Məhkəmə qərarları › İş №2(103)-171/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-171/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-171/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, və Cavabdeh5 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-82/2020 saylı, 08 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(009)-82/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə cavabdeh X8 arasında bağlanmış 20 dekabr 2016-cı il tarixli, RBN-6412/BK RES DEV2 saylı Baş kredit müqaviləsi üzrə 128309.52 ( bir yüz iyirmi səkkiz min üç yüz doqquz manat əlli iki qəpik) manat əsas, 24442.96 ( iyirmi dörd min dörd yüz qırx iki manat doxsan altı qəpik) manat faiz borcu, 1000 ( bir min) manat cərimə borcu olmaqla, cəmi 153752,48 ( bir yüz əlli üç min yeddi yüz əlli iki manat qırx səkkiz qəpik) manat, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi və 4 saylı Abşeron Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu cavabdeh X4 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, İpoteka predmeti olan cavabdeh X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin, 2A nömrəli mənzilinin ilkin satış qiyməti 130000 ( bir yüz otuz min) manat məbləğində müəyyən edilməklə tutma həmin mənzilə yönəldilməsi, mənzil açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələbləri ödənilməsi, İpoteka predmeti olan Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 nömrəli evin, 14 nömrəli mənzilinin ilkin satış qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə tutma həmin mənzilə yönəldilməsi, mənzil açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələbləri ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin, 2A nömrəli mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması, (iddiaçıya satıldığı təqdirdə), İddiaçı ASCnin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X6 qaytarılması, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 nömrəli evin, 14 nömrəli mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh4, X3 və Cavabdeh5 həmin mənzildən çıxarılması, (iddiaçıya satıldığı təqdirdə), İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh4 qaytarılması, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 150 manat cavabdeh X4 tutularaq dövlət nəfinə (Az.MEM, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şiakyəti verərək onun faiz borcunun tutulmasına dair hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini məhkəmənin əsassız olaraq ekspert rəyinə əsasən faiz borcunu azaldması arqumenti ilə əsaslandırmışdır. Qətnamədən həmçinin Cavabdeh1 da apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini bir sıra digər dəlillərlə yanaşı borc məbləğlərinin düzgün hesablanmadığı və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadı ilə İş üzrə kompleks məhkəmə əmtəəşünaslıq və mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə ekspertizası rəyləri alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair kommersiya işinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X5 barışıq sazişi eləcə dəbarışıq sazişinin təsdiq edilməsi barədə ərizə təqdim edərək, bildirdi ki, hazırki mübahisə ilə bağlı cavabdehlə razılığa gəlinmişdir və barışıq sazişində qeyd olunan şərtlərin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təqdim edərək, izahatında bildirdi ki, iddiaçı tərəflər mübahisə ilə bağlı razılığa gəlmişlər və bu barədə barışıq sazişi də bağlamışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, tərəflər mübahisə ilə bağlı razılığa gələrək bu barədə barışıq sazişi bağlamışlar. Hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə: 2.1 borclu 128309,52 manat əsas borcunu tam, 24442,96 manat faiz borcundan isə 12221,48 manat olmaqla, ümumilikdə 140531 manatı və ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manatı hər ayın 30-dan gec olmayaraq 60 ay müddətinə, 59 ay hər ay 2340 manat, 60-cı ay 2471 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 90 manat tələbkara ödəməyi öhdəsinə götürür; 2.2 razılaşmaya borclu tərəfindən tam əməl edildiyi təqdirdə, borclunun qətnamə üzrə qalan 12221,48 manat faiz, 1000 manat dəbbə, bank proqramı üzrə qalan 26398,11 manat faiz, 27572 manat dəbbə olmaqla, ümumilikdə 67191,59 manat borcu tələbkar tərəfindən güzəşt olunaraq silinəcək və ipoteka ilə yüklü edilmiş əmlaklar ipotekadan azad ediləcək; 2.3 borclu barışıq sazişinə uyğun olaraq, öhdəliyini tam yerinə yetirənədək tələbkar heç bir hüququndan imtina etmir və aşağıdakı hallardan hər hansı biri baş verdikdə, borclunun öhdəliyi 2.4 və 2.5-ci bəndlərdə göstərilən qaydada icra edilir: barışıq sazişi üzrə borclu tərəfindən öhdəliyin tam şəkildə icra edilmədiyi halda; barışıq sazişi üzrə borclu tərəfindən ardıcıl olaraq iki dəfədən artıq istənilən hər hansı bir pozuntu olduqda; 2.4 bu barışıq sazişinin 2.3-cü bəndində göstərilən hal baş verdikdə tələbkar 2.5-ci bəndində göstərilən məbləğdə tələbin icraya yönəldilməsi və icra vərəqəsinin verilməsi barədə məhkəməyə ərizə verə bilər; 2.5 borclu 2.1-ci bənddə göstərilən öhdəliyi icra etmədiyi halda, tələbkara 128309,52 manat əsas, 24442,96 manat faiz, 1000 manat dəbbə olmaqla, cəmi 153752,48 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 manat ödəməlidir, həmçinin borclu razılaşır ki, ipoteka predmeti olan X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin, 2A nömrəli mənzilinin ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat məbləğində müəyyən edilməklə tutma həmin mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin bu bənddə göstərilən tələbləri ödənilsin. İpoteka predmeti olan Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 nömrəli evin, 14 nömrəli mənzilinin ilkin satış qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə tutma həmin mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin bu bənddə göstərilən tələbləri ödənilsin. Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin, 2A nömrəli mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsın (iddiaçıya satıldığı təqdirdə). "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X6 qaytarılsın. Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 nömrəli evin, 14 nömrəli mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh4, X3 və Cavabdeh5 həmin mənzildən çıxarılsın (iddiaçıya satıldığı təqdirdə). "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh4 qaytarılsın; 3.1 tərəflər barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması barədə ayrı-ayrılıqda Bakı Apellyasiya Məhkəməsinə ərizə verəcəklər. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir; 3.2 barışıq sazişi tərəflər burada göstərilən öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir; 3.3 barışıq sazişi ilə həll edilməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; 3.4 barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan üç nüsxədən ibarət tərtib edilmişdir, məhkəmədə və tərəflərin hər birində bir nüsxə saxlanılır; 3.5 tərəflər barışıq sazişinin şərtləri və onun məhkəmə tərəfindən təsdiq edilməsinin nəticələri ilə razı olduğunu bildirirlər və bunu öz imzaları (varsa möhürü) ilə təsdiq edirlər. Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və sazişi bağlamış şəxslər sazişi imzalamışlar. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, saziş qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə “aliment və əmlakın bölünməsinə” dair ilkin və qarşılıqlı iddia tələbləri hissələrində ləğv edilməli və həmin hissələrdə iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-82/2020 saylı, 08 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Hazırki mülki iş üzrə iş üzrə İddiaçı ASC-nin və Cavabdeh1 bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: “2.1 borclu 128309,52 manat əsas borcunu tam, 24442,96 manat faiz borcundan isə 12221,48 manat olmaqla, ümumilikdə 140531 manatı və ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manatı hər ayın 30-dan gec olmayaraq 60 ay müddətinə, 59 ay hər ay 2340 manat, 60-cı ay 2471 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 90 manat tələbkara ödəməyi öhdəsinə götürür; 2.2 razılaşmaya borclu tərəfindən tam əməl edildiyi təqdirdə, borclunun qətnamə üzrə qalan 12221,48 manat faiz, 1000 manat dəbbə, bank proqramı üzrə qalan 26398,11 manat faiz, 27572 manat dəbbə olmaqla, ümumilikdə 67191,59 manat borcu tələbkar tərəfindən güzəşt olunaraq silinəcək və ipoteka ilə yüklü edilmiş əmlaklar ipotekadan azad ediləcək; 2.3 borclu barışıq sazişinə uyğun olaraq, öhdəliyini tam yerinə yetirənədək tələbkar heç bir hüququndan imtina etmir və aşağıdakı hallardan hər hansı biri baş verdikdə, borclunun öhdəliyi 2.4 və 2.5-ci bəndlərdə göstərilən qaydada icra edilir: barışıq sazişi üzrə borclu tərəfindən öhdəliyin tam şəkildə icra edilmədiyi halda; barışıq sazişi üzrə borclu tərəfindən ardıcıl olaraq iki dəfədən artıq istənilən hər hansı bir pozuntu olduqda; 2.4 bu barışıq sazişinin 2.3-cü bəndində göstərilən hal baş verdikdə tələbkar 2.5-ci bəndində göstərilən məbləğdə tələbin icraya yönəldilməsi və icra vərəqəsinin verilməsi barədə məhkəməyə ərizə verə bilər; 2.5 borclu 2.1-ci bənddə göstərilən öhdəliyi icra etmədiyi halda, tələbkara 128309,52 manat əsas, 24442,96 manat faiz, 1000 manat dəbbə olmaqla, cəmi 153752,48 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 manat ödəməlidir, həmçinin borclu razılaşır ki, ipoteka predmeti olan X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin, 2A nömrəli mənzilinin ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat məbləğində müəyyən edilməklə tutma həmin mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin bu bənddə göstərilən tələbləri ödənilsin. İpoteka predmeti olan Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 nömrəli evin, 14 nömrəli mənzilinin ilkin satış qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə tutma həmin mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin bu bənddə göstərilən tələbləri ödənilsin. Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin, 2A nömrəli mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsın (iddiaçıya satıldığı təqdirdə). "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X6 qaytarılsın. Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 nömrəli evin, 14 nömrəli mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh4, X3 və Cavabdeh5 həmin mənzildən çıxarılsın (iddiaçıya satıldığı təqdirdə). "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh4 qaytarılsın; 3.1 tərəflər barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması barədə ayrı-ayrılıqda Bakı Apellyasiya Məhkəməsinə ərizə verəcəklər. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir; 3.2 barışıq sazişi tərəflər burada göstərilən öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir; 3.3 barışıq sazişi ilə həll edilməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; 3.4 barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan üç nüsxədən ibarət tərtib edilmişdir, məhkəmədə və tərəflərin hər birində bir nüsxə saxlanılır; 3.5 tərəflər barışıq sazişinin şərtləri və onun məhkəmə tərəfindən təsdiq edilməsinin nəticələri ilə razı olduğunu bildirirlər və bunu öz imzaları (varsa möhürü) ilə təsdiq edirlər”. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar