Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1703/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Məhsəti Hüseynovanın, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Emin İsmayılovun iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2099/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində kredit borcunun ödənilməsi tələb olunub. 2.Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, xx.xx.2022-ci il tarixli 004A********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 26.571,38 manat əsas borc, 1.475,54 manat faiz borcu, 420,04 manat cərimə, həmçinin dövlət rüsumunun əvəzi kimi 175,40 manat, cəmi 28.642,36 manat məblı=əğində pul cavabdehlərdən - kredit alan Elçin Hüseynov, zaminlər Cavabdeh1, Cavabdeh2 və Emin İsmayılovdan müştərək qaydada iddiaçının – kredit verənin xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 3.Qətnamədən yalnız cavabdeh (zamin) Cavabdeh1 apellyasiya şikayəti verib, digər zaminlər və kredit alan apellyasiya şikayəti verməyib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, borcun məbləği şişirdilib, mühasibat ekspertizası keçirilməyib. 4.Məhkəmə iclasında iştirak edən cavabdehlər (zaminlər) Cavabdeh1, Cavabdeh2 və Emin İsmayılov apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının (kredit verənin) nümayəndəsi Məhsəti Hüseynova apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 5.Cavabadeh (kredit alan) Cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.İclas potokolundan görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehlərin heç biri borcun məbləğinin şişirdildiyini bildirməyib və mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət verməyib. Kredit alanın birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, onun məhkəmədən iki xahişi olub: birinci, borc zaminlərdən tutulmasın; ikinci, borcun ödənilməsi üçün vaxt verilsin. Zamin Cavabdeh3 birinci instansiya məhkəməsində bildirib ki, borcu ödəməyə maddi imkanı yoxdur. Digər zaminlər isə birinci instansiya məhkəməsində iştirak etməyiblər. Bundan başqa, kredit alan etdiyi ödənişlər barədə hər hansı sübut (ödəniş sənədi və s.) məhkəməyə təqdim etməyib. Ona görə də birinci instansiya məhkəməsi kredit verənin təqdim etdiyi sübutlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edib. 7.Kredit alan apellyasiya şikayəti verməyib, apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclasına isə gəlməyib. Belə davranış onu təsdiq edir ki, o, qətnamədə müəyyən olunmuş borc məbləğinə etiraz etmir. 8.Apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclasında iştirak edən zaminlər izahatlarında xahiş ediblər ki, borc onlardan tutulmasın və borcun ödənilməsi üçün kredit alana vaxt verilsin. Zaminlərin mübahisəyə dair mövqeyinin dəqiqləşdirilməsi üçün suallar verilərkən müəyyən olundu ki, zaminlərin heç biri borcun düzgün hesablanmadığını iddia etmir, o cümlədən borcun hansı hissəsinin ödənilməsi, hansı hissəsinin isə icrasız qalması barədə məlumatları yoxdur. 9.Göründüyü kimi, kredit alan və zaminlərin borcun məbləğinə etirazı, o cümlədən borcun məbləğinin düzgün hesablanmadığını təsdiq edən sübutları yoxdur. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Belə vəziyyətdə apellyasiya icraatı zamanı yeni sübut - ekspert rəyi əldə edilməsi üçün mühasibat ekspertizasının keçirilməsi AR Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinin göstərişinə uyğun deyil. 10.Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 425, 442, 448, 472 və 743-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə, yəni zamin Bəxtiyar Abdulayevə aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 11.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2099/2024 nömrəli qətnaməsi Cavabdeh1 aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1703/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1703/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver