Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1715/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 589,31 manat, müqavilə müddətinə görə faiz borcu kimi 341,55 manat, cərimə kimi 685,81 manat, müqavilə müddəti bitdikdən sonra borcun qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2019-cu il tarixə kimi hesablanmış faiz borcu kimi 86,08 manat, cəmi 1.702,75 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, əsas borc kimi 589,31 manat, faiz borcu kimi 341,55 manat, cərimə kimi 10 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməmişdir. Apelyasiya şikayətində qətnamənin bir hissəsi - cərimə borcunun azaldılmasına aid hissəsi mübahisələndirilib, həmin hissədə qətnamənin ləğv edilməsi və cərimə borcunun tutulması barədə tələbin tam təmin edilməsi xahiş olunub. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apelyasiya şikayəti əsassızdır. Belə ki, öhdəliyin pozulmasına, yəni borcun vaxtında qaytarılmamasına görə iddiaçı cavabdehə 685,81 manat cərimə (dəbbə pulu) hesablayıb. Birinci instansiya məhkəməsi cəriməni tənasübsüz surətdə yüksək hesab edib. Belə ki, cərimə kimi tələb olunan pulun məbləği əsas borcun məbləğindən (589,31 manatdan) artıqdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də birinci instansiya məhkəməsi cərimənin məbləğini azaltmışdır. Həmin maddədə daha sonra qeyd olunub ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin məbləğinin 10 manat müəyyən edilməsi qeyd olunan maddənin göstərişə uyğundur. Beləliklə, qətnamə mübahisələndirilən hissədə, yəni cəriməyə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd edilsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1715/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1715/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver