Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1697/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh2 vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun tərəfindən "xxxx" Şirkətinin təcili pul köçürmələri sistemi ilə ABŞ-dan Azərbaycan Respublikasına, qayınatası ilə qayınanası olan cavabdehlərin adına köçürtdüyü 4.995 ABŞ dolları məbləğində pulun, həmçinin hazırki iddianın məhkəməyə verilməsi məqsədilə aldığı hüquqi yardıma görə vəkil ilə müqavilə bağlamaq üçün çəkdiyi xərcin əvəzi olaraq 100 manat, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 105 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlərin övladı X3 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. 2016-cı ildə iddiaçı ilə Elşad yaşamaq üçün ABŞ-nın Ayova ştatına köçmüşlər. Nikahdan onların 2 övladları olsa da, münasibətləri pisləşmiş və 2019-cu ilin sonunda onlar Azərbaycana qayıtmaq qərarına gəlmişlər. xx.xx.2019-cu il tarixdə onlar Bakıya qayıtmışlar. xx.xx.2020-ci il tarixdə Elşad “nikahın pozulması barədə” iddia ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. İddiaçı bildirir ki, Bəxtiyar Abdullayev adlı tanışı 2019-cu ildə ona, rəfiqəsi Natalya Smaçkova vasitəsilə 10.000 ABŞ dolları məbləğində pul göndərək iddiaçıdan onun üçün ABŞ-dan Azərbaycana gələrkən elektron cihazlar və texnikalar almağını xahiş etmişdir. İddiaçı həmin pul vəsaitinin yarısına müxtəlif əşyalar alsa da, qalan 5.000 ABŞ dollarını xərcləməmişdir. Çünki başqa ölkələrdən Azərbaycana malların daxil edilməsi zamanı limit tətbiq edilir. Bu səbəbdən o, "xxxx" Şirkətinin təcili pul köçürmələri sistemi ilə ABŞ-dan Azərbaycan Respublikasına xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə, hər dəfə 999 ABŞ dolları olmaqla, cəmi 4.995 ABŞ dollarını saxlamaq üçün cavabdehlər olan qayınatası ilə qayınanasına göndərmişdir. Azərbaycana gəldikdən sonra həmin məbləği Bəxtiyara qaytarmaq üçün, iddiaçı cavabdehlərə müraciət etsə də, iddiaçı ilə Elaşdın münasibətləri artıq pozulduğu üçün cavabdehlər pulu iddiaçıya qaytarmamışlar. Bəxtiyar iddiaçının ona qaytarmalı olduğu qalan pulu iddiaçıdan təkidlə istədiyi üçün iddiaçı məcbur olub 2020-ci ilin iyul ayında Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsi tərəfindən iddiaçının keçmiş qayınatası Cavabdeh2 izahat alınmasa da, iddiaçının keçmiş qayınanası Cavabdeh1 izahat alınmış və o, izahatında iddiaçının onlara heç bir məbləğdə pul göndərmədiyini bildirmişdir. Təhqiqatçı tələbinin mülki xarakterli olduğunu bəhanə edərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı bildirir ki, onun tərəfindən cavabdehlərə hissə-hissə 4.995 ABŞ dolları məbləğində pulun göndərilməsi "xxxx" Şirkətinin Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Baş ofisi tərəfindən onun sorğusuna rəsmi olaraq verilmiş cavaba əlavə edilmiş sənədlər ilə təsdiq edilir. Buna görə də, iddiaçı hesab edir ki, 4.995 ABŞ dolları məbləğində pul cavabdehlərdən tutularaq ona verilməlidir. Bundan başqa iddiaçı bildirir ki, cavabdehlər həmin məbləği ona qaytarmadıqları üçün o hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 105 manat məbləğində dövlət rüsumu ödəmək, hüquqi yardım almaq üçün isə vəkillə müqavilə bağlamaq və bunun üçün 100 manat məbləğində xərc çəkmək məcburiyyətində qalmışdır. Buna görə də, o, hesab edir ki, həmin məbləğlər də, cavabdehlərdən tutularaq ona ödənilməlidir.
3. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Borc müqaviləsi” adlı 739-cu, “Borc müqaviləsinin forması” adlı 740-cı, “Öhdəlik anlayışı” adlı 385-ci, “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlı 425-ci və “Öhdəliyin icra edilməməsi anlayışı” adlı 442-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
4. Cavabdeh2 vəkili (nümayəndəsi) iddia tələbinə etiraz etmiş və verdiyi yazılı izahatında bildirmişdir ki, iddiaçı, cavabdehlərə 4.995 ABŞ dollar məbləğində pul göndərdiyini və həmin pulun ona qaytarılmadığını iddia edir. İddiaçının tələbinə əsasən, tərəflər arasında borc münasibətləri yaranmış və cavabdeh tərəf qeyd edilən məbləği qaytarmalıdır. Qeyd edilənlər əsassızdır və iş üzrə tərəflər arasında heç bir borc münasibəti olmamışdır. Belə ki, iddiaçının özü ona pulu limit olduğu üçün Azərbaycana gəldikdən sonra geri almaq üçün göndərdiyini qeyd edir. Yəni, iddiaçının özünün bildirdiyi kimi onların arasında borc münasibətləri yaranmamışdır. Əslində qeyd edilən məbləği Cavabdeh2 övladı Elşad göndərmişdir. Həmin məbləği Cavabdeh2 iddiaçı göndərmiş olsa belə, burada borc münasibətləri yaranmır. İddia tələbi əgər sübut edilərsə, bu zaman aralarındakı münasibət borc deyil əsassız varlanma hesab edilməlidir, çünki onların aralarında heç bir müqavilə yoxdur. Yəni, iddiaçı özü bildirir ki, o, həmin məbləği cavabdehlərə borc olaraq deyil, yalnız saxlamaq üçün göndərib. Borc münasibətlərində isə həmin məbləği cavabdehin mülkiyyətinə verməli idi. Ancaq iddiaçı həmin məbləği cavabdehlərin mülkiyyətinə verməyib, yalnız saxlamaq üçün göndərib. Göründüyü kimi, onların arasındakı mübahisənin kökündə əsassız varlanma durur. İddiaçının özünün bildirdi kimi, o, cavabdeh tərəfin ona həmin məbləği qaytarmadığını 2019-cu ilin axırında bilib. Bu baxımdan iddiaçı ən son müddət olaraq 2021-ci ilin sonunda məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə 2022-ci ilin avqust ayında, yəni iddia müddətini ötürməklə vermişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbi rədd edilməlidir.
5. Cavabdeh2 vəkili (nümayəndəsi) işə baxmış Rayon Məhkəməsinə “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə vermişdir.
6. Cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmmamış, iddia tələbinə qarşı yazılı etiraz verməmiş, məhkəmə baxışı iclasına gəlməməsinin səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.
7. Rayon Məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə borc pul verməsi ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı pulun onun tərəfindən saxlaması və sonradan ona geri qaytarılması üçün qayınatası Cavabdeh2 adına göndərildiyini iddia etsə də, sonuncunun arvadı olan cavabdeh (iddiaçının keçmiş qayınanası) Cavabdeh1 Nəsimi RPİ-nin 19-cu PŞ-nə verdiyi izahatında bildirmişdir ki, həmin pul məbləği onların övladı (iddiaçının əri) Elşad tərəfindən atasının əməliyyatı üçün göndərilmiş və sonradan onlar həmin pulu Elşada geri qaytarmışlar. Cavabdeh2 isə məhkəməyə təqdim etdiyi ərizədə bu halı təsdiq etmişdir. Göründüyü kimi iddia sübuta yetmir. Belə olan halda iddia əsassız hesab edilməli və bu səbəbdən də, Cavabdeh2 verdiyi “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizənin əsaslı olub-olmamasının araşdırlmasına zərurət qalmır. d) apellyasiya şikayəti barədə məlumat
10. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
11. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apelyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
13. Cavabdeh2 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına, habelə iddia tələbinə qarşı etirazın məzmununa uyğun izahat verdi.
14. Cavabdeh1 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmmamış və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
16. Belə ki, iddiaçı, 4.995 ABŞ dolları məbləğində pulun onun tərəfindən "xxxx" Şirkətinin təcili pul köçürmələri sistemi vasitəsilə, hər dəfə 999 ABŞ dolları olmaqla 10, 14, 17, 20 və 21 oktyabr 2019-cu il tarixlərində cavabdehlərə göndərdiyini iddia edərək, həmin pul vəsaitinin ona geri qaytarılmasını tələb edir.
20. Cavabdeh tərəf isə həmin pulun iddiaçı tərəfindən yox, hazırki iş üzrə tərəf olmayan onların övladı (iddiaçının əri) X3 tərəfindən göndərildiyini bildirirlər.
21. Bundan başqa, cavabdeh tərəf hesab edir ki, onlar ilə iddiaçı arasında borc münasibətləri ümumiyyətlə olmamış, iddiaçı, 2019-cu ilin axırından hüquqdan məhrum olduğunu bildiyi üçün əsasız varlanma ilə bağlı 2 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırki tələbə iddia müddəti tətbiq edilməlidir. Cavabdeh2 işə baxmış Rayon Məhkəməsinə “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə də vermişdir.
22. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən götürülmüş və mülki işə əlavə edilmiş 1429/20 saylı təhqiqat materialın surətindən görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, onun övladı, iddiaçının isə əri Elşad Şirəliyev həmin pul məbləğini atasının – Cavabdeh2 həmin ərəfədə əməliyyat olunması üçün göndərmişdir. Sonradan isə Cavabdeh2 5.000 ABŞ dollarını Elşada göndərməklə qaytarmışdır.
23. "xxxx" Şirkətinin Rusiya Federasiyasının Moskva şəhərindəki Baş ofisi tərəfindən iddiaçının vəkilinin sorğusuna rəsmi olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 1662/1-22 saylı cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə iddiaçı tərəfindən Cavabdeh2 hesabına hər dəfə 999 ABŞ dolları məbləğində ödənişlər edilmişdir.
24. Məhkəmə qeyd edir ki, iddiaçı, iddia ərizəsində borc münasibətlərindən irəli gələn tələb qoysa da, iddianın məzmunundan aydın olur ki, iddiaçının əsaslanması tərəflər arasında mövcud olan hüquq münasibətlərinə uyğun deyil. Çünki iddiaçı ilə Cavabdeh2 arasında borc münasibətlərinə dair nə bir müqavilə bağlanmış, nə də borc verilməsi ilə bağlı iradə ifadəsi olmuşdır.
25. Bunun nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (maddə 405.1.). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739).
26. Göründüyü kimi müqavilənin bağlanması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və iradə ifadəsinin vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
27. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsası əsassız varlanmadır. Çünki Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır (maddə 14.2.). Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (maddə 439.4.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).
28. Cavabdehlər 4.995 ABŞ dolları məbləğində pulun Cavabdeh2 iddiaçı tərəfindən deyil, Cavabdeh2 övladı, iddiaçının əri Elşad Şirəliyev tərəfindən göndərilməsini, daha sonra isə Cavabdeh2 həmin pul məbləğini Elşad Şirəliyevə qaytarılmasını bildirsələr də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişlər. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Bu baxımdan qəbul edilməlidir ki, qeyd edilən pul məbləği Cavabdeh2 iddiaçı tərəfindən göndərilmişdir.
30. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, müzakirə edilən tələb Cavabdeh2 münasibətdə əsaslıdır. Belə ki, Məhkəmənin mövqeyinə görə, iddiaçı tərəfindən Cavabdeh2 göndərilmiş və yuxarıda qeyd edilən pul sonuncuda qalmış, o, iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır. Digər Cavabdeh1 münasibətdə iddia tələbi sübuta yetmir.
31. Odur ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, iddiaçı, 4.995 ABŞ dolları məbləğində pulun qaytarılmasını Cavabdeh1 tələb etməkdə haqsız, Cavabdeh2 tələb etməkdə isə haqlıdır. İddia tələb Cavabdeh2 münasibətdə əsaslıdır.
32. Məhkəmə, həmçinin, Cavabdeh2 tərəfindən verilmiş “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə ilə bağlı bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. (maddə 373.4.) Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1.). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (maddə 380.2.). Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir (maddə 384.0.4.). Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (maddə 1095.).
33. Hazırki iddianın əsasını təşkil edən faktlar iddiaçıya xx.xx.2019-cu il tarixdə ölkəyə gələn zaman məlum olmuş və o, həmin faktları hazırki iş üzrə tərəf olmayan X1 qarşı ilə sürmüş, bununla da, iddia müddətinin axımı başlanmışdır. Bundan sonra ona qarşı “əmlak və pul tələbi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, bununla isə iddia müddətinin axımı kəsilmişdir. Həmin iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, beləliklə, iddia müddətinin axımı yenidən başlanmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməyə müraciət etmiş, bununla da görünür ki, onun əsassız varlanmaya görə Cavabdeh2 tələb etmə hüququ üzrə iddia müddəti keçməmişdir.
34. Bununla da, müəyyən edilir ki, “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” Cavabdeh2 ərizəsi əsassızdır.
35. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı hazırki tələblə bağlı müraciət etmək üçün hüquqi yardıma görə 100 manat, iddia ərizəsinin verilməsi üçün 105 manat dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin məbləğlər də Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
36. Çünki MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Hüquqi yardıma görə vəkillərə ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir (maddə 115.0.6.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (maddə 121.1.).
37. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı tam əsassız olması əsası ilə iddianı rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır.
38. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
39. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi tələbi barədə” iddiası qismən təmin edilsin. İddiaçı tərəfindən göndərilmiş pulun əvəzi olaraq 4.995 (dörd min doqquz yüz doxsan beş) ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 (yüz beş) manat, hüquqi yardıma görə iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.