Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-171/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idia üzrə cavabdeh - Ləğv prosesində olan “xxxx” QSC-nin nümayəndəsi X2 iştirakı ilə Ləğv prosesində olan “xxxx” QSC-nin Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-nə qarşı “kredit borcunun ödənilməsi və tutmanınipotekaya yönəldilməsi” barədə ilkin, Cavabdeh1 ləğv prosesində olan “xxxx” ASC-nə qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxx” QSC (bank) Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMCnə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30aprel 2015-ci il tarixli, 160/00/394/15 saylı kredit müqaviləsi üzrə 55063,60 ABŞ dollarıməbləğində əsas, 9301,22 ABŞ dolları məbləğində faiz və 8022,54 ABŞ dollarıməbləğində cərimə borcunun, yəni cəmi 72387,36 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlətrüsumunun, 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş pulun müştərək qaydada Cavabdeh1 və “xxxx” MMC-dən bankın xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 106 000 manatməbləğində müəyyən edilməklə bankqarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 50 nömrəli mənzilə tutma yönəldilməsi və mənzilin açıq hərracdan satılması,mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda,həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul olunmasınıxahiş etmişdir. Cavabdeh1 isə banka qarşı qarşılıqlı iddia irəli sürərək 27 aprel 2015-ci il tarixli 160/00/394/15 saylı kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi, müqavilənin 2.2-ci bəndinə “kredit müqaviləsi bağlandığı zaman qüvvədə olmuş məzənnəyə uyğun” ifadəsinin əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək Cavabdeh1 və “xxxx” MMC-dən 55063,60 ABŞ dolları əsas, 9301,22 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla cəmi 65364,82 ABŞ dolları kredit borcunun, ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 55 manatın “xxxx” QSC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 50 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və mənzilin ilkin satış qiymətinin 120 000 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda, ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması, ilkin iddianın qalan hissədə, habelə qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi cərimə borcunun tutulması hissəsində ləğv olunmuş, iddianın həmin hissədə rədd edilməsi, qətnaməninmübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv olunaraq iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 2015-ci ilinsonlarında manat növbəti dəfə devalvasiya olunmuş və ABŞ dolları qarşısında 2 dəfəyəyaxın dəyər itirmiş, bununla da apellyatorun müqavilə üzrə öhdəliklərini yerinə yetirməkimkanı məhdudlaşmış, mümkünsüz olmuşdur. Bu səbəbləo, banka müraciət edərəkmüqavilənin şərtlərini dəyişdirilməsini, götürdüyü krediti müqavilənin 9.1-ci maddəsi nəzərəalınmaqla götürdüyü zaman qüvvədə olmuş məzənnə ilə ödəməyi xahiş etmiş, lakin bankmüqavilənin şərtlərinə əməl etməkdən yayınmışdır. Halbuki,27.04.2015-ci il tarixli 160/00/394/15 saylıkredit müqaviləsinin 9.1-ci maddəsində qeyd edilmiş şərt olmasaydı, o, təbii ki, krediti ABŞdolları valyutasında götürməzdi, manata üstünlük verərdi və ya ümumiyyətlə götürməzdi.Müqavilə bağlandıqdan sonra, Azərbaycan manatı ABŞ dolları qarşısında birdən-birə 100faizdən artıq ucuzlaşmış və bu hal onun həmin müqavilə üzrə öhdəliklərinin yerinəyetirilməsini qeyri-mümkün etmişdir. O, həmin müqaviləni imzalayarkən 1 dollar 1,05 manatidi, yəni, o, müqavilə öhdəliklərimi yerinə yetirmək üçün, müqaviləni imzaladığı vaxt mövcudolan bazar şərtlərini nəzərə almışdı və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç birproblemi yox idi. İndi isə, ABŞ dollarının dəyəri birdən-birə 100-150 faizdən çox qalxmış,daxili bazarda isə malların və xidmətlərin qiymətləri həmin faiz dərəcəsinə uyğunartmamışdır. O, daha əvvəllər olduğu kimi, yəni həmin müqaviləni bağladığı vaxt ümid etdiyigəlirləri əldə edə bilmir. Beləliklə də, müqavilə bağlanarkən əsas götürdüyü şəraitəhəmiyyətli dərəcədə dəyişmişdir. Bu dəyişikliyi isə onun “ağlabatan” şəkildə əvvəlcədəngörə bilməsi mümkün deyildi. Əvvəlcədən milli valyuta olan manatın ABŞ dollarıqarşısında birdən-birə 100-150 faizdən çox ucuzlaşacağını və bankın müqavilənin 9.1-cimaddəsinə riayət etməyəcəyini görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənənşərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı. Təkrar apellyasiya baxışı barədə lazımi qaydada məlumatlandırılmış apellyator, habelə digər cavabdehlər (nümayəndələri) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən bankın nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu irəli sürərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsini yalnız ilkin iddia tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Bu həm də o deməkdir ki, qətnamənin mübahisələndirilən digər hissəsi, yəni qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi artıq yeni apellyasiya baxışının predmeti deyildir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 10 dekabr 2018-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən Cavabdeh1 tərəfindən kredit öhdəliyinin lazımı qaydada icra edilmədiyini müəyyən edərək iddianı əsas və faiz borcu hissəsində tam, dəbbə pulu tələbi hissəsində Mülki Məcəllənin 467-ci maddəsini tətbiq edərək, dəbbə pulunu 1000 ABŞ dolları məbləğində təmin etmiş və borcu ipotekaya yönəltmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə bu nəticəyə gəmişdir ki, bank tərəfindən kredit müqaviləsinin 5.1.10-cu bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam verildiyindən və iddiaçı kredit borcunun tutulması barədə iddia ilə məhkəməyə müraciət etdiyindən artıq qüvvədə olmayan müqavilənin şərtlərinin dəyişdirilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Buna görə də, həmin hissədə qətnaməni əsaslı hesab etmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi cavabdehin ödənişləri nəzərə alınmaqla kredit öhdəliyi üzrə əsas və faiz borcunun məbləğinin də düzgün müəyyən edilməsi nəticəsinə gəlmişdir. Lakin məhkəmə kollegiyası cərimə borcunun tutulması hissəsində qətnaməni ləğv edərək, iddianı bu hissədə rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cərimə tutulması barədə nəticəyə gələrkən birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.1-9.3-cü bəndlərinin tələblərini nəzərə almamış, həmin bəndə əsasən ölkədə baş vermiş devalivasiya forsmajor hal kimi nəzərdə tutulduğundan və öhdəliyin qrafik üzrə icra edilməməsi qarşısıalınmaz hadisə (devalvasiya) ilə əlaqədar olduğundan cavabdeh öhdəliyin vaxtında icra edilməməsi üçün məsuliyyət daşımır. ...Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi kredit müqaviləsinin fors majorla bağlı 9-cu maddəsini ilkin iddianın cərimə hissəsinə tətbiq etsə də, həmin bənddə qeyd edilən şərtlərin kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun məbləği müəyyən edilərkən tətbiq edilməli olub-olmamasına qiymət verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9-cu bəndində nəzərdə tutulmuşdur ki, qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun. 9.2-ci bəndə əsasən bu halda qarşısıalınmaz qüvvənin yaratdığı halların təsirinin müddəti ərzində müqavilə öhdəliklərinin yerinə yetirilməsi təxirə salınır. 9.3-cü bəndə əsasən müqavilə üzrə bu öhdəliklərini yerinə yetirə bilməyən tərəf bu öhdəliklərin yerinə yetirilməsinə ona mane olan halların başlanması və qurtarması haqqında digər tərəfi yazılı surətdə xəbərdar etməlidir. Devalvasiya - pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir (https://az.wikipedia.org/wiki/Devalvasiya). Azərbaycan Respublikasında 21 dekabr 2015-ci ildə 2-ci dəfə manatın xarici valyutaya görə məzənnəsi aşağı düşmüş və 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manatdan 1,55 manata (təxminən 52,4 %) səviyyəsinə yüksəlmişdir. İşin materiallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında 160/00/394/15 saylı kredit müqaviləsi ilk devalvasiyadan sonra, yəni 27 aprel 2015-ci il tarixdə bağlanmışdır. Eləcə də, Cavabdeh1 2-ci devalvasiyadan sonra müqavilənin 9.3-cü bəndinə uyğun olaraq 11.02.2016-cı il tarixə yazılı şəkildə iddiaçıya müraciət edərək 21.12.2015-ci il tarixdən sonra tərəfindən ödənişlərin edilməsində çətinliklər yarandığını, devalvasiyadan sonra yeni məzənnə ilə öhdəliyin icrasının mümkün olmadığını bildirərək ödənişlərin əvvəlki məzənnə ilə ödənilməsi barədə göstəriş və bu barədə yazılı məlumat verilməsini xahiş etmişdir.(i.v.75) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditorun dəbbə pulunun ödənilməsini tələb edə bilməməsinə dair Mülki Məcəlləsinin 462.2-ci maddəsinə istinad edərək kredit öhdəliyinin razılaşdırılmış qrafik üzrə icra edilməməsinin qarşısıalınmaz hadisə (devalvasiya) ilə əlaqədar olduğundan iddiaçının cavabdehdən cərimə tutulması barədə tələbini əsassız hesab etməsi hissəsindən iddiaçı kassasiya şikayəti vermədiyinə görə, deməli o, müqavilə şərtinə əsasən forsmajor halın, yəni devalvasiyanın baş verməsini qəbul etmişdir. Cavabdeh müqavilənin 9.3-cü bəndə əsasən müqavilə üzrə bu öhdəliklərini yerinə yetirə bilməyən tərəf olaraq bu öhdəliklərin yerinə yetirilməsinə ona mane olan halların başlanması barədə 11.02.2016-cı il tarixdə banka yazılı məlumat vermişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, 21.12.2015-ci il tarixdən sonra cavabdeh tərəfindən əsas kredit borcu üzrə faizlərin ödənilməli olub-olmaması, tərəflər arasında bağlanmış müqavilənin 9-cu bəndinin təkcə cərimə puluna deyil, həm də faiz hissəsinə də şamil olunmalı olunub-olmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən iş materiallarında olan kredit hesabından çıxarışda cavabdeh tərəfindən kredit öhdəliyi üzrə sonuncu ödənişin 16.05.2016-cı il tarixdə olması, həmin tarixdən sonra ödəniş həyata keçirilməməsinə istinad etməklə kifayətlənmiş, 2-ci devalvasiyadan sonra cavabdehin müqavilə öhdəliklərini hansı həcmdə yerinə yetirməsini, həyata keçirdiyi ödənişlərdən hansı məbləğdə cərimə, faizlər və ya əsas borca silinməsini araşdırmamış, borcun məbləğini müəyyən etmək üçün müvafiq ekspertizanın təyin edilməsinin zəruriliyini müzakirə etməmiş, həmin tarixdən sonra ödənilmiş məbləğlərin cəriməyə silinməsinə hüquqi əsasın olub-olmamasına hüquqi qiymət verməmişdir”. Kasassiya instansiyasının qərarında şərh olunanları əsas götürməklə kollegiya hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 Hacı-Dadş qızından və “xxxx” MMC-dən 1000 ABŞ dolları cərimə borcunun tutulması hissəsində ləğv olunmalı, əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, hazırkı apellyasiya baxışının predmeti olan qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, 27 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 19 % ödəmək şərtilə 65 000 ABŞ dolları kredit verilmiş, bu öhdəliyin təminatı olaraq o, ünvan 2 ünvanında yerləşən 50 nömrəli mənzilini bank qarşısında ipoteka ilə yüklü etmiş, eyni zamanda “xxxx” MMC onun öhdəliyinin icrası üçün tam həcmdə maddi məsuliyyəti zamin qismində üzərinə götürmüşdür. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 tərəfindən həmin məbləğdə kredit bankdan götürülmüş, 21.01.2017-ci il tarixinə onun 55 063,60 ABŞ dollarıməbləğində əsas, 9301,22 ABŞ dolları məbləğində faiz və 8022,54 ABŞ dolları olmaqla cəmi 72 387,36 ABŞ dolları borcunun olduğu hesablanmış, birinci instansiya məhkəməsi isə cərimə borcunu mütənasib hesab etdiyi həddədək azaltmaqla həmin məbləğlərin ondan və zamindən müştərək qaydada tutulmalı olduğu nəticəsinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə, gəldiyi bu nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-cü maddəsinə görə isə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 462.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Kasassiya instansiyasının qərarında da şərh olunduğu kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9-cu bəndində qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, tərəflərin onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımayacaqları (o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun) nəzərdə tutulmuş, 9.2-ci bəndə əsasən bu halda qarşısıalınmaz qüvvənin yaratdığı halların təsirinin müddəti ərzində müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təxirə salınacağı, 9.3-cü bəndə əsasən müqavilə üzrə bu öhdəliklərini yerinə yetirə bilməyən tərəfin öhdəliklərin yerinə yetirilməsinə ona mane olan halların başlanması və qurtarması haqqında digər tərəfi yazılı surətdə xəbərdar etməli olduğu təsbit edilmiş, Azərbaycan Respublikasında 21 dekabr 2015-ci ildə 2-ci dəfə manatın xarici valyutaya görə məzənnəsi aşağı düşmüş və 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manatdan 1,55 manata (təxminən 52,4 %) səviyyəsinə yüksəlmiş, bankla Cavabdeh1 arasında kredit müqaviləsi ilk devalvasiyadan sonra, yəni 27 aprel 2015-ci il tarixdə bağlanmış, Cavabdeh1 2-ci devalvasiyadan sonra müqavilənin 9.3-cü bəndinə uyğun olaraq 11.02.2016-cı il tarixə yazılı şəkildə iddiaçıya müraciət edərək 21.12.2015-ci il tarixdən sonra tərəfindən ödənişlərin edilməsində çətinliklər yarandığını, devalvasiyadan sonra yeni məzənnə ilə öhdəliyin icrasının mümkün olmadığını bildirərək ödənişlərin əvvəlki məzənnə ilə ödənilməsi barədə göstəriş və bu barədə yazılı məlumat verilməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər devolvasiya hadisəsini öhdəliyin icra edilməməsinə görə məsuliyyəti aradan qaldıran hal kimi bilavasitə müqavilədə müəyyənləşdirmişlər; bu isə o deməkdir ki, həmin hadisənin öhdəliyin icrasına maneə yaradan hal kimi bəyan olunmasından sonrakı dövr üçün cavabdehlərdən hər hansı pul vəsaiti tələb oluna bilməz. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişinə uyğun olaraq mühasibatşünaslıq ekspertizası təyin edilmiş, alınmış ekspert rəyi ilə Cavabdeh1 21.12.2015-ci il tarixinə (ikinci devolvasiyanın baş verdiyi tarix) 54 968,89 ABŞ dolları əsas, 319,12 ABŞ dolları faiz borcunun, 11.02.2016-cı il tarixinə (devolvasiyanın öhdəliyin icrasına maneə yaradan hal kimi bəyan olunduğu tarix) isə 54 968,89 ABŞ dolları əsas, 1769,69 ABŞ dolları faiz borcunun yarandığı, bu tarixlərdən sonra ümumilikdə 1276,3 ABŞ dolları ödəniş həyata keçirdiyi, qalıq əsas borcunun 54 968,89 ABŞ dolları, faiz borcunun 493,39 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehlərdən 54 968,89 ABŞ dolları əsas, 493,39 ABŞ dolları faiz borcu tutula bilər; öhdəliyin pozulmasına görə məsuliyyət daşımayan şəxsdən cərimə tutulması isə mümkün deyildir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, qətnaməni “tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 50 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və mənzilin ilkin satış qiymətinin 120 000 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda, ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması” hissələrində əsaslı sayır və bununla bağlı əlavə əsaslandırılma aparılmasına zərurət görmür. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Kollegiya, birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşır; apellyasiya baxışı zamanı yaranmış xərclər isətərəflər arasında bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7384/2017 saylı iş üzrə 26 oktyabr 2017-ci il tarixli qətnaməsi “Cavabdeh1 və “xxxx” MMC-dən 1000 ABŞ dolları cərimə borcunun “xxxx” QSC-nin xeyrinə tutulması” hissəsində ləğv olunsun. “xxxx” QSC-nin iddia tələbi cavabdehlərdən cərimə borcunun tutulması hissəsində təmin edilməsin. Qətnamə “Cavabdeh1 və “xxxx” MMC-dən 55063,60 ABŞ dolları əsas, 9301,22 ABŞ dolları faiz borcunun “xxxx” QSC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada “xxxx” QSC-nin xeyrinə tutulmalı olan əsas borc 54 968,89 (əlli dörd min doqquz yüz altmış səkkiz dollar 89 sent) ABŞ dolları, faiz borcu 493,39 (dörd yüz doxsan üç dollar 39 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilsin. Qətnamə hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 100 (yüz) manatın 50 (əlli) manatı “xxxx” QSC-dən, 50 (əlli) manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-171/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-171/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver