Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-170/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («icarə haqqı borcu, faiz borcu və.s ») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «icarə haqqı borcu, faiz borcu və.s» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-610/2023 saylı işi üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı iddia (tələbində dəqiqləşdirmə aparılmasına dair ərizə) təqdim edərək, cavabdeh "BLC” Məhdud Məsuliyyətli Cəmiyyətindən 20 may 2019-cu il tarixli icarə müqaviləsi üzrə 12378 manat icarə haqqı borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olan 618.9 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 200 manat xərc, dövlət rüsumu olaraq ödənilmiş 131.16 manat xərc, yekun olaraq 13328.06 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-610/2023 saylı işi üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "BLC” Məhdud Məsuliyyətli Cəmiyyətindən 20 may 2019-cu il tarixli icarə müqaviləsi və icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə 12378 manat icarə haqqı borcu, 618.9 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, 200 manat hüquqi xidmət xərci, 131 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, 13327.9 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 442, 443.1, 445.7, 700.1, 701.2; Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 9.3, 14.2, 88, 107, 119.1, 121.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ay ərzində cavabdeh tərəfindən iddiaçıya aylıq 800 manat olmaqla, cəmi 18400 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8 ay ərzində aylıq 300 manat olmaqla, cəmi 2400 manat, ümumilikdə 20800 manat məbləğində ödəniş edilməli idi. Təqdim edilən hesabdan çıxarışdakı məlumatlardan isə görünür ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 8422 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, müəyyən olunur ki, cavabdehin iddiaçıya müvafiq icarə müqaviləsi və ona dəyişiklik edilməsi ilə əlaqədar bağlanmış saziş üzrə icarə haqqına görə 12378 manat məbləğində borcu yaranmış, iddiaçı iddia tələbinin icarə haqqı hissəsində haqlıdır və tələb təmin edilməlidir. Məhkəmə iddiaçının tələb etdiyi ümumi məbləğlə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələb etdiyi məbləğlərin cəmi 13327.9 manatdır, lakin iddiaçı tərəfindən texniki hesablama səhvi olaraq 13328.06 manatın cavabdehdən tutulması məhkəmədən xahiş edilmişdir. Buna görə də iddiaçının ayrı-ayrılıqda tələb etdiyi bütün məbləğlərin təmin edilməsinə baxmayaraq, cəmi məbləğ səhv qeyd edildiyindən məhkəmə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçıvani küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur; - 20 may 2019-cu il tarixli müqaviləyə əsasən, İddiaçı adından X5 Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçıvani küçəsi, ev 10 ünvanında yerləşən ümumi sahəsi 82.0 kv.mdən ibarət olan sahəni Cavabdehnə icarəyə verməyi, Cavabdeh isə icarə obyekti üçün ayda 800 manat icarə haqqı ödənilməsini öhdəsinə götürmüşdür;- xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqaviləyə (saziş) əsasən, bu müqavilənin qüvvəyə minmə tarixi 31 may 2019-cu il hesab olunur və bu müqavilə xx.xx.2021-ci il tarixinədək bağlanılır. İcarə obyekti üçün aylıq icarə haqqı 300 manat təşkil edir. Tərəflər razılarşırlar ki, bu Saziş xx.xx.2021-ci il tarixdən qüvvəyə minir;- xx.xx.2019-xx.xx.2022-ci il tarixlərini əhatə edən hesabdan çıxarışa əsasən, İddiaçı nümayəndəsi X4 məxsus bank hesabına Cavabdeh tərəfindən aşağıdakı tarixlərdə aşağıdakı məbləğlərdə ödənişlər edilmişdir: xx.xx.2019-cu il tarixdə - 2105,25 manat; xx.xx.2019-cu il tarixdə - 294,75 manat; xx.xx.2019-cu il tarixdə - 800 manat; xx.xx.2019-cu il tarixdə - 800 manat; xx.xx.2019-cu il tarixdə - 800 manat; xx.xx.2020-ci il tarixdə - 800 manat; xx.xx.2020-ci il tarixdə - 800 manat; xx.xx.2020-ci il tarixdə - 800 manat; xx.xx.2020-ci il tarixdə - 350 manat; xx.xx.2021-ci il tarixdə - 172 manat; xx.xx.2021-ci il tarixdə - 100 manat; xx.xx.2021-ci il tarixdə - 100 manat; xx.xx.2021-ci il tarixdə - 100 manat; xx.xx.2021-ci il tarixdə - 300 manat; xx.xx.2021-ci il tarixdə - 100 manat olmaqla, cəmi 8422 manat ödənilmişdir;- 19 oktyabr 2022-ci il tarixli pretenziya sənədinə əsasən, Cavabdeh 20 may 2019-cu il tarixli müqavilə və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə yaranmış borcun ödənilməsi barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir;- Hüquqi yardımın göstərilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli 602 nömrəli müqaviləyə əsasən, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə İddiaçı “icarə haqqının tələb edilməsi” tələbi üzrə hüquqi yardımın göstərilməsini öhdəsinə götürmüşdür, İddiaçı tərəfindən 200 manat ödənilmişdir;- xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 131 manat məbləğində dövlət rüsumu ödənilmişdir (iş səh. 15-21, 24-28, 29, 31, 35-36, 38, 87-88). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 610/2023 saylı işi üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməsini, iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 14.1, 88, 174.1; Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.7-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı cavabdeh "BLC“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 20 may 2019-cu il tarixdə icarə müqaviləsi bağlamış, icarə haqqının iddiaçının adına «Beynəlxalq Bank»da açılmış hesaba köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında olan razılaşmaya əsasən iddiaçının adına açılmış bank hesabına köçürülməyən icarə haqqı nəğd şəkildə iddiaçının özünə ödənilmişdir. Bu hal danılmazdır. Ona görə ki, bu müddət ərzində iddiaçı bir dəfə də olsun cavabdeh ilə bağlanılmış icra müqaviləsinin icarə haqqının ödənilməməsinə görə icarə müqaviləsinin ləğvi ilə bağlı tələb qaldırmamış, susmuş, artıq icarə müqaviləsi bitdikdən sonra və cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçivani küçəsi, ev 10 ünvanında yerləşən 82 kv.m-dən ibarət olan icarə obyektini tərk edəndən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, 01 mart 2020-ci ildən 21 sentyabr 2020-ci ilə kimi 5250 manat borc yaranmış; 01 fevral 2021-ci ildən 02 fevral 2021-ci ilə kimi 3028 manat borc yaranmış, 01 fevral 2021-ci ildən 02 fevral 2021-ci ilə kimi 500 manat borc yaranmış, 01 mart 2021-ci ildən 31 mart 2021-ci ilə kimi 400 manat borc yaranmış, 01 aprel 2021-ci ildən 31 may 2021-ci ilə kimi 1600 manat borc yaranmışdır. Halbuki, bu hal həqiqətə uyğun deyil, bu müddət ərzində həmin məbləğlər cavabdeh iddiaçıya nəğd şəkildə ödəmişdir. Belə olan halda sual yaranır: «Əgər cavabdeh iddiaçıya bu müddət ərzində icarə haqqını ödəmirdisə, nəyə görə iddiaçı həmin müddət ərzində susmuş, icarə haqqını tələb etməmiş, və yaxud cavabdeh tərəfindən icarə haqqı ödənilmədiyi üçün icarə müqaviləsinin ləğvi ilə bağlı tələb qaldırmamışdır?» Bundan başqa gecikdirilmiş vaxt üçün illik beş faizinin ödənilməsinə gəldikdə, iddiaçı həmin məbləği tam şişirtmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyi səbəbindən sübutları və vəsatətləri məhkəməyə təqdim etmək imkanında olmamışdır. 1-ci instansiya məhkəməməsi cavabdehin məhkəmədə iştirak etməyini təmin etməmişdir. Ona görə də, faizlərin düzgün və dəqiq müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi ilə bağlı cavabdeh tərəfindən vəsatət qaldırmağa imkanı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərinə uyğun olaraq, öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi.Lakin, 1-ci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən təqdim etdiyi sənədlər əsasında faiz borcunu müəyyən etmiş, halbuki, həmin faiz borcu xüsusi biliyə tələb olunan mütəxəssis tərəfindən müəyyən olunmalı idi. Bu hal işin həlli üçün ziddiyyət yaradır. Lakin, məhkəmə həmin ziddiyyəti aradan qaldırmamışdır. 1-ci instansiya məhkəməsi öz qətnaməsində çoxsaylı qanun normalarını qeyd etsə də, lakin işin hallarına zidd olaraq qətnamə qəbul etmişdir. Beləliklə,1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş, qeyd etdiyi maddi hüquq normalarını səhv təvsir etmişdir. Məhkəmə cavabdehin iştirakını təmin etməmiş, bununla da cavabdeh öz hüquqlarını lazımınca müdafiə etməyə, sübutlarını təqdim etməyə məhrum olmuşdur. 1-ci instansiya məhkəməsi işdə olan sənədləri sadalamaqla kifayətlənmiş, onları hərtərəfli və tam tədqiq etməmişdir. Məhkəmə hazırki mübahisənin düzgün həlli üçün şərait yaratmamış və nəticədə əsassız olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Qətnamə qəbul edərkən çoxsaylı normalara istinad edilsə də, faktiki olaraq həmin normalar işin hallarına uyğun deyildir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2792/2023 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, icarəçi tərəfindən icarəyə verənə 20 may 2019-cu il tarixli icarə müqaviləsi və icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə ödənilməli olan 20800 manatdan faktiki ödənilmiş 20647 manat çıxıldıqda, icarə haqqı üzrə mövcud borc məbləği 153 manat müəyyən edilir. Qeyd edilir ki, yuxarıda göstərilmiş müqavilədə ödənilməli olan icarə haqqının gecikdirilməsinə görə, gecikdirilmiş vaxt üçün faiz borcuna dair hər hansı şərt nəzərdə tutulmadığından, faiz borcunun hesablanması aparılmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.
6. İddiaçının nümayəndəsi vəkil Nümayəndə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim edərək qeyd etmişdir ki, rəylə tanış olan zaman görünür ki, ekspert iş materialında olan (i.v.70-72) “Azərbaycan Beynəlxalq Bankın”da yerləşən ******************** saylı X4 məxsus hesab çıxarışa istinad etmişdir. Həmin hesab çıxarışa əsasən ekspert cədvəl tərtib etmiş və tarixləri göstərməklə məbləğlər yazıb hesablamışdır. Lakin ekspert Bankın verdiyi arayışı diqqətlə oxumamış, orada həm “BLC AND PARTNERS” LLC-dən köçürülən vəsaiti, həm də Cavabdeh Məhdud Məsuliyyətindən köçürülən hər iki vəsait bir yerdə toplamış, ona görə də rəyin nəticəsinə hissəsində cavabdehin ancaq 153 manat borcu qalması barədə qənatə gəlmişdir. Ekspert bu hüquqi şəxslərin-təşkilatların ayrı-ayrı təşkilatlar olmasını fərqləndirə bilməmişdir. Məsələn, ekspert görür ki, xx.xx.2019-cu il tarixində 2 dəfə 800 manat icarə haqqının keçirilməsini yazır. “Azərbaycan Beynəlxalq Bankın”da yerləşən ******************** saylı X4 məxsus hesab çıxarışa istinad etməklə bunu əyani şəkildə izah edilir. Beləliklə, ekspert 37 dəfə “BLC and Partners” LLC-dən köçürülən vəsaiti səhvən və ya qeyri peşəkarlıqdan, onu Cavabdeh MMC-dən köçürülən vəsait kimi rəydə yazmış, ona görə də cəmi borcun 153 manat qaldığı qənaətinə gəlmişdir. Ekspert bu rəydə yazmışdır ki, yuxarıda göstərilmiş müqavilədə ödənilməli olan icarə haqqının gecikdirilməsinə görə, gecikdirilmiş vaxt üçün fazi borcuna dair hər hansı şərt nəzərdə tutulmadığından, faiz borcunun hüsablanması aparılmadı. Bu hissədə qeyd etmək lazımdır ki, faiz borcunun tutulması mülki qanunvericilikdə nəzərdə tutulduğundan əlavə olaraq onun mütləq şəkildə müqavilədə nəzərdə tutulmasına ehtiyac yoxdur. Ədliyyə Nazirliyinin Ekspetiza Mərkəzinin (ekspert Əli Abdullayev) xx.xx.2023-cü il tarixli 9/4087 saylı rəy əsassız olduğundan, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-2792/2023 saylı mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini, ekspertiza aparılmasının digər ekspertə tapşırılmasını, qısa müddətdə rəy verilməsinin təmin edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan xx.xx.2019cu il tarixli icarə müqaviləsi və icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli əlavə müqavilə (saziş) üzrə ödənilməli olan 20800 manatdan faktiki ödənilmiş 8422 manat çıxılmaqla, icarə haqqı üzrə ödənilməmiş qalıq borc məbləğinin 12378,00 manat olması müəyyən edilir. Bundan başqa ekspert qarşısında tələbdə (müqavilədə) göstərilmiş əsaslarla gecikdirilmiş vaxt üçün faiz borcunun hesablanması sualı qoyulmuşdur. Bununla bağlı qeyd edilir ki, yuxarıda göstərilmiş müqavilədə ödənilməli olan icarə haqqının gecikdirilməsinə görə, gecikdirilmiş vaxt üçün faiz borcuna dair hər hansı şərt nəzərdə tutulmadığından, faiz borcunun hesablanması aparılmadı. Yuxarıda da qeyd edildiyi kimi, iş üzrə xx.xx.2023-cü il tarixdə ekspert X2 tərəfindən 9/4087 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyin nəticəsi ilə hazırkı rəyin nəticəsi arasında yaranmış fərqin səbəbi hesabdan çıxarış məlumatlarında oxşar əməliyyatların (BLC MMC və BLC AND PARTNERS MMC tərəfindən aparılmış ödənişlər) aparılması olmuşdur. Aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə sonuncu ekspert rəyi ilə borc məbləği müəyyən edildiyini və əvvəlki rəyin nəticəsi ilə hazırkı rəyin nəticəsi arasında yaranmış fərqin səbəbi kimi hesabdan çıxarış məlumatlarında oxşar əməliyyatların BLC MMC və BLC AND PARTNERS MMC tərəfindən aparılmış olduğunun qeyd edildiyini bildirmiş, lakin ekspert rəyində faiz borcuna dair hesablanma aparılmaması ilə razı olmadıqları, bunun hüquqi məsələ olduğunu, ekspertin qərardadda qoyulan suala cavab verməli olduğunu qeyd etmişdir. Mülki Məcəllənin 445-ci maddəsində borclunun icranı gecikdirməsinə görə gecikdirilmiş məbləğə illik 5 faizin ödənilməsinin nəzərdə tutulduğunu qeyd etməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla,sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikası Mülki l Məcəlləsinin tələblərinə əsasən : 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır; 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur; 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur; 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir; 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır; 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 697.2. əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir; 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2. icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 385-388, 404, 700-705; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-88, 103, 106, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti üzrə dəlillərin əsası məbləğlərin iddiaçıya nəğd şəkildə ödənilməsi, maddi hüquq normalarının səhv təfsir edilməsi, gecikdirilmiş vaxt üçün illik beş faizinin məbləğinin tam şişirdilməsi və ekspertiza təyin edilməməsi olmuşdur. Məbləğlərin cavabdeh tərəfindən iddiaçıya nəğd şəkildə ödənilməsi və gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin tam şişirdilməsi barədə sübutedici dəlillər müzakirəyə təqdim edilməmiş, məhkəmə kollegiyası tərəfindən keçirilən ekspertiza ilə isə borcun fərqli olması müəyyən edilməmişdir.
16. Beləliklə, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilməsi üçün əsaslar olmadığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-610/2023 saylı işi üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertiza xərci 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh BLC” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.