Məhkəmə qərarları › İş №2(103)-1706/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1706/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1706/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi barədə ərizə (Açar sözlər: ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3,Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi barədə ərizə ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(001)-3698/2009 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2009-cu il tarixli, 2(001)- 3698/2009 saylı qətnaməsi ilə QSC "xxxx" KB ilə Cavabdeh1 MMC arasında bağlanmış 04 dekabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 MMC-dən 04 dekabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə 250000 manat məbləğində əsas borc, 26713,94 manat məbləğində faiz borcu, 22896,36 manat cərimə borcu, ümumilikdə isə, 299610,30 manat məbləğində pulun tutulması; tutmanın QSC "xxxx" KB qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m. ümumi, 3005.1 kv.m. əsas, 462.7 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi; əmlak kompleksinin boşaldılması və açıq hərracdan satılması; QSC "xxxx" KB ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 iyun 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 MMC-dən 20 iyun 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə 700.000 manat məbləğində əsas borc, 105.359,90 manat məbləğində faiz borcu, ümumilikdə isə 805.359,90 manat məbləğində pulun tutulması; tutmanın QSC "xxxx" KB qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m. ümumi, 3005.1 kv.m. əsas, 462.7 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066 məhəllədə olan 0.1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli, 17 mərtəbəli binada 81.82 kv.m. yaşayış sahədən ibarət 3 otaqlı 89 nömrəli mənzilə yönəldilməsi; ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin mənzildən çıxarılması və mənzilin açıq hərracda satılması; ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m. ümumi, 3005.1 kv.m. əsas, 462.7 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə tutma yönəldilərkən ilk olaraq 04 dekabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə yaranmış borc, daha sonra 20 iyun 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi qət edilmişdir.

3. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 21 oktyabr 2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(001)- 3527/2019 nömrəli qətnaməsinə əsasən ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ilkin iddiası rədd, Cavabdeh2 ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borc öhdəliyinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qarşılıqlı iddiası təmin olunaraq Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında 20 iyun 2008-ci il tarixli, ********** №-li kredit müqaviləsi üzrə kredit borcu öhdəliyi ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40A saylı evin 89 saylı mənzili ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatı ləğv olunması qət edilmişdir.

5. Cavabdeh2 əmlakların ipoteka yüklülüyündən azad edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2009cu il tarixli, 2(001)-3698/2009 saylı icra vərəqəsinin icra olunması nəzərə alınmaqla ünvan 2 ünvanında 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv. ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin və Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066 məhəllədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli,,17 mərtəbəli binada 81,82 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 89 saylı mənzilin ipoteka qeydiyyatının ləğv edilməsi barədə məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 21 oktyabr 2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilsə də, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ilkin, Cavabdeh2 isə ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borc öhdəliyinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(001)-3527/2019 nömrəli qətnaməsinə əsasən ilkin iddia rədd, qarşılıqlı iddia təmin olunaraq Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında 20 iyun 2008-ci il tarixli, ********** №-li kredit müqaviləsi üzrə kredit borcu öhdəliyi ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40A saylı evin 89 saylı mənzili ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatı ləğv olunması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh2 bank və ləğvedici qarşısında hər hansı bir öhdəliyi olmadığı halda əmlaklar ipoteka yüklülüyündən azad olunmamışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(001)- 3698/2009 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, ünvan 1 ünvanında olan 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv.m. ümumi, 3005,1 kv.m. əsas, 462,7 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi xx.xx.2007-ci il tarixli, ********** saylı İpoteka müqaviləsi əsasında yaranmış ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatı ləğv edilməsi qərara alınmışdır.

8. Qərardadın əsaslarına görə, kredit müqaviləsi üzrə öhdəlik tam icra edildiyi təqdirdə əmlak üzərində 5 il müddətində yüklülüyün saxlanılması ağalabatan deyildir.

9. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, “ ... 19 fevral 2015-ci il tarixində QSC "xxxx" KB ilə "Ramana” MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən direktoru Cavabdeh2 və üçüncü tərəfdən X4 arasında müqavilə bağlanılmış və həmin müqavilənin şərtlərinə əsasən (müqavilənin 1.2-ci bəndi) ümumilikdə 7.130.556,51 manat və 331.500 ABŞ dolları məbləğində pul vəsaitini hissəhissə xx.xx.2018-ci il tarixinədək kreditora ödənilməsini öz öhdəsinə götürür, ödəniş tam başa çatdığı təqdirdə isə kreditor borcalanlara qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.15-ci bəndinə əsasən borclular müqavilənin 1.1-ci bəndində göstərilən kredit borclarını 3 il müddətində tam va ya müqavilənin 1.13-cü bəndində göstərilən hissədə icra etmədikdə Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak komplekslərini hər hansı bir şərt və tələb irəli sürmədən X2 və ya Kreditorun müəyyən etdiyi digər səxsin adına 10 gün müddətində özgəninkiləşdirməyi öz öhdəsinə götürür. Müqavilənin məzmunundan da görünür ki, sözügedən kredit müqavilələri üzrə qalıq borcun ödənilməsi ilə bağlı Cavabdeh2 ilə QSC "xxxx" KB arasında razılıq olmuşdur. Hazırda cavabdeh tərəfindən nə borc icra edilmiş, nə də əmlak komplekslərini müqavilənin şərtinə əsasən X2 və ya Kreditorun müəyyən etdiyi digər səxsin adına özgəninkiləşdirməmişdir.“

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(001)- 3698/2009 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

12. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan xüsusatlar araşdırlmadan əvvəl ərizənin mahiyyətinə və ərizəyə hansı icraatda baxılmalı olması məsələsinə aydınlıq gətirilməlidir.

15. Ərizənin məzmunundan görünür ki, ərizədə 2 xahiş əks olunmuşdur: - ünvan 2 ünvanında 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv. ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka qeydiyyatının ləğv edilməsi barədə məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi; - Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066 məhəllədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli, 17 mərtəbəli binada 81,82 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 89 saylı mənzilin ipoteka qeydiyyatının ləğv edilməsi barədə məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi.

16. Ərizədə daşınmaz əmlakların ipoteka qeydiyyatının ləğv edilməsi barədə məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi qərardad qəbul edərək “əmlakın ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” nəticəsinə gəlmişdir.

17. Birinci instansiya məhkəməsinin hansı əsaslarla “ipoteka qeydiyyatının ləğv edilməsi barədə məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi” barədə ərizəyə hazırkı mülki işin davamı olaraq məhkəmə iclasında baxması, həmçinin, məktub göndərilməsi xahiş edildiyi halda “əmlakın ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” barədə nəticəyə gəlməsinin səbəbləri məhkəmə kollegiyasına məlum deyildir.

18. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066 məhəllədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli,,17 mərtəbəli binada 81,82 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 89 saylı mənzilin ipoteka qeydiyyatının ləğv edilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(001)-3527/2019 nömrəli qətnaməsi mövcuddur.

19. Həmin qətnaməyə əsasən ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ilkin iddiası rədd, Cavabdeh2 ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borc öhdəliyinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qarşılıqlı iddiası təmin olunaraq Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında 20 iyun 2008-ci il tarixli, ********** №-li kredit müqaviləsi üzrə kredit borcu öhdəliyi ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40A saylı evin 89 saylı mənzili ipoteka yüklülüyündən azad olunaraq ipotekanın dövlət qeydiyyatı ləğv olunması qət edilmişdir.

20. Göründüyü kimi, tələbin “Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066 məhəllədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli, 17 mərtəbəli binada 81,82 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 89 saylı mənzilin ipoteka qeydiyyatının ləğv edilməsi barədə məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi” hissəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, hətta icra sənədi mövcuddur və həmin icra sənədinin icrası ilə bağlı ərizəyə hazırkı mülki işin davamı olaraq baxılması düzgün deyildir.

21. Tələbin digər – “ünvan 2 ünvanında 0,57311 ha torpaq sahəsində yerləşən 3467,8 kv. ümumi, 3005,1 kv.m əsas, 462,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka qeydiyyatının ləğv edilməsi barədə məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi” hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Normanın məzmunundan göründüyü kimi ipoteka qeydiyyatının ləğv edilməsi üçün konkret əsaslar qanunvericilikdə dəqiq göstərilmişdir. Bundan başqa, ipoteka predmetlərindən birinin ipoteka qeydiyyatının ləğvi barədə tələbə iddia icraatı qaydasında baxılaraq yekun nəticəyə gəlinməsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğu halda, digər ipoteka predmetinə dair dövlət qeydiyyatının ləğv edilməsi barədə ərizəyə əvvəl baxılmış mülki işin davamı olaraq baxılması qanunvericiliyin tələbinə ziddir.

22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyil, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, iş ərizənin hansı icraat çərçivəsində baxılması, ümumiyyətlə bu məzmunda ərizəyə hər hansı icraat çərçivəsində baxılmalı, yaxud izahedici məktubla cavablandırılmalı olması, yəni, mümkünlük baxımından qiymət verillməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(001)- 3698/2009 nömrəli qərardadından iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(001)- 3698/2009 nömrəli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar