Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1731/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X10 ilə "xxxx" ASC arasında bağlanmış BPM**********75 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, bank borcalana 48 ay müddətinə 5000 manat məbləğində, kreditdən istifadəyə görə illik 19% ödəmək şərtilə kredit verməyi, borc alan krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öz üzərinə götürmüşdür.
2. Maliyyə Arayışından görünür ki, X4 xx.xx.2024-cü il tarixə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 2534,17 manat, 0,01 manat faiz borcu olmaqla, cəmi 2534,18 manat borcu olmuşdur.
3. Bakı şəhəri 18 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X3 vərəsəsi qardaşı Cavabdeh ərizəsinə əsasən notariat ofisində xx.xx.2023-cü il tarixdə V-133 reyestr nömrə ilə vərəsəlik işi açılmışdır.
4. Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı X3 iş yerindən almadığı pul məbləği ondan irs qalmış mirası qəbul etdiyini bildirmiş, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı X2 irs qalmış bütün mirasın olan çatası hissəsindən qardaşı Cavabdeh xeyrinə imtina etdiyini bildirmişdir.
5. Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosail Xidmət X12 Şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-3/-xx/xx/2024 nömrəli məktubundan görünür ki, müəssisənin işçisi mərhum X3 orta aylıq əmək haqqının üç misli miqdarında müavinat xx.xx.2023-cü il tarixində 1229,27 manat (min iki yüz iyirmi doqquz manat, 27 qəpik) məbləği vərəsəsi Cavabdeh bank hesabına köçürülmüşdür, mərhuma məxsus heç bir əlavə ödəniş edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021- ci il tarixli, BPM**********75 saylı X18 müqaviləsinə əsasən, 2.99 manat əsas və 0.43 manat faiz borcu olmaqla, cəmi 3.42 manat və xx.xx.2021-ci il tarixli, BPM**********75 nömrəli Kredit müqaviləsinə əsasən, 2534.17 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 2534.18 manat, ümumilikdə 2537.6 manat pul vəsaitinin, həmçinin ödənilmiş 45.38 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı X18 müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı Kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №368684 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, D175/14 saylı məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü ilədək Banka xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı X18 müqaviləsi üzrə ödənilməmiş 2.99 manat əsas və 0.43 manat faiz borcu qalmışdır. Həmçinin, Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü ilədək Banka xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 2534.17 manat əsas və 0.01 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-27528/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı X18 müqaviləsinə əsasən, 2.99 manat əsas və 0.43 manat faiz borcu olmaqla, cəmi 3.42 manat və xx.xx.2021-ci il tarixli, BPM**********75 nömrəli Kredit müqaviləsinə əsasən, 2534.17 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 2534.18 manat, ümumilikdə 2537.6 manat pul vəsaitinin, həmçinin ödənilmiş 45.38 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması” barədə tələbi rədd edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 19 faiz olmaqla 48 ay müddətinə, 5000 manat kredit verilməsi barədə "xxxx" ASC və mərhum X8 arasında BPM**********75 nömrəli xx.xx.2021ci il tarixli kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, bank müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra etmiş, müqavilə üzrə müəyyən edilmiş məbləği mərhum X5 vermişdir, X8 xx.xx.2023- cü il tarixdə vəfat etmişdir, miras əmlak müəyyən olunmamış və cavabdehə qanun üzrə vərəsəlik hüququ qeydə alınmamışdırr, mərhum Elnurə Tağıyevanın orta aylıq əmək haqqının üç misli miqdarında müavinat 1229,27 manat məbləği vərəsəsi kimi Cavabdeh bank hesabına köçürülmüşdür. Bununla belə, cavabdeh tərəfindən üç misli miqdarında müavinatdən başqa hər hansı əmlakı vərəsəlik qaydasında qəbul etməsi halı müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən bu öhdəliklər miras qoyandan miras kimi əmlak qəbul etmiş vərəsələri tərəfindən icra edilməlidir, lakin bu zaman vərəslik institutunun xarakteri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, işçinin vəfatı ilə əlaqədar işəgötürən tərəfindən onun ailə üzvlərinə ödənilən müavinət mərhumun ölümündən sonra və məhz ölümü ilə bağlı ödənilən vəsait olduğundan mərhumun sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri hesab edilmədiyindən və miras əmlak sayılmadığından iddia tələbi əsaslı deyil və təmin edilə bilməz.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 448.1, 739.1, 743.1, 1146, 1151.1-ci maddələri, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7200/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********75 saylı X18 müqaviləsinə əsasən, 2.99 manat əsas və 0.43 manat faiz borcu olmaqla, cəmi 3.42 manat və xx.xx.2021-ci il tarixli, BPM**********5 nömrəli kredit müqaviləsinə əsasən, 2534.17 manat əsas borc və vəfat tarixinə qədər hesablanmış 0.01 manat faiz borcu borcu olmaqla, cəmi 2534.18 manat borcunun, ümumilikdə 2537.6 manat pul vəsaitinin və ödənilmiş 45.38 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsə Cavabdeh miras əmlakından pay almışdır. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir. Qeyd olunanların kontekstində, birinci instansiyası məhkəməsi öz qətnaməsini cavabdehə münasibətdə onunla əsaslandırmışdır ki, “Hazırki işdə isə əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakın olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və s. bu kimi halların mövcudluğunun iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda da cavabdeh qismində cəlb olunmuş mərhumun arvadı cavabdeh ölənin öhdəlikləri üzrə məsuliyyət daşıması istisna olunur.” Başqa sözlə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməlidir. Bununla da, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırki işdən isə aydın olur ki, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü yalnızca iddiaçının üzərinə qoymaqla, yekunda səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirir ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən üç ulduzlu məhkəmə aktına əsaslanaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında əlavə olaraq bildirir ki, bacısı vəfat edəndən sonra onun üçün müəyyən xərclər çəkib. Bacısının banka müraciət edib pul götürməsindən xəbəri olmayıb. Ölümündən sonra bank onu yığanda bilib. Bacısının ancaq çarpayısı və telefonu qalıb. Başqa heç nəyi yoxdur. Bacısının ailəsi, övladı da olmayıb. Subay olub. Bacısı xəstə olub. O, vəfat edəndən sonra onun müəyyən xərclərini çəkmək üçün özü də borc götürüb. Başqa banka borcu var. Başqa şəxsə də zamin durub. Onun borcu da ondan tutulur. Şəkər xəstəsidir. Pensiya alır, maddi imkanı azdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərar:
“...Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. ... Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.”
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı: “...Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir.”
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı:
“... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.”
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
25. İşin halları ilə müəyyən edilir ki, X10 ilə "xxxx" ASC arasında bağlanmış BPM**********75 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi imzalanmış, kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə 5000 manat məbləğində, kreditdən istifadəyə görə illik 19% ödəmək şərtilə kredit verilmişdir.
26. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
27. Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı X3 iş yerindən almadığı pul məbləği ondan irs qalmış mirası qəbul etdiyini bildirmiş, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı X2 irs qalmış bütün mirasın olan çatası hissəsindən qardaşı Cavabdeh xeyrinə imtina etdiyini bildirmişdir və mərhum X3 orta aylıq əmək haqqının üç misli miqdarında müavinat xx.xx.2023-cü il tarixində 1229,27 manat (min iki yüz iyirmi doqquz manat, 27 qəpik) məbləği vərəsəsi Cavabdeh bank hesabına köçürülmüşdür, mərhuma məxsus heç bir əlavə ödəniş edilməmişdir.
28. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021- ci il tarixli, BPM**********75 saylı X18 müqaviləsinə əsasən, 2.99 manat əsas və 0.43 manat faiz borcu olmaqla, cəmi 3.42 manat və xx.xx.2021-ci il tarixli, BPM**********75 nömrəli Kredit müqaviləsinə əsasən, 2534.17 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 2534.18 manat, ümumilikdə 2537.6 manat pul vəsaitinin tutulmasını xahiş edir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, illik 19 faiz olmaqla 48 ay müddətinə, 5000 manat kredit verilməsi barədə "xxxx" ASC və mərhum X8 arasında BPM**********75 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, bank müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra etmiş, müqavilə üzrə müəyyən edilmiş məbləği mərhum X5 vermişdir, X8 xx.xx.2023- cü il tarixdə vəfat etmişdir, miras əmlak müəyyən olunmamış və cavabdehə qanun üzrə vərəsəlik hüququ qeydə alınmamışdırr, mərhum Elnurə Tağıyevanın orta aylıq əmək haqqının üç misli miqdarında müavinat 1229,27 manat məbləği vərəsəsi kimi Cavabdeh bank hesabına köçürülmüşdür. Bununla belə, cavabdeh tərəfindən üç misli miqdarında müavinatdən başqa hər hansı əmlakı vərəsəlik qaydasında qəbul etməsi halı müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən bu öhdəliklər miras qoyandan miras kimi əmlak qəbul etmiş vərəsələri tərəfindən icra edilməlidir, lakin bu zaman vərəsəlik institutunun xarakteri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. İşçinin vəfatı ilə əlaqədar işəgötürən tərəfindən onun ailə üzvlərinə ödənilən müavinət mərhumun ölümündən sonra və məhz ölümü ilə bağlı ödənilən vəsait olduğundan mərhumun sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri hesab edilmədiyindən və miras əmlak sayılmadığından iddia tələbi əsaslı deyil və təmin edilə bilməz.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
31. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir.
32. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
33. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir.
34. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər.
35. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.
36. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
37. Beləliklə, kollegiya qeyd edir ki, cavabdeh mirası qəbul etmişdir. Miras qoyanın əmlakının siyahıya alınması üçün müvafiq tədbir görməmişdir. Cavabdeh isə mərhumun ancaq mobil telefonu və çarpayısının miras əmlak olaraq qaldığını qeyd edir. Belə olan təqdirdə cavabdeh sübut etməlidir ki, miras qoyanın miras əmlakı onun borcunu ödəmək üçün kifayət etmir.
38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı X18 müqaviləsinə əsasən 2.99 (iki manat doxsan doqquz qəpik) manat əsas və 0.43 (qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 3.42 (üç manat qırx iki qəpik) manat və xx.xx.2021ci il tarixli, BPM**********75 nömrəli Kredit müqaviləsinə əsasən 2534.17 (iki min beş yüz otuz dörd manat on yeddi qəpik) manat əsas və 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2534.18 (iki min beş yüz otuz dörd manat on səkkiz qəpik) manat, ümumilikdə 2537.6 manat pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
39. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri sayır. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu məsələyə qiymət verərkən məhkəmə tərəflərin belə tələbinin olub olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyi üçün iddia ərizəsi verilməsi üçün ödənilmiş 45.38 (qırx beş manat otuz səkkiz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 28,50 (iyirmi səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
40. Mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı X18 müqaviləsinə əsasən 2.99 (iki manat doxsan doqquz qəpik) manat əsas və 0.43 (qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 3.42 (üç manat qırx iki qəpik) manat və xx.xx.2021-ci il tarixli, BPM**********75 nömrəli Kredit müqaviləsinə əsasən 2534.17 (iki min beş yüz otuz dörd manat on yeddi qəpik) manat əsas və 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2534.18 (iki min beş yüz otuz dörd manat on səkkiz qəpik) manat, ümumilikdə 2537.6 manat pul vəsaiti, həmçinin iddia ərizəsi verilməsi üçün ödənilmiş 45.38 (qırx beş manat otuz səkkiz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 28,50 (iyirmi səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov