Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1720/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(003)- 1635/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 8258 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8588 manat məbləğində borcun cavabdehdən tutularaq Birliyin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 03/3821 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00011 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1702AZ**********36 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” növbəti aktlar tərtib edilmişdir: xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 3078 kub metr dəyəri 307.80 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 972 kub metr dəyəri 97.20 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 972 kub metr dəyəri 97.20 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 kub metr dəyəri 133.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32.40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32.40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32.40 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32,40 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32,40 manat, cəmi 1317.60 manat. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə olunmuş abonentin saldosundan göründüyü kimi cavabdeh kənar qaz istifadə etməklə İddiaçınə cəmi 8258 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(003)- 1635/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 307.80 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 1.10 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə yaranmış borc tələb edilmişdir. Qətnamə qəbul edilərkən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiyinə görə, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə, İddiaçı Bakı X1 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2017-ci il tarixdə 03/3821 saylı müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı İB tərəfindən xx.xx.2017-ci il tarixli akt üzrə 3078 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 972 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 972 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019- cu il tarixli akt üzrə 1332 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr zərər hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixdə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 mənzil 1A ünvanına baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olmuşdur. Birinci instansiya məhkəməsində işə baxılması zamanı cavabdeh 2017-ci ilin qışında bir ay qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsini bildirərək, iddia tələbini yalnız həmin hissədə etiraf etmişdir. Göründüyü kimi, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 2017-ci ilin qışında bir ay təbii qazdan qeyri-qanuni istifadə etmiş və xx xxxxxx 2017-ci il tarixdə tərtib edilmiş akta əsasən, iddiaçı tərəfindən ona 307.80 manat məbləğində borc hesablanmışdır (cavabdehin özünün etirafına əsasən). Lakin iddiaçı tərəf cavabdeh tərəfindən etiraf edilən akt istisna olmaqla digər aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İş materiallarına əlavə olunmuş aktlar yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunub imzalanmış, iddiaçının aktları imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Belə olan halda aktların mötəbərliyi şübhə doğurur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1635/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1720/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1720/2021
25.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver