, giriş-çıxışa nəzarət etmək olsun.Ümumi yığıncağın protokolunu da yükləyib. Məhkəmə onu qiyabi səsvermə əsasında keçirildiyinə görə mötəbər hesab etməyib. Qiyabi səsvermə keçirilməsi səsvermənin mötəbər olmamasına əsas verə bilməz.Sakinlərin imzalı bülletenləri var. Orada səsvermənin nə zaman keçiriləcəyi qeyd edilib. Ümumi yığıncaq keçiriləndə 3 sakin gəldi. Ümumi sakinlər isə 500 nəfər idi. Mübahisənin yaranmaması üçün bülletenlər paylanılıb. 10 gün vaxt verilib. Sakinlər də onu imzalayıb, təhvil verməli idilər. Məhkəmə hansı əsasla səs verməni mötəbər hesab etməyə bilər. MMMC-nin üzvlərinə bülletenlər paylanılıb və yığıncaq barədə məlumat verilib.Orada olan qarajlar xüsusi mülkiyyətdə olan qarajlardır. Maşın yeri saxlaması barədə öhdəliyi yoxdur. Bu qədər çox sakin üçün maşın yeri saxlama yerləri ayırmaq mümkün deyil. 20-25 nəfər maşını saxlaya bilər. 12 lift var. Onlardan ikisi işləmir.Liftin qurğusu oğurlanıb. Digərində isə qısaqapanma olub. Rayon məhkəməsində yerli baxış keçirildi. Şirkətdən təklif almışdıq. Liftin düzəlməsi üçün xeyli vəsait lazımdır. Yığılan vəsait ilə lifti düzəltdirmək olmaz. Sakinlərə bu barədə yazılı müraciət də ünvanlanıb. Təmir üçün fond yaradılmalıdır. Lifti düzəltdirmək üçün vəsait yoxdur. Təklif edildi ki, hansı blokun lifti düzəltdirilməlidirsə həmin blokun sakinlərindən pul yığılsın. Hissə-hissə ödənişlə düzəltdirilə bilər. Ya da təklif edildi ki, pulu bütün sakinlər yığsın. Heç bir müsbət cavab əldə edilmədi. Ali idarəetmə orqanı ümumi yığıncaqdır. Sədrin səlahiyyəti yoxdur ki, özbaşına nəsə etsin.Sədr yığılan pulu lift üçün xərcləyə bilməz.İdarə Heyəti smetadan kənara çıxa bilməz.Liftin qurğuları çox bahadır. Behbud Nəcəfovun 2480 manat borcu var. 20-30 sakin var ki, ödənişi etmirlər. Xəstə insanların ödəniş etməməsinə heç nə deyilmir. Amma hazırkı sakinlər qərəzli mövqe göstərirlər.
26. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, söhbətgahla bağlı məhkəmədə mübahisə olmuşdur. Cavabdeh protokol təqdim etmişdi ki, guya ki, ümumi yığıncaq nəticəsində tərtib edilib. Qərar təqdim edilib ki, söhbətgah lazımdır, lift lazım deyil. Belə hal ola bilməz.
27. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etdmədi, iddia ərizəsinndə göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, liftin avadanlığının oğurlanması ilə bağlı cavabdeh yalan danışır.
28. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X32, izahatında qeyd etdi ki, təqdim etdikləri görüntü qarajla, liftlə bağlı cavabdehin qanunsuz hərəkətləridir. Lift orada heç vaxt işləməyib. Liftin düymələri belə yoxdur. Liftlə artıq yük qaldıraraq lifti xarab ediblər. Sakinlərin heç bir razılığını almayıblar. İctimai televiziya da çəkiliş edib. Həyətə maşının girişində problem yoxdur, çünki söhbətgahı sökdürmüşlər. Amma həyətə maşınların girişi ilə bağlı məhdudiyyət qoyublar. Uşaq meydançasını həyətin arxasında quraşdırıblar, oranı da cavabdeh zəbt edib.
29. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X40 izahatında qeyd etdi ki, qarşı tərəf dayanacağı qanunsuz zəbt edib, onların razılığı olmadan başqa şəxsin istifadəsinə veriblər.
30. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs X31 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 229.1. Yaşayış binasının tərkib hissələrinin fərdi mülkiyyətçilərinin toplusu yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin hüquqi şəxs olmayan yığıncağını təşkil edir.
32. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 35.1 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
33. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Hazırki halda cavabdeh qətnaməni iddia tələblərinin qismən təmin edilən hissəsində mübahisələndirdiyindən və iddiaçı və üçüncü şəxslər apellyasiya şikayəti vermədiyindən məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını iddia tələblərinin qismən təmin edilən hissəsində yoxlayır.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halları odur ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X40, X31, X32, X48 və X46 faktiki olaraq Cavabdeh MMMC tərəfindən idarə edilən ünvan 11 ünvanında yerləşən binada mənzil mülkiyyətçiləridir. İddiaçı mənzili binanın A blokunda, Calalov Zamana məxsus mənzil B blokunda, Nəcəfov Behbudun mənzili C1 blokunda, Babayev Əliağaya məxsus mənzil C2 blokunda, Rəcəbov Məhərrəmin mənzili D1 blokunda, İsmayılov İlhamın mənzili isə D2 blokunda yerləşir.
39. Cavabdeh MMMC mənzil mülkiyyətçilərindən bəzilərinin kommunal xidmət haqlarını ödəməməsi səbəbindən həmin mülkiyyətçilərin ümumi əmlakın saxlanmasında iştirak etmədiklərinə istinad edərək, məcburiyyət tədbiri kimi bəzi liftlərə kart sistemi tətbiq edib (bəzilərinə isə tətbiq etməyə cəhd etsə də, narazılıq səbəbindən sistem quraşdırılmayıb), kommunal ödənişləri ödəməyən mülkiyyətçilərin kartlarını deaktiv etmiş, həmçinin, binanın həyətinə və binaya məxsus parklanma yerlərinə girişdə şlaqbaumlar quraşdırmışdır. 40.İddiaçı və üçüncü şəxslər iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə araşdırmaları zamanı tələblərini bir neçə dəfə dəqiqləşdirmiş, yekun olaraq təqdim etdikləri və məhkəmə tərəfindən icraata qəbul edilmiş, hazırda mahiyyəti üzrə baxılan ərizələrdə iddiaçının son tələbi binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına, bina ərazisində avtomobillərinin saxlanılmasına və həmin binanın yaşadığı blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi; üçüncü şəxslərin son tələbi isə binanın ərazisinə bina sakinlərinin avtomobillə girişçıxışına, bina ərazisində avtomobillərinin saxlanılmasına, həmin binanın hər bir blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi və həmin binanın D2 və C1 bloklarına liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdeh Nəsimi-45 MMC-nin üzərinə qoyulması olmuşdur.
41. Birinci instansiya məhkəməsi tərəfindən binaya yerli baxış keçirilmiş, yerli baxış zamanı müəyyən edilmişdir ki, binanın həyətinə və altında yerləşən parklanma yerinə girişçıxışlarda şlaqbaumlar yerləşdirilib. Həm yerli baxış zamanı, həm də məhkəmə araşdırmaları dövründə tərəflərin izahatları və iş materialları əsasında məhkəmə tərəfindən, həmçinin, İddiaçı mənzilinin yerləşdiyi A blokunda liftlərdən istifadəyə maneçilik törədən kart sisteminin olmaması, Calalov Zamana məxsus mənzilin yerləşdiyi B blokunda kart sistemi olsa da, işlək olmaması, Nəcəfov Behbudun mənzilinin yerləşdiyi C1 blokunda yük liftinin işləməməsi və digər liftə kart sisteminin tətbiq edilməsi (qapağı qırılsa da, sistem işləkdir), Babayev Əliağaya məxsus mənzilin olduğu C2 blokunda liftə kart sisteminin tətbiq edilməsi, Rəcəbov Məhərrəmin mənzili olan D1 blokundakı liftlərdə kart sisteminin quraşdırılmasına cəhd edilməsinə baxmayaraq, quraşdırılmaması, İsmayılov İlhamın mənzilinin yerləşdiyi D2 blokunda olan yük liftinin işləməməsi və digər liftə isə kart sisteminin tətbiq edilməməsi müəyyən edilmişdir.
42. Binanın yanında olan yarıtikili parklanma yeri həm iddiaçının, həm də üçüncü şəxslərin iddia ərizələrində mübahisələndirilsə də, cavabdeh tərəf həmin tikilinin başqa şəxsin mülkiyyətində olduğuna dair sənədlər təqdim etdiyindən, sözügedən parklanma yerinin binanın ümumi mülkiyyətində olmadığı müəyyən edilmişdir.
43. Həmçinin, iş materiallarında olan sənədlər və tərəflərin izahatı əsasında müəyyən edilmişdir ki, bəzi mənzil mülkiyyətçiləri ilə cavabdeh MMMC arasında binanın idarə edilməsi, qəbul edilən qərarlar, MMMC-nin idarə heyətinin və digər komissiyaların tərkibi, ödənilməyən kommunal borclar və s. ilə bağlı mübahisə mövcuddur.
44. Cavabdeh MMMC-yə məxsus binanın ərazisinə avtomobillərin girişinə və saxlanmasına, o cümlədən liftlərdən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi və yük liftlərinin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin apellyasiya şikayəti üzrə dəlilləri ondan ibarətdir ki, həmin şəxslərin binanın ərazisinə avtomobillə giriş-çıxış etməsinə MMMC tərəfindən heç bir məhdudiyyət qoyulmamış, onların sadəcə ümumi mülkiyyətdə olan ərazidə avtomobil saxlanmasına məhdudiyyət qoyulmuşdur ki, bu da onların kommunal borcları ödəməməsi səbəbindən deyil, binanın yanğın təhlükəsizliyinə, bina sakinlərinin təhlükəsizliyinə görə edilmiş bir hərəkətdir. Çünki bu zaman yanğın söndürən maşınlar binanın həyətinə daxil ola bilmirlər. Məhkəmə isə qərarında bu səbəbləri ağlabatan hesab etməmişdir. Əgər bu səbəblər ağlabatan deyilsə, niyə Fövqəladə Hallar Nazirliyi maşınların yolu bağlamasına görə MMMC-ni 2500 manat məbləğində cərimə edib? Mənzil qanunvericiliyinə əsasən xərclərin istiqamətlərinin müəyyənləşdirilməsi, mailiyyə planı hazırlamaq və onu təsdiq etmək ümumi yığıncağın səlahiyyətinə aiddir. Mənzil mülkiyyətçiləri pul toplayırlar və onu özlərinin müəyyənləşdirdikləri xərclərin ödənilməsi üçün istifadə edirlər. Onlar əgər yığılan pul vəsaitini C1 və D2 bloklarındakı liftləri saz vəziyyətə gətirilməsinə məsrəf etsələr digər məsələləri həll etməyə vəsait qalmayacaq. Əsaslı təmir üçün qanunvericilk müəyyən edir ki, fond yaradılmalıdır və bu fonda pul yığılmalıdır. Pul isə mülkiyyətçilərdən toplanmalıdır. İdarə heyətinin sədri əsaslı təmir üçün xərci öz hesabına ödəməli deyil. Cavabdeh MMMCnin Ümumi yığıncağının qərarları Mənzil Məcəlləsinin 44-47 və 126.9-cu maddələrinin tələblərinə tam uyğun olaraq keçirilmiş, həmin qərarlar cəmiyyətin üzvlərinin imzaları ilə təsdiq edilmişdir. Məhkəmə MMMC-nin ümumi yığıncağın buna dair qərarı olmadan sahə mülkiyyətçilərindən yığılan vəsaiti hansısa işlərə sərf etmək hüququna malik deyildir. Binanın saxlanması üçün sahə mülkiyyətçilərindən nə qədər pul yığılması həmin pulların konkret olaraq hara xərclənməsini ümumi yığıncaqda səsvermə yolu ilə çoxluq müəyyən etməlidir. Əgər cəmiyyətin üzvlərinin çoxu buna səs versə pul vəsaitləri liftlərin əsaslı təmirinə xərclənəcəkdir. Belə olduğu təqdirdə çoxluğun qərarı ilə təsdiq edilməli olan bir qərar barəsində bir neçə nəfərin tələbi əsasında qərar verilməsi qanuni hesab edilə bilməz. Hansısa əsaslı təmir işinin görülməsi üçün bina mülkiyyətçiləri əlavə vəsait toplamalı və bu hesaba həmin işlər icra olunmalıdır. Belə olan halda binada olan sahə mülkiyyətçilərinə bu vəsaiti yığmağa nə mane olur. İstənilən halda bu işlər sahə mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilməlidir.
45. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, binada mənzili olan mülkiyyətçinin həmin binanın ümumi mülkiyyəti sayılan həyətinə avtomobillə giriş-çıxışına və ümumi mülkiyyətdə olan ərazidə avtomobil saxlamasına cavabdeh tərəfindən qadağa qoyulması qanunsuz olmuşdur. 46.Belə ki, cavabdeh bina sakinlərinin binanın həyətindən avtomobili saxlamasına etirazını onunla əsaslandırır ki, bununla bağlı FHN-nin müvafiq məktubu vardır. Lakin kollegiya qeyd edir ki, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Bu hüququn sadəcə qeyd edilən məktub əsas götürülməklə məhdudlaşdırılması qanuna ziddir. 47.Mənzil Məcəlləsinin 43.2.2.-ci maddəsinə əsasən çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 48.Həmin Məcəllənin 44-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir...Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər...Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat;yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan;yığıncağın gündəliyi;yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. 49.Cavabdeh sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair protokola istinad edir. İşə baxan məhkəmə isə qeyd edilən səsvermənin necə keçirilməsi, səslərin necə hesablanması barədə sənədlərin təqdim edilməməsi əsası ilə onu mötəbər sübut kimi qiymətləndirməmişdir. 50.Qeyd edilməlidir ki, cavabdeh tərəfindən sonuncu məhkəmə iclasında xx.xx.2024-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair protokol təqdim edilmiş, lakin qiyabi səsverməyə dair qərarlar həmin protokola əlavə edilməmişdir (İİİ cild, səh 38). Nəzərə alsaq ki, mülki iş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş 2023-cü ildə keçirilmiş qiyabi səsverməyə dair qərarlar sakinlərin ayrı ayrılıqda imzasını əks etdirmiş şəkildə təqdim edilsə də (bax İ və İİ cildə) xx.xx.2024-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair protokola mötəbərliyi təsdiq edilən sübutlar əlavə edilməmişdir. Kollegiya hesab edir ki, işə baxan məhkəmə də əsaslı olaraq qeyd edilən protokolu mütəbər sübut kimi qiymətləndirib nəzərə almamışdır. 51.O cümlədən qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi xx.xx.2024-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair protokolda binanın həyətindən avtomobillərin park edilməsinin qadağan edilməsi və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumdan istifadə edilməsi qeyd edilmişdir. 52.Halbu ki, birinci instansiya məhkəməsində işə baxan hakim tərəfindən 16 sentyabr 2024-cü il tarixdə mübahisə predmeti olan binaya yerli baxış keçirilmişdir. Yerli baxış zamanı binanın dayanacağında şlaqbaum mövcud olduğu qeyd edilmişdir (i.v.118,İİ cild) . 53.Mülki iş materiallarında olan 2023-cü ilin qiyabi səsverməsinə dair Qərarda saxlanma xərcləri, əmək haqqı, üzvlük məsələləri, həyətin abadlaşdırılması, liftlərin əsaslı təmiri və sair məsələlər barədə qərar qəbul edilmişdir (İİ cild, i.v.1-100). Göründüyü kimi çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər ümumiyyətlə səsə qoyulmamış və nəticədə bununla bağlı qərar qəbul edilməmişdir. 54.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili binanın həyətində 25 maşının park edilməsi üçün yer olduğunu bildirmişdir. Kollegiya hesab edir ki, nə qədər ki, ümumi yığıncağın çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri və məhdudiyyətlərlə bağlı qərarı yoxdur və həyətdə ən azı cavabdehin etiraf etdiyi kimi 25 avtomobilin saxlanılması üçün yer mövcuddur, həmin mümkün yerlərdə sakinlərin avtomobillərini saxlamasının qarşısının alınması qanunsuzdur. O cümlədən, iş materiallarında olan fotoşəkillərdən aydın şəkildə görünür ki, binanın həyətində maşınların saxlanılması (əlbəttə ki, müəyyən sayda) yolun hər hansı yanğınsöndürən maşının keçməsinə maneə törədəcək şəkildə daralmasına səbəb olmur. 55.Liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi ilə bağlı hissədə də məhkəmənin mövqeyini əsaslı hesab edən kollegiya qeyd edir ki, iş materiallarının araşdırılması ilə Calalov Zamana məxsus mənzilin yerləşdiyi B, Nəcəfov Behbudun mənzilinin yerləşdiyi C1 və Babayev Əliağaya məxsus mənzilin olduğu C2 bloklarında olan liftlərə kart sistemlərinin quraşdırılması müəyyən edildiyindən, lift də binanın həyəti və parklanma yeri kimi ümumi mülkiyyət hesab edildiyindən, X23 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 203 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 166, M9, m2) yerləşdiyi (B bloku), X14 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku), X22 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 316 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 170, M15, m2) yerləşdiyi (C2 bloku) bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsinin (tətbiq olunan kart sisteminin bloklaşdırılması və s.) Cavabdeh MMMC-yə qadağan edilməsi qanuvericiliyin tələblərinə müfaviq hesab edilməlidir. 56.Məhkəmə kollegiyası liftlərin təmiri ilə bağlı cavabdehin kommunal ödənişlərdən başqa heç bir vəsaitinin olmaması və bu vəsaitin kifayət etməməsi ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, hətta 2023-cü ildə keçirilmiş qiyabi səsvermənin nəticəsində liftlərin əsaslı təmiri də qərara alınmışdır. Cavabdeh bunun üçün bütün lazımı tədbirlər görməlidir. 57.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 58.Məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 59.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə