Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1696/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(006)-3818/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı ilə LPO Cavabdeh1 ASC arasında 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsindən yaranan borc üzrə LPO Cavabdeh1 ASC məhkəməyə müraciət etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında borc tələbi icraya yönəldilmiş, 2019-cu il tarixli Prezident Fərmanına əsasən, borclunun kredit borcundan 6124,12 manatı kompensasiya edilərək, restrukturizasiya məbləği 4701,61 manat məbləğində müəyyən edilmişdir. Borclunun əmək haqqından müxtəlif vaxtlarda cəmi 5774,65 manat məbləğində pul tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC-yə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş qalıq borc məbləği 4941,84 ABŞ dollarının onun adından silinməsi və borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi vəzifəsinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC və Cavabdeh3 MMC-yə həvalə edilməsi və ondan əsassız və qanunsuz olaraq tutulmuş 1073,04 manat və tərəfindən dövlət rüsumu kimi ödənilmiş 105 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş kreditin qalıq məbləği kimi 617,31 USD, faiz məbləği kimi isə 9656,21 USD borcun iddiaçının adından silinməsi və borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi vəzifəsinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC və Cavabdeh3 MMC-yə həvalə edilməsi və ondan əsassız və qanunsuz olaraq tutulmuş 1073,04 manat və dövlət rüsumu kimi ödənilmiş 105 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı və X2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 12 iyun 2014-cü tarixli kredit müqaviləsi üzrə 6368 ABŞ dolları 08 sent əsas borc, 2166 ABŞ dolları 34 sent faiz borcu və 326 ABŞ dolları 57 sent cərimə borcu olmaqla ümumilikdə, cəmi 886 ABŞ dolları 99 sent məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3158/2017 saylı, 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilib, iddiaçı və X2 ümumilikdə 8544 (səkkiz min beş yüz qırx dörd) ABŞ dolları sent pulun tutularaq iddiaçı “Dəmir Bank" ASC-yə ödənilməsi qət edilmişdir. “Dəmir Bank" ASC-nin “Nizami” filialı ilə iddiaçı arasında 12 iyun 2014-cü il tarixli, 6704 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya illik 26 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi "xxxx" ASC-nin “Nizami” filialı ilə X3 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, ZM6704 saylı zaminlik müqaviləsi bağlanmışdır. O zaman cavabdeh kimi ona təqdim edilmiş ödəniş cədvəlinə əsasən krediti vaxtı-vaxtında ödəmişdir. Lakin, 2015-ci ilin fevral ayında “Devolvasiya” baş verməsinə baxmayaraq götürdüyü kreditin ödənişini davam etdirmişdir (yəni, 1 dolları 1 manat 05 qəpik qaytarmışdır) və ödəniş vaxtını uzatmaq üçün xx.xx.2015-ci il tarixində Cavabdeh1 ASC ilə əlavə saziş (01/05 saylı) imzaladı. Bir neçə aydan sonra Respublikada təkrar “Devolavasiya” nəticəsində bir dollar ilkin 1 (bir) manat 90 (doxsan) qəpik, daha sonra isə 1 (bir) manat 70 (yetmiş) qəpik olmaqla kurs müəyyən edilmişdir. Ona görə kredit ödənişini dayandırdı. Belə olan halda iddiaçı “DəmirBank" ASC ərizə ilə məhkəməyə müraciət edərək 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6368 ABŞ dolları əsas borc, 2166 ABŞ dolları 34 sent faiz borcu və 326 ABŞ dolları 57 sent cərimə borcu olmaqla, ümumilikdə cəmi 8860 ABŞ dolları 99 sent məbləğində pul tələb etmiş və məhkəmə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. xx.xx.2017-ci il tarixində qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. xx.xx.2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. O zaman Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) öz təşəbbüsü ilə problemli kreditlərin kompensasiyasını müəyyən etmiş və 2015-ci ilin sonuna kimi “Devolavasiya" zamanına qədər ödədiyi kredit ödənişləri nəzərə alınmışdır. Eyni zamanda onun "xxxx" ASC üzrə ödədiyi kreditləri nəzərə alınmaqla (772.55 manat) ona qaytarılmalı kompensasiya əvəzləşdirilmişdir. Belə ki, xx.xx.2014-cu il tarixində "xxxx"dan götürdüyü kreditlərin əvəzinə silinmişdir. O zaman restrukturizasiya olunduqdan sonra MBNP tərəfindən elektron qaydada məlumat onun mail ünvanına xx.xx.2019-cu il tarixində daxil olmuşdur. Həmin vaxtı ona elektron qaydada verilmiş sənəddə onun "xxxx" ASC-yə borcunun məbləği 4701.61 manat (dörd min yeddi yüz bir manat altmış bir qəpik) təşkil etmişdir. Onda iddiaçı 2019-cu ilin sentyabrın sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək, banka olan borcunu hansı qaydada ödəyəcəyini soruşduqda ona bildirdilər ki, onun mail ünvanına, ya da telefonuna rəsmi məlumat gələcəkdir. Ona görə o, bir neçə ay gözləməli oldu. 2020-ci ilin birinci rübündə COVİD-19 pandemiyası ilə əlaqədar bütün təşkilatlarda (orqanlarda) iş rejimi dəyişdirilmiş və insanların sərbəst hərəkətinə qadağalar qoyulduğundan uzun müddət evdə qaldı. Sonradan Pandemiyanın nisbətən yumşaldığı zaman iddiaçı xx.xx.2020 tarixində ləğv prosesində olan "xxxx" ASCnin Problemli kreditlər şöbəsinə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru Tural Piriyevə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4701.61 manat (dörd min yeddi yüz bir manat altmış bir qəpik) məbləğində borcunun 60 ay müddətində restrukturizasiya olunmasına göstəriş verilməsini xahiş etdi. Onun ərizəsi xx.xx.2020-ci il tarixində qəbul edilməsinə baxmayaraq hələ də cavablandırılmamışdır. Buna baxmayaraq, iddiaçı öz təşəbbüsü ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət etdi və "xxxx" ASC üzrə kurator Mirhüseyn adlı şəxs onun ərizəsini qəbul etməyəcəklərini, 8544 ABŞ dolları 26 sent və 30 manat pul kredit borcu olduğunu ona bildirmişdir. Eyni zamanda Mirhüseyn 3849 ABŞ dolları birdəfəlik ödədiyi təqdirdə kredit borcunu bağlayacağını ona bildirdi. Lakin, onda həmin vəsaiti ödəmək imkanı olmamışdır. Həmçinin, ərizəsi ilə əlaqədar iddiaçı 2021-ci ilin aprel, may, iyun aylarında Cavabdeh1ın problemli kreditlər şöbəsində olmuşdur və onun ərizəsi üzrə yeni ödəniş cədvəli və müqavilənin bağlanmasını soruşdu. O zaman ona bildirildi ki, onun ərizəsi hələ də cavablandırılmamışdır və bununla əlaqədar Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyini məsləhət gördülər. Ona görə o, bir neçə dəfə həmin Fondda oldu və ərizəsinin daxil olma nömrəsini (2022 1408 07304) verərək X7 Kreditlər Şöbəsinə yaxınlaşmağını məsləhət gördülər. O, təkrar “Dəmir Bankın” Problemli Kreditlər Şöbəsinə gəldikdə ona bildirdilər ki, ərizəsi yenə də cavablandırılmayıb və ərizəsinin qeydiyyata götürülmüş surətini ona təqdim etmişlər. Lakin, sonradan o, bir neçə dəfə cəhd edərək onunla kredit müqaviləsinin bağlanması ilə əlaqədar Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. xx.xx.2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını o zaman Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirirdi. Lakin, hazırda göstərilən fərmanın icrası bilavasitə Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilmişdir. Onun banka qalan kredit borcu üzrə Yasamal rayon icra qurumu tərəfindən göndərilən xx.xx.2021-ci il tarixli, 17/72- 283145/12 saylı məktuba əsasən ondan hər ay əmək haqqının 50 faizi qədər pulun (manatla) tutularaq Mərkəzi Banka ödənilmələrin tutulmasını xahiş etmiş və onun iş yeri üzrə hər ay (may-358 manat, iyun 358 manat, iyul - 426 manat) tutmalar tutulması həyata keçirilmişdir. 2021-ci ilin mayından etibarən onun əmək haqqından tutulmalar başlanmışdır. Həmin tarixdən hazıradək onun əmək haqqından ümumlikdə 5774,65 (beş min yeddi yüz yetmiş dörd manat altmış beş qəpik) manat məbləğində pul tutulmuşdur. Bununla da ondan 1073,04 manat məbləğində artıq pul tutulmuşdur. Lakin, Bakı şəhəri Yasamal rayon icra şöbəsi bildiriş göndərərək 4941,84 ABŞ dolları qalıq borcun və 30 manat dövlət rüsumunun, həmçinin ümumi məbləğin 7 faizi - 598,09 ABŞ dolları məbləğində pulun tutulmasını ondan tələb edir. Bu səbəbdən də hazırda həmin borcun silinməsi və ondan artıq tutulmuş pulun ona geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə yazılı vəsatət təqdim edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli, 49 saylı qərarı ilə "xxxx" ASCnin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli, 2-1(103)-3194/2017 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Banklar haqqında Qanunun 72-ci maddəsinə əsasən, Bankın müflis elan edilməsinə dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialara dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarından göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialara üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialara üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin, bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Hazırda icraatda olan İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, artıq ödənilmiş pulun geri qaytarılması və s.” tələbi də bank fəaliyyətini həyata keçirdiyi tələblər üzrə işlər kateqoriyasına daxildir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3818/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər LPO "xxxx" ASC, Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işin “...artıq ödənilmiş pulun qaytarılması...” hissəsində icraatına xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(006)- 3818/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmamasının müəyyən edilməsi, borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 527.1 və 528-ci maddələri və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək göstərmişdir ki, iddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-dən artıq ödənilmiş pulun geri qaytarılmasını tələb edir. Halbuki, həmin Qanunun 72.1.2-ci və 72.1.3-cü maddələrinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarına əsasən, “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Məhz bu əsasla məhkəmə qərardadla İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC, Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işin “...artıq ödənilmiş pulun qaytarılması...” hissəsində icraatına xitam vermişdir. Mülki işin araşdırılması zamanı məhkəmənin ilk növbədə diqqət yetirdiyi hal İddiaçı hesabında 617,31 USD qalıq, 9656,21 USD faiz məbləğində borcun göstərilməsinin əsaslı olub-olmadığı olmuşdur. Məhkəmə bu qənaətə gəlmişdir ki, iş materiallarında olan ödəniş tapşırıqları əsasında borc məbləğinin iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapmışdır, bu məbləğin borclunun hesabında saxlanılması əsassızdır. Bu isə öz növbəsində iddiaçının gələcəkdə kredit götürməkdə və buna bənzər işlərdə çətinliklərlə üzləşə biləcəyinə gətirib çıxara bilər ki, bu da onun hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi öhdəliyi ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Məhkəmə, iddia tələbinin 105 manat məbləğində dövlət rüsumunun ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, əsas tələbin pulun tutulması hissəsində icraatına xitam verildiyindən və iddia qismən təmin edildiyindən, məhkəmə hesab etmişdir ki, iddianın qaldırılması üçün ödənilmiş olan 105 manat məbləğində dövlət rüsumunun 55 manatı iddiaçının özünə aid edilməli, qalan 50 manatı isə cavabdeh Əmanətlərin Sığortalanması Fondundan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması müəyyən edilməli, borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməli, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3158/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X2 müştərək qaydada 6368.06 ABŞ dolları əsas borc, 2166.20 Abş dolları faiz borcu və 10 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 8544.26 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı tutularaq "xxxx"ASC-yə ödənilməsi, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı və X2 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Daha sonra həmin qətnamə icraya yönəldilmiş, Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Müvafiq icra tədbirləri görüldükdən sonra cavabdehlərin xx.xx.2017ci il tarixli qətnamə üzrə xx.xx.2022-ci il tarixə LPOCavabdeh1 ASC-yə 1545.01 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumu borcu qalmışdır. Cavabdeh İddiaçı Cavabdeh1 ASC-yə olan kredit borcu Azərbaycan Respublikası Prezidentinin28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüş, lakin o, 31 dekabr 2019cu il tarixədək ləğv prosesində olan "xxxx" ASC-yə müraciət etməmiş və bu səbəbdən onunla kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır. Həmin fərmanın heç bir maddəsində fərmanın təsiri dairəsinə düşən və məhkəmələr tərəfindən restrukturizasiya olunmayan kredit müqavilələrinin faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının silinməsi səlahiyyətləri verilməmişdir. Kredit borcu məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında olsa da, iddiaçı ilə Bank arasında kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli kredit müqaviləsi bağlanmamış, yəni iddiaçının kredit borcu restrukturizasiya olunmamışdır. Məhkəmə ödəniş tapşırıqları əsasında borc məbləğinin iddiaçı tərəfindən ödənildiyi qənaətinə gəlmiş və qalıq borcunun və faiz məbləğinin borclunun hesabında saxlanılmasını əsassız hesab etmişdir. İddiaçı tərəfindən borcun tam ödənilməsinə dair heç bir hərəkət edilməmişdir. İddiaçı kredit borcunun restrukturizasiyası üçün Banka xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. O, vaxtında Banka müraciət etmədiyinə və kredit borcu restrukturizasiya olunmadığına görə onun qalıq və faiz borcu silinməməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3158/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə LPO Cavabdeh1 ASC-yə cəmi borcunun qalıq məbləği xx.xx.2022-ci il tarixə 1545.01 USD təşkil edir. Məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. İşin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. İddiaçı tələbini təsdiq edən halları sübut etməmişdirsə, cavabdeh iddia tələbi ilə bağlı cavabdehlik daşımasını sübut etmə yükü daşımır. Hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini əsaslandıra bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi cavabdeh tərəfindən təqdim edilən sübutlara düzgün şəkildə diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, İddiaçıSeydi oğlu müqavilə üzrə Bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İddiaçı bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini tam yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında öz nümayəndələrinin iştirakını təmin etmədiyindən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsi təmin olunmuş hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
Mülki Prosessual Məcəllə:
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3158/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X2 müştərək qaydada 6368.06 ABŞ dolları əsas borc, 2166.20 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 8544.26 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı tutularaq Cavabdeh1ASC-yə ödənilməsi, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı və X2 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Daha sonra həmin qətnamə icraya yönəldilmiş, Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçının tələbinin istinad etdiyi hallara görə 13 iyul 2021-ci il tarixli Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən İddiaçı məxsus borc məlumatlara əsasən borc üzrə cəmi hesablanmış kompensasiya məbləği 6124,12 manat, restrukturizasiya məbləği 4701,61 manat təşkil etmişdir. 05 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ünvanlanan məktubdan görünür ki, xx.xx.2014-cü il tarixli müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə xx.xx.2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan tarixə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6.368,08 ABŞ dolları (10.825,74 manat) məbləğində vaxtı keçmiş əsas kredit borcu mövcud olduğundan və hesablanmış 6.124,12 manat kompensasiyanın Fərmanın 2-ci hissəsinin tələblərinə əsasən, bu borca proporsional qaydada yönəldilməsi nəzərə alınaraq müvafiq qaydada retsrukturizasiya ediləcək məbləğ 4.701,61 manat müəyyən olunaraq müvafiq siyahıya daxil edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, cavabdeh İddiaçı Cavabdeh1 ASC-yə olan kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşsə də onun 31 dekabr 2019-cu il tarixədək ləğv prosesində olan Cavabdeh1 ASC-nin onunla kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli kredit müqaviləsi bağlanmamasına baxmayaraq 2019-cu il tarixli Prezident Fərmanına əsasən, borclunun kredit borcundan 6124,12 manatı kompensasiya edilərək, restrukturizasiya məbləği 4701,61 manat məbləğində müəyyən edilməsi iş materiallarında olan 13 iyul 2021-ci il tarixli Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən İddiaçı məxsus borc məlumatları və 05 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ünvanlanan məktubun məzmunu ilə tam təsdiqini tapmışdır. Beləliklə də kollegiyanın qənaətinə görə səlahiyyətli orqanlar tərəfindən borclunun kredit borcundan 6124,12 manatı kompensasiya edilərək, restrukturizasiya məbləği 4701,61 manat məbləğində müəyyən edilməsi artıq işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən fərmanın təsiri dairəsinə düşən və müqavilə əsasında restrukturizasiya olunmayan kredit müqavilələrinin faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının silinməsi kimi hərəkətlərə yol verilməmiş, məhkəmə yuxarıda adları çəkilən səlahiyyətli orqanların rəsmi sənədlərinə əsasən müəyyən etmişdir ki, 2019cu il tarixli Prezident Fərmanına əsasən, borclunun kredit borcundan 6124,12 manatı kompensasiya edilərək, restrukturizasiya məbləği 4701,61 manat məbləğindədir. Cavabdeh apellyasiya şikayətində müvafiq icra tədbirləri görüldükdən sonra iddiaçının xx.xx.2017-ci il tarixli qətnamə üzrə xx.xx.2022-ci il tarixə LPOCavabdeh1 ASCyə 1545.01 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumu borcu qalmasını göstərsə də, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən verilən 26 aprel 2021-ci il tarixli məktubdan görünür ki, borclu İddiaçı həmin dövrə olan qalıq borcu 4941,84 ABŞ dolları və 30 manat dövlət rüsumu təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 26 aprel 2021-ci il tarixdən (icra şöbəsinin məktubuna əsasən) görülmüş icra tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixə kimi LPOCavabdeh1 ASC-yə 1545.01 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumu borcu qalmasını və iddiaçı tərəfindən borcun tam ödənilməsinə dair heç bir hərəkət edilməməsini göstərsə də ilk öncə bu borcun olmasını təsdiq edən subutlar təqdim etməli idi. İş materiallarında olan 2021-2022-ci illəri əhatə edən müxtəlif vaxtlarda 26, 1661, 1832, 977, 1330, 284, 478, 1288, 968, 1967, 1429, 2355, 2191 və 2737№-li Ödəniş tapşırıqlarından görünür ki, iddiaçının aylıq əmək haqqından müəyyən məbləğlərdə olmaqla cəmi 5774,65 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının hesabına tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşsə də, o öz tələbini əsaslandırması üçün restrukturizasiya məbləği 4701,61 manat olmasına dair məhkəməyə yuxarıda qeyd edilən sübutları təqdim etmişdir. Belə olan halda isə iddiaçının Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3158/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə LPO Cavabdeh1 ASC-yə cəmi borcunun qalıq məbləği xx.xx.2022-ci il tarixə 1545.01 USD təşkil etməsi ilə bağlı sübutetmə yükü cavadehin üzərinə düşür. Lakin cavabdeh belə sübutları təqdim etməmişdir Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qətnamə üzrə LPO Cavabdeh1 ASC-yə cəmi borcunun qalıq məbləği xx.xx.2022-ci il tarixə 1545.01 USD təşkil etməsinin işin mübahisəsiz halı olmasına dair apellyasiya şikayətinin dəlili buna dair sübut iş materiallarında olmadığı üçün əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, İddiaçı müqavilə üzrə Bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, Bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, rəsmi sənədlər əsasında 2019-cu il tarixli Prezident Fərmanına əsasən, borclunun kredit borcundan 124,12 manatı kompensasiya edilərək, restrukturizasiya məbləği 4701,61 manat məbləğində müəyyən edilmiş, aylıq əmək haqqından müəyyən məbləğlərdə olmaqla cəmi 5774,65 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının hesabına tutulmaqla o kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini tam və artıqlaması ilə yerinə yetirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ödəniş tapşırıqları əsasında borc məbləğinin iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapdığından İddiaçı hesabında 617,31 USD qalıq, 9656,21 USD faiz məbləğində borcun göstərilməsinin saxlanılmasının əsassız olmaqla iddiaçının gələcəkdə kredit götürməkdə və buna bənzər işlərdə çətinliklərlə üzləşə biləcəyinə gətirib çıxara bilməsinə, bunun da onun hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola biləcəyinə dair birinci instansiya məhkəməsinin qənaəti işin araşdırılmış halarına tam uyğun olmaqla əsaslıdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(006)- 3818/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Elnur Həsənov