Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1706/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: X2nın pozulması, dəymiş maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair mülki iş dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(008)-6390/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Azəriqaz’ İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 04-12663 saylı «Qaz payiayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavlə əsasında “Azəriqaz’ İB abonentə məxsus fərdi yaşayış evni təbii qaza təchiz etmişdir.
2. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********000005 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qaza təchiz edən qaz xəttinin üzərində isə G4 markalı qaz sayğacı quraşdırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz’ İB-yə vurulmuş 6725,94 manat məbləğində zərərin, debitor borc üzrə 282,66 manat pulun və 90,09 ödənilmiş dövlət rüsumu əvəznin, ümumilikdə 7098,69 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz’ İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh yuxarıda bəhs edilən müqavlənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2’nın tələblərinə əməl etmək) və “X2’nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Azəriqaz’ İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 495,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2021 -ci il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 475,20 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1080 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 298,08 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 298,08 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, cəmi 6739,44 manat məbləğində “Azəriqaz’ İByə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 495,60 manat zərərdən 13,50 manat məbləğində ödəniş etmişdir. Beləliklə hesablanmış dəymiş maddi zərər üzrə qalıq məbləği 6725,94 manat təşkil edir. Cavabdehin ödənilməmiş 2020-ci ilin aprel-dekabr ayları üzrə 73,90 manat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 80,08 manat borcu, 2022-ci ilin yanvar-aprel ayları üzrə 130,68 manat sərfiyyat borcu, cəmi 284,66 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2022-ci ilin iyul ayına qədər cavabdeh cəmi 2 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 282,66 (iki yüz səksən iki manat 66 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin “Azəriqaz’ İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 7008,60 (yeddi min səkkiz manat 60 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz" İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 noyabr 2022-ci il tarixli, 2(008)-6390/2022 qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilmiş, Cavabdeh 247.8 (iki yüz qırx yeddi manat, səksən qəpik) borc, 282.66 (iki yüz səksən iki manat, altmış altı qəpik) manat debitor borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni «X2»nın 6.5-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış “təbii qazın alqısatqısı barədə müqavilə”-dən irəli gələn öhdəlik münasibətlərinin iş üzrə cavabdeh tərəfindən kobud şəkildə pozulmasını nəzərə almamış və cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində müqavilə öhdəliklərinin pozuntusuna düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsində iddia ərizəsini tam təmin etməməklə yalnış qənaətə gəlmişdir. Tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısı barədə müqavilədən irəli gələn öhdəlik münasibətlərinin müddəalarını ətraflı tədqiq etməmiş və dəymiş maddi zərərin təmin edilməyən hissəsində iddia tələbini təmin etməməklə cavabdeh şəxsi qaz xəttinə qanunsuz qoşulması faktlarına münasibətdə iddiaçıya vurmuş olduğu zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz və əsassız olaraq azad etmişdir. Sabunçu Rayon Məhkəməsi dəymiş maddi zərərin təmin edilməyən hissəsində iddia tələbini təmin etməməklə cavabdeh şəxsi mülki məsuliyyətin böyük bir hissəsindən (iddia tələbinin təmin olunmayan hissəsindən) azad etmiş və cavabdeh şəxsdə növbəti illər üçün təkrar olaraq qaz xəttinə qanunsuz qoşulmaq kimi həvəs, istək, arzu, niyyət, stimul, motivasiya yaratmışdır. Cavabdeh şəxs İddiaçı İB-yə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə dəfələrlə qanunsuz qoşulduğundan barəsində hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Cavabdeh barəsində xx.xx.2022-ci il tarixində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdirlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”
11. 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
12. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. İddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini xahiş edildiyindən, qətnamə o hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
25. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamaqla aşağıdakıları qeyd edir.
26. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, abonent tərəfindən aktlar tərtib edilən illər üzrə istifadə edilən qaz sərfiyyatına görə cəmi iki manat ödəniş edilmişdir. Keçən 4 ildən çox müddət ərzində (54 ay) cəmi qeyd edilən məbləğdə qaz sərfiyyatının olması ağlabatan görünməməklə həqiqəti əks etdirə bilməz. Bu hissədə iş üzrə cavabdehin iştirakını təmin etməklə aydınlaşdırılmamışdır. Yəni, məhkəmə 2018-ci il tarixli aktın doğruluğunu qəbul etsə də, digər aktlar üzrə hesablamaların düzgün aparılmamasına qeyd edilən prizmadan yanaşmaqla əsaslandırmamışdır.
27. Bundan başqa, məhkəmə təbii qazdan qanunsuz istifadəyə görə vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyətinin yaranması mümkün olduğu halda, iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməməsi əsası ilə aktların doğruluğunu şübhə altına almışdır. Lakin işdən ümumiyyətlə bu barədə sənədin olub-olmamasının iddiaçı tərəfdən məumat alınması, olduğu halda isə təqdim edilməsinin təklif edilməsi görünmür. Halbuki, iddiaçı tərəfindən apellyasiya şikayətində bununla bağlı hüquq mühafizə orqanlarına bir neçə dəfə müraciətlərinin olması qeyd edilmiş, və iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan isə müəyyən edilir ki, iş üzrə cavabdeh verilərkən iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokola əsasən tədbir görülmüş, daha sonra aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilmişdir.
28. Məhkəmə qeyd edir ki, bu hal olmamış olsa belə, bu həmin aktlar üzrə hesablanmış zərərin mövcudluğu tamamilə aradan qaldırılması və düzgün olmaması qənaətinə gəlməyə dəlalət etmir. Çünki ən azından uzun müddət ərzində cavabdeh tərəfin heç bir ödənişi olmaması X2nın pozulması barədə aktlarda göstərilən səbəblərin baş verməsinin doğruluğunu daha qəbul edilən olmasına əsas verir.
29. Lakin bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aklara münasibətdə qətnamədə qeyd edilən məbləğin tutulması düzgün hesab edilməsə də, iddiaçı tərəfindən həmin aktlar üzrə tələb edilən məbləğlərin orada qeyd edilən məbləğdə tutulması qanuni əsaslı hesab edilə bilməz.
30. Belə ki, iddiaçı tərəfindən tərtib edilən aktlarda bir çox hallarda qazla işləyən əşylar üç sayda, dəmir soba, QP-4, QSSQ kimi, bəzi aktlarda isə iki sayda qeyd edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, təxminən 2018-ci ild götürülməklə son aktın tərtib edilməsinə 54 ay müddəti keçmişdir. Lakin bu müddət 4 ildən artıq müddət edir. Həmin keçən müddətin təxmini 27 ayı yay aylarına təsadüf edir ki, həmin aylarda da evin qızdırlması üçün istifadə edilən dəmir sobanın yandırılması mümkün olmamaqla həqiqəti əks etdirmir. Halbuki, iddiaçı qurum tərəfindən əsassız olaraq dəmir soba üçün yay aylarında da hesablamalar aparılmışdır.
31. Bunu nəzərə alaraq kollegiya hesab edir ki, həmin aktlar üzrə zərərin hesablanması aparılarkən dəmir soba ilə bağlı hissə 27 ay (qış ayları) götürülməklə hesablanmalıdır və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. (1.4 m3/saat x 8 saat iş rejimi x 30 gün=336 m3, 336 m3 x 27 ay (9072 m3) x 0.10=907.2 manat).
32. Bundan əlavə aktlarda göstərilən digər qaz işlədiciləri kimi göstərilən QP-4, QSSQ-yə münasibətdə isə gündəlik iş rejimi kimi 24 saat hesablanma aparılmışdır ki, kollegiya bunu da mümkün hesab etməməklə həqiqəti əks dirməməsi qənaətinə gəlir. Belə ki, 4 gözlü qazın təyinatı nəzərə alındığından 24 saat istifadə edilməsi ağlabatan deyil. Eyni zamanda su qızdırıcısı funksiyasını yerinə yetirən qaz işlədicisinin də gündəlik 24 saat işlədilməsi ağlabatan görünmür. Belə olan halda həmin işlədicilər üzrə 54 ay ərzində aylıq işləmə saatları və maximal saatlıq qaz sərfi ağlabatan saat götürülməklə hesablanmalı və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, bu iki işlədiciyə münasibətdə fəsil nəzərə alınmadan 54 ay müddətində hesablanma aparılmalıdır (QP-4 (1.2 m3/saat x 4 saat iş rejimi x 30 gün=144 m3, 144 m3 x 54 ay (7776 m3) x 0.10=777.6 manat). (QSSQ (1.5 m3/saat x 4 saat iş rejimi x 30 gün=180 m3, 180 m3 x 54 ay (9720 m3) x 0.10=972 manat).
33. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(008)-6390/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh İddiaçı İB-nin xeyrinə 247.8 manat zərərin tutulması hissəsində dəyişdirilərək zərərin məbləği 2656.8 manat () müəyyən edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(008)- 6390/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh İddiaçı İB-nin xeyrinə 247.8 manat zərərin tutulması hissəsində dəyişdirilərək zərərin məbləği 2656.8 manat (907.2+777.6+972=2656.8) müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.