Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1726/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı (eyni zamanda cavabdeh) İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdeh (eyni zamanda iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(007)-1351/2021 saylı qətnaməsindən və iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqavilələrinin və borcun etirafına dair sənədin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(007)-4205/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 39920 manat əsas borc məbləğinin, bank uçot dərəcəsi kimi hesablanmış 2954 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsinə görə hesablanmış 1996 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 31 manat pulun, cəmi 44901 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehlə 20 ildən artıq müddətdə qonşu olmuş, bu müddət ərzində yaxşı münasibətləri olmuş, evlərinə gediş-gəlişi olan şəxs kimi cavabdehə qarşı onda inam yaranmışdır. Cavabdeh 2019-cu ildə müxtəlif vaxtlarda ona təcili pul lazım olduğunu bildirərək iddiaçıdan ara-sıra 1000-2000 manat borc istəmiş və borcunu qısa müddətdə qaytaracağını bildirmişdir. Çox yaxın qonşu olduqlarına görə iddiaçı heç bir sənədə ehtiyac duymadan, eyni zamanda qonşusunun pis vəziyyətdə olduğunu nəzərə alaraq ona düşünmədən pul vermişdir. 2020-ci ilin fevral ayında növbəti dəfə pul istədikdə iddiaçı onun borclarının çox olduğunu bildirmiş və ondan aldığı məbləği öz xətti ilə yazılı surətdə etiraf etməsini istəmişdir. Cavabdeh də bu sənədi yazaraq iddiaçıdan 2020-ci ilin fevral ayında ümumilikdə 28420 manat borc pul aldığını və bu məbləği 2020-ci ilin sentyabr ayınadək qaytaracağını bildirən qəbz yazmışdır. İddiaçıya ara-sıra verilən məbləğlər 3000 manatdan az olduğu üçün onları şifahi müqavilə ilə, yəni aralarında olan şifahi razılığa əsasən vermişdir. 2020-ci ilin fevral ayından sonra cavabdeh yenidən iddiaçıya müraciət edərək, uşaqlarının xəstə olmasını, evlərini satışa qoyduqlarını və tez bir zamanda evi satıb borcunu ödəyəcəyini bildirərək iddiaçıdan yenidən borc istəmişdir. Qeyd olunan borc məbləğlərinin 3000 manatdan çox olduğunu nəzərə alaraq onları yazılı formada notariat qaydasında bağlamışlar. Tərəflər arasında bağlanmış 19 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 4000 manat məbləğində borc vermiş, cavabdeh isə borcunu 19 noyabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında növbəti kredit müqaviləsi 12 iyul 2020-ci il tarixində bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 3000 manat məbləğində borc vermiş, cavabdeh isə 10 sentyabr 2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında sonuncu kredit müqaviləsi 08 avqust 2020-ci il tarixində imzalanmış, həmin müqaviləyə görə iddiaçı cavabdehə 4500 manat məbləğində borc vermiş, cavabdeh isə borcunu 07 sentyabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan tarixdən bu günə kimi ümumilikdə olan 39920 manat borc üzrə iddiaçıya hər hansı məbləğdə pul qaytarılmamışdır. Hər dəfə borcu tələb etdiyi zaman cavabdeh müxtəlif bəhanələrlə borcu qaytaracağını bildirmiş, lakin borc öhdəliyini icra etməmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı hesab edir ki, 31.01.2020-ci il tarixdən 05.01.2021-ci il tarixinə qədər Mərkəzi Bankın müəyyən etdiyi bank uçot dərəcəsi 7,4 faiz olduğundan, 39920 manata hesablanmış 2954 manat məbləğində pul və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borcun qaytarılmasının gecikdirilməsinə görə 5 faiz dərəcəsi ilə 1996 manat pul da cavabdehdən tutulub ona ödənilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(007)- 1351/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 39920 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub iddia tələbinin təmin edilən hissəsində iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi tam və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. O, iddiaçıdan 11500 manat borc almış, həmin puldan 8000 manat qaytarmış və cavabdehə cəmi 3500 manat borcu qalmışdır. Məhkəmə iş materiallarında olan sübutları hərtərəfli araşdırmadan qanunsuz və əsassız qətnamə çıxarmışdır. İddiaçı Cavabdeh isə cavabdeh İddiaçı qarşı kredit müqavilələrinin və borcun etirafına dair ərizə-məktubun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh pula ehtiyacı olduğuna görə İddiaçı aylıq 30 faizlə borc almış, faizləri qaytara bilmədiyinə görə borclarının məbləği artmış, buna görə də İddiaçı ilə 3 dəfə notarial qaydada kredit müqaviləsi bağlamağa məcbur olmuşdur. Belə ki, İddiaçı ilə Bakı şəhəri 15 saylı notariat ofisində 19 may 2020-ci il tarixdə 4000 manat borc almağına dair kredit müqaviləsi bağlamış, həmin puldan hər ayı 30% olmaqla 2 ay üçün 2400 manat qaytarmış, 1600 manat borcu qalmışdır. Bakı şəhəri 30 saylı notariat ofisində yenidən 10 iyul 2020-ci il tarixdə 3000 manat borc almağına dair kredit müqaviləsi bağlamış, həmin puldan hər ayı 30% olmaqla 1 ay üçün 900 manat qaytarmış, 2100 manat borcu qalmışdır. Bakı şəhəri 20 saylı notariat ofisində təkrarən 07 avqust 2020-ci il tarixdə 4500 manat borc almağına dair kredit müqaviləsi bağlamış, həmin puldan hər ay 30% olmaqla 2 ay üçün 2700 manat, sonra isə 2000 manat qaytarmış, borcu qalmamışdır. Sonuncu kredit müqaviləsini bağlayandan bir ay sonra 08 sentyabr 2020-ci il tarixdə cavabdeh İddiaçı hər üç kredit müqavilələri üzrə borc və faizləri birləşdirərək cəmi 28420 manat borc yığıldığını bildirərək, hədə-qorxu gəlməklə onu qəbz yazmağa məcbur etmişdir. Qəbzdə ona qarşı verdiyi iddia ərizəsində göstərdiyi kimi ərizəməktubda yazdırmışdır ki, “İddiaçı borc pul götürmüşəm. Sentyabrın 21-də 2020-ci ildə qaytaracam. Cəmi: 11 fevral 2020-ci ildə 28420 manat aldım”. Həmin qəbzdə ondan guya 28420 manat pulu 11 fevral 2020-ci ildə aldığını yazdıraraq ondan əl çəkmişdir. Göründüyü kimi əgər cavabdeh ona 11 fevral 2020-ci ildə 28420 manat vermişdirsə, həmin pulu qaytarmadığı halda yenidən ayrı-ayrı notariat ofislərində 2020-ci ilin may, iyul və avqust aylarında ona borca pul verməsi inandırıcı deyildir. Bildirir ki, cavabdeh İddiaçı cəmi 11500 manat borc almışdır və bununla bağlı aralarında kredit müqavilələri bağlamışlar. Lakin həmin puldan 8000 manat qaytarmışdır və cavabdehə cəmi 3500 manat borcu qalmışdır. Buna görə də onunla İddiaçı arasında bağlanmış kredit müqavilələrinin və bütün müqavilələr üzrə yazılmış borcun etirafına dair ərizə-məktubun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(007)- 4205/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya icraatı mərhələsində Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hər iki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, İddiaçı və onun nümayəndəsi isə apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(007)-1351/2021 saylı və 11 noyabr 2021-ci il tarixli 2(007)-4205/2021 saylı qətnamələri apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sübutlardan görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqavilələri bağlanmış, iddiaçı cavabdehə müxtəlif vaxtlarda 28420 manat, 4000 manat, 3000 manat və 45000 manat borc pul vermişdir. 28420 manat borcun verilməsi barədə müqavilə sadə yazılı formada, digər üç müqavilə isə notarial qaydada bağlanmışdır. Cavabdeh borcun qaytarılması barədə öz üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərinə əməl etməmişdir. Hal-hazırda cavabdehin ödənilməyən borcu 39920 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh tərəfindən borcun etirafına dair sadə yazılı müqavilənin və kredit müqavilələrinin etibarsız hesab edilməsinə əsas olan hər hansı hal müəyyən edilməmişdir. O cümlədən iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində sözügedən müqavilələri mübahisələndirməmiş, müqavilələrin hüquqi nəticəsi ilə razılaşmışdır. Cavabdeh iddia ərizəsində İddiaçı 28420 manat məbləğində borc götürməsi və borcunu 21 sentyabr 2020-ci ildə qaytaracağı barədə 11 fevral 2020-ci il tarixli qəbzi hədəqorxu nəticəsində yazdığını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, ona hədə-qorxu gəlinməsi barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. O yalnız İddiaçı tərəfindən həmin borc ondan məhkəmə qaydasında tələb olunandan sonra məhkəmədə həmin sənədin ləğv olunması barədə iddia qaldırmışdır. İddiaçı həmin qəbzlə Cavabdeh ona 28420 manat məbləğində borclu olması barədə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş, Cavabdeh isə həmin sənədin qanunazidd yolla əldə olunması barədə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bundan əlavə, Cavabdeh İddiaçı iddia ərizəsinə 14 mart 2021-ci il tarixli yazılı etirazda notarial qaydada təsdiq olunmuş 3 kredit müqaviləsi üzrə İddiaçı aldığı 11500 manat borcdan 2000 manat hissəsini qaytardığını və ona 9500 manat məbləğində borclu qalmasını göstərsə də, həmin iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətində 11500 manat borcun 8000 manat hissəsini qaytardığını və 3500 manat borclu qaldığını, öz iddia ərizəsində isə qeyd olunan kredit müqavilələri üzrə borcunun 3700 manat hissəsini qaytardığını bildirmiş, borcu qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, Cavabdeh iddia ərizəsində 2 kredit müqaviləsi üzrə İddiaçı borclu qaldığını bildirsə də, həmin müqavilələrin nəyə görə ləğv edilməli olmasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Cavabdeh İddiaçı 28420 manat məbləğində borclu olması barədə 11 fevral 2020-ci il tarixli yazılı qəbz borcun etirafına dair müqavilə kimi qiymətləndirilə bilər. İş materiallarından görünür ki, Cavabdeh ilk dəfə 23 iyun 2021-ci il tarixdə dövlət rüsumu ödəməklə qarşılıqlı iddia verib həmin qəbzi mübahisələndirmiş, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmədiyindən, geri qaytarılmışdır. Daha sonra o, 05 oktyabr 2021-ci il tarixdə həmin sənədin ləğv hesab edilməsi barədə məhkəmədə müstəqil iddia qaldırmış, iddiasını həmin qəbzi hədə-qorxu təsiri altında verməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, Cavabdeh əqdi mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti buraxmış, bundan əlavə həmin sənədin etibarsız hesab edilməsi yox, ləğv edilməsi tələbini irəli sürmüşdür. Halbuki, mülki qanunvericilikdə əqdin ləğv edilməsinin və etibarsız hesab edilməsinin fərqli əsasları vardır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını təmin etməklə və Cavabdeh İddiaçı qarşı kredit müqavilələrinin və borcun etirafına dair sənədin ləğv edilməsi tələbinə dair iddiasını rədd etməklə birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(007)- 1351/2021 saylı və 11 noyabr 2021-ci il tarixli 2(007)-4205/2021 saylı qətnamələri Cavabdeh apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1726/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1726/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver