Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1727/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 mart 2025-ci il tarixdə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildən ona məxsus ünvan 2nvanında yerləşən 25 saylı təsərrüfat malları mağazasına su axıdılması ilə bağlı hərəkətlərin cavabdehlərə qadağan edilməsi, ona məxsus ünvan 2nvanında yerləşən qeyri-yaşayış sahəsinə və orada olan avadanlıqlara vurulmuş 2.500 manat ziyanın və 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli (hakim A.Abdullayeva, iş № 2(011)-97/2024) qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş maddi zərərin əvəzi olaraq 2322 manat pul məbləği və 100 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və 2 nömrəli mənzildən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə suyun axıdılması ilə nəticələnən hərəkətlərin törədilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı elektron kabinet vasitəsilə ərizə göndərərək iddia tələbinin icra olunduğunu və bu səbəbdən də iddiadan imtina etdiyini bildirmiş və iddiadan imtinanın qəbul olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni müzakirə edərək hesab edir ki, imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-ə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 261, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1727/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1727/2025
04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver