Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1702/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı zərərin ödənilməsi ilə bağlı ilk iddia tələbinə və Cavabdeh3 cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinə dair mülki mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı zərərin ödənilməsi ilə bağlı ilk tələbinə və Cavabdeh3 cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(007)-1904/2022 nömrəli qərardadından Cavabdeh3 apellyasiyasının və Məhkəmənin 16 dekabr 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı zərərin ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh3 cavabdeh İddiaçınə qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia vermişdir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ərizəsi təmin olunmuş, Cavabdeh3 mülkiyyətində olan DAF FTXF 105 Yük markalı, 01-CD- 330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və **-ZA-*** nəqliyyat vasitəsi qoşqusunun özgəninkiləşdirilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmişdir.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardaddan Cavabdeh3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh3 tərəfindən verilmiş ərizə təmin olunmuş, ona münasibətdə müddətin buraxılması üzürlü hesab edilmiş və buraxılmış prosessual müddət bərpa olunmuşdur.
7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardaddan Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır; Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır; Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. və 363.1.2.-ci apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh3 tərəfindən “Expresspay” ödəniş sistemi vasitəsilə 51 manat mədaxil edilmiş, lakin həmin məbləğin 10 manatı dövlət rüsumu olaraq ödənilmiş, qalıq məbləğ kimi 40,6 manat qalmışdır.
6. Göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan şikayət verilərkən qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir.
7. Lakin birinci instansiya məhkəməsi buna diqqət yetirməmiş, şikayəti qəbul edərək buraxılmış müddətin bərpasına dair ərizəyə baxmış və müddəti bərpa etmiş, daha sonra isə şikayətin özünə baxaraq təmin edilməməsi barədə qərardad qəbul etmişdir.
8. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
9. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət də qeyri-mümkün sayılmalıdır. Belə ki, Cavabdeh3 tərəfindən verilmiş şikayət qeyrimümkün sayıldığından həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərardada baxılması qeyri-mümkün olur.
11. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinə dair ərizəyə ayrıca yazılı icraat qaydasında baxmalı olduğu halda bunu etməmiş, həmçinin, mülki iş üzrə ekspertiza təyin edildiyinə görə icraat dayandırılmış olduğu halda icraatı təzələmədən bir sıra prosessual hərəkətlər, o cümlədən buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə məhkəmə iclasında baxaraq qərardad qəbul etmiş, bununla da mülki-prosessual qanunvericiliyinin tələblərini pozmuşdur.
12. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(007)- 1904/2022 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət üzrə apellyasiya və Məhkəmənin 16 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki işlə birlikdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov