Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-171/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-44/2022 saylı, 14 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 731/013 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı2 ASC tərəfindən Cavabdeh1 illik 16 faizlə 24 ay müddətinə 90000 manat məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə 19 avqust 2015-ci il tarixli əlavə ilə kredit müddəti 60 ay cəmi isə 83 ay olmaqla uzadılmışdır. İddiaçı2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 16 faiz ödəmək şərtilə 85000 manat məbləğində kredit verilmişdir. İddiaçı2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə 29 iyul 2015- ci il tarixli əlavə ilə kredit müddəti 60 ay cəmi isə 77 ay olmaqla uzadılmışdır. 04 sentyabr 2013-cü il tarixli 731/013 nömrəli və 04 mart 2014-cü il tarixli 1000/014 nömrəli kredit müqavilələrinin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7, 23 nömrəli mənzil 19 avqust 2015-ci il tarixli 731/013-1 və 1000/014-1 saylı ipoteka müqavilələri ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır.
2. İddiaçı2 Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsi üzrə 19 aprel 2021-ci il tarixinə yaranmış borcu müqavilə üzrə əsas borc 54490 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 45120,06 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 5797,14 manat, kredit müqaviləsi bitəndən sonra 19 aprel 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1816,80 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 107224 manat təşkil edir.
3. Ləğv prosesində olan İddiaçı2 Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsi üzrə 19 aprel 2021-ci il tarixinə yaranmış borcu müqavilə üzrə əsas borc 33887,54 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 22524,17 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 7241,30 manat, kredit müqaviləsi bitəndən sonra 19 apre 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1130,40 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 64783,41 manat təşkil edir.
4. "xxxx" MMC tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli H/02-PLS saylı hesab fakturasından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, mənzil 23 üzrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiyməti, mənzilin bazar dəyəri 205000 manat; mənzilin likvid dəyəri 180000 manat kimi olmuşdur.
5. “Lex Fori” Hüquq və Qiymətləndirmə şirkəti tərəfindən verilmiş 20 may 2022-ci il tarixli LF№16 saylı hesab fakturasından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, 23 saylı mənzilin likvid qiyməti 269000 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
6. İddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 33887,54 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 22524,17 manat faiz borcu, 7241,30 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 19 aprel 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1130,40 manat borcun, cəmi 64783,41 manat məbləğində borcun, eyni zamanda 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 45120,06 manat faiz borcu, 12.142,43 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra xx.xx.2022-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.792,57 manat, cəmi 115.545.06 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 63 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, 23 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilmçəsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı və 04 mart 2014cü il tarixli 1000/014 nömrəli kredit müqavilələri üzrə borcuna yönəldilməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan mənzilə tutuma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, X5, Cavabdeh1 və X6 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 04 mart 2014cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən borc alana 24 ay müddətinə illik 16 faiz ödəmək şərtilə 85000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə 29 iyul 2015-ci il tarixli əlavə ilə kredit müddəti 60 ay cəmi isə 77 ay olmaqla uzadılmışdır. Həminkredit müqavilələrinin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7, 23 nömrəli mənzil 19 avqust 2015-ci il tarixli 731/013-1 və 1000/014-1 saylı ipoteka müqavilələri ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bank arasında bağlanmış 1000/14 və 731/013 zaminlik müqavilələrinə əsasən o borcalanınöhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. 03 iyul 2019-cu ilədək Cavabdeh1 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsi üzrə ASC-yə cəmi 53953,54 manat məbləğində borcu vardır. İkinci olaraq 03 iyul 2019-cu ilədək Cavabdeh1 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsi üzrə ASC-yə cəmi 89810,41 manat məbləğində borcu vardır. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin məbləğin də cavabdehdən tutulmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-44/2022 saylı, 14 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 31818,26 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 28137,17 manat faiz borcu, 1117 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 1000 manat borcu, cəmi 62072,43 (altmış iki min yetmiş iki manat qırx üç qəpik) manat məbləğində borcun; 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 30129,48 manat faiz borcu, 1214 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 1500 manat borcu, cəmi 87333,48 (səksən yeddi min üç yüz otuz üç manat qırx səkkiz qəpik) manat məbləğində borc, hər iki müqavilə üzrə cəmi 149405,91 (yüz qırx doqquz min dörd yüz beş manat doxsan bir qəpik) məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 63 (altmış üç) manat rüsumu tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7, 23 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 180000 manat müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı və 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqavilələri üzrə borca yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmuş və dövlət büdcəsinə köçürülmüş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınması və ləğv prosesində olan İddiaçı2 ASC-yə verilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizləri tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsi üzrə 1117 manat, 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsi üzrə 1214 manat məbləğində müəyyən etmişdir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, ekspert rəyi ilə ipoteka predmetinin ilkin satış qiyməti 180000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, ekspert rəyi ilə ipoteka predmetinin ilkin satış qiyməti 180000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab etmişdir.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 317-ci, 318-ci, 319-cu, 307-ci, 309-cu, 427.3-cü, 443.1-ci, 445-ci, 467-ci, 739.1-ci, «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 33-cü, 39-cu, 59-cu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunu (əldən çıxmış fayda) azaldarkən qətnamədə maddi normalara istinad etsə də fikrini əsaslandırmamışdır. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Bu səbəbdən də iddiaçının gecikdirilmiş vaxt üçün hesablanan illik 5% məbləğini maliyyə arayışının hazırlandığı xx.xx.2022-ci il tarixə kimi hesablamağı heç bir şərtlə məhdudlaşmadığından tam əsaslıdır. Həmçinin birinci instansiya məhkəməsi 29 noyabr 2021-ci il tarixli, 9/6533 nömrəli ekspert rəyinə əsaslanmışdır. Halbuki, bankın nümayəndəsi həmin rəydən narazı olduğunu bildirmiş və “mülki iş üzrə ekspert qarşısında qoyulmuş sualın dəqiq və obyektiv cavablandırılması üçün Məhkəmə Ekspertiza Mərkəzinin eksperti məhkəməyə çağırılması və ya təkrar mühasibatlıq ekspertizası təyin edilməsi” ilə bağlı vəsatət vermişdir. Lakin işə baxan hakim sadəcə vəsatəti təmin etmədiyini bildirmiş və qətnamədən də göründüyü kimi səbəbini əsaslandırmamışdır. Yəni, məhkəmə ekspert rəyini araşdırmadan onu mötəbər sübüt kimi qiymətləndirib, hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutub, gəldiyi nəticədə tək ekspert rəyinə əsaslanmaqla haqlı deyil. Qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilərkən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan, kredit müqaviləsinə əlavə adlanan, ödəniş cədvəlində göstərilmiş qayda əsas götürülür və borclu tərəfindən ödənilmiş məbləğlər ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcundan silinir. Lakin borclu hər ayın müvafiq günündə ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu borc məbləğini gecikdirərsə bu zaman gecikmə günlərinin sayına müvafiq olaraq cərimə tətbiq olunur ki, bu da ödəniş həyata keçirildiyi zaman nəzərə alınır və ödənilmiş məbləğ əvvəlcə hesablanmış cəriməyə, sonra isə faiz və əsas məbləğə yönəlir. Hesabdan çıxarışdan da göründüyü kimi borclu ödəniş cədvəlindən kənara çıxmalar etmiş, aylıq ödəniş məbləğini vaxtında və tam həcmdə ödəmədiyindən gecikmə günlərinə mütənasib cərimə tətbiq olunmuş və borclu tərəfindən ödənişlər həyata keçirildiyi vaxt ilk olaraq hesablanmış cərimə silinmişdir. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə ekspert borclu tərəfindən ödənilmiş məbləğləri bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən düzgün hesablamamışdır. Belə ki, xx.xx.2013-cü il tarixli, 731/013 nömrəli kredit müqaviləsinə əsasən ekspert tərəfindən tərtib edilmiş cədvəl məlumatından göründüyü kimi, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixlərdə edilmiş ödənişlərlə bağlı məbləğlərin hesablanmasında (borcdan çıxılmasında) səhvə yol vermişdir. Bu da öz növbəsində ekspert tərəfindən əsas və faiz borcunun hesablanmasında düzgün olmayan qənaətə gəlməyə səbəb olmuşdur. Göründüyü kimi, xx.xx.2013-cü il tarixli, 731/013 nömrəli kredit müqaviləsi üzrə əsas borc 33.887,54 manat müəyyən edilməli olduğu halda, ekspert yanlışlıqla əsas borcu 31.818,26 manat məbləğində müəyyən etmişdir. Daha sonra, xx.xx.2014-cü il tarixli, 1000/014 nömrəli kredit müqaviləsinə əsasən ekspert tərəfindən tərtib edilmiş cədvəl məlumatında xx.xx.2017-ci il tarixdə ödənilmiş faiz məbləğindən silinmə səhvliklə 25.000 manat məbləğində göstərilmişdir. Həmin tarixdə faiz borcundan 5.000 manat məbləğində pulun silinməli olduğu halda əsassız yerə bu məbləğin 25.000 manat qeyd edilməsi, yekunda işə baxan məhkəmə tərəfindən ekspert rəyi əsas götürülərək qətnamə qəbul edilməsi zamanı iddiaçı Bankın hüquq və mənafelərinin kobud şəkildə pozulması ilə nəticələnə bilər. Ona görə də qeyd edilən hesablamaların düzgün aparılmaması nəticədə ekspertin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Bundan əlavə ekspert rəyində göstərilən tarixlər üzrə “əlavə ödəniş” olduğu təqdirdə həmin ödənişlər üzrə sənəd (ödənişi təsdiq edən qəbzin əsli) məhkəməyə təqdim olunmalı və ya ekspert tərəfindən əsaslandırılmalıdır.
13. Həmçinin cavabdehlər də birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən 731/013 saylı kredit müqaviləsi üzrə hesablanmış 1000 AZN, 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsi üzrə hesablanmış 1500 AZN məbləğində borc tələbinin təmin edilməməsini, ünvan 1 ünvanında yerləşən 154.1 kv.m. ibarət 4 otaqlı mənzilə dair real ilkin satış qiymətinin yenidən müəyyən edilməsi və 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə əsasən 1117 manat cərimə borcu, 04 mart 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən 1214 manat cərimə borcunun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Cavabdehlər tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hesablanan 5% faiz miqdarında borc bank ləğv prosesində olduğundan əldən çıxmış fayda qismində tələb edilə bilməz. 731/013 saylı kredit müqaviləsi üzrə hesablanmış 1000 AZN, 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsi üzrə hesablanmış 1500 AZN məbləğində borc silinməlidir. Birinci instansiya məhkəməsinin əsaslandığı plenum qərarı özü-özlüyündə “əldən çıxmış fayda” anlayışının tələblərini ehtiva edir. Yəni ki, borclu şəxs vaxtında üzərinə düşən öhdəliyi yerinə yetirsə idi tələbkar həmin vəsaitdən yenidən istfadə edərək mənfəət əldə edəcəkdir. Lakin birinci instansiya məhkəməsi bir məqama lazımı diqqət yetirməmişdir. Hazırki mübahisə üzrə tələbkar qismində bank çıxış edir və həmin bank 2016-cı il tarixdən ləğv prosesindədir. Belə olan halda ləğv prosesində olan bank əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış qərarına əsasən İddiaçı2 ASC ləğv prosesindədir və Əmanətlərin Sığortalanması Fondunun bankın ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə 2016-cı il tarixdən sonra bankın faiz formasında zərərin ödənilməsini tələb etmək hüququ məhdudlaşır. Belə ki, ləğv prosesində olan Bank artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi kimi fəaliyyəti həyata keçirə bilmir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən sübutların tədqiqinə formal yanaşılıb, ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, bankla bağlanmış 19 avqust 2015- ci il tarixli ipoteka müqaviləsinə əsasən ipteka predmeti olan ünvan 1 ünvanında yerləşən 154.1 kv.m. ibarət 4 otaqlı mənzilin bazar dəyəri 235 000 manat, likvid dəyəri 200 000 manat məbləğində qiymətləndirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, cavabdehlər məhkəmə iclasından əvvəl banka yaxınlaşmış, bankın tələbini qəbul etmişlər. 2013-cü ildə bağlanılmış müqavilə üzrə borc cavabdehlər tərəfindən ödənilərək bağlanılmışdır. Həmin hissədə mübahisə qalmamışdır. Hal-hazırda 2014-cü il müqaviləsi üzrə qətnamə mübahisələndirilir. Cərimə məbləği 1214 manat, 5 faiz olaraq 3792 manat, 115545 manat ümumi borc məbləği qalmışdır. Cavabdehlərlə əsas borc və faiz, o cümlədən əlavə hesablanan 5 faizlə bağlı hissədə razılığa gəlinib və həmin hissədə cavabdhlər sə iddianı qəbul edirlər. Onlar borclarını etiraf edirlər. Cərimə borcuna aid hissədə isə tələbin təmin edilməsini xahiş etdi. Buna baxmayaraq həmin hissə məhkəmənin həll edəcəyi məsələdir. Eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tətəfindən müəyyən edilməsinə hər hansı etirazımız yoxdur. Məhkəmə xərclərinin isə cavabdehlərdən tutulmasını xahiş etdi.
17. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin 2014-cü il tarixli kredit müqaviləsi üzrə 54490 manat əsas borc, 45120 manat faiz borcu və 5% olaraq 3792 manat borclarının mövcudluğunu və həmin məbləğləri qəbul etdiklərini bildirmişdir. Cərimə məbləğinin isə azaldılmasını, həmçinin ipoteka predmetinin qiymətinin müəyyən edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun:
1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır;
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı mülki işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərardadı ilə qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə 04 sentyabr 2013-cü il tarixli 731/013 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 31818,26 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 28137,17 manat faiz borcu, 1117 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 1000 manat borcu, cəmi 62072,43 (altmış iki min yetmiş iki manat qırx üç qəpik) manat məbləğində borcun tutulması ilə bağlı hissədə ləğv edilməklə iş üzrə icraata həmin hissədə xitam verildiyindən qətnamə iddia tələbinin digər hissələrinə münasibətdə yoxlanır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, eyni zamanda iddia tələbinin hazırda yoxlanılan hissəsinin cavabdehlər tərəfindən qəbul edilməsinə dair ərizələrini iş materialları ilə birlikdə araşdırıb, belə qənaətə gəlir ki, iddia tələbinin hazırda yoxlanılan hissəsinin cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 04 sentyabr 2014cü il tarixli 1000/014 saylı kredit müqaviləsi üzrə borcun tutulması hissəsində ləğv edilməli və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
24. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 31 mart 2023-cü il tarixli, 9/1162 nömrəli rəyinə əsasən 04 sentyabr 2013-cü il tarixli 731/013 nömrəli kredit müqaviləsinə Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 04 sentyabr 2013-cü il tarixli, 731/013 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla kredit dövründə illik 16%lə, kredit dövründən sonra illik 5%-lə faiz borcu hesablanmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixdən (müqavilə müddətinin son tarixi) xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu (illik 5%) 3.512,72 manat məbləğində müəyyən edilir, o cümlədən; xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 3.512,72 manat (illik 5%-lə), Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 04 mart 2014cü il tarixli, 1000/014 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla kredit dövründə illik 16 %-lə, kredit dövründən sonra illik 5%-lə faiz borcu hesablanmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixdən (müqavilə müddətinin son tarixi) xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu (illik 5%) 5.616,80 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 5.616,80 manat (illik 5%-lə), Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 04 mart 2014-cü il tarixli, 1000/014 saylı kredit müqaviləsinin şərtləri və sualda göstərilənlər (27 dekabr 2017-ci il tarixdə edilən faiz borcundan silinmiş 25000 manat ödənişin 28 dekabr 2017-ci il tarixində 20000 manat hissəsinin geri qaytarılaraq əsas borcdan silinməsi nəzərə alınmaqla) nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin son tarixi) banka olan əsas və faiz borcu 110.084,42 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2020-ci il tarixə əsas borc üzrə 80.239,99 manat, faiz borcu üzrə 29.844,43 manat (illik 16 %-lə) müəyyən edilmişdir.
25. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 06 oktyabr 2023-cü il tarixli, 9/4458 nömrəli rəyinə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 04 mart 2014-cü il tarixli, 1000/014 saylı kredit müqayiləsinin şərtləri və 27 dekabr 2017-ci il tarixdə edilən faiz borcundan silinmiş 25000,00 manat ödənişin 28 dekabr 2017-ci il tarixində 20.000,00 manat hissəsinin geri qaytarılaraq əsas borcdan silinməsi nəzərə alınmaqla alınmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin son tarixi) olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən xx.xx.2020-ci il tarixə əsas borc üzrə 60.239,99 manat, faiz borcu üzrə 41.373,32 manat müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin etirafına dair ərizələrini qanuna zidd hesab etməyərək qəbul etməklə həmin hissədə iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə olan halda cavabdeh tərəf iddiaçını bu halları sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilir.
27. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cərimə borcunun məbləğinə dair gəldiyi nəticə ilə razılaşmır. Belə k, 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan normaya əsasən qanunverici tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldılması imkanını nəzərdə tutmuşdur. Bundan əlavə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Beləliklə, qanunvericinin qeyd olunan mövqeyini nəzərə alan məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq iddiaçının tələb etdiyi cərimə pulunun azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsini işin hallarına, borclunun və kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə uyğun və ədalətli hesab edir.
28. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı və cavabdehlər tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-44/2022 saylı, 14 yanvar 2021-ci il tarixli qətnaməsi qismən, 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 30129,48 manat faiz borcu, 1214 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 1500 manat borcu, cəmi 87333,48 (səksən yeddi min üç yüz otuz üç manat qırx səkkiz qəpik) manat məbləğində borcun tutulması hissəsində ləğv edilməli və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 45120,06 manat faiz borcu, 1000 cərimə borcu və kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2022-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 3.792,57 manat faiz məbləği LPO İddiaçı2 ASC-nin xeyrinə tutulmalı, ekspertiza tətqiqatlarının dəyəri olan 300 manatın 150 manatı iddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 150 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı LPO İddiaçı2 ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-44/2022 saylı, 14 yanvar 2021-ci il tarixli qətnaməsi qismən, 04 sentyabr 2014-cü il tarixli 1000/014 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 30129,48 manat faiz borcu, 1214 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 1500 manat borcu, borcun tutulması hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 54490 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 45120,06 manat faiz borcu, 1000 cərimə borcu və kredit müqaviləsi bitəndən sonra 10 yanvar 2022-ci il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 3.792,57 manat faiz məbləği LPO İddiaçı2 ASC-nin xeyrinə tutulsun. Qətnamə ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 180000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək həmin məbləğ 269000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Ekspertiza tətqiqatlarının dəyəri olan 300 manatın 150 manatı iddiaçı LPO İddiaçı2 ASC-dən, 150 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.