Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1729/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İHakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi Məmməd Seymur Əliyusif oğlunun iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Namedzadə Məryəm Tofiq qızı, Hüseynova Günel Mehman qızı və Cəfərov Kənan Adil oğluna qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ilkin, iddiaçı Cəfərov Kənan Adil oğlunun cavabdehlər “xxxx” KB ASC və Namedzadə Məryəm Tofiq qızına qarşı zaminlik müqaviləsinə xitam verilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli nömrəli qərardadından İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” KB ASC cavabdehlər Namedzadə Məryəm Tofiq qızı, Hüseynova Günel Mehman qızı və Cəfərov Kənan Adil oğluna qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Namedzadə Məryəm Tofiq qızından və Cəfərov Kənan Adil oğlundan ASC-nin xeyrinə xx xxxxxxxx 2013-cü il tarixli 34Y/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: xx xxxxxx 2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 7836 ABŞ dolları, faiz borcu üzrə 644,80 ABŞ dolları, cərimə borcu üzrə 204,14 ABŞ dolları, cəmi 8717,94 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli 34Y/13-4 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 12131 ABŞ dolları, faiz borcu üzrə 1056,30 ABŞ dolları, cərimə borcu üzrə 376,77 ABŞ dolları, cəmi 13564,07 ABŞ dolları; xx xxx 2015-ci il tarixli 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 4996,63 ABŞ dolları, faiz borcuna görə 598,45 ABŞ dolları, cəmi 5595,08 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli 34Y/13-5 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 60000 ABŞ dolları, faiz borcu üzrə 3700,02 ABŞ dolları, cərimə borcu üzrə 3902,32 ABŞ dolları, cəmi 67602,34 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli 34Y/13-6 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 20000 manat, faiz borcu üzrə 1973,62 manat, cərimə borcu üzrə 1714,59 manat, cəmi 23688,21 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Namedzadə Məryəm Tofiq qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Akademik Feyzulla Qasımzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağına (6 saylı mənzilinə) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Namedzadə Məryəm Tofiq qızının 34Y/13-3 saylı əlavə kredit müqaviləsi üzrə 8717,94 ABŞ dolları, 34Y/13-4 saylı əlavə kredit müqaviləsi üzrə 13564,07 ABŞ dolları, 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə 5595,08 ABŞ dolları, 34Y/13-5 saylı əlavə kredit müqaviləsi üzrə 67602,34 ABŞ dolları, 34Y/13-6 saylı əlavə kredit müqaviləsi üzrə 23688,21 manat borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Akademik Feyzulla Qasımzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağının (6 saylı mənzil) ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Akademik Feyzulla Qasımzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağına (6 saylı mənzil) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Namedzadə Məryəm Tofiq qızının və Hüseynova Günel Mehman qızının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cəfərov Kənan Adil oğlu cavabdehlər “xxxx” KB ASC-yə və Namedzadə Məryəm Tofiq qızına qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə onun arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 34YZ/13 saylı üçtərəfli zaminlik müqaviləsinin ləğv edilməsi və ilkin iddianın ona aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cəfərov Kənan Adil oğlu məhkəməyə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlərlə onun arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 34YZ/13 saylı üçtərəfli zaminlik müqaviləsinə xitam verilməsi və ilkin iddianın ona aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Namedzadə Məryəm Tofiq qızı, Hüseynova Günel Mehman qızı və Cəfərov Kənan Adil oğluna qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə icraata borclu Namedzadə Məryəm Tofiq qızı vəfat etdiyindən xitam verilmiş, eyni tarixli qətnaməsi ilə qarşılıqlı iddia tələbinin təmin edilməsi, iddiaçı “xxxx” KB ASC ilə cavabdehlər Namedzadə Məryəm Tofiq qızı və Cəfərov Kənan Adil oğlu ilə bağlanılmış xx xxxxxxxx 2013-cü il tarixli 34YZ/13 saylı üçtərəfli zaminlik müqaviləsinə xitam verilməsi qət edilmişdir. Qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək onun ləğv olunmasını və işin icraatının təzələnməsini xahiş etmiş, şikayətini onun əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq yalnız ölmüş şəxsə münasibətdə deyil, ilkin iddia üzrə ümumilikdə icraata xitam vermişdir. Halbuki, hazırki hüquq münasibətində hüquq varisliyinə yol verilir. Həmin şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər G.Hüseynova və K.Cəfərov məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayəti müdafiə edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək iş ilkin iddia ərizəsinə baxılması birinci instansiya məhkəməsinə yeni baxışa göndərilməlidir. Belə ki, iş materiallarından Nemadzadə Məryəm Tofiq qızının birinci instansiya məhkəməsində müvafiq icraat davam edərkən vəfat etdiyi aydın olur; birinci instansiya məhkəməsi, prosessual qənaət prinsipini nəzərə almaqla işin icraatını cavabdehin hüquqi varisləri müəyyən edilənədək dayandırmışdır. Bununla yanaşı iş materiallarından aydın olur ki, işin icraatı xx.xx.2019-cu il tarixində dayandırılmasına baxmayaraq, ölmüş kredit borclusunun varislərinin müəyyən edilməmiş, işin icraatı təzələndikdən sonra da müəyyən edilmədiyindən ilkin iddia üzrə icraat xitam verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, mülki iş üzrə borclunun ölümü öhdəliyin xitamına o halda səbəb olur ki, borclunun şəxsi iştirakı olmadan icra mümkün deyil (AR Mülki Məcəllə maddə 558). Burada isə borclunun şəxsi iştirakı olmadan onun kreditinin təminatı olan əmlaka tutma yönəldilməsi və ya onun kreditinin qaytarılması üçün vərəsələri müəyyənləşdirilərək, onun əmlakı hesabına borclarının qaytarılması mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2020-ci il tarixli Qərarında da qeyd olunur ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Miilki Məcəlləsinin 1243 və 1306. 1-ci maddələrinə, Azərbaycan Respublikası Miilki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına tənıin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Kollegiya yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə icraata bütövlükdə xitam verməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, “xxxx” KB ASC ilə Namedzadə Məryəm Tofiq qızı arasında xx xxxxxxxx 2013-cü il tarixli 34Y/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxx 2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsinə əsasən Namedzadə Məryəm Tofiq qızına 30 ay müddətinə xx xxxx 2017-ci il tarixədək illik 22 faiz ödəmək şərtilə 10000 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli 34Y/13-4 saykl əlavə kredit müqaviləsinə əsasən Namedzadə Məryəm Tofiq qızına 30 ay müddətinə xx xxxxxx 2017-ci il tarixədək illik 22 faiz ödəmək şərtilə 15000 ABŞ dolları; xx xxx 2015-ci il tarixli 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən Namedzadə Məryəm Tofiq qızına 24 ay müddətinə xx xxx 2017-ci il tarixədək illik 28 faiz ödəmək şərtilə 5000 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli 34Y/13-5 saylı əlavə kredit müqaviləsinə əsasən Namedzadə Məryəm Tofiq qızına 32 ay müddətinə xx xxxxxx 2018-ci il tarixədək illik 15 faiz ödəmək şərtilə 60.000 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli 34Y/13-6 saylı əlavə kredit müqaviləsinə əsasən Namedzadə Məryəm Tofiq qızına 24 ay müddətinə xx xxxxxx 2017-ci il tarixədək illik 24 faiz ödəmək şərtilə 20.000 manat məbləğində kreditlər verilmişdir. Eyni zamanda xx xxxxxx 2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx xxxx 2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 20.5 faiz, müddət isə xx xxxx 2018-ci il tarixədək müəyyən edilmi, xx xxxxxx 2015-ci il tarixli 34Y/13-4 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx xxxx 2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 20.5 faiz, müddət isə xx xxxx 2018-ci il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi ASC ilə Namedzadə Məryəm Tofiq qızı arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 34yi/13 saylı ipoteka müqaviləsinə əsasən Namedzadə Məryəm Tofiq qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Akademik Feyzulla Qasımzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otaqı (6 saylı mənzil) ASC-yə ipotekaya qoyulmuşdur. xx xxxxxxxx 2013-cü il tarixli 34Y/13 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda Cəfərov Kənan Adil oğlu ilə ASC arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 34YZ/13 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə K.Cəfərov zamin kimi əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə Namedzadə Məryəm Tofiq qızı ilə ASC qarşısında eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda qeyd olunduğu kimi, borclunun şəxsi iştirakı olmadan onun kreditinin təminatı olan əmlaka tutma yönəldilməsi və ya onun kreditinin qaytarılması üçün vərəsələri müəyyənləşdinlərək, onun əmlakı hesabına borclarının qaytarılması mümkündür. İcraata bütövlüdə xitam verilməsi isə iddiaçı bankın bu hüquqlardan istifadə etməsini mümkünsüz edir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadı ləğv olunsun və mülki iş iddiaçının ilkin iddia ərizəsinə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1729/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1729/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver